Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

əsaslı rol oynadı.  İran prezideti Azərbaycan Respublikasının 
prezidenti ilə görüşdü, şəhidlər xiyabanında, hərbi qospitalda, Elmlər 
Akademiyasında oldu. İmzalanan sənədlər aşağıdakılar idi: İran İslam 
Respublikasının Mədəniyyət Mərkəzi ilə Azərbaycan Elmələr 
Akademiyası arasında elm sahəsində  əməkdaşlıq haqqında saziş; 
Azərbaycan Respublikasının  İqtisadiyyat Nazirliyi ilə  İran  İslam 
Respublikasının Sənaye Nazirliyi arasında protokol; iki ölkənin ticarət 
nazirlikləri arasında niyyət protokolu; Azərbaycan Respublikası ilə 
İran arasında qarşılıqlı ticarət haqqında saziş; Azərbaycan Milli Bankı 
ilə  İran  İslam Respublikasının Mərkəzi Bankı arasında bank ödəniş 
sazişi; Azərbaycan Respublikası ilə  İran  İslam Respublikası arasında 
tranzit haqqında saziş; Azərbaycan Respublikası ilə  İran  İslam 
Respublikası arasında nəqliyyat sahəsində qarşılıqlı anlaşma 
memorandumu; Azərbaycan Respublikası ilə İran İslam Respublikası 
arasında iqtisadi əməkdaşlıq haqqında niyyət protokolu; İran  İslam 
Respublikası ilə Azərbaycan Respublikası arasında elm, mədəniyyət, 
iqtisadiyyat sahəsində  əməkdaşlıq haqqında saziş (Naxçıvan Muxtar 
Respublikasına dair); Azərbaycan Respublikası ilə  İran  İslam 
Respublikası arasında mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq 
haqqında qarşılıqlı anlaşma protokolu; Azərbaycan Təhsil Nazirliyi ilə 
İran  İslam Respublikasının Ali Təhsil və  Mədəniyyət Nazirlikləri 
arasında elm, təhsil və  tədqiqatlar sahəsində  əməkdaşlıq haqqında 
memorandum. 
Səfər zamanı iki dövlətin xarici işlər nazirləri Azərbaycan 
Respublikası ilə  İran  İslam Respublikası arasında adi xarici 
pasportlardan gediş-gəlişin asanlaşdırılmasına dair memorandum, 
Azərbaycan Respublikası ilə  İran  İslam Respublikası arasında siyasi 
məsləhətləşmələr haqqında protokol imzaldılar.  
İki ölkənin prezidentləri isə Azərbaycan Respublikası ilə 
İran  İslam Respublikası arasında dostluq və  əməkdaşlıq 
münasibətlərinin prinsiplrii haqında memorandum imzaladılar.   Səfər 
göstərdi ki, İran  İslam Respublikası ilə qonşu müsəlman ölkələri 
arasında geniş əməkdaşlıq imkanları vardır.  
 
1993-cü ilin dekabrın  əvvəllərində Azərbaycan 
Respublikası parlamentinin sədri R. Quliyev İran  İslam Respublikası 
Parlamentinin başçısı Natiq Nurinin dəvəti    ilə bu ölkəyə qısa rəsmi 
səfər etdi. Səfər zamanı iki ölkə arasında geniş münasibətlər müzakirə 
 
105


edildi, bölgədə sülhü və  təhlükəsizliyi qorumağın, məsələləri dinc 
siyasi vasitələrlə həll etməyin vacibliyi göstərildi. 
1994-cü ildə  İranın xarici işləri naziri Əli  Əkbər Vilayəti, 
Şərqi Azərbaycan Ostanının başçısı  Ə.Əlizadə, neft naziri Qulamrza 
Ağazadə. Xarici işlər nazirinin müavinləri M.Vaizi, Murteza Səmədi, 
parlamentin sədri Natiq Nuri Azərbaycana səfərə gəldilər. 
İran parlamentinin sədri Azərbaycan prezidenti tərəfindən 
qəbul edildi. Parlamentin sədri, Xarici işlər naziri, həmçinin 
Şeyxülislam H.A.Paşazadə ilə görüşdü, Milli Məclisdə çıxış etdi. Bu 
görüşlərdə beynəlxalq problemlərlə yanaşı, iki     ölkənin hərtərəfli 
əməkdaşlıq  əlaqələrinin genişləndirilməsi sahəsində fikir mübadiləsi 
aparıldı, qarşılıqlı maraq doğuran aktual məsələlər müzakirə edildi. 
Səfərin yekununda tərəflər arasında  əməkdaşlıq haqqında saziş  və 
bəyannamə  imzalandı. 
Həmin ildə Azərbaycan prezidenti İrana səfər etdi. Səfər 
zamanı iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqqında 13 
maddədən ibarət bəyanat imzalandı. Bəyanat həyatın bütün 
sahələrində əməkdaşlığı müəyyənləşdirirdi. 
1995-ci ildə  İranın kooperasiya naziri, Azərbaycan-İran 
müştərək iqtisadi, txniki, elmi və humanitar komisiyasının  İran 
tərəfindən sədri Qulamrza Şafeinin başçılıq etdiyi nümayəndə hey’əti 
Azərbaycanda oldu. Səfərlər iki ölkə arasında ticarət-iqtisadi, elmi-
texniki və  mədəni  əlaqələrə  təkan vurdu. Lakin bir sıra məsələlərdə, 
xüsusən Qərb neft şirkətlərinin Xəzər dənizinin Azərbaycan 
sektorunda neft çıxarmasına İran tərəfi qəti e’tiraz edirdi, Azərbaycan 
güya Qərbə güzəştə getməkdə təqsirləndirirdi. 
Azərbaycan dövlətinin bu istiqamətdə xarici siyasət 
fəaliyyətində Pakistan və  ərəb  юlkələri xüsusi yer tutur. Pakistan 
Azərbaycanın dюvlət müstəqilliyini 1991- ci il dekabrın 12- də tanındı 
və 1992-ci il iyunun 8-də diplomatik münasibətlər qurdu. Misir 1991- 
ci il dekabrın 26-da Azərbaycanın dюvlət müstəqilliyini tanıdı, 1992-
ci ilin aprelində diplomatik münasibətlər qurdu . Səudiyyə Ərəbistanı 
1991-ci il dekabrın 30-da Azərbaycanın dюvlət müstəqilliyini tanıdı 
və 1992-ci il fevralın 24-də diplomatki münasibətlər qurdu. Bu 
dюvlətlər regionda юzünəməxsus yer tuturlar. 
Səudiyyə  Ərəbistanı 1991-ci il dekabrın 30-da Azərbaycanın 
müstəqilliyini tanıdı, 1992-ci il fevralın 24-də onunla diplomatik 
münasibətlər qurdu. Lakin müstəqilliyin ilk illərində  əlaqələr demək 
 
106


olar ki, inkişaf etmədi. Yalnız 1994-cü ildə Azərbaycan prezidenti bu 
юlkəyə  səfər etdi. O, юlkənin məliki Fəhd ibn Əbdül  Əziz və digər 
rəsmi  şəxslərlə  gюrüşdü və  səfər zamanı iki юlkə arasında iqtisadi, 
ticarət, investisiya, elm-texnika, mədəniyyət, idman, turizm 
sahələrində  əməkdaşlığıa dair sazişlər imzalandı. Sənədlər müsəlman 
dünyasının  ən nüfuzlu юlkəldərindən biri olan bu dюvlətlə qarşılıqlı 
işgüzar əməkdaşlığın təməlini qoydu. 
1995-ci ildə  Səudiyyə  Ərəbistanı  məlikliyinin ticarət-sənaye 
Palatasının prezidenti Şeyx Əbdül Rəhman əl Carisinin səfəri zamanı 
iki  юlkənin müvafiq təşkilatları arasında gələcək  əməkdaşlıq barədə 
niyyət protokolu imzalandı.  Юlkələrimiz arasında  əlaqələr işgüzar, 
qarşılıqlı faydalı xarakter almağa başladı. 
Birləşmiş  Ərəb  Əmirlikləri  1991-ci il dekabrın 26-da 
юlkəmizin dюvlət müstəqilliyini tanıdı, 1992-ci il sentyabrın 1-də 
onunla diplomatik əlaqələr qurdu. İki юlkə arasında münasibətlərin ən 
mühüm hadisəsi Azərbaycan nümayəndə hey’ətinin səfəri oldu. 
Azərbaycan parlamenti sədrinin başçılığı ilə nümayəndə hey’əti 1994-
cü il oktyabrın 28-30-da Birləşmiş  Ərəb  Əmirliklərinə  rəsmi səfər 
etdi. Səfər zamanı Azərbaycan nümayəndə hey’əti BƏƏ-nin dюvlət
parlament və hюkumət rəhbərləri tərəfindən qəbul edildi, bir sıra idarə 
və  təşkilatlarda gюrüşlər keçirtdi, iki юlkə arasında çoxtərəfli 
əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr apardı. Tərəflər 
iki юlkə parlamentləri arasında dostluq və əməkdaşlıq münasibətlərini 
mюhkəmləndirmək  əzmini nümayiş etdirərək bu məsələlər barədə 
razılığa gəldilər: hər iki tərəfin nümayəndə hey’ətləri və ekspertləri 
səviyyəsində qarşılıqlı  səfərlər və  gюrüşlər təşkil etmək; beynəlxalq 
sülh və  əmin-amanlığın və insan hüquqlarının qorunması, terrorizmə 
və narkomaniyaya qarşı mübarizə,  ətraf mühitin qorunması, azad 
ticarət, bazar iqtisadiyyatı, energetika və texnologiya, ədəbiyyat, 
incəsənət və bir sıra digər sahələrdə iki parlament arasında 
məsləhətləşmələr aparmaq və  əməkdaşlıq etmək: beynəlxalq 
parlamentlərarası  məclislərdə  hər bir milləti maraqlandıran 
problemlərlə bağlı mюvqeləri uzlaşdırmaq. 
Gюrüşün yekununda tərəflər arasında razılaşdırılan birgə 
bəyannamədə parlamentlər arasında 
əməkdaşlığın sahələri 
müəyyənləşdirildi, əməkdaşlığın təməli üçün addımlar atıldı. 
Suriya Ərəb Respublikası Azərbaycan dюvlətinin müstəqilliyini 
1992-ci il yanvarın 16-da tanıdı, 1992-ci il martın 28-də onunla 
 
107


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə