Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa yardımdan asılı edən 
və uydurma "DQR"-in tanınmasını nəzərdə tutan bu əlavəni sadəcə 
humanitar sənəd kimi qiymətləndirmək düzgün olmazdı. Məlum 
olduğu kimi,hər hansı humanitar addımın arxasınca iqtisadi, siyasi 
və b. tədbirlər, humanitar yardımla yerlərdə məşqul olan təşkilatların 
açılması gəlir.Onun da nəticələrini izah etməyə ehtiyac yoxdur. 
Əlavənin meydana gəlməsinin səbəbi - həm Konqresin 
Nümayəndələr Palatasında erməni təəssübkeşliyi, Birləşmiş 
Ştatlarda erməni lobbisinin fəaliyyəti, prezident seçkilərində 
partiyalararası gərgin mübarizə ilə (ABŞ prezidenti B.Klinton 1783-
cü ildə yaradılmış demokrat partiyasının lideridir. O, 1854-cü ildə 
yaradılmış Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyi 
Konqreslə  işləməyə  məcburdur. Nümayəndələr Palatasında 204 
demokrat, 230 respublikaçı, 1 sosialist (cəmi 435 nəfər), senatda isə 
52 respublikaçı, 48 demokrat vardır), Porterin həyat yoldaşının 
Ermənistana səfərləri və aldığı  hədiyyələrlə, həm də  Ağ Evin 
Azərbaycanlabir sıra dövlətlər arasında gedən mübarizəni öz xeyrinə 
həll etmək üçün ona təsir və  təzyiq etmək, Rusiya - Azərbaycan 
əlaqələrini zəiflətmək istəyi, Ermənistanın təcavüzkarlığına dinc 
siyasi vasitələrlə son qoymaq üçün aparılın danışıqların zəifləməsi,  
Azərbaycanın diplomatiyasının nöqsanları, gözləmə mövqəyi 
tutması, Birləşmiş  Ştatlarda geniş  işləməyi az qala unutması  və 
başqa amillərlə bağlıdır. 
Əlavə Azərbaycanda müsbət qarşılana bilməzdi. O, ortaya 
çıxar-çıxmaz, ölkəmizdə iqtidar və müxalifət, kütləvi məlumat 
vasitələri, ictimai təşkilatlar fəal surətdə etirazın müxtəlif formaları 
ilə onun əleyhinə çıxdılar. 
ABŞ Dövlət Departamenti bu əlavəni iki ölkə arasındakı 
münasibətlərə  zərər gətirən və Birləşmiş  Ştatların mənaəelərinə 
zərbə vuran sənəd kimi qiymətləndirərək onun əleyhinə  çıxdı. 
Konqresin aşağı palatası ilə icraedici hakimiyyət arasında ixtilaflar 
yarandı. Ermənilər tərəfindən şadyanalıqla qarşılanan bu əlavə ABŞ 
milli mənafelərinin ziddinə olan bir sıra məqsədlər güdürdü. Əlavə 
yeganə fövqəldövlət kimi ABŞ-nın bu regionda maraqlarına zərbə 
endirməyi, onu arzu olunmayan qonağa çevirməyi, Azərbaycanda 
onun siyasi və iqtisadi mövqelərini zəiflətməyi, ABŞ-a düşmən olan 
dövlətləri regionumuzda möhkəmləndirməyi, Birləşmiş  Ştatların 
dünyadakı demokratiyanın və beynəlxalq normaların qoruyucusu 
 
87


imicini itirməyi, neft konsorsiumunda payları çox olan ABŞ 
şirkətlərinin fəaliyyətini sual altına qoymağı güdürdü.  
Əlavə Azərbaycanın Dağlıq Qarabağı faktiki olaraq itirməsini 
hüquqi cəhətd təsdiqləmək, erməni lobbisi və diasporunun çoxluq 
təşkil etdiyi ölkələrin üzdən iraq "DQR"-i tanımaları üçün şərait 
yaratmaq, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərin 
azad edilməsini çətinləşdirmək, yurd-yuvalarından didərgin düşmüş 
qaçqınların geri düşməsinin qeyri-mümkün etmək, problemi həll 
etmək üçün Azərbaycanı  hərbi yola sürükləmək, ölkələrimiz 
arasındakı münasibətləri kəskinləşdirmək, xarici iş adamları üçün 
əlverişsiz şərait yaratmaq niyyətləri daşıyırdı.  
Porter  əlavəsi müasir beynəlxalq münasibətlər üçün qeyri-
normal  şərait yaratmağı, müstəqil dövlətin suverenliyini və  ərazi 
bütövlüyünü pozmağı, təcavüzkarı  şirnikləndirməyi, müasir 
beynəlxalq münasibətləri sisteminin ABŞ  tərəfindən pozulmasını, 
Ermənistanın təcavüzkar kimi tanınmasını  çətinləşdirməyi, 
təcavüzkarı "Böyük Ermənistan" kimi uydurma planlarını 
planlaşdırmağa dəstəkləməyi güdürüdü.  
Bütün yuxarıda göstərilənlərin ABŞ-ın mənafelərinə zidd 
olduğu aydındır. Ona görə  də ABŞ senatorları  təkrar müzakirə 
zamanı onu yekdilliklə rədd etdilər.  
İki müstəqil dövlət kimi Azərbaycan-ABŞ münasibətlərinin 
inkişafına "ermənilərin soyqırımı" və ya "erməni məsələsi" 
prizmasından baxılmamalıdır. Çünki mahiyyəti etibarilə "erməni 
məsələsi" artıq tarixə çevrilmişdir. O, müasir siyasi mahiyyət 
daşımır.  
Bütün bu çətinliklərə baxmayaraq,  Azərbaycanı və ABŞ-ı bir-
birindən uzaqlaşdıran  şərait yoxdur. Münasibətlərimizdə mövcud 
olan çoxlu təmas nöqtələri problemləri həll etməyin səmərəli 
yollarını tapmağa imkan verir. Bununla belə, Azərbaycan ABŞ 
münasibətləri tərəflərin imkanlarından xeyli aşağıdır və onun 
inkişafından ötrü geniş perspektivlər vardır. Buna görə də tərəflərin 
hər biri özünə aid müəyyən addımlar atmalıdır.  
ABŞ  tərəfi özünün strateji mənafelərini, Qafqazda bir sıra 
dövlətlərin, o cümlədən İran v Rusiya ilə maraqlarının toqquşmasını, 
planetin  əlverişli coğrafi-siyasi nöqtəsi, təbii sərvətlərin və kifayət 
qədər intellektual potensialı olan Azərbaycanda möhkəmlənmək 
istəyini  əsas götürərək ölkəmizlə daha da yaxınlaşmalıdır. 
 
88


Azərbaycanı qiymətli təbii sərvətləri ilə totalitarizm əvəzinə, azadlıq 
və  tərəqqi işinə qoşmalı, bununla da özünün bütün dünyanınq 
təhlükəsizliyinə, inkişafına və azadlığına hər vasitə ilə kömək 
etməlidir. Bundan ötrü ABŞ-ın bütün imkanları vardır. Lənglik və 
tərəddüdlər ABŞ-ın mənafelərinə ciddi zərbədir. Ağ ev Azərbaycana 
münasibətdə yeritdiyi siyasətinin məqsəd və  vəzifələrini, strateji 
niyyətlərini tam dəqiqləşdirməli və açıqlamalıdır. Azərbaycanla 
əməkdaşlıq edən və sülhün təminatçısı olan ABŞ-ın regiona daxil 
olması ilə onun gözü qarşısında Ermənistanın təcavüzkarlığını 
davam etməsi, beynəlxalq hüquq normalarının pozulması  Ağ evin 
beynəlxalq nüfuzuna xələl gətirir. Regiondakı münaqişənin kökü rus 
ekspansiyasında və erməni millətçiliyindədir. O, Azərbaycanın 
müstəqilliyi üçün başqa dövlətin hərbi-siyasi, iqtisadi, maliyyə  və 
başqa yardımları ilə  təhlükə törədən və  ərazimizi işğal edən 
Ermənistana təzyiq edib başa sala bilər ki, beynəlxalq normalara 
əməl etmək lazımdır. Xalqın rifahını yüksəltmək və millətlərin öz 
müqəddəratını  təyin etmək bəhanələri ilə torpaqlar işğal etmək 
yolverilməzdir. Planetimizdə müxtəlif xarakterli münaqişələr həmişə 
olacaqdır. Lakin iki xalqarasında münaqişə  və müharibə daima 
olmaya bilər.  Bu  da  Ermənistan tərəfindən asılıdır. ABŞ quru 
bəyanatlarla deyil, konkret işlə  təcavüzkarın qarşısını almağa 
çalışmalıdır.  İşğalın davam etdirilməsi təcavüzkarı daha da 
şirnikləndirir. Vaşinqton Azərbaycana geniş yardım etməklə ona 
şimal və  cənubdan edilən təzyiqləri yumşalda bilər. Ağ ev 
Azərbaycana yalnız ticarət-iqtisadi ortaq və  tərəfdar kimi deyil, 
strateji müttəfiq kimi baxmaq barədə düşünə bilər. Bu sahədə ilk 
ciddi addımları  məhz Vaşinqton atmalıdır. Azərbaycanın bu 
təkliflərə etiraz edəcəyini gözləmək düzgün olmazdı. ABŞ 
konqresinin "Azadlığın müdafiə aktı"-nın 907-ci düzəlişi bir 
tərəfdən, Ağ evin nüfuzuna xələl gətirərsə, digər tərəfdən isə
Azərbaycana təzyiq vasitəsidir. Dünyada demokratiyanın və ədalətin 
qoruyucusu kimi tanınan ABŞ-da yalnış  məlumatlar və erməni 
təəssübkeşliyi qəbul edilən belə sənəd onun imicinə zərbədir. 
Rusiya tərəfindən Azərbaycanın  şimal dəmir yolunun 
bağlanması,  İrana gedən dəmir yolunun işləməməsi ilə blokadaya 
düşən, 20 faiz ərazisi işğal edilən, 1 milyon nəfərdən çox qaçqını 
olan Azərbaycana humanitar yardımı göstərilməsinin qadağan 
edilməsi,  əksinə, təcavüzkara yardım göstərilməsi regionda 
 
89


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə