Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

vasitə kimi baxır; hər vəchlə ikili vətəndaşlığın tətbiqinə çalışır; 
müstəqil dövlətləri siyasi cəhətdən birləşdirmək məqsədilə  Qərb 
ölkələrinin deyil, Moskvanın onlar üçün yeganə müttəfiq olduğunu 
təbliğ edir; MDB iştirakçısı olan dövlətlərə  bərabər münasibət 
göstərmir (Azərbaycana qarşı  təcavüzkarlığında Ermənistana açıq-
aşkar çoxtərəfli yardım göstərir); ölkəmizə qarşı psixoloji-təbliğat 
vasitələri, o cümlədən, guya Çeçenistana yardım edilməsi və s. işə 
salınır; Hətta Rusiya imperiyasını  bərpa etmək barədə avantürist 
çağırışlar eşidilir.  İki qitədə yerləşən Rusiya transregional dövlət 
olmaq istəyir. Keçmiş siyasətin forması dəyişsə də, mahiyyəti qalır. 
Rusiya keçmiş sovet respublikalarını "öz yağları ilə qovurmaq, öz 
odunları ilə ocağındakı qazanında qaynatmaq" fikrindən  əl 
çəkməmişdir. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin 
fikrincə, "Rusiya elə bir ölkədir ki, müstəmləkəçilik onun tarixi üçün 
həmişə nəqarət olmuşdur".  
Hərbi cəhətdən törədilən çətinliklər: Rusiya keçmiş SSRİ-nin 
hərbi-siyasi infrastrukturunu qoruyub saxlamaq, strateji qüvvələri 
mühafizə etmək istəyir; müstəqil dövlətlərdə ordu quruculuğunun 
həyata keçirilməsini qısqanır, ona mane olur, ya da həmin prosesin 
özü tərəfindən aparılmasına çalışır; onları MDB iştirakçısı olan 
ölkələr çərçivəsində  yığmağa sə"ylər edir və bundan ötrü müxtəlif 
təzyiq vasitələrini işə salır (hərbi-sənaye kompleksinin inkişafına 
mane olmaq, ordularda birgə  hərbi xidmət keçməsi, hərbi 
məktəblərin fəaliyyətinin əlaqələndirilməsi və planlaşdırılması, hərbi 
texnika ilə  təmin etmək, silah satışı  və s.); münaqişə zonalarında 
MDB bayrağı altında kollektiv qüvvələrin yerləşdirilməsi üçün BMT 
və ATƏT-in mandatını almaq, bununla da MDB-də Rusiyanın hakim 
rolunu təsdiq etmək və ya mövcud münaqişələrin doldurulması 
cəhdləri (mə"lumdur ki, kollektiv qüvvələr simvolikdir, onda əsas 
yeri Rusiyanın tutmaq istəyi həksizdir) edir; sülhməramlı proseslərdə 
inhisarçı olmaqdan ötrü Rusiya MDB-yə BMT çərçivəsində regional 
saziş  və ya təşkilat statusu almağa çalışır; öz strateji məqsədləri 
naminə MDB iştirakçısı olan dövlətlərdə  hərbi bazalarını 
yerləşdirməyə, sərhədləri birgə qorumağa təkid edir (Azərbaycan 
ərazilərinin xeyli hissəsinin, o cümlədən  İranla sərhədlərinin bir 
hissəsinin işğal altında olmasına və ona nəzarət etməməsinə 
baxmayaraq, onu birgə qorumaq barədə  təzyiqlər edir); müstəqil 
dövlətlərin başqa blok və  hərbi ittifaqlarda iştirakını  qısqanır 
 
45


(onların "Sülh naminə  tərəfdaşlıq" proqramında iştirakını yaralı 
nöqtə kimi qəbul edir); müstəqil dövlətləri yenidən vahid hərbi 
sistemdə toplamaq istəyir. 
Rusiya qoşunlarını MDB bayrağı altında Ermənistan-
Azərbaycan münaqişəsi zonasında yerləşdirməyə çalışır. O, bildirir 
ki, BMT-nin maliyyə imkanları məhdud olduğundan bu işi özü görə 
bilər. Lakin MDB-nin belə bir əməliyyatı  həyata keçirmək hüququ 
yoxdur. Belə hüquq yalnız BMT və ATƏT-də vardır. BMT 
nizamnaməsinin 52-ci maddəsində deyilir ki, regional təşkilatlar və 
sazişlər sülhməramlı əməliyyatlar apara bilərlər. Lakin bir şərtlə ki, 
onların məqsədləri və  fəaliyyəti BMT-yə uyğun gəlsin. Belə 
uyğunluğu təşkilatların özləri deyil, BMT müəyyənləşdirməlidir. 
BMT isə belə mandatı MDB-yə vermişdir. BMT nizamnaməsinə 
görə, belə  əməliyyatlara razılıq verilirsə, qarşıya qoyulmuş belə 
vəzifələri yerinə yetirməkdən ötrü dəqiq mandat və konkret vaxt 
çərçivəsi qoyulmalıdır;  əməliyyat və onun funksiyası BMT naminə 
fəaliyyət göstərməlidir;  əməliyyat Baş katibin rəhbərliyi ilə 
aparılmalıdır; Baş katib isə onun bütün cəhətləri üçün təhlükəsizlik 
Şurası qarşısında məsuliyyət daşıyır;  əməliyyat iştirakçısı olan 
dövlətlərin hərbi qüvvələri öz milli komandanlarına deyil, BMT-nin 
təyin etdiyi komandana tabedirlər, münaqişə edən tərəflərə 
münasibətdə  qərəzsiz və tam olmalıdırlar; daxili işlərə 
qarışmamalıdırlar; sülhməramlı qüvvələr danışıqlar aparılmasını 
əvəz edə bilməz suverenlik, ərazi bütövlüyü və  sərhədlərin 
toxunulmazlığı prinsiplərinə  əməl edilməlidir; hər bir ölkənin 
qüvvələri bu əməliyyatın tərkibində ümumi heyətin 30%-dən çoxunu 
təşkil edə bilməz, tərkibində  ən çox heyəti olan ölkə  əməliyyatda 
komandanlıq edə bilməz; regionda birbaşa marağı olan dövlət 
komandanlıq etməməlidir. 
Bu normalar Rusiyanın istəyi ilə ziddiyyət təşkil etdiyindən 
BMT belə əməliyyatlar üçün ona icazə vermədi. 
Bununla belə, münaqişə zonasına hər hansı bayraq altında 
(istər BMT, istər ATƏT, istərsə də MDB) qoşun yeridilməsinin bir 
sıra nəticələri ola bilər; problemin həlli dondurular; "DQR" subyektə 
çevrilər; tanına bilər; atəş xətti sərhəd xəttinə çevrilə bilər; gələcəkdə 
torpaqların azad edilməsi mümkünsüz olar; Ermənistan silahlı 
qüvvələri Azərbaycandan çıxmaz, torpaqlar azad edilməz və s. 
 
46


Çünki işğalçı fasilə qazanır, quruculuq işləri aparır, erməni xalqının 
mənəvi-psixoloji ruhunu yüksəlir. 
Yuxarıda göstərilən iqtisadi, siyasi və  hərbi çətinlikləri 
yaratmaqla öz istəklərinə çatmaq üçün Rusiyanın imkanı yoxdur.  
Əvvəla, Rusiyanın daxili-siyasi, iqtisadi, hərbi, mənəvi-
psixoloji böhranlı  vəziyyəti-Çeçenistanda aparılan uğursuz 
müharibə; mərkəzdən qaçma meylləri; regionlara nəzarətin 
zəifləməsi; mərkəzi hakimiyyətlə federasiyanın subyektləri arasında 
ixtilaflar; dağıdılmış iqtisadiyyat, iqtisadiyyata oturmuş xarici 
kapitalın və yeni yaranmış sahibkarlar təbəqəsinin təsiri: ordunun 
simasızlaşması; mənəvi-psixoloji düşkünlük bu istəklərin 
reallaşmasını qeyri-mümkün edir. Rusiyadakı demoqrafik proses, 
çinlilərin axını, ölkənin quruluşunun daha çox milli-ərazi təməlinə 
əsaslanması  gələcəkdə dövlətin bütövlüyünü sual altına qoyur və 
ümidsizliyi artırır. Ölkə əhalisinin 148 milyon nəfərindən, təxminən 
30 milyon nəfəri, başqa sözlə, hər beş vətəndaşından bir nəfəri türk, 
müsəlmandır. Rusiya  həm də türk ölkəsi, rus dövlətidir. 
Qərbi Avropadan fərqli olaraq Rusiyadakı türk, müsəlman 
xalqları mühacir deyil, köklü, yerli xalqlardır. Beləliklə, türk, islam 
amili Rusiya üçün vacib daxili siyasi şərtdir, milli təhlükəsizliyi 
üçün əhəmiyyətli faktdır. Bu amil ən azı dörd cəhətlə şərtlənmişdir. 
Əvvəla, Rusiya Federasiyasında müxtəlif hesablamalara görə, 30 
milyon nəfər türk, müsəlman yaşayır.  Şimali Qafqaz, Volqaboyu, 
Ural, Qərbi Sibir müsəlmanların yığcam yaşadıqları regionlardır. 
Müsəlmanlar faktiki olaraq Rusiya Federasiyasının bütün 
subyektlərində yaşayırlar və müəyyən təsirə malikdirlər.  İkincisi, 
Rusiyanın yaxın xaricindəki müsəlman dövlətləri  İslam Konfransı 
Təşkilatının üzvləridir. Üçüncüsü, Rusiyanın uzaq xarici də - İran, 
Türkiyə, Pakistan, Suriya və  İraqın  əhalisi, Çin və Hindistanın 
əhalisinin bir hissəsi müsəlmanlardır. Dördüncüsü, Rusiyanın yaxın 
xristian qonşuları olan Ukrayna, Rumıniya, Bolqarıstanda və b. xeyli 
müsalmanlar yaşayır.Bütün bu geosiyasi şərait daxili və xarici 
siyasət məsələlərini həll edərkən Rusiyanın İslam amili xüsüsi diqqət 
yetirməsini zəruri edir. Deməli, Rusiya müsəlman ölkəsi, pravoslav 
dövlətidir. Pravoslav dininin süni surətdə  şişirdilməsi müsəlmanları 
mənəvi cəhətdən yadlaşdırır, onların Rusiya dövlətinə olan 
münasibətini azaldır, Rusiyanı  zəiflədir, onun əhatəsində qaldığı 
müsəlman dövlətləri ilə  əlaqələrinə  mənfi təsir göstərir. Bunun 
 
47


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə