Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

imperiyanın başqa forması olan SSRİ-nin tərkibinə zorla qatması, 
hətta vahid sovet dövləti daxilində torpaqlarımızı hissə-hissə kəsərək 
qonşulara paylaması, SSRİ dağıldıqdan sonra müəyyən dairələrin 
müstəqilliyimizi qısqanması, onu zəiflətmək və özündən asılı salmaq 
üçün Qafqazda müstəmləkə siyasətini yeritməkdə vasitə olan 
Ermənistanın təcavüzkarlığına açıq-aşkar yardım göstərməsi, 
terrorizmi və separatçılığı dəstəkləməsi, ölkəmizi zəiflətmək və Qərb 
ölkələrini Qafqaza buraxmamaq məqsədilə  şimal dəmir yolunu 
bağlaması dövlətlərarası münasibətlərin necə inkişaf yolu keçdiyini 
göstərir. 
İkincisi, bu təzadlı  və mürəkkəb inkişaf yoluna baxmayaraq, 
Azərbaycan təxminən iki yüz il Rusiya imperiyasının tərkibində 
olmuşdur. Onları  bəzi tarixi coğrafi-siyasi tellər, müxtəlif  əlaqələr 
birləşdirir. Ona görə  də Azərbaycan dövləti xarici siyasət 
fəaliyyətində Rusiyaya myhym yer verir. 
Üçüncüsü, artıq  şimal qonşumuzda qismən də olsa reallıq 
hissi üstün gəlmiş  və ölkəmizin bəzi təkliflərinə müsbət cavab 
verilmiş, dövlətlərarası münasibətlərin müxtəlif sahələrinə dair 
sənədlər imzalanmış və yumşalma baş vermişdir.Lakin Azərbaycan-
Rusiya münasibətlərinin səviyyəsi dövlətlərimizin imkanlarından 
aşağıdır, onlara yeni keyfiyyət halı verilməsi vacibdir. Azərbaycan 
tərəfindən münasibətlərin inkişaf etdirilməsi üçün heç bir maneə 
yoxdur. Sadəcə müqabil tərəf reallıqları  qəbul etməli, tarixdən kül 
yox, od götürməlidir. 
Dördüncüsü, Azərbaycan, o cümlədən Qafqaz regionu böyük 
imperiyaların varisləri olan İran, Rusiya, Türkiyə və digər dövlətlər 
arasında nüfuz dairələri uğrunda mübarizə meydanıdır. Rusiya, İran 
vəTürkiyənin regiona dair konsepsiyaları müxtəlif meyarlara 
əsaslanır. Onların hər üçündə tarixi ənənələr və iqtisadi imkanlar 
mühüm yer tutur. Tarixi şəraitdən asılı olaraq bu konsepsiyalarda 
müxtəlif dəyişikliklər  əmələ  gəlir.  Əgər Türkiyənin regiona dair 
konsepsiyasında üstünlüyü mədəni qohumluq kimi türk birliyi və 
münaqişələrə yol verməmək təşkil edirsə,  İran  Şimal-Qərbi Asiya 
regionunda və Qafqazda hakim olmaq istəyir. Rusiya isə bu regionda 
özünün spesifik maraqlarını  əsas götürərək hər iki dövləti buradan 
vurub çıxarmaq istəyir. Zaman göstərir ki, bu  üç dövlətin regiona 
dair konsepsiyaları başlıca məsələlərdə üst-üstə düşmür. Regionda 
sabitlik və  əməkdaşlıq (o cümlədən, Dağlıq Qarabağ  məsələsinin 
 
36


həlli) bu dövlətlər arasında münasibətlərin necə olmasından çox 
asılıdır. Rusiya bu regiona öz həyati mənafeləri zonası kimi 
baxdığından onu əlindən buraxmaq istəmir. 1917-1920-ci illərdə 
Rusiya Güney Qafqazdan birinci dəfə vurulub çıxarılmışdı. Bunun 
acı nəticəsini görən Rusiya 1920-1921-ci illərdə zor gücünə regionu 
özünə qaytardı. Sonra isə dövlət quruculuğunda və idarəçilikdə 
unitarizmə üstünlük verildi. Gələcəkdə özündən asılılığı 
gücləndirməkdən ötrü iqtisadi-təsərrüfat əlaqələrini başqa regionlarla 
sıx yaxınlaşdırdı  və kiçik etnik qruplara xüsusi diqqət verdi. 
Nəticədə SSRİ-nin hələ mövcud olduğu, lakin zəiflədiyi dövrdə 
məhz bu regionda münaqişələr baş verdi. Regionda nüfuz qazanmaq 
uğrundakı mübarizədə bu ölkələrin bir-birilərinə çoxlu iddiaları  və 
şübhələri vardır. Qərb ölkələri Qafqazda Rusiyanın öz rolunu 
artırmaq cəhdlərinə  mənfi müsbət bəsləyirlər. Rusiyanın hakim 
dairələrində isə "ümumbəşəri meyarlar" termini sıradan çıxır və hər 
yerdə tez-tez "Rusiyanın milli mənafeləri" fikri səslənir. 
Bununla belə ikitərəfli münasibətlərin qurulması üçün bir 
neçə qarşılıqlı addımlar atıldı. 
1992-ci il oktyabrın 17-19-da Rusiya Federasiyası  və 
Azərbaycan Respublikasının parlament üzvlərinin «Dəyirmi stol»u 
keçirildi. «Dəyirmi stol»da aşağıdakı  məsələlər müzakirə edildi: 
Azərbaycan-Rusiya münasibətləri, Azərbaycanda və Rusiyada  milli 
azlıqlar məsələsi, Dağlıq Qarabağ münaqişəsində Rusiyada milli 
azlıqlar məsələsi, Dağlıq Qarabağ münaqişəsində Rusiya hərbi 
qüvvələrinin mövqeyi, Azərbaycan-Dağıstan münasibətləri  və s. 
Hər iki tərəfdən deputaların və ekspertlərin təmsil olunduğu 
bu dəyəirmi stol bütövlükdə faydalı oldu və sonrakı parlamentlərarası 
əlaqələr üçün müəyyən zamin yaratdı. 
1992-ci il  noyabrın 13-15-də Rusiya Federasiyası Ali 
Sovetinin Millətlər Palatasının sədri R.Abdullatipov başda olmaqla 
Rusiya parlament nümayəndə heyəti Bakıda oldu. Görüşün 
nəticəsində iki respublikanın parlamentləri arasında  əməkdaşlıq 
haqqında protokol imzalandı. Rusiya parlamentinin nümayəndələri ilə 
növbəti görüş 1993-cü il martın 20-də Bakıda keçirildi. 
R.Xasbulatovun başçılıq etdiyi Rusiya parlamentinin nümayəndə 
heyəti Azərbaycan Respublikası parlamentində  qəbul edildi. Görüş 
zamanı Azərbaycan-Rusiya münasibətlərinin aktual məsələləri 
 
37


müzakirə edildi  və yekun sənədi kimi hazırlanmış birgə  bəyannamə 
parlament başçıları tərəfindən imzalandı. 
1992-ci il oktyabın 12-də Azərbaycan  Respublikası 
prezidentinin Moskvaya səfəri zamanı Azərbaycanla Rusiya arasında 
qarşılıqlı təhlükəsizlik haqqında müqavilənin imzalanması iki ölkənin 
münasibətlərində  uğur hesab edilə bilər. Müqavilə 26 maddədən 
ibarətdir. Birinci maddə razılığa gələn ali tərəflər  arasında dostluq 
münasibətlərinin inkişaf etdirilməsini, bir-birinin dövlət suverenliyinə 
və müstəqilliyinə hörmət etməyi, hüquq bərabərliyi və bir-birinin 
daxili işlərinə qarışmamağı, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, 
zor işlətməkdən imtina etməyi, mübahisəli məsələləri dinc vasitələrlə 
aradan qaldırmağı, insan hüquqlarına hörmət etməyi nəzərdə tuturdu. 
İkinci maddə  qlobal və regional miqyasda sülhün, sabitliyin, 
təhlükəsizliyin təmin edilməsinə, kollektiv təhlükəsizlik sistemlərinin 
yaradılmasına həsr edilmişdir. Burada eyni zamanda göstərilirdi ki, 
tərəflər qarşılıqlı maraq doğuran problemlər  ətrafında müntəzəm 
məsləhətləşmələr keçiricəklər.  Üçüncü maddədə qeyd edilirdi ki, 
tərəflərin birinin fikrincə sülh üçün və ya onların təhlükəsizliyinə 
ciddi xələl gətirən şərait yarandığı təqdirdə tərəflərdən biri digərindən 
məsləhətləşmələr keçirilməsini xahiş edə bilər. Bu barədə onlar bir-
birinə informasiya verməyi öhdələrinə götürürdülər.  Dördüncü 
maddədə tərəflər razılığa gəlirdilər ki, hər biri öz ərazisində digərinin 
suverenliyinə və müstəqilliyinə yönəlmiş qrupların və ya təşkilatların 
yaradılmasına imkan verməyəcəklər və belə    hərəkətlərin qarşısını 
qətiyyətlə alacaqlar. Həmçinin tərəflər dövlət sərhəddinin mühafizəsi 
sahəsində  əməkdaşlıq etməyi də razılaşdırırdılar.  Beşinci maddə 
tərəflərin hər biri digərinə qarşı yönəldilən hərəkətlərdə  və ya 
tədbirlərdə  iştirak etməkdən imtina edirdi və öz ərazisindən digərinə 
qarşı zorakılıq hərəkətləri üçün istifadə olunmasına yol verməyəcəyini 
öhdələrinə götürürdülər. Altıncı maddəyə görə, tərəflərin hər-biri digər 
tərəfin suverenliyini, ərazi bütövlüyünü, səhədlərinin toxunulmazlığını 
və müdafiə qabiliyyətini qorumağa yönəldilən tədbirlər kompleksini 
müstəqil təyin etmək və ya həyata keçirmək hüququnu təsdiq edirdi və 
bu hüquqa hörmət edirdi. 
Yeddinci maddəyə görə, tərəflər milli təhlükəsizliyin təmin 
edilməsi və müdafiə quruculuğu ilə bağlı  məsələləri müstəqil həll 
edirdilər, eyni zamanda bu sahədə əməkdaşlığı və qarşılıqlı fəaliyyəti 
həyata keçirirdilər. Səkkizinci maddə vətəndaşların əmlak, şəxsi qeyri-
 
38


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə