Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

əlaqələrin inkişafına kömək etdi. Öz növbəsində bu əlaqələr siyasi 
münasibətlərin rəvan inkişafına  şərait yaratdı.  İki ölkə arasında 
imzalanan ticarət-iqtisadi  əməkdaşlıq sahəsində  sənədlərə diqqət 
etirək: 1990-cı il yanvarın 10-da iqtisadi və ticarət  əlaqələrin 
inkişafına dair protokol; 1990-cı il 19 sentyabr tarixli sərhədyanı 
ticarətin inkişafına dair protokol; dəniz və çay yük daşımaların 
haqqında yenə  həmin tarixli saziş;  Araz çayı üzərində körpünün 
tikilməsi və buraxılış məntəqəsinin qoyulması barədə saziş; 1991-ci il 
26 aprel tarixli energetika sahəsində  əməkdaşlığa dair protokol; 
Azərbaycan Respublikası Prezidentinin səfəri zaman iki ölkə arasında 
ticarət-iqtisadi əməkdaşlığa dair müqavilələr imzalandı. 
İmzalaanan sənədlərin reallaşması üçün xeyli iş görüldü. 
Araz çayı üzərində avtomobil yolu, ümumi smeta dəyəri 21 milyon 
rubl olan dəmir yolu körpüsü tikildi, Sədərək rayonuna elektrik 
enerjisi verən elektrik xəttinin tikintisi başa çatdırıldı; dəniz və çay 
yük daşımalarına başlanıldı; işgüzar  əməkdaşlığa dair ikitərəfli 
Azərbaycan-Türkiyə komitəsi yaradıldı; Türkiyə hökuməti ilə 
bağlanmış müqaviləyə görə 1992-ci ildə Azərbaycana 1 milyon ton 
taxıl məhsulları verildi. Azərbaycan tərəfi bu məhsullar üçün 115 
milyon ABŞ dolları  xərclədi. Respublikada Türkiyənin «Podrat 
İmport-Eksport», «Degere İnk», «Matsan DİŞ Ticarət A.Ş.», «Penta 
DİŞ Ticarət A.Ş.» və başaq firmada kompaniyalarının 
nümayəndəlikləri açıldı. 
İkitərəfli  əməkdaşlığın  əsas formalarından biri qarşılıqlı 
müəssisələrin yaradılması oldu. Bu illərdə Respublikada 39 
Azərbaycan-Türkiyə birgə müəssisəsi qeydə alındı. «Azneft» 
istehsalat birliyinin və Türkiyənin «Pet Oyl Korporeyted» firması neft 
və qaz axtarışları axtarmağa başladı Sumqayıtın «Kimyasənaye» və 
«Sintetikkauçuk» birlikləri Türkiyənin «Diegere İnk» və «Penta DİŞ 
Ticarət» firmaları müxtəlif sahəli  əməkdaşlığa başladılar. «Sumqayıt 
Məişət Kimyası» birliyi və «Çapay Bayarlama» Sintetik yuyucu 
məddələrin istehsalının ildə 40 min tona qədər çatdırmaq barədə bərpa 
və yenidənqurma işləri gərməyi öhdələrinə götürdülər. «Bakı 
kondensioner» elm-istehsalat birliyi və Türkiyənin «Meltem Soyutma 
İsitmə ticarət A.Ş.» firması  məişət kondensionerlərinin istehsalı; 
«Simtel» firması ilə tozsoranların istehsalı barədə protokollar 
imzaladılar. 
 
96


Respubika Kənd Təsərrüfatı  və  Ərzaq nazirliyi Türkiyənin 
«Təkəl» firması ilə siqaret və digər tütün mə’mulatları istehsalı barədə 
razılaşmaq  əldə etdilər . İşgüzar  əməkdaşlıq mineral sular istehsalı, 
gödəkcə, köynək,  şalvar və  uşaq paltolarının kütləvi birgə buraxılışı 
sahəsində  də aparıldı. Bununla belə, müstəqilliyin ilk illərində 
Türkiyədəki bə’zi iş adamları Azərbaycana xammal bazası kimi 
baxaraq istehsal müəssisələrin tikməkdən uzaq qaçırdılar. Kəskin 
rəqabət meydanı olan dünya bazarlarına-xüsusən Qərbi Avropaya yol 
aça bilməyən və rəqabətə tab gətirə bilməyən Türkiyənin bə’zi işgüzar 
dairələri üçün Azərbaycan xammal mənbəyinə çevrildi. 
Azərbaycanla Türkiyə arasında elmi-texniki və  mədəni 
əməkdaşlıq məsələləri də diqqət mərkəzində oldu. 1990-cı ilin 
yanvarın 10-da 1990-1992-ci illər üçün mədəni və elmi-texniki 
mübadilə barədə protokol; 1990-cı il 19 sentyabrda rabitə məsələlərinə 
dair saziş; yenə  həmin tarixdə Bakı-İstanbul hava xəttinin açılması 
barədə saziş; 1991-ci il 16 mart tarixli turizm sahəsində əməkdaşlığa 
dair protokol və s. imzalandı. Azərbaycan Respublikası prezidentinin 
Türkiyə  səfəri zamanı elmi-texniki və  mədəni  əlaqələrə dair iki ölkə 
arasında saziş imzalandı. Müstəqilliyin ilk illərində imzalanan bu 
sənədlər tezliklə reallaşmağa başladı. Bakı-İstanbul hava xtti açıldı; 
Respublika Rabitə Nazirliyi ilə Türkiyənin «Netaş» və «Teletaş» 
şirkətləri ilə telekommunikasiya sahəsində bağlanan müqaviləyə 
uyğun olaraq ümumi dəyəri 512 min ABŞ dolları olan beynəlxalq 
telefon stansiyası quraşdırıldı; Azərbaycanla Türkiyə arasında 30 xətli 
beynəlxalq rabitə sistemi yaradıldı; mehmanxanalar sahəsində 
əməkdaşlıq quruldu; Türkiyənin televiziya proqramları Azərbaycanda 
göstərilməyə başlandı; «Zaman» və «Milliyyət» qəzetlərinin büroları 
respublikada açıldı. 
 Azərbaycan Respublikası ilə Türkiyə arasında elmi 
əməkdaşlıqda Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutu, 
Geologiya  İnstitutu və Bakı Dövlət Universiteti özünəməxsus rol 
oynadılar. 
Azərbaycan Respublikasının təhsil və səhiyyə nazirliklərinin 
Türkiyənin müvafiq nazirlikləri ilə  əməkdaşlığı, tələbə aspirant və 
müəllim mübadiləsi genişlənir.  
Azərbaycan və Türkiyənin qadın təşkilatları arasında 
əlaqələr uruldu. 
 
97


Qarşılıqlı razılaşma  əsasında Bakıda və  İstanbulda 
ixtisaslaşdırılmış «Türk dünyası» və «Azərbaycan dünyası» kitab 
mağazaları açıldı. 1992-1995—ci illərdə 0 cildlik Azərbaycan və 
Türkiyə  ədəbiyyatı anatologiyası  nəşr etmək planları  həyata 
keçirilməyə başlandı. 
İki ölkə artistlərin, müğənnilərin və folklor qruplarının 
mübadiləsi, xalça və  rəssamların  əsərləri sərgiləri, kino festivalları 
uğurla keçdi, turist əlaqələri genişləndi. 
1994-cü ildə Türkiyənin energetika naziri Veysəl Atasoy
TBMM-in sədri Hüsaməddin Cindoruk Azərbaycana səfər etdilər. 
H.Cindoruk Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul 
edildi, parlamentin sədri, Xarici işlər naziri ilə görüşdü. Milli 
Məclisdə çıxış etdi. Qarşılıqlı anlaşma şəraitində keçən bu görüşlərdə 
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərtərəfli 
əməkdaşlıq  əlaqələrinin  genişləndirilməsi sahəsində fikir mübadiləsi 
aparıldı, qarşılıqlı maraq doğuran aktual beynəlxalq məsələlər 
müzakirə edildi. Səfərin yekunu olaraq tərlər arasında 
parlamentlərarası əməkdaşlıq haqqında saziş və bəyannamə imzalandı. 
Öz növbəsində Azərbaycanın müxtəlif səviyyəli nümayəndə 
hey’ətləri Türkiyədə oldular, Azərbaycan Prezidentinin Türkiyəyə 
səfəri zamanı o, dövlətin, hökumətin, parlamentin başçıları, işgüzar 
adamlarla görüşlər keçirtdi, parlamentdə  çıxış etdi. İkitərəfli 
münasibətlərə dair sənədlər imzalandı. 
1995-ci ildə Türkiyənin baş naziri Tansu Çillər, xarici işlər 
naziri  Ərdal  İnönü. Energetika naziri Veysəl Atasoy, əmək və sosial 
tə’minat naziri Mustafa Kul Azərbaycana səfər etdilər. Tədqiq edilən 
illərdə iki ölkə arasında siyasi səfərlərin yüksək nöqtəsi Türkiyə 
prezidenti Süleyman Dəmirəlin səfəri oldu. Səfər zamanı o, Milli 
Məclisin ilk iclasında çıxış etdi, qaçqınlarla, ictimaiyyətin 
nümayəndələri ilə, iş adamları ilə görüşdü, birgə  bəyanat, tələviziya 
yayımları haqqında  əməkdaşlıq müqaviləsi imzalandı, iki ölkə 
arasında avtomobil  daşımaları haqqında sazişin təsdiq olunması  və 
qüvvəyə minməsi barədə notalar mübadiləsi edildi. Səfər iki ölkə 
arasındakı münasibətlərdəki emosional əlaqələrə son qoyaraq, onlara 
ciddi, işgüzar, qarşılıqlı faydalı təməl verdi. 
 Azərbaycan dövlətinin xarici siyasətində İran özünəməməxsus 
yer tutur. Tərəddüdlərdən sonra 1991-ci il dekabrın 25-də  İran 
 
98


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə