Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

diplomatik münasibətlər qurdu. Azərbaycan-Suriya əlaqələrində 1992-
ci ilin martın sonunda bu юlkənin xarici işlər naziri Fərrux Əş-Şaranın 
юlkəmizə  səfəri zamanı iki юlkə arasında diplomatik münasibətlərin 
yaradılması  və iqtisadi əməkdaşlığa dair hюkumətlərarası sazişin 
imzalanması  əhəmiyyətli rol oynadı. Lakin tədqiq edilən illərdə 
юlkələrimiz arasında  əməkdaşlıq hələ  də geniş deyildi. Bu həm də 
əsasən Suriyanın regiondakı vəziyyəti ilə bağlı idi. 
1995-ci ildə Küveyt Dюvləti Milli Məclisi sədrinin müavini 
Saleh Yusif əl-Fəzallah Azərbaycana səfər etdi. Səfər zamanı o, юlkə 
rəhbərliyi tərəfindən qəbul edildi, ikitərəfli siyasi, ticarət-iqtisadi
elmi-texniki, mədəni əlaqələr müzakirə olundu. 
Azərbaycanın xarici siyasətinin istiqamətləri arasında ƏRƏB 
ŞƏQİNİN aparıcı    юlkəsi olan, bюyük hərbi-iqtisadi potensiala və 
insan ehtiyatına (əhalisi 55 mln.nəfər)  malik  olan    MİSİR  ƏRƏB 
RESPUBLİKASI ilə qarşılıqlı faydalı münasibətlərin inkişafı vacib 
yer tutdu. Azərbaycan-Misir münasibətlərinin kюkləri iki xalq 
arasındakı tarixi, mədəni, dini və s. yaxınlıqlara  əsaslanır. Bu 
münasibətlərin  əhəmiyyəti Misirin Ərəb dünyasında siyasət lideri 
olması,, onun beynəlxalq aləmdə, xüsusi BMT, Ərəb Dюvlətləri 
Cəmiyyəti, Afrika Birliyi TƏşkilatı,  İslam Konfransı  TƏşkilatı  və s. 
beynəlxalq təşkilatlarda olan nüfuzlu ilə müəyyənləşirdi. 
Azərbaycan Respublikasıın 1991-ci il 19 oktyabrda qəbul 
etdiyi «Dюvlət müstəqilliyi haqqında» Konstitusiya aktı Misirlə 
əlaqələrin inkişafında yeni mərhələ açdı. Artıq 1991-ci il dekabrın 26-
da Misir Azərbaycan Respublikasının müstəqilliyini tanıdı, 1992-ci il 
aprelin 4-də isə iki юlkə arasında diplomatik əlaqələr yarandı. Bu qısa 
müddətdə iki dюvlət arasında uzunmüddətli  əməkdaşlığın  əsası 
qoyuldu. Azərbaycan Respublikasının xarici işlər naziri T.Qasımovun 
rəhbərlik etdiyi nümayəndə hey’əti 1992-ci il 7-9 noyabrda Misir 
Ərəb Respublikasında rəsmi səfərdə oldu. Səfər iki юlkə arasında 
müxtəlif sahələrdə  əlaqələrin, o cümlədən siyasi, mədəni, ticarət və 
iqtisadi 
əlaqələrin genişləndirilməsi və bu əlaqələrin 
perespektivlərinin müəyyənləşdirilməsi məqsədini güdürdü. 
Nümayəndə hey’ətin tərkibinə Azərbaycanın Xarici İqtisadi  Əlaqələr 
naziri, iki bankın-milli və beynəlxalq bankların rəhbərləri, eləcə  də 
Xarici işlər nazirliyinin bir neçə əməkdaşı daxil idi. İl gюrüş Misirin 
planlaşdırma nazirliyində keçirildi. Misirin planlaşdırma naziri, həm 
də baş nazirinin müavini d-r Kamal əl-Qənzuri ilə  sюhbət zamanı 
 
108


əsasən, iki respublikanın iqtisadi əlaqələrinin yaradılması barədə 
razılıq əldə edildi. 
Azərbaycan Respublikası Xarici işlər naziri Misir prezidenti 
Hüsnu Mübarəklə  gюrüşdü. Səmərəli keçən bu gюrüş zamanı  həm 
siyasi, həm də iqtisadi məsələlərdən danışıldı. Misir prezidentinə 
Azərbaycanın güclü iqtisadi potensiala malik olması barədə geniş 
mə’lumat verildi. Azərbaycanda yüksək səviyyəli elmi və texniki 
kadrların mюvcudluğu da onun nəzərinə çatdırıldı. 
Siyasi məsələlər müzakirə zamanı nümayəndə hey’ətinin 
başçısı Misir prezidentinə Azərbaycan-Ermənistan münaqişəsindən 
sюhbət açdı  və bu məsələdə Azərbaycanın tutduğu mюvqeyi Misir 
tərəfinin nəzərinə çatdırdı. Sюhbətin gedişindən mə’lum oldu ki, Misir 
prezidenti Azərbaycanda baş hadisələr barədə  ətraflı  mə’lumata 
malikdir. O, Azərbaycan tərəfinin mюvqeyi ilə  юz  юlkəsinin 
mюvqeyinin üst-üstə düşdüyünü qeyd etdi. 
Səfər zamanı nazir ərəb dünyasının, ümumiyyətlə, bütün 
islam aləminin  ən qədim universitetlərindən biri olan Əl-Əzhər 
Universitetinin rektoru ilə  gюrüşdü.  Əldə olan razılığa gюrə. Bu 
universitetdə  təhsil almaq üçün Azərbaycandan  ən azı 5-10 tələbə 
gюndərilməli idi. 
Ən məhsuldar danışıqlar Misirin Xarici İşlər Nazirliyində 
oldu. İki юlkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında 
protokol imzalandı. Sənədə  əsasən Azərbaycan Respublikası Xarici 
İşlər Nazirlyi ilə Misir Xarici İşlər Nazirliyi arasında beynəlxalq və 
regional problemlər barəsində vaxtaşırı  məsləhətləşmələr keçirmək
bu və ya digər məsələlərdə hər iki tərəfin tutduğu mюvqeləri bir-birinə 
uyğünlaşdırmaq, habelə beynəlxalq təşkilatlarda iki tərəfə aid olan 
regional problemlərdə bir-birinin mюvqeyini müdafiə etmək nəzərdə 
tutulurdu. Bu, siyasi baxımdan Azərbaycan üçün, onun xarici siyasəti 
üçün çox faydalı bir addım kimi qiymətləndirilə bilər. 
İki  юlkə arasında mədəniyyət sahəsində  əməkdaşlıq 
haqqında saziş imzalandı. Sazişdə mədəni əlaqələrin genişləndirilməsi 
ilə yanaşı, tələbə, müəllim, elmi və texniki işçilərin mübadiləsi 
məsələsinəzərdə tuturdu. 
Bu sənədlərdən başqa Misir tərəfi ilə konsulluq əlaqələri, 
informasiya mübadiləsi sahəsində  əməkdaşlıq və iqtisadi-ticarət 
əlaqələri barədə sazişlər paraflandı. Bu sənədlər barədə ilkin razılıq 
 
109


əldə edildi və onlar bir daha müzakirə edilib imzalandıqdan sonra 
qüvvəyə minəcəkdilər. 
Azərbaycanda və Misir Ərəb Respublikasında hər iki 
юlkənin səfirliklərinin açılması barədə razılıq əldə edildi. Tezliklə bu 
iş həyata keçirildi. 
1993-cü il mayın 24-26 -da Misir parlamentin nümayəndə 
hey’əti xarici işlər üzrə daimi komissiyanın rəhbəri Məhəmməd 
Abdella başda olmaqla Bakıya gəldi. Gюrüş zamanı respublika 
prezidenti və Misir parlamentin nümayəndələri dюvlət quruculuğu 
sahəsində iki юlkənin  əməkdaşlıq etmək niyyətində olduqlarını 
bildirdilər. Tarixi ən’ənələrə 
sюykənən Azərbaycan-Misir 
münasibətlərinin davam etdirilməsi hər iki üçün faydalıdır və bu 
mə’nada parlamentlərarası işgüzar münasibətlərin yaradılması müsbət 
haldır. 
Misirin M.Əbdülxeyir qrupu юlkəmizdə bir sıra tikinti 
işlərində, o cümlədən, Azərbaycan Dюvlət Musiqili komediya 
teatrının tikintisində yaxından iştirak etdi. 
Həmin qrup həmçinin Azərbaycandakı bir milyon nəfərdən 
çox qaçqın vəziyyətini yüngülləşdirmək üçün addımlar atdı. O, 
qaçqınların  əzablarını yüngülləşdirməkdən  юtrü 25 min ABŞ dolları 
məbləğində pul keçirdi. 
Sonrakı illərdə  юlkələrimizin arasında siyasi əlaqələr 
dinamik oldu. Müxtəlif səviyyəli gюrüşlərin keçirilməsi, müzakirə 
edilən məsələlər bir çox problemlərdə fikir eyniliyinin oldubunu 
gюstərdi. 
1994-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri 
Misirə  səfər etdi. Xarici işlər nazirliyində  və  юlkə prezidenti Hüsnü 
Mübarəklə danışıqlara ikitərəfli  əlaqələr müzakirə olundu. Həmçinin 
Qahirədə BMT-nin keçirdiyi «Dünya əhalisi və inkişaf» 
mюvzusundakı konfransda Azərbaycan prezidenti H.Əliyevin Misir 
dюvlətinin başçısı H.Mübarəklə  gюrüşü münasibətlərə tam aydınlıq 
gətirdi. Misir tərəfi Ermənistan-Azərbaycan münaqişəsində 
Azərbaycanın haqq işini dəstəklədiyini bildirdi. 1995-ci ildə keçirilən 
danışıqlarda da H.Mübarək bu mюvqedə qaldığını bir daha nümayiş 
etdirdi. İki юlkə arasındakı əlaqələrin inkişaf etdirməkdən юtrü xeyli 
potensial var idi və onlardan istifadə edilməliydi. 
Tədqiq olunan illərdə PAKİSTAN İSLAM RESPUBLİKASI 
ilə dostluq münasibətləri Azərbaycan Respublikası üçün bюyük 
 
110


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə