Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

əmlak hüquqları, istirahət, sağlamlığın mühafizəsi, sosial-təminat, 
mənzil, təhsil, mədəniyyət və s. hüquqlarını  tənzim edirdi. 
Doqquzuncu maddə insan hüquqlarına və milli azlıqlara həsr 
olunmuşdu. Göstərilirdi ki, milli azlıqların hüquqlarına hörmət 
edilməsi sülhün, ədalətin, sabitliyin və demokratiyanın mühüm 
amildir. Burada milli azlıqlara qarşı ayrı seçkiliyin yolverilməzliyi, 
assimiliyasiyanın qeyri-mümkünlüyü, dini, mədəni və digər sahələrdə 
inkişafın zəruriliyi göstərilirdi. Maddədə milli azlıqlara qarşı zorakılıq 
hərəkətlərinin yolverilməzliyi qeyd olunurdu. Onuncu maddə 
ərazilərində yaşayan  şəxslərin iradəsini sərbəst ifadə etməsi  əsasında 
yaşadıqları dövlətin vətəndaşlığını saxlamaq və ya digər tərəfin 
vətəndaşlığı  əldə etmək hüququ məsələlərini müəyyənləşdirirdi.  On 
birinci maddə  tərəflər arasında siyasət, iqtisadiyyat, mədəniyyət, 
səhiyyə, energetika, ekologiya, elm, texnika, ticarət sahələrində  və 
başqa sahələrdə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa həsr 
edilmişdi. On ikinci maddə hər iki ölkənin vətəndaşlarının əmlakı və 
dövlət  əmlakının tənzimlənməsi məsələlərini nəzərdə tuturdu. On 
üçüncü maddədə tərəflər arasında iqtisadiyyat, ticarət, elm və texnika 
sahəsindəki münasibətlərin inkişaf səviyyələri müəyyənləşdirilirdi. Bu 
prosesdə dövlət hakimiyyəti və idarəetmə orqanlarından tutmuş  fərdi 
sahibkarlara qədər bütün səviyyələr iştirak etməli idilər. On dördüncü 
maddə  dəmiryol, çay, dəniz, hava və avtomobil yolları daşımaları 
məsələlərinə  həsr edilmişdi.  On beşinci maddədə  tərəflər neftin və 
təbii qazın emalı, istifadə edilməsi və ixracı sahəsində, eləcə  də 
seysmologiya kənd təsərrüfatı  və  ərzaq təminatı sahəsində 
əməkdaşlığın həcmini saxlamaq və inkişaf etdirmək təəhhüdlərini öz 
üzərlərinə götürürdülər.  On altıncı  maddə  iki ölkənin elmi-tədqiqat 
mərkəzləri arasında birbaşa  əlaqələrin inkişaf etdirilməsinə,  on 
yeddinci maddə iqtisadi, mədəni, humanitar, etnik əlaqələrin, təhsil, 
turizm və informasiya sahəsində  əməkdaşlığın dərinləşdirilməsinə 
həsr edilmişdi.  On səkkizinci maddə  tərəflər arasında energetika, 
nəqliyyat, informatika və rabitə, on doqquzuncu maddə isə ekologiya 
və  ətraf mühitin mühafizəsi sahəsində  əməkdaşlıq məsələlərini 
nəzərdə tuturdu. İyirminci maddə mütəşəkkil və beynəlxalq 
cinayətkarlığa, narkotik maddələrin qanunsuz dövriyyəsinə, 
terrorçuluğa və s. qarşı birgə mübarizə  məsələlərinə  həsr edilmişdi. 
İyirmi birinci maddə  hər iki dövlətin parlamentləri və parlament 
üzvləri arasında əlaqələrin və əməkdaşlığın inkişafını nəzərdə tuturdu. 
 
39


Müqavilənin digər maddələri prosedur məsələlərə  həsr 
olunmuşdu. Beş il müddətinə bağlanılan müqavilə  tərəflərin 
əməkdaşlığında yeni mərhələ hesab edilə bilərdi. Tərəflərdən biri altı 
ay qabaqcadan yazılı  xəbərdarlıq etmək  şərti ilə bu müqaviləni ləğv 
etmək arzusunda olduğunu bildirmədikdə, bu müqavilənin müddəti 
növbəti beş ilə avtomatik uzadılmış sayılırdı. Lakin müqavilənin 
imzalanmasından xeyli keçməsinə baxmayaraq hər iki ölkənin 
parlamentində bu müqavilə müzakirədən keçirilmədi və  təsdiq 
edilmədi. 
Beləliklə, Azərbaycanla Rusiya arasındakı münasibətlər 
yenə də soyuq olaraq qalırdı. 
1993-cü il iyunda Gəncə qiyamından sonra Rusiya ilə 
münasibətlərdə tədrici istiləşmə baş verdi. Avqust ayının 19-da Rusiya 
Federasiyası Xarici İşlər nazirinin müavini B.Kolokovun başçılıq 
etdiyi nümayəndə heyəti Azərbaycana gəldi. Nümayəndə heyətinə 
Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə  səfiri, prezident B.Yeltsinin 
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardakı nümayəndəsi 
Vladimir Kazimirov və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 
bir qrup məsul işçisi daxil idilər. 
Keçirilən danışıqlarda Ermənistan-Azərbaycan 
münaqişəsinin həlli və Azərbaycanın hərbi tribunalının kollegiyası 
tərəfindən ölüm cəzasına məhkum edilmişdi beş  nəfər rusiyalı  hərbi 
əsirin taleyi məsələləri və s. müzakirə edildi. 
Moskvada olan respublika nümayəndə heyəti Azərbaycanla 
Rusiya arasında dövlətlərarası sazişlərin, banklararası  əməliyyatların 
nizama salınması məsələlərini müzakirə etdilər. 
Azərbaycanla Rusiya arasındakı münasibətlərdə yaxşılığa 
doğu dönüşün başlanğıcı 1993-cü il sentyabrın 5-8-dək H.Əliyevin 
Moskvaya səfəri ilə  əmələ  gəlməli idi. Səfər zamanı o, Rusiya 
Federasiyası prezidenti B.Yeltsinlə, Ali Sovetin sədri R.Xasbulatovla, 
Baş nazir V.Çernomırdınla, müdafiə naziri P.Qraçovla, xarici işlər 
naziri A.Kozırevlə görüşdü. Səfərin gedişində  tərəflər bildirdilər ki, 
iki ölkə arasındakı münasibətlərin soyuqluğu Azərbaycanın və 
Rusiyanın milli mənafelərinə cavab vermir. Ona görə  də buraxılmış 
səhvlər düzəldilməli, iki ölkə arasındakı münasibətlərdə ciddi 
dəyişikliklər edilməlidir. 
1993-cü ilin oktyabrın  əvvələrində Rusiya Federasiyası 
xarici işlər nazirinin birinci müavini A.Adamişin Azərbaycana səfər 
 
40


etdi. O, ölkə prezidenti, dövlət katibi və xarici işlər naziri ilə görüşdü, 
ikitərəfli münasibətlər və regionda sülh və  təhlükəsizlik məsələləri 
müzakirə edildi. 
Lakin Rusiya-Azərbaycan münasibətləri yenə də Moskvanın 
təqsiri ucbatından soyuq qalırdı. Azərbaycanın hər iki tərəfin 
mənafeyinə cavab verən təkliflərini qəbul etməyən Moskva hər  şeyə 
öz mənafeyi prizmasından baxırdı. 
Rusiya Federasiyası Federasiya Şurasının sədri 
V.Şumeykonun dəvəti ilə Azərbaycan parlamentinin sədri 
R.Quliyevin 1994-cü il aprelin 25-29-da Moskvaya səfəri son illərdə 
parlament nümayəndə heyətinin yüksək səviyyədə  həmin ölkəyə ilk 
səfər idi. Bu səfərin böyük əhəmiyyəti var idi. Milli Məclisin 
komissiyası  sədrlərinin, ayrı-ayrı nazirliklərin başçılarının iştirak 
etdiyi bu səfərdə Rusiya parlamenti palatalarının rəhbərləri 
V.Şumeyko,  İ.Rıbkin. hökümətin başçısı V.Çernomırdin onun 
müavini S.Şaxray, xarici işlər naziri A.Kozırev, müdafiə naziri 
P.Qraçov və b. ilə görüşlər keçirildi. Nümayəndə heyətinin başçısı 
Federasiya  Şurasında çıxış etdi, parlamentin ayrı-ayrı komitələrində 
görüşlər keçirildi. Səfərin yekunlarına dair mətbuat konfransı 
keçirildi, iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında saziş 
imzalandı.  
Öz növbəsində Rusiya Dövlət Dumasının nümayəndə heyəti 
Azərbaycana səfər etdi. 
İki ölkə arasında münasibətlərin istiləşməsinə baxmayaraq, 
əlaqələrdə çoxlu əngəllər var idi. Azərbaycanın  şimal dəmir yolunun 
işləməməsi ölkə iqtisadiyyatına böyük zərbə vururdu. Hərbi-siyasi 
məsələlərdə, xüsusən Azərbaycanın  İran və Türkiyə ilə  sərhədlərinə 
rus sərhədçilərinin yerləşdirilməsi ilə bağlı  təzyiqlər davam edirdi. 
Azərbaycan tərəfi bildirirdi ki, onun İranla sərhədlərinin xeyli hissəsi 
Ermənistan tərəfindən işğal edilib və nəzarətdən kənarda qalıb, işğala 
son qoyulduqdan və  ərazilər azad edildikdən sonra bu məsələni 
müzakirə etmək olar. 
1995-ci ildə Rusiya Dövlət Dumasının nümayəndə heyəti, 
mədəniyyət nazirinin birinci müavini K.Şerbakov, Federasiya 
Şurasının sədri V.Şumeyko Azərbaycanda oldular. Baş nazirin 
müavini A.Bolşakovun səfəri zamanı iki ölkə arasında 8 sənəd-tibb 
və  səhiyyə sahəsində  əməkdaşlıq haqqında, elektroenergetika 
sahəsində 
əməkdaşlığın prinsipləri haqqında, elmi-texniki 
 
41


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə