Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

olar ki, aydındır, lakin xarici ölkələrdə bizim mənafelərimiz 
dəqiqləşdirilməlidir; mənafelərlə prinsiplərin tarazlığı 
əldə 
olunmalıdır; Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi 
üçün siyasi, maliyyə, texniki və ekspert hazırlığını təmin etməlidir və 
s. Xarici dövlətlərdən iqtisadi və maliyyə  cəhətdən asılı olan dövlət 
müstəqil xarici siyasət yeridə bilməz. 
 Xarici 
siyasətimiz yaxın və uzaq xarici ölkələrlə 
münasibətlərdə bir qütbdən digər qütbə keçməməli, mücərrəd mənəvi 
prinsipləri müdafiə etməməli, normal dövlət kimi öz milli 
mənafelərimizə xidmət etməlidir. Azərbaycan dövlətinin mənafeləri 
həm ümumbəşəri sərvətlərə, həm də beynəlxalq hüquq və mənəviyyat 
normalarına uyğun gəlməlidir. Xarici siyasətimiz nəzəriyyələrdən, 
utopik mülahizələrdən, inkşafa mane olan mühafizəkar təfəkkürdən 
azad olub mərkəzçi, praqmatik və normal siyasətə çevrilməlidir. 
Mərkəzçilik «bataqlıq» kimi deyil, əksinə, xarici siyasəti və 
beynəlxalq fəaliyyəti həyata keçirən diplomatiyanın çevikliyi, dəyişən 
dünya reallıqlarını  nəzərə alması  və çoxvariantlığı kimi 
qiymətləndirilməlidir. Praqmatizm məqsəd deyil, vasitə olmalıdır. 
Çünki dövlətin mənafeləri əbədi olmasa da, daimidir. Burada təccüblü 
bir  şey yoxdur. Dövlətin mənafeyi bu və ya məsələlərdə  dəyişsə  də, 
coğrafi amillər dəyişməzdir və xalqın gələcək nəsilləri onunla 
üzləşirlər. Belə  şəraitdə dövlətin mənafelərinin konkret halda necə 
qorunması ön plana çıxır. ABŞ siyasətçisi Q.Morqentau deyirdi: 
«Dövlətin xarici siyasəti başqa dövlətlərlə münasibətdə onun dövlət 
mənafelərinin əks olunmasıdır». Bu da qlobal təhlükəsizlik sisteminin 
yaradılması üçün çətinlik törədir. 
 
Əlbəttə, xarici siyasət konsepsiyası populist şüarlara bir gündə 
və ya bir neçə ildə deyil, uzun illər boyu professionallar tərəfindən 
tarixi ənənələri, xalqın mentalitetini, qurduğu dövlətin yaxın və uzaq 
məqsədlərini dəyişən beynəlxalq şəraitə uyğun olaraq nəzərə almaqla 
yaradılır. 
 Xarici 
siyasət konsepsiyası milli təhlükəsizlik konsepsiyası ilə 
sıx bağlıdır və ona xidmət edir. Lakin xarici siyasət kimi milli 
təhlükəsizlik konsepsiyasının da olmaması haqqında söz-söhbətlər 
kəsilmək bilmir. Bu da əsasən iki amillə  şərtlənmişdir.  Əvvəla,xeyli 
mürəkkəb və çətin olan belə bir sənədin hazırlanması üçün uzun illər 
lazımdır. Hətta zəngin dövlətçilik ənənələri olan bir çox dövlətlərdə o 
yoxdur. Müstəqil gənc dövlətin qarşılaşdığı çətinliklər, daxili və xarici 
 
27


siyasətdə mövcud olan çoxlu mürəkkəb problemlər onun 
yaradılmasına mane olur. İkincisi, cəmiyyətin müəyyən təbəqəsinin 
baxışları  hələ  də «böyük, nəhəng» SSRİ-nin hərbi qüdrətinə  və 
zorakılığına  əsaslanan təhlükəsizliyinin təsiri altındadır. Müəyyən 
şəxslər və qruplar mövcud şəraitdə imkanlara, minimum olana deyil, 
indiki  şəraitdə nail olunması  çətin olan idealist maksimalistliyə 
çalışırlar. 
 Milli 
təhlükəsizlik konsepsiyasının formalaşmasının bir sıra 
çətinlikləri vardır.  Əvvəla, «təhlükəsizlik» məfhumu indi xeyli 
genişlənmişdir. Müstəqil Azərbaycan dövləti dünya üçün açıq 
cəmiyyət olmuşdur. Geniş beynəlxalq  əlaqələrə  cəlb edilmişdir. Bu 
əlaqələr ölkə daxilində islahatlar aparılması ilə paralel qurulur. Lakin 
xarici siyasəti həyata keçirməkdən ötrü lazım olan ehtiyatlar - iqtisadi, 
maliyyə, informasiya-təbliğat, təşkilati ehtiyatlar kifayət qədər 
deyildir. Digər tərəfdən,ölkə daxilində müxtəlif ölkələrdən olan 
missioner təşkilatların fəaliyyəti, islam dinini parçalamaq cəhdləri 
narahatlıq doğurur. Beynəlxalq münasibətlər tarixindən məlumdur ki, 
düşmən və ya bədxah dövlətlər istəmədikləri, onlara əngəl ola biləcək 
dövlətləri zəiflətməkdən, parçalamaqdan ötrü müxtəlif vasitələrdən, o 
cümlədən missionerlik fəaliyyətindən istifadə etmişlər. Missionerlər 
məqsədlərinə çatmaq üçün müvafiq ölkənin aztəminatlı  və yaşayış 
səviyyəsi aşağı olan təbəqəsindən istifadə etmişlər. Dini azadlıq 
haqqında Azərbaycan Respublikası qanununda dini təbliğatın, 
missionerliyin qadağan edilməsi müsbət haldır. Amma görünür, bu iş 
daha da ciddiləşdirilməlidir. 
 
İkincisi,Azərbaycan dövlətinin milli təhlükəsizliyi üçün 
qorxunu indiki şəraitdə  əsasən, hərbi təhlükə törətdiyindən 
(Ermənistanın təcavüzkarlığı) ona son qoymağın, vətəndaşları fiziki 
cəhətdən mühafizə etməyin konkret yolları 
dəqiq 
müəyyənləşdirilməlidir. 
 Üçüncüsü, 
dövlətin iqtisadi təhlükəsizliyinin  əsas amilləri 
dəqiqləşdirilməlidir. Bir sıra xarici şirkətlərin ölkəmizdəki fəaliyyəti 
dövlətimizin iqtisadi təhlükəsizliyinə  xələl gətirməməli, qarşılıqlı 
faydalı  əməkdaşlığa xidmət etməlidir.  İqtisadi  əməkdaşlığın optimal 
nisbəti müəyyənləşdirilməlidir. 
 Dördüncüsü, 
yaxın qonşu və uzaq ölkələrdə yaşayan 
azərbaycanlı diasporu ilə  məqsədyönlü ciddi işin qurulması milli 
təhlükəsizliyə kömək edirdi. Lakin təəssüf olsun ki, bu işdə sistem və 
 
28


məqsədyönlük yoxdur; hər şey dumanlıdır; müvafiq təşkilatlar az qala 
nə 
işlə 
məşğul olacaqlarını bilmirlər. Xaricdə yaşayan 
vətəndaşlarımızın və soydaşlarımızın hüquqlaranın qorunmasına 
diqqət artırılmalıdır. 
 Beşinci, milli təhlükəsizliyimizin başqa bir tərəfi də vardır. 
Bu, xarici ölkələrdə  mədəni və informasiya sahəsi yaratmaqdır. 
Məlum olduğu kimi, hər hansı xalq haqqında stereotiplər alınan 
informasiyalar  əsasında formalaşır.  İnformasiya az olduqda və ya 
faktların yerinə yalan tutduqda stereotiplər mənfi olur. İnsanlar malik 
olduqları informasiya əsasında nəticə  çıxarırlar. Belə metodlar 
müharibə dövründə döyüşən ölkələrin hökumətlərinin bir-birlərinin 
xalqlarının imicinin formalaşması və nifrət üçün tətbiq edilir. Deməli, 
Azərbaycan dövləti üçün xarici ölkələrdə informasiya sahəsi yaratmaq 
xeyli zəruridir. Əgər onu biz yaratmasaq, başqaları yaradacaqlar. Həm 
də onların yaratdıqları informasiya xalqımızın düzgün imicinin 
formalaşmasına və mənafelərimizə zidd olacaqdır. Ona görə də xarici 
ölkələrlə elmi, mədəni, bütövlükdə humanitar əlaqələr sürətlə 
qurulmalı  və genişləndirilməlidir. Bu da bizim milli təhlükəsizlik 
problemimizdir. 
 Xarici 
siyasət fəaliyyətini Azərbaycan diplomasiyası müxtəlif 
formalarla həyata keçirir. Diplomatik fəaliyyətin - yazışmalar, 
məktublar, notalar, memorandumlar, bəyanatlar, beynəlxalq və 
məhəlli təşkilatların işində  iştirak etmək, beynəlxalq konqres
konfrans və müşavirələrdə  iştirak etmək, dövlət və hökumət 
nümayəndə heyətlərinin səfərləri, görüşləri, ikitərəfli və çoxtərəfli 
beynəlxalq müqavilə və sazişlərin hazırlanması və imzalanması, xarici 
ölkələrdə  olan            Azərbaycanın diplomatik nümayəndəliklərinin 
apardıqları  iş, dövlət başçılarının görüşləri,telefon danışıqları, xarici 
siyasətin bu və ya digər məsələlərinə dair dövlətin mövqeyinin 
mətbuatda işıqlandırılması, məsləhətləşmələr, rəsmi informasiyalar
beynəlxalq müqavilə və sənədlərin nəşr olunması və s. formalarından 
istifadə edilir. Əlbəttə, bu formalar beynəlxalq  şəraitə uyğun olaraq 
dəyişilə bilər. 
 
Məlum olduğu kimi, diplomatiya və siyasət tarix boyu heç də 
mənəviyyat normalarına tam uyğun gəlməmişdir. Diplomatiya və 
siyasət mənafelər uğrunda mübarizə olub, konkret şəraitdə minimum 
olanı  əldə etmək və mümkünlük sənətidir. Şəraitə    rəhbərlik etmək 
öz istəyini qəbul etdirməkdir, mümkün olmayanı mümkün etməkdir. 
 
29


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə