Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

Ermənistanın isə ondan imtina etməsi regiondakı  vəziyyət üçün 
kimin təqsirkar olduğunu göstərir. Qafqaz dövlətlərinin 
müstəqilliklərinin möhkəmlənməsinə, regionda sülhün bərqərar 
olmasına başlıca maneə Ermənistanın təcavüzkarlıq hərəkətləridir. 
Azərbaycan - Gürcüstan münasibətlərinin inkişafına mane ola 
biləcək ciddi əngəllər yoxdur.Lakin bəzi xarici ölkələrdəki müəyyən 
dairələr bu əlaqələrdə süni çətinliklər yaratmağa çalışırlar. 
Ermənistan bildirir ki, yaxın illərdə Gürcüstana qarşı  rəsmi 
səviyyədə  ərazi iddiaları qaldırılmayacaqdır. Məqsəd aydındır: 
Dağlıq Qarabağ məsələsi “həll edildikdən” sonra növbədə Gürcüstan 
durur. 
1993-cü ildə Gürcüstan parlamentinin rəhbəri E.Şevernadze 
Bakıya rəsmi səfər etdi. Səfər zamanı o, Azərbaycan Respublikası 
parlamentinin sədri tərəfindən qəbul edildi. Görüş  nəticəsində 
Azərbaycan və Gürcüstan parlamentləri arasında müvafiq sənəd 
imzalandı. 
1993-cü ildə Gürcüstanın müxtəlif səviyyəli nümayəndə 
heyətlərinin Azərbaycana səfərləri zamanı Bakıdan kredit alınması 
xahişi müzakirə obyektinə çevrildi. Azərbaycan tərəfi Gürcüstanın bu 
xahişinə  əməl etdi, özü çətin vəziyyətdə olmasına baxmayaraq ona 
kredit ayırdı və yanacaq verdi. 
Lakin bu illərdə Gürcüstanda yaşayan azərbaycanlıların 
sıxışdırılması, yaşayış yerlərinin adlarının dəyişdirilməsi, torpaq 
islahatı adı altında soydaşlarımıza torpaq verilməməsi prosesi gedirdi. 
Bunlar da iki ölkə arasında münasibətlərə mənfi təsir göstərirdi.  
1994-cü ildə Gürcüstanın Baş naziri Otar Pasasiya  başda 
olmaqla nümayəndə heyəti, parlament nümayəndə heyəti, Baş 
nazirinin müavini Zurab Kervalişvili və b. Azərbaycana səfərə 
gəldilər. Müxtəlif səviyyəli görüşlərdə Azərbaycan-Gürcüstan iqtisadi, 
siyasi, elmi-texniki, mədəni əlaqələrinin  genişləndirilməsi məsələləri 
müzakirə edildi.  
1995-ci ildə Gürcüstan paralmentinin spikeri V.Qoquadze 
Nazirlər Kabineti sədrinin birinci müavini Z.Kervalişvili,  İnsan 
hüquqları  və Millətlərarası Münasibətlər Komitəsinin sədri Sandro 
Kavsadze Azərbaycanda səfərdə oldular. Nümayəndə heyətlərinin 
Azərbaycan rəhbərliyi tərəfindən qəbul edilməsi bir sıra ikitərəfli və 
regional məsələlərin müzakirə edilməsi göstərdi ki, bir çox problemlər 
barədə  təkliflər arasında fikir ümumiliyi vardır. Bu ildə Azərbaycan 
 
54


neftinin dünya bazarına nəql olunması ilə bağlı dörd variantdan yalnız 
ikisinin o cümlədən Gürcüstan variantının seçilməsi iki ölkə 
arasındakı başqa səhalardə  də  əməkdaşlığın genişlənməsinə, 
münasibətlərin istiləşməsinə təkan verdi. 
Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin geniş 
perspektivləri vardır. Bakıda və Tbilisidə  səfirliklərin fəaliyyət 
göstərməsi, münasibətləri tənzimləyən çoxlu sənədlərin 
imzalanması, iqtisadi, siyasi, elmi-texniki, mədəni və humanitar 
əlaqələrin, xalq diplomatiyasının genişlənməsi üçün böyük imkanlar 
toplanmışdır. 
Qafqazda ümümi inkşafın yegənə yolu dövlətlərin  ərazi 
bütövlüyünün qəbul edilməsi, işğala, separatçılığa son qoyulmasıdır. 
Əgər bunlara əməl edlməzsə, gec- tez böyük Qafqaz müharibəsi baş 
verəcəkdir. 
Azərbaycan üçün ən problemli məsələ Ermənistanla 
münasibətlərdir. Münasibətlərin olmamasının səbəblərinin kökü 
qətiyyən Azərbaycan tərəfində deyildir. O, ermənilərin dənizdən-
dənizə yaradılması  nəzərdə tutulan uydurma “Böyük Ermənistan” 
istəkləri ilə bağlıdır. Ermənistanın Azərbaycan torpaqlarını  işğal 
etməsinin  əsas səbəbi də bunlardır.  Əgər “Böyük Ermənistan” 
yaratmaq erməni xalqının milli idealı olaraq qalacaqsa, onda 
regionda heç vaxt daimi sülh, güclü iqtisadiyyat və  səmərəli 
əməkdaşlıq olmayacaqdır, daim münaqişələr hökm sürəcəkdir. 
Əlbəttə, Ermənistan siyasətinin arxasında başqa qüvvələr 
durur. Erməni tarixi əyani şəkildə göstərir ki, bu xalq iki yüz ildən 
bəri Avropaya, Amerikaya, Rusiyaya müraciyət edir, göz yaşı 
tökərək onlardan kömək gözləyir. Ermənilər bütün müraciətlərini 
dini mənsubiyyətləri və xristianlıqla  əlaqələndirirlər. Tarixdən 
məlumdur ki, bir sıra Avropa dövlətlərində hissiyyatı oxşayan sözlər 
söylənilmiş, vədlər verilmiş, lakin son nəticədə ermənilərə arxa 
çevirilmiş, onların avantürasına uyulmamışdır. XIX-XX əsrlərdə 
erməni məsələsi ikitərəfli və bir sıra konfrasların sənədlərinə daxil 
edilsə  də, Avropa dövlətləri onları  kənara atmış  və ermənilərin 
“prezervativ” hüququnu saxlamışlar. Məlum olmuşdur ki, 1871-
1890-cı illərdə Almaniya kansleri olmuş Otto Bismark cılız bir 
alman  əsgərinin sümüyünü bütün erməniliyə  dəyişmək istəmir, 
Rusiya isə türk torpaqlarında yaradılmış Ermənistana sahib olmaq 
istəyir, ingilis gəmiləri ermənilərin iddia etdikləri ərazidə üzə bilmir. 
 
55


İginci dünya müharibəsindən azca sonra dünya ermənilərinin 
“tarixi erməni” torpaqlarına sahib olmaq istəklərini Qərb dövlətləri 
qulaq ardına vurmuş,  əvəzində xaricdən 1 milyon nəfərdən çox 
erməni gətirilərək Ermənistana yerləşdirilmiş, oradakı 
azərbaycanlılar isə tarixi torpaqlarımızdan qovularaq  Azərbaycana 
pənah gətirmişlər.  
Dağlı Qarabağ  məsələsinin həllində isə ABŞ  və Avropa 
dövlətləri heç şübhəsiz, ermənilərin  əsassız iddialarını deyil, öz 
mənafelərini qoruyurlar. Məsələ xaricdəki erməni diasoprunun 
ümidinə qalmağa başlayır.  
Ermənistan - Azərbaycan münasibətlərinin yaxşılaşması işğal 
olunmuş torpaqların azad edilməsindən,  ərazi-sərhəd müqaviləsinin 
imzalanmasından, iddialardan və düşmənçilikdən  əl çəkməkdən 
keçir. Ermənilər başa düşməlidirlər ki, Azərbaycan onların dərd-
sərini və istəyini Avropadan tez və yaxşı dərk edər. 
Azərbaycanın xarici siyasətinin MDB iştirakçısı olan 
dövlətlərlə istiqamətində  Mərkəzi Asiya ölkələri xüsusi yer tutur. 
Qazaxıstanla 1992-ci il avqustun 30-da, Özbəkistanla 1992-ci il 
yanvarın 4-də, Türkmənistanla 1992-ci il iyunun 9-da, Qırğızıstanla 
1992-ci il yanvarın 19-da diplomatik münasibətlər quruldu. Bu 
dövlətlərlə    ölkəmizin münasibətlərini, xarici siyasətimizdə onların 
tutduqları yeri əsasən aşağıdakı amillər səciyyələndirir. 
Əvvəla, bu ölkələrin (Qazaxıstan, Özbəkistan, Türkmənistan, 
Qırğızıstan) xalqlarını bizimlə soy-kök, dil, din, mədəni, tarixi, 
coğrafi-siyasi tellər birləşdirir. Onlar Türksoy təşkilatında və türk 
dövlətləri başçılarının zirvə toplantısında birləşmişlər. 
İkincisi, ölkələrimiz uzun illər boyu iqtisadi, siyasi və mədəni 
təsərrüfat sistemində vahid dövlətin tərkibində olmuşlar. Onların 
həyatının bütün sahələrində xeyli yaxınlıq vardır. 
Üçüncüsü, Azərbaycan Mərkəzi Asiya xalqlarının Türkiyəyə 
və  Qərbin Mərkəzi Asiya ilə  əlaqələrində “Qızıl körpü” rolunu 
oynamışdır. 
Dördüncüsü, Mərkəzi Asiya dövlətləri tarixən Çinə  və 
Hindistana çıxmaqda strateji rol oynamışlar. 
Beşincisi, Mərkəzi Asiya dövlətlərinin zəngin təbii sərvətləri, 
müstəqil dövlətçiliyi möhkəmləndirmək istəkləri xarici 
siyasətimizdə onların yerini daha da şərtləndirir. 
 
56


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə