Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

Onları tarixən birləşdirən coğrafi-siyasi, elmi-texniki, mədəni, 
şumanitar  əlaqələr indi müstəqil dövlətlər kimi həm ikitərəfli, həm 
də çoxtərəfli münasibətlərinə  təsir edir. Müstəqil dövlətlərin öz 
aralarında ikitərəfli  əməkdaşlığa dair çoxlu sənədlər imzalamaları 
əməkdaşlığa və inteqrasiya proseslərinə şərait yaradır. 
İkincisi, eyni təsərrüfat sistemində mövcud olmuş, iqtisadi 
inkişaf səviyyələri təxminən eyni olan bu ölkələrdə müstəqillik əldə 
etdikdən sonrə qırılan təsərrüfat əlaqələri həyatın bütün sahələrində 
durğunluq yaratmışdır. Bazarlara çıxmaq qabiliyyətinin olmaması və 
istehsal sahələrinin dayanması bu dövlətlərin demək olar ki, hamısını 
eyni vəziyyətə salmışdır. Təsərrüfat  əlaqələrini bərpa etmək və 
müəyyən irəliləyişə nail olmaq istəyi dövlətlərarası münasibətlərə 
myvafiq təsir göstərir. 
Üçüncüsü, müstəqil dövlətlərin siyasi, iqtisadi sistemlərində 
və idarəçiliklərindəki oxşarlıq, aralarında viza rejiminin olmaması 
qarşılıqlı münasibətlərə müsbət təsir göstərir. 
Dördüncüsü,  əvvəllər bir ölkədə yaşamış, indi isə ayrı-ayrı 
dövlətlərin vətəndaşları olan müxtəlif millətlərin nümayəndələri  əz 
qala MDB-nin üzvü olan bütün ölkələrə səpələnmişlər. Misal üçün, 
MDB iştirakçısı olan dövlətlərdə  təxminən 2 milyon azərbaycanlı 
yaşayır. Bu amil dövlətlərarası münasibətlərdə öz müvafiq izini 
qoyur.  
Bu amillər Azərbaycanın MDB iştirakçısı olan dövlətlərlə 
ikitərəfli əlaqələrinə və inteqrasiya proseslərinə müsbət təsir göstərir. 
Lakin elə amillər vardır ki, onlar ön plana milli dövlətçilik 
məsələlərini çıxarır. Həmin amillər aşağıdakılardan ibarətdir: 
Əvvəla, böhranlı, problemli və çətin inteqrasiya kimi MDB-yə 
birmənalı münasibət mövcud deyildir. Onun həm tərəfdarları, həm 
əleyhdarları, həm də ondan istifadə edib öz istəklərinə çatmaq 
istəyən qruplar vardır. Bir qrup belə hesab edir ki, MDB-dən istifadə 
edərək inteqrasiya prosesləri adı altında milli dövlətlərin fövqündə 
duran qurumlar yaratmaq və müəyyən formalarla keçmişə qayıtmaq 
lazımdır. Onlar bildirirlər ki, keçmiş sovet respublikaları müstəqil 
yaşaya bilməzlər, onlara "ağa" lazımdır.  İkinci qrupa görə, MDB 
iştirakçısı olan dövlətləri imkan daxilində federativ əsasdan qurmağa 
çalışmaq, separatçı qüvvələrə yardım etmək lazımdır ki, gələcəkdə 
onların köməyi ilə  nəinki SSRİ-ni, hətta Rusiya imperiyasını  bərpa 
etmək mümkün olsun. Onlar hesab edirlər ki, MDB guya regional, 
 
33


ya da beynəlxalq təşkilatdır Məhz bu statusa can atmaqla onlar əski 
sovet məkanında maraqlarını qorumağa çalışırlar. Lakin beynəlxalq 
və regional təşkilatların hüquqi statusunun öyrənilməsi göstərir ki, 
MDB regional və ya beynəlxalq təşkilat deyildir, iştirakçı dövlətlərin 
əməkdaşlıq formasıdır. Onu hər hansı siyasi, iqtisadi, hərbi və b. 
quruma çevirmək mövcud şəraitdə uğursuzluğa məhkumdur. 
Üçüncü qrup isə, müasir dünyada gedən milli dövlətçilik və 
inteqrasiya proseslərini obyektiv dərk edərək MDB-yə müvafiq 
ölkələrin inteqrasiyası kimi baxırlar. Belə  təzadlı mövqe həmçinin 
ölkəmizin də MDB iştirakçısı olan dövlətlərlə münasibətlərinə təsir 
göstərir. 
İkincisi, azadlığa çıxmış xalqların, o cümlədən Azərbaycan 
xalqının müstəqil dövlət qurmaq üçün ciddi istəyi vardır. Onlar milli 
dövlətlərin fövqündə duran qurumların yaradılmasına, yenidən 
kiminsə hakimiyyəti altına düşmələrinə, sərvətlərini başqaları ilə 
bölüşdürmələrinə və ya pay vermələrinə razı deyildirlər. 
Üçüncüsü, Azərbaycan xalqının zəngin dövlətçilik  ənənələri, 
böyük intellektual səviyyəsi xarici dövlətlərlə birbaşa 
bərabərhüquqlu əlaqələri qurmağı və inkişaf etdirməyi şərtləndirir. 
Dördüncüsü, ölkəmizin gələcəyi olan gənc nəsildə müstəqillik 
ideallarının güclü olması  və xalqımızın mentaliteti yalnız 
bərabərhüquqlu əməkdaşlığı irəli sürür. 
Beşincisi, əvvəllər bir dövlətin tərkibində olmuş Ermənistanın 
Azərbaycana qarşı  təcavüzkarlığı    və ona Rusiyanın açıq-aşkar 
hərbi-siyasi-iqtisadi və  mənəvi yardımı çoxlu suallar doğurur. 
Keçmiş sovet məkanında törədilmiş müxtəlif xarakterli münaqişələr 
əməkdaşlığa mənfi təsir göstərir. 
Altıncısı, mövcud beynəlxalq şərait həm birinci, həm də ikinci 
dünya müharibəsindən sonrakı vəziyyətdən kəskin şəkildə fərqlənir. 
Artıq dünyanın qabaqcıl ölkələri gənc müstəqil dövlətləri tanımışlar, 
onlara hərtərəfli  əməkdaşlıq edirlər.yenidən Rusiyanın təsiri altına 
düşmələrinə razı deyildirlər. 
MDB-nin gələcəyi onda iştirak edən dövlətlərin beynəlxaq 
normalara uyğun bərabərhüquqlu  əməkdaşlığından asılıdır.  Əks 
təqdirdə MDB dağılacaq və müstəqil dövlətlərin süverenliklərinin 
daha da möhkəmləndirilməsinə bir keçid olacaqdır. 
Azərbaycan dövlətinin xarici siyasətində MLB iştirakçısı olan 
ölkələrlə münasibətlərinin məqsədi-dövlət müstəqilliyimizi 
 
34


möhkəmləndirmək, təhlükəsizlmyimiz üçün ən ucuz başa gələn 
vasitə kimi mehriban qonşular zolağı yaratmaq, dövlət quruculuğu 
və islahatların açılması üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, 
bərabərhüquqlu, qarşılıqlı faydalı iqtisadi, siyasi, elmi-texniki və 
mədəni əlaqələr qurmaqdır.  
Dövlətimizin MDB iştirakçısı olan ölkələrlə münasibətlərinin 
əsasını dünya birliyi tərəfindən qəbul edilmiş beynəlxalq 
normalardan doğan prinsiplər təşkil edir. Azərbaycan məhz bu 
prinsiplərlə həmin ölkələrlə münasibətlərini tənzimləməyə çalışır.  
Azərbaycan dövləti MDB iştirakçısı olan ölkələrlə 
münasibətlərini diplomatik fəaliyyətin müxtəlif formaları ilə - 
yazışmalar, qarşılıqlı  səfərlər, siyasi, iqtisadi, elmi-texniki, mədəni, 
humanitar və b. sahələrə aid sənədlərin imzalanması, müzakirələr, 
konfranslar, məsləhətləşmələr və s. saxlayır. 
MDB iştirakçısı olan ölkələrlə Azərbaycanın münasibətlərinin 
böyük  əhəmiyyəti vardır. Bərabərhüquqlu münasibətlər qarşılıqlı 
fayda verərdi, MDB-ni bir əməkdaşlıq forması kimi 
möhkəmləndirərdi, qırılmış çoxsahəli  əlaqələr qaydaya düşərdi, 
xalqlar arasında mehriban münasibətlər bərpa olunardı. 
MDB iştirakçısı olan dövlətlərlə normal münasibətlərin 
qurulmasında Azərbaycan tərəfdən heç bir əngəl yoxdur. 
Əlbəttə, MDB sadəcə  əməkdaşlıq forması deyildir. Onda 
müxtəlif dövlətlər  əməkdaşlıq edirlər.Dövlətlər arasındakı ikitərəfli 
əlaqələr bütövlükdə çoxtərəfli  əlaqələrə  təsir edir. Bu baxımdan 
dövlətimizin xarici siyasətində Rusiya ilə münasibətlər ciddi təhlil 
tələb edir. Rusiya 1992-ci il aprelin 4-də Azərbaycanda diplomatik 
münasibətlərin qurulması barədə protokol imzaladı.Böyük nüvə 
dövləti və  şimal qonşumuz kimi Rusiya ilə münasibətlər bir sıra 
amillərlə  şərtlənmiş  və özünəməxsusluqlar yaratmışdır. Həmin 
özünəməxsusluqlar aşağıdakılardan ibarətdir : 
Əvvəla, bu və ya digər formada Rusiyada baş verən proseslər 
keçmiş sovet məkanında təsirsiz qalmır. Ölkələrimizin münasibətləri 
təzadlı, mürəkkəb və ziddiyyətli tarixi inkişaf yolu keçmişdir. 
Rusiya-İran münasibətləri nəticəsində zorla bölüşdürülərək  Şimali 
Azərbaycanın çarizmin müstəmləkə zülmü altına düşməsi, onun 
Qafqaz xalqları arasında nifaq salaraq bu regionda möhkəmlənməsi, 
Azərbaycan xalqına inanmaması, 1918-1920-ci illərdə Azərbaycanın 
müstəqilliyini qəbul etməməsi və istiqlalımıza son qoyması, 
 
35


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə