Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

və  əməkdaşlıq haqqında müqavilə münasibətlərimizin inkişafında 
mərhələ kimi qiymətləndirilməlidir. 
Fransaya səfər Azərbaycan Respublikasının beynəlxalq 
mövqelərinin möhkəmlənməsinə, müstəqil və suveren dövlət kimi 
onun nüfuzunun artmasına xidmət etdi. 
1992-ci ildə Fransa ilə ticarət-iqtisadi  əlaqələrdə 
respublikanın idxal payı 26834,6 dollar, ixracı 1470,0 dollar, 1993-cü 
ilin  əvvəllərində isə idxalı 397,0 dollar, icraçı isə 978,1 dollar təşkil 
etmişdi. 
1994-cü ildə Fransa parlamentinin xarici işlər 
komissiyasının üzvü Rolan Blüm, «Reno» avtomobil şirkətinin 
nümayəndə heyəti, parlamentin xarici işlər komissiyasının sədr 
müavini Ameri de Monteskyü və b. Azərbaycana səfər etdilər. Səfərlər 
zamanı ikitərəfli parlament və iqtisadi əlaqələr müzakirə olundu. 
Səfərlər Fransa rəsmi dairələrində mövcud olan «Ermənistan 
dostumuzdur, Azərbaycan isə düşmənimiz deyildir» fikrinə  tədrici 
dəyişiklik etməyə başladı, Fransa ilə ciddi ikitərəfli  əlaqələr 
qurulmasının, Parisin Azərbaycana etibarlı ortaq kimi baxmasının 
əsası qoyuldu. 
1995-ci ildə bu əlaqələr davam etdirildi. Fransa Xarici İşlər 
Nazirliyinin Baş katibi Bertrak Düfurq Azərbaycana səfər etdi. Səfər 
zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni 
və humanitar əməkdaşlıq məsələləri müzakirə edildi. 
Həmin ildə Azərbaycan prezidenti faşizm üzərində  qələbə 
təntənələrində  iştirak etmək üçün Fransaya getdi. Bu il o, Fransanın 
baş naziri Alen Jupe, prezident Jak Şirakla görüşüb danışıqlar apardı. 
Fransa tərəfi Azərbaycanın  ərazi bütövlüyünə, sərhədlərinin 
toxunulmazlığına hörmət etdiyini bildirdi. 
Qitənin nəhəng və nüfuzlu dövlətlərindən biri olan BÖYÜK 
BRİTANİYA ilə  də münasibətlərin qurulması  və inkişafı xarici 
siyasətimizin ilk addımı kimi uğurlu hesab edilə bilər. Böyük 
Britaniya 1991-ci il 31 dekabrda Azərbaycanın dövlət müstəqilliyini 
tanıdı və 1992-ci il 11 martda diplomatik münasibətlər qurdu. 1992-ci 
ilin martın 11-12-də Böyük Britaniyanın xarici işlər naziri və birlik 
işləri naziri Duqlas Hoqqun, avqustun 3-6-da Böyük Britaniya Xarici 
İşlər Nazirliyinin nümayəndə heyətinin, sentyabr ayında isə Böyük 
Britaniyanın keçmiş Baş naziri M.Tetçerin Bakıya səfəri və «Britiş 
Petrolium»  şirkətinin sərgisinin açılışında iştirakı, yenə  həmin ayın 
 
69


sonunda Böyük Britaniyanın ticarət və  sənaye naziri Maykl 
Hezltaynın və digər rəsmi  şəxslərin Azərbaycana səfəri  əhəmiyyətli 
oldu. Bu səfərlərdə müzakirə edilən məsələlərin və  əlaqələrin 
öyrənilən dövrdəki vəziyyətinin təhlili Böyük Britaniya ilə 
münasibətlərin inkişaf etdirilməsinin və genişləndirilməsinin 
zəruriliyini irəli sürürdü. Nəticədə iki ölkə arasında qarşılıqlı səfərlər 
artdı. 1992-ci ilin sentyabrında respublika Müdafiə Nazirliyinin, 1993-
cü ilin mayında Azərbaycan hökumətinin nümayəndə heyətləri Böyük 
Britaniyaya səfər etdilər. Həmin il mayın 19-28-də Azərbaycan 
Respublikasının Baş naziri P.Hüseynov bu ölkədə oldu. 
İngiltərənin Azərbaycanla yaxınlaşmasının bir sıra mühüm 
səbəbləri var idi. Bunlar siyasi, iqtisadi və strateji mənafeləri  əhatə 
edirdi. Böyük Britaniya tarixən olduğu kimi indi də Azərbaycanda 
möhkəmlənməkdə, gələcəkdə onun vasitəsilə Fars körfəzinə  və 
Asiyanın digər ölkələrinə  çıxmaqda və beləliklə  də  rəqiblərini geri 
qoymaqda maraqlı idi. 
İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq barədə razılıq 
əldə edildi. Britaniya Şurası «Britiş Petrolium» və «Statoyl» 
alyansının yardımı ilə Bakıda «İşgüzar ingilis dili» kursları təşkil etdi. 
Ermənistanın Azərbaycana qarşı  təcavüzkarlığında Böyük 
Britaniyanın tutduğu ədalətli və obyektiv mövqe ölkəmiz və xalqımız 
tərəfindən rəğbətlə qarşılandı. Böyük Britaniyanın Baş naziri Con 
Meycor Azərbaycana məktub göndərərək birmənalı şəkildə bildirdi ki, 
«Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi 
kimi qəbul edir və onun başqa hər hansı statusunu tanımayacaqdır». 
Eyni zamanda BMT Təhlükəsizlik  Şurasının iclasında Dağlıq 
Qarabağdakı  vəziyyətin müzakirəsi zamanı  sədrlik edən Böyük 
Britaniyanın BMT-dəki daimi nümayəndəsi səfir Devid Xanney 
obyektiv mövqe tutdu və 853 nömrəli qətnamənin qəbul edilməsinə 
kömək etdi. 
Böyük Britaniya ilə əlaqələrin inkişafında özünəməxsus rolu 
1993-cü ilin oktyabında bu ölkənin parlament nümayəndə heyətinin 
ölkəmizə  səfəri tutur. Parlament üzvlərinin ölkə  rəhbərləri ilə 
görüşlərində ikitərəfli siyasi, iqtisadi, elmi-texniki, mədəni və 
humanitar  əlaqələrin inkişafı müzakirə olundu. Böyük Britaniya ilə 
Azərbaycan arasında parlament əlaqələrinin genişləndirilməsi və 
səmərəliliyinin artırılması zəruriliyi qeyd edildi. 
 
70


Parlament üzvlərinin Zəngilan, Qubadlı  və  Cəbrayıl  
rayonlarından olan qaçqınlarla görüşü Ermənistanın təcavüzkarlığının 
konkret nəticələri ilə tanış olmaqda onlara köməklik göstərdi. 
Öyrənilən illərdə iki ölkə arasında əlaqələrin qurulması və inkişafında 
Böyük Britaniyanın Azərbaycandakı «BiPi» neft şirkəti xüsusi rol 
oynadı. Bu əlaqələrlə  hər iki tərəfin iqtisadi və siyasi mənafelərinin 
çulğalaşması baş verdi. 
1993-cü ilin oktyabrın  əvvəllərində Böyük Britaniyanın 
xarici işlər naziri Duqlas Hoqqun Azərbaycana səfəri və keçirdiyi 
görüşlər həm ikitərəfli münasibətlər, həm də regionda sülhün və 
təhlükəsizliyin taleyi baxımından əhəmiyyətli idi. 
Səfər zamanı xarici siyasət idarələri başçıları iki sənədi-birgə 
bəyannaməni və iki dövlət arasında münasibətlərin tənzimlənməsi 
haqqında bəyannaməni qəbul etdilər.  Əslində bu, Azərbaycan-Böyük 
Britaniya münasibətlərində yeni keyfiyyət mərhələsinin başlınğıcı 
üçün zəmin hesab edilə bilərdi. 
Böyük Britaniyanın xarici işlər nazirinin səfərinin böyük 
əhəmiyyəti var idi. İki ölkə arasındakı münasibətlər qətiyyən üçüncü 
dövlətə  və ya dövlətlər qrupuna qarşı yönəldilməmişdi. Bu 
münasibətlər sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət edirdi. 
Görüşlər zamanı keçirilən müzakirələrdə beynəlxalq hüquq 
normalarına, ATƏT prinsiplərinə  və BMT nizamnaməsinə uyğun 
olaraq Azərbaycanın sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyünün 
pozulmağı bir daha təsdiqləndi. Böyük Britaniya münaqişənin 
əvvəlindən Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul 
etdiyini yenidən nümayiş etdirdi. Duqlas Hoqq bu mövqeni 
Ermənistan prezidentinə birmənalı şəkildə bildirdiyini söylədi. 
Səfər zamanı tərəflər qarşılıqlı faydalı siyasi, ticarət-iqtisadi, 
elmi-texniki, mədəni və humanitar sahələrdə 
əlaqələrin 
genişləndirilməsinin zəruriliyini qeyd etdilər. 
Azərbaycan-Böyük Britaniya münasibətlərinin geniş 
perspektivləri vardır, bundan da səmərəli istifadə olunmalıdır. 
Əvvəla, belə səfərlər epizodik hal daşımamalı, sistematik və 
qarşılıqlı olmalıdır. Dövlət orqanları, hakimiyyətin üç qanadı belə 
əməkdaşlıqda fəal iştirak etməlidir. İkincisi, iki ölkə arasında ticarət-
iqtisadi əlaqələr xeyli genişləndirilə bilər. Üçüncüsü, iki ölkə arasında 
ictimaiyyətin  əlaqələri, idman, turizm və b. sahələrdə  əməkdaşlıq 
qurulmalı  və genişləndirilməlidir. Bunun Azərbaycana böyük xeyri 
 
71


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə