Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

əksinə olaraq “islam fundamentalizmi”nə qarşı  çıxan ABŞ islam 
dininə  dərin hörmət bəslədiyini bildirir, müsəlman ölkələrində  və 
regiolarında möhkəmlənir. İslam dini və “islam fundamentalizmi”ni 
fərqləndirmək lazımdır. İslam dinini fundamentalizm və terrorizmlə 
eyniləşdirmək olmaz. Xristian terrorçu qrupları kimi müsəlman 
terrorçu qrupları da yolverilməzdir. 
Deməli, keçmişə qayıdış üçün hər hansı formada atılan addım, 
hətta böyük rus millətçiliyi ciddi müqavimətə rast gələr, uğursuz 
olar, fövqəldövlətdən böyük dövlətə çevrilmiş Rusiyanı parçalayar. 
Nüvə dövləti olmasına baxmayaraq, onu Rus dövlətinin tarixi 
torpaqlarına qədər sıxışdıra bilər. Onun bir dövlət kimi gələcəyi həm 
ölkə daxilində, həm də xaricdə türk xalqları ilə necə münasibətlər 
qurmasından xeyli asılıdır. 
Tarixdən məlumdur ki, şərq slavyanları daim türk xalqları ilə 
birgə və ya yanaşı yaşamışlar. Çox vaxt türk xalqları Rus dövlətini 
yadelli işğalçılardan qorumuşlar. Hətta 1240-cı ildə isveçlilərin 
basqını zamanı tatar xanı Batı xan Novqorodun hakimi Aleksandr 
Yaroslaviçə silah və qüvvə verdi (Batı xan Aleksandr Yaroslaviçin 
anasını almışdı  və onu oğulluğa götürmüşdü). Neva üzərində 
döyüşdə o, qələbə qazandı. 
Həmçinin elmi dairələrdə belə bir fikir vardır ki, hər bir rusun 
damarlarında türk qanı axır. Parisdə  fəaliyyət göstərən  şərq dilləri 
məktəbində bildirdilər ki,hər hansı rusu araşdırsan, ondan tatar 
taparsan və ya hər hansı rusu sıxsan ondan tatar qanı axar. 
Mərkəzi hakimiyyət bildirir ki, federasiyanın subyektləri 
beynəlxalq  əlaqələrini Rusiyanın xarici ölkələrdəki səfirliklikləri 
vasitəsilə  həyata keçirməlidirlər. Bundan məqsəd xarici siyasətdə 
mərkəzçiliyə sahib olmaq, kəskin xətt götürmək, ölkənin 
bütövlüyünü qorumaq, onun parçalanmasının arşısını almaqdır. 
Lakin bu məqsəd bir sıra çətinliklərlə üzləşir. Çünki federasiya 
subyektlərinin çoxu ölkə konstitusiyasına uyğun olaraq artıq xarici 
ölkələrlə iqtisadi,elmi-texniki, mədəni 
əlaqəlar qurmuşlar. 
Federasiya subyektlərinin bəzisinin (məsələn, Tatarıstan) xarici 
ölkələrdə nümayəndəlikləri, müxtəlif banklarda hesabları vardır. 
Onların çoxunda müstəqillik  şüuru hakim olmuşdur, tam 
müstəqilliyə doğru addım-addım irəliliyirlər. Ölkənin quruluşu daha 
çox milli ərazi təməlinə  əsaslanır. Xalqlar onu öz tarixi torpqları 
hesab edirlər. 
 
48


Dünya siyasətində Rusiyanın mövqelərinin xeyli zəifləməsi, 
problemlərin həllində onun fikirlərinin nəzərə alınmaması, dünya 
bazarlarından vurulub çıxarılması, mallarının rəqabətə tab gətirə 
bilməməsi vəziyyəti daha da ağırlaşdırır. Dövlətin xarici siyasəti 
onun daxili siyasətinin davamıdır, onun imkanlarından asılıdır. 
Deməli, Rusiyanın imkanları onun arzularının həyata geçirilməsi 
ümidlərini heçə endirir. 
İkincisi, MDB-dəki  şərait də ürəkaçan deyil. Yarandığı 
vaxdan bəri ləng inkişaf etməsinə baxmayaraq, onun iştirakçısı olan 
dövlətlərin daxili ictimai-siyasi, iqtisadi vəziyyəti, Ukraynada Krım, 
Moldovada Dnestryanı, Gürcüstanda gürcü-abxaz,Rusiyada rus-
çeçen münaqişəsi, Tacikistanda vətəndaş müharibəsi,Ukrayna-
Rusiya, Rusiya-Moldova ziddiyyətləri, Ermənistanın Azərbaycana 
qarşı təcavüzükarlığı, qırılmış iqtisadi əlaqələr, müstəqil dövlətlərin 
yenidən kiminsə hakimiyyəti altına düşmək istəməmələri, bu 
dövlətlərdə hakim olmuş müstəqillik şüuru, xarici kapitalın təsiri də 
bu istəklərin əleyhinə işləyir. 
Ona görə də Moskva MDB-ni möhkəmləndirməkdə Belarusa, 
Ermənistana, Qazaxıstana və  Qırğızıstana ümid bəsləyir. Bu dörd 
dövlətin başçılarının imzaladıqları iqtisadi və humanitar 
inteqrasiyanın dərinləşdirməyi nəzərdə tutan sənəd və ayrıca Rusiya-
Belarus sazişi MDB iştirakçısı olan dövlətlərin  əməkdaşlığının bir 
neçə  mərhələsini 2-lər, 4-lər və s. nəzərdətutur.  Əslində belə 
addımlar obyektiv tarixi proseslərə deyil, subyektivizmə  əsaslanır, 
ona birmənalı münasibət mövcud deyildir. İnteqrasiya prosesləri 
yalnız bərabərlik və könüllülük əsasında qurula və inkişaf etdirilə 
bilər. 
Üçüncüsü, beynəlxalq münasibətlərin müasir vəziyyəti də bu 
istəklərin əksinədir. Dünya dövlətləri gənc müsəqil dövlətləri dünya 
birliyinin bərabərhuquqlu üzvləri kimi qəbul etmişlər, beynəlxalq və 
regional təşkilatların üzvü olan bu dövlətlərlə qarşılıqlı faydalı 
siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və b. əlaqələr qurmuşlar. 
Azərbaycan, o cümlədən müstəqil dövlətlər (Ermənistan fərqli 
olaraq) beynəlxalq hüququn prinsiplərini qəbul etmişlər. Azərbaycan 
dövləti bu prinsiplərə ciddi sürətdə  əməl edir. Bununla belə, böyük 
dövlətlər uzun illər boyu arzuladıqları  və çalışdıqları SSRİ-nin 
dağılmasından sonra yaranmış siyasi və etnik xarakterli 
münaqişələrdən xeyli narahatdır. 
 
49


Deməli, dövlətlərarası  münasibətlərdə  çətinliklər törətməklə 
öz istəklərinə çatmaq mümkün deyildir. Ona görə  də  çətinliklərin 
aradan qaldırılmasının, reallıqların qəbul edilməsinin və 
münasibətlərin beynəlxalq normalara uyğun inkişaf etdirilməsinin 
zəruriliyi ön plana çıxır. Azərbaycan - Rusiya münasibətlərində 
mövcud olan çətinliklərdən çıxış yollarının və  əməkdaşlığın geniş 
perspektivləri vardır. Bu çətinliklərin aradan qaldırılması ikitərəfli 
münasibətləri yeni inkişaf səviyyəsinə qaldırardı. Bundan ötrü 
tərəflərin hər biri özündən asılı olan aşağıdakı addımları atmalıdırlar. 
Rusiya tərəfi:  əgər MDB iştirakçısı olan dövlətlərdə, o 
cümlədən Azərbaycanda arzuolunan qonaq olmaq istəyirsə, mütləq 
münaqişələrin həllində, əməkdaşlıqda, dövlətlərarası münasibətlərdə 
hökmlərə, təzyiqlərə deyil, bərabərhüquluğa, beynəlxalq normalara 
əsaslanmalı,  ədalətli sülhə nail olmalıdır; başa düşməlidir ki, 
münasibətlərin gələcəyi bərabərhüquqlu, qarşılıqlı faydalı 
əməkdaşlıqdadır; dövləti və dövlətlərarası münasibətləri köhnə 
ideyalar  əsasında qurmaq cəhdləri uğursuzluğa gətirəcəkdir; köhnə 
baxışlardan imtina etməli və başa düşməlidir ki, MDB iştirakçısı 
olan dövlətlərin  əksəriyyətinin strateji xətti müstəqil dövlətçiliyi 
möhkəmləndirmək, Rusiyadan asılılığa son qoymaqdır; keçmiş sovet 
məkanında artıq təkcə Rusiyanın deyil, Azərbaycanın da müstəqil 
siyasətinin olduğunu qəbul etməlidir; başa düşməlidir ki, Rusiya 
üçün xaricdən heç bir hücum təhlükəsi yoxdur; Rusiya şəhərlərində 
“Qafqaz milləti” adı altında azərbaycanlıların sıxışdırılmasına və 
təhqir edilməsinə son qoymalıdır; Rusiya bazarlarının 
azərbaycanlıların əlində olması faktını özünə sərfəli amil kimi qəbul 
etməlidir; başa düşməlidir ki, tarixin təkərini geri döndərmək olmaz. 
Burada ayrıca olaraq Rusiya - Ermənistan  əməkdaşlığına 
diqqət yetirilməlidir. Bu iki ölkənin  əməkdaşlığı strateji baxımdan 
Qərb ölkələrinin regiona buraxılmasına, türk xalqlarına və müsəlman 
Şərqinə qarşı yönəldilmişdir.  Əslində Ermənistan Rusiyanın  əlində 
müstəmləkəçilik aləti və vasitəsidir. Ermənistanda Rusiya ordusunun 
olması, onda həm də ermənilərin qulluq etməsi, Azərbaycana qarşı 
təcavüzkarlıqda Yerevana açıq-aşkar göstərilən siyasi, iqtisadi, 
hərbi, mənəvi yardımlar deyilənləri təsdiqləyir. Lakin Rusiya - 
Ermənistan  əməkdaşlığının Rusiya üçün ağır nəticələri vardır. O, 
Rusiyanı parçalayır, təcavüzkarlığın müdafiə edilməsi ölkə daxilində 
separatizmi, sabitsizliyi və qarşıdurmanı gücləndirir. Öz əhalisinə 
 
50


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə