Q - 23
İxtisas redaktoru: - Mahir İslam oğlu
Abdullayev, tarix elmləri
namizədi, dosent
Rə’çilər: - İsmayıl Musayev, tarix elmləri doktoru, M.Ə.Rəsulzadə
adına BDU-nun Beynəlxalq münasibətlər və
Beynəlxalq jurnalistika kafedrasının professoru;
Həsən Əlibəyli, tarix elmləri doktoru,
professor,
Azərbaycan Universitetinin Beynəlxalq
münasibətlər
kafedrasının müdiri;
Hikmət Rzayev, professor, Ali Diplomatiya
Kollecinin Beynəlxalq münasibətlər kafedrasının
müdiri.
Q - 23
Qasımov M., Abdullayev M., Beynəlxalq münasibətlər tarixi (XX əsr.
II hissə 1946-1999-cu illər). Dərslik. Bakı, Bakı Universiteti
nəşriyyatı, 1999. - 450 s.
Kitab Ali məktəb tələbələri, magistrlər,
aspirantlar, müəllimlər
və elmi işçilər üçün nəzərdə tutulmuşdur.
Dərslikdə 1946-1999-cu illərdə beynəlxalq münasibətlər tarixi
xronoloji arldıcıllıqla və problemlər üzrə izah edilir. Tədris
proqramına uyğun olaraq yazılmış dərs vəsaiti təkcə ali məktəblə bağlı
olan şəxslər üçün deyil, eyni zamanda beynəlxalq münasibətlər tarixi
ilə maraqlanan şəxslər üçün əhəmiyyətlidir.
Q ___________ 99
©
Bakı Universiteti
nəşriyyatı, 1999
2
VII B Ö L Ü M
1946-1990-cı illərdə Azərbaycanın beynəlxalq münasibətlərdə
iştirakı
Sovet dövründə Azərbaycan beynəlxalq huququn subyekti
olmamış, yalnız mərkəz vasitəsi ilə vahid dövlət daxilində beynəlxalq
əlaqələrdə iştirak etmişdir. Mərkəz Azərbaycanın xarici ölkələrlə
birbaşa siyasi və ticarət-iqtisadi əlaqələrinə imkan verməmişdir,
müharibədən sonrakı ilk onilliklərdə əsasən
mədəni əlaqələr
saxlamasına icazə vermişdir. Lakin bu əlaqələr Moskvanın ciddi
nəzarətində və tabeliyində həyata keçirilmişdir. Siyasi əlaqələr əsasən
sosialist və inkişaf etməkdə olan ölkələrin kommunist və sosialist
partiyaları ilə saxlanılmışdır.
Azərbaycanın xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinə
Mərkəz əsasən 60-cı illərdən başlayaraq tədricən icazə verməyə
başlamışdır. Respublikanın coğrafi-siyasi mövqeyi, iqtisadi, elmi-
texniki potensialı və sərvətləri onun beynəlxalq iqtisadi əlaqalərinin
maddi əsasını təşkil etmişdir.
Ayrı-ayrı dövlətlərin ərazisi çərçivəsindən kənara çıxan
ictimai
istehsal əlaqələrinin xüsusi sahəsi olan beynəlxalq iqtisadi
münasibətlər Azərbaycanda təsərrüfatın formalaşmasına, strukturuna
və inkişaf sürətinə fəal təsir göstərmişdir. Öz növbəsində bu iqtisadi
potensialın mənafeyi həmişə xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrin
inkişafını və təkmilləşdirilməsini tələb etmişdir.
Ümumittifaq əmək bölgüsü də Azərbaycanın beynəlxalq
iqtisadi əlaqələrinin maddi bazasının formalaşmasında müəyyən rol
oynamışdır. Azərbaycanın xarici ölkələrə ixracında xammal və
yanacaq, xüsusilə neft məhsulları üstünlük
təşkil etdiyindən, uzun
müddət Azərbaycan köhnə neft avadanlıqları ilə quruda çıxartdığı
5