Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

İkincisi, ikinci dünya müharibəsinin sonuna yaxın Cənubi 
Azərbaycanda başlamış xalqımızın milli-azadlıq mübarizəsinin 
növbəti mərhələsinə də güclü ABŞ dövləti rəğbət bəsləmişdi. 1946-
cı ilin yanvarında ABŞ konsulu Rossou Təbrizdə Güney Azərbaycan 
milli hökumətinin baş naziri S.C.Pişəvəri ilə görüşmüş  və 
hökumətini ona hər cür yardım göstərəcəyini vəd etmişdi. 
Üçüncüsü, SSRİ-nin dağılmasına uzun illər boyu çalışan və 
məqsədinə çatdıqdan sonra yeganə fövqəladə kimi qalan ABŞ dövlət 
müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan xalqının iradəsinə 
hörmət edərək, ölkəmizlə siyasi, iqtisadi, elmi-texniki, mədəni 
əlaqələrin qurulması üçün addımlar atdı. Azərbaycanın yerləşdiyi 
rolunu oynaması, zəngin təbii sərvətləri, xalqımızın müstəqil dövlət 
qurmaq istiyi üçün imkanları, potensialı, azad bazar iqtisadiyyatı və 
demokratik inkişaf xəttini götürməsi ABŞ xarici siyasətində 
Azərbaycanın rolunu artırırdı. Bununla belə, müstəqillik illərində 
ABŞ-ın ölkəmizə münasibəti xeyli dumanlı  və  təzadlı idi. 
Ermənistan Azərbaycana qarşı təcavüzkarlıq müharibəsindən narahat 
olan Vaşinqton onun səbəbləri barədə ziddiyyətli və qeyri-obyektiv 
məlumatlara malik idi. Təcavüz haqqında həqiqət ya bilinmirdi, ya 
bilinmək istənilmirdi,ya da qəsdən susulurdu. 
Dördüncüsü, ABŞ-ın planetdə baş verən münaqişələrin 
həllində rolunun artması, Azərbaycanda və ABŞ-ın xarici siyasət 
məqsədlərində çoxlu oxşar cəhətlər və  bəzən də onların üst-üstə 
düşməsi dövlətimizin beynəlxalq fəaliyyətində bu ölkənin rolunu 
artırırdı. ABŞ dünyanın başqa qabaqcıl dövlətləri ilə birlikdə 
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, və 
inkişafında, müəyyən rol oynaya bilərdi.  
ABŞ-ın dünya rəhbərliyinə gedən tarixi yolu xeyli mürəkkəb 
və ziddiyyətli olmuşdur.  İkinci dünya müharibəsindən qalib çıxan, 
müharibənin gedişində iqtisadiyyatı  nəinki zərər çəkməyən,  əksinə 
bu ölkəyə xeyir verən, inkişaf edən ABŞ dünyanın ən çox borc verən 
ölkəsinə çevrildi. Dünya qızıl ehtiyatının təxminən, 73%-i ABŞ-da 
toplandı. “Trumen doktrinası” (1947-ci il 12 mart) və “Marşal planı” 
(1947-ci il 5 iyun) ilə ABŞ bir sıra dövlətlərə yardım etməklə onları 
özündən asılı  vəziyyətə saldı  və dünyanın birinci iqtisadi qüvvə 
mərkəzinə çevrildi. Onun iqtisadi güc mərkəzinə çevrilməsi dünyaya 
siyasi-mənəvi rəhbərlik etməsinə  təkan verdi. İkinci dünya 
müharibəsindən keçən sonrakı dövrdə ABŞ bütün beynəlxalq və 
 
81


məhəlli təşkilatlarda mühüm rol oynadı  və onlara müvafiq təsir 
göstərdi. Məlumdur ki, kiçik millətlər böyük hadisələr qarşısında 
gücsüzdürlər. Siyasi burulğanlar onları məhv edə bilər. Ona görə də 
bu xalqlara böyük müttəfiqlər və dostlar lazımdır. Qarşılıqlı 
mənfəətlərin əsasında qurulan müttəfiqlik və dostluq sabitlik yaradır. 
Deməli, ABŞ-ın dünyadakı mövqeləri Azərbaycanı müvafiq 
addımlar atmağa sövq edirdi. 
Beşincisi, ABŞ - Rusiya münasibətlərindəki ziddiyyətlər, ABŞ 
- İran münasibətlərindəki düşmənçilik şimaldan Rusiya və cənubdan 
İranla qonşu olan və müstəqil inkişaf etmək istəyən Azərbaycan 
dövlətinin  əhəmiyyətini Vaşinqtonun xarici siyasətində artırırdı. 
ABŞ Rusiyada liberal islahat tərəfdarlarının yüksək vəzifələrdən 
uzaqlaşdırılmasından, xarici ticarətdə proteksionizm hallarını  tətbiq 
edən bəzi tədbirlərin həyata keçirilməsindən, keçmiş sovet məkanını 
öz nüfuz dairəsi elan etməsindən, buraya başqa dövlətləri buraxmaq 
istəməməsindən, keçmişə qayıdış barədə çağırışlardan, Çeçenistanda 
müharibənin aparılması metodlarından, dinc və günahsız insanların 
qırılmasından narahıt idi. Bununla belə, ABŞ Rusiya ərazi 
bütövlüyünü müdafiə edir və terrorizmi pisləyir, onun azad bazar 
iqtisadiyyatı və demokratiya yolu ilə inkişafını dəstəkləyirdi. Lakin 
nəzəri baxımdan hələ  də qalmaqda olan Rusiya təhlükəsini 
zəiflətməkdən ötrü buradakı demokratik institutlarla sıx əməkdaşlıq 
etməyə, demokratiya yolunda ona kömək göstərməyə, beynəlxalq 
maliyyə və texniki təşkilatlarını bu işə cəlb etməyə çalışır.  
Öz növbəsində Kreml ABŞ-ın keçmiş sovet məkanında 
hərəkətlərindən, NATO-nun Şərqə doğru genişləndirilməsindən 
narahatdır. 
İranın ABŞ-la mövcud olan açıq-aşkar düşmənçilik 
münasibətləri, onu Qafqazdan, xüsusən Azərbaycandan vurub 
çıxarmaq istəyi, onun neft planlarının reallaşmasına mane olması 
cəhdləri, Azərbaycan - ABŞ münasibətlərinin inkişafına  İranın 
potensial parçalanması təhlükəsi kimi baxması Azərbaycanda İran - 
ABŞ ziddiyyətlərini kəskinləşdirir və ölkəmizin mövqelərini 
şərtləndirirdi.  İran ABŞ-ın regiondakı  hərəkətlərini qlobal 
təhlükəsizliyinə zərbə kimi qiymətləndirir və Azərbaycanı öz nüfuz 
dairəsinə salmaq istəyir. Lakin ölkəmizin götürdüyü inkişaf xətti ilə 
fərqlilik təşkil edərək Bakı ilə Vaşinqtonu yaxınlaşdırır. Azərbaycanı 
öz tərəfinə  çəkmək və nüfuz dairəsinə salmaq uğrunda bir qrup 
 
82


dövlətin mübarizəsi bir tərəfdən rəsmi Bakı üçün çətinlik törədirsə, 
digər tərəfdən öz mənafelərinin hansı nöqtədə yerləşdiyini görməyə 
və manevr etməyə imkan verir. Azərbaycan - ABŞ münasibətlərinin 
əsasını beynəlxalq normalardan irəli gələn prinsiplər, dövlətlər 
arasında imzalanmış sənədlər təşkil edir və münasibətlər mənafelərin 
tarazlığı üzərində qurulur. 
ABŞ  tərəfi Azərbaycanla normal münasibətlərin üç əsas 
prinsipdən keçdiyini göstərir: azad bazar iqtisadiyyatı, insan 
hüquqlarının qorunması, demokratik inkişaf və çoxpartiyalı sistem. 
Bu prinsipləri ABŞ bütün digər ölkələrlə qurarkən də irəli sürür.  
Qısa müddətdə ABŞ konqresmenlərindən De Konsini, 
Q.Laflin, C.Tanker, K.Ueldon, L.Hemilton, R.Luqar, C.Olver və 
başqaları ilə əlaqələr yaradıldı. 
Siyasi sahədə ABŞ hökumətinin Azərbaycanın  ədalətli 
mövqeyini müdafiə etməməsi və ya müdafiə etmək istəməməsinə 
baxmayaraq ABŞ  tərəfi Azərbaycana humanitar yardım göstərirdi. 
1992-ci ilin oktyabrında Amerika Birləşmiş  Ştatlarının dövlət 
departamentinin təcili humanitar yardım üzrə bürosunun direktoru 
Artur Dyuinin başçılığı altında nümayəndə heyəti Azərbaycana səfər 
etdi. 
 1993-cü ilin birinci yarısında senator Qreq Laflin iki dəfə 
ölkəmizdə  səfərdə oldu. Səfər zamanı o, Azərbaycan prezidenti 
Ə.Elçibəylə parlamentin sədri İ.Qəmbərlə, Baş nazir və bir sıra digər 
rəsmi şəxslərlə görüşdü, əməkdaşlıq məsələlərini müzakirə etdi. 
1993-cü ilin may ayında Azərbaycan Respublikası 
parlamentinin sədri  İ.Qənbərin ABŞ-a səfəri, keçirilən görüşlər və 
müsahibələr Azərbaycan haqqında həqiqətin özünə yol açmasına 
kömək etdi. Səfər zamanı ABŞ-da Azərbaycan Respublikası 
səfirliyinin açılması iki ölkə arasındakı münasibətlərdə mühüm addım 
idi.  
1993-cü ilin oktyabrın 11-də ABŞ Dövlət departamentinin 
keçmiş SSRİ respublikaları üzrə səlahiyyətli və fövqəladə səfiri Stoulb 
Talbotun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin 
inkişafında qarşılıqlı anlaşma yaratmaqda əsaslı rol oynadı.  
Görüş vaxtı S.Talbot ABŞ prezidenti B.Klintonun 
məktubunu prezident H.Əliyevə  təqdim etdi. Məktub ABŞ-ın 
Azərbaycanın işlərinə marağının artmasını göstərirdi. Lakin məktubda 
Dağlıq Qarabağ münaqişəsinin kökləri barədə düzgün olmayan 
 
83


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə