Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

Mərkəzi Asiya dövlətlərininAzərbaycanın xarici siyasətində 
tutduqları mühüm strateji yerə baxmayaraq, onlarla münasibətlərdə 
bir sıra qüsurlara yol verilmişdir. 
Əvvəla, bəzi rəhbərlər Mərkəzi Asiya dövlətlərinin daxili 
işlərinə qarışaraq onlarda hələ də mövcud olan kommunist rejimləri 
ilə  əməkdaşlığın qeyri-mümkünlüyünü bildirdilər. Nəticədə 
münasibətlər soyuqlaşdı, hətta Özbəkistan Daşkənd - Bakı hava 
xəttini bağladı. Hər hansı dövlətdə hər hansı rejimin mövcud olması 
həmin xalqın daxili işidir, suveren hüququdur, partiya, sinfi 
mənafeləri əsas götürərək, başqa dövlətlərin daxili işlərinə qarışmaq 
yolverilməzdir. Dövlətlərin münasibətləri mənafelərin tarazlığı 
üzərində qurulur. 
İkincisi,  Mərkəzi Asiya dövlətlərinin daxili işlərinə 
qarışmağın nəticəsində yaranmış soyuqluqdan istifadə edən 
Ermənistan bu regionla sürətlə yaxınlaşdı və öz səfirliyini açdı. Belə 
vəziyyət isə bizim dövlət və milli mənafelərimizə qarşı 
yönəldilmişdi. “Diplomatiya özünə düşmən yox, dost 
qazandırmalıdır” müddəasını  əsas götürsək, Mərkəzi Asiya 
dövlətləri ilə belə münasibətlərin bizim üçün nə qədər ziyanlı olduğu 
aydın görünür. 
Üçüncüsü, bu dövlətlərlə münasibətdə Azərbaycanın 
məqsədləri dəqiq müəyyənləşdirilməmişdi.  Şəxsi ambisiyalar və 
emosional çağırışlar dövlətin strateji və iqtisadi mənafelərini 
üstələyirdi. Müxtəlif dövlətlərin xarici siyasət xətti araında oxşarlıq 
və ya paralellik onların birinin digərinin yedəyində getməsi demək 
deyildir. 
Dördüncüsü, bu dövlətlərdə  səfirlik, konsulluq və ya 
səlahiyyətli nümayəndəliklərin açılmaması da buraxılan qüsurlardan 
idi. Dövlətimizin siyasi, iqtisadi, elmi-texniki, mədəni və  nəhayət, 
strateji mənafeləri həmin ölkələrdə, heç olmasa, bu regionun bir 
ölkəsində səfirliyimizin açılmasını zəruri edirdi. 
Qarşılıqlı münasibətlərdə buraxılmış bu nöqsanların 
nəticəsində ölkə daxilindəki bir sıra məsələlərin həllində  çətinlik 
yaranırdı. Mərkəzi Asiya dövlətlərinin bəzisi türk dövlətləri 
arasındakı münasibətlərin inkişafındakı ümumi siyasi məsələlərin 
müzakirəsindən yan qaçırdı, hətta Ermənistanın Azərbaycana qarşı 
təcavüzkarlığına qiymət vermək istəmirdi.  
 
57


Lakin dövlətlərarası münasibətlərdə buraxılmış bir sıra 
qüsurlardan imtina edilməsi nəticəsində istiləşmə baş verdi. 
Qarşılıqlı münasibətlər üçün perspektivlər açıldı. Mərkəzi Asiya 
dövlətlərinə  və Azərbaycana qarşılıqlı  səfərlər, imzalanan sənədlər 
münasibətlərdəki soyuqluğu aradan qaldırdı, iqtisadi-siyasi, elmi-
texniki və  mədəni sahələrdə  əməkdaşlığa yeni hüquqi-siyasi əsas 
verdi.  
1993-cü il avqustun 16-da Azərbaycanın müxtəlif 
nazirliklərinin və baş idarələrinin nümayəndələrindən ibarət heyət 
Daşkənddə Özbəkistanla-Azərbaycan arasında ticarət-iqtisadi 
əməkdaşlıq barədə müqavilə imzaladı. 
Mərkəzi Asiya dövlətlərinin bir sıra ixrac məhsulları 
Azərbaycandan keçərək Qara dəniz limanları vasitəsilə Avropaya 
aparılır. Bu vəziyyət Mərkəzi Asiya dövlətləri üçün tranzit yolu kimi 
Azərbaycanın əhəmiyyətini daha da artırır. Azərbaycanın tarixi rolu 
yenidən bərpa olunur. 
Münasibətlərin rəvan inkişafı tərəflər üçün mühüm əhəmiyyət 
kəsb edir. Normal münasibətlər ölkələrimizi siyasi baxımdan 
müttəfiqlik səviyyəsinə qaldırır və dünya bazarında özünə yer tapa 
bilməyən və  rəqabətə tab gətirməyən bu ölkələrin məhsullarının 
satılması üçün əlverişli şərait yaradır.  
UKRAYNA RESPUBLİKASI 1992-ci il yanvarın 24-də 
Azərbaycana nota göndərdi, Azərbaycan Respublikası isə 1992-ci ilin 
fevralın 6-da cavab notası verdi. 
1995-ci ildə UKRAYNA prezidenti L.Kuçma Azərbaycana 
rəsmi səfərə  gəldi. Səfərin nəticəsində birgə  rəsmi məlumat, 
Azərbaycanın Kiyevdə, Ukraynanın Bakıda səfirliklərinin açılması 
haqqında protokol imzalandı. Cəmi 11 sənəd-ticarət-iqtisadi 
əməkdaşlıq haqqında, azad ticarət haqqında, hava yolları haqqında, 
istehsal kooperasiyası haqqında, pensiya təminatı haqqında sazişlər, o 
cümlədən iki ölkənin nümayəndə heyətləri arasında danışıqların 
protokolu, neft-qazçıxarma sahəsində  əməkdaşlıq haqqında saziş, 
siyasi məsləhətləşmələr haqqında protokol və s. imzalandı. 
Bu sənədlər iki ölkə arasında siasi, ticarət-iqtisadi. Elmi-
texniki və başqa sahələrdə  əməkdaşlığın təməlini qoydu. Avropanın 
ərazi və  əhalicə  ən böyük ölkələrindən biri olan Ukrayna ilə 
əməkdaşlıq Azərbaycan üçün əhəmiyyətlidir. Eyni zamanda zəngin 
təbii sərfətləri olan, əlverişli coğrafi-siyasi mövqedə yerləşmiş 
 
58


Azərbaycanla 
əlaqələr Ukrayna üçün müstəsna dərəcədə 
əhəmiyyətlidir. Azərbaycan bir tərəfdən  əlverişli ticarət-iqtisadi 
körpüdürsə, digər tərəfdən isə Ukrayna ilə  Şərq ölkələri arasında 
etibarlı siyasi körpüdür. 
MOLDOVA RESPUBLİKASINA 1992-ci il aprelin 28-də 
Azərbaycan Respublikası nota göndərdi, Moldova tərəfi isə 1992-ci il 
mayın 18-də cavab notası verdi; 1995-ci ildə MOLDOVANIN Baş 
naziri Andrey Sangelinin  rəhbərliyi ilə hökumət nümayəndə heyətinin 
ölkəmizə  qısamüddətli səfəri zamanı iki sənəd-niyyət protokolu və 
ölkələrimiz arasında yaxın beş il üçün ticarət-iqtisadi  əməkdaşlığın 
prinsipləri barədə sazişlər imzalandı. Sənədlər iki ölkə arasında 
əməkdaşlığı daha da genişləndirməyi nəzərdə tuturdu. 
Keçmiş sovet respublikaları ilə münasibətdə xarici 
siyasətimizdiki diqqətsizliklərdən biri də  həmin ölkələrdə  səfirlik, 
konsulluq və ya səlahiyyətli nümayəndəliklərin açılmasının 
yubadılması idi. Dövlətimizin siyasi, iqtisadi, elmi-texniki, mədəni 
və  nəhayət, strateji mənafelərinin həmin ölkələrdə  səfirliklərin 
açılması işinin sürətləndirilməsini zəruri etməsinə baxmayaraq bu işə 
laqeyd münasibət bəslənirdi. 
 
  
 
 
Avropa ölkələri ilə münasibətlər 
 
Azərbaycan dövlətinin beynəlxalq fəaliyyətində Avropa 
ölkələri ilə münasibətlərin qurulması  və inkişaf etdirilməsi başlıca 
yerlərdən birini tutur.  
Müstəqillik elan edildikdən sonra 1993-cü ilin avqust 
ayınadək Avropanın 18 ölkəsi Azərbaycan Respublikasının dövlət 
müstəqilliyini tanıdı və bəziləri onunla diplomatik münasibətlər qurdu. 
Həmin ölkələr aşağıdakılar idi: İsveçrə, Finlandiya, Belçika, AFR, 
Niderland, Danimarka, Böyük Britaniya, Yunanıstan, İtaliya, Norveç, 
Fransa, Portuqaliya, Avstriya, İsveç,  İslandiya, Kipr, İspaniya. 
Lüksemburq. 
Azərbaycanla Avropa dövlətləri arasında  əlaqələrin zəngin 
tarixi keçmişi vardır. Tarixi ənənələr, münasibətlərdə toplanmış 
müvafiq təcrübə  və mövcud tarixi şərait, dövlətlərin regionumuzda 
 
59


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə