Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

demokratik inkişafa mane olur, qeyri-bərabərlik yaradır, 1992-1996-
cı illərdə ABŞ-ın Qafqaz ölkələrinə ayırdığı 1,1 milyard dollar 
maliyyə yardımının yarıdan çoxu - 600 milyon dolları  təkcə 
Ermənistana çatmışdır. Bu, Azərbaycan üçün həyəcan təbili 
olmalıdır.  Ən azı ona görə ki, ABŞ konqresinin 907-ci maddəyə 
düzəlişi - ABŞ-ın dövlət xətti ilə Azərbaycana maddi yardımı 
qadağan olunması  hələ  də qüvvədə qalmaqdadır. Halbuki 
Azərbaycan özünün ən  əhəmiyyətli stareji xammal ehtiyatının - 
neftinin bölünməsində məhz ABŞ-a üstünlük vermişdir.   
 
     Asiya və Afrika ölkələri ilə münasibətlər 
 
  
Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin 
istiqamətlərindən biri Asiya və Afrika ölkələri ilə münasibətlərdir. 
Dövlətimizin bu ölkələrlə qarşılıqlı münasibətlərinin bir sıra səciyyəvi 
cəhətləri vardır. 
 
Əvvəla, Azərbaycanı Asiya və Afrikanın bir sıra dövlətləri ilə 
coğrafi-siyasi yaxınlıq birləşdirir. Bunun təkcə ikitərəfli siyasi
iqtisadi, elmi-texniki, mədəni, humanitar və b. əlaqələr üçün deyil, 
eyni zamanda ciddi strateji əhəmiyyəti vardır. Avropa və Asiyanın 
qovuşağında yerləşən Azərbaycan Qərb ölkələrinin  Şərqə,  Şərq 
ölkələrinin isə Qərbə çıxmasında körpü rolunu oynayır.  
 
İkincisi, Asiya və Afrikanın bir çox ölkələrini Azərbaycanla 
dini, mədəni və soy-kök telləri birləşdirir. Bu amllər məlum olduğu 
kimi, dövlətlərarası, bütövlükdə beynəlxalq münasibətlərdə 
özünəməxsus rol oynayırlar. 
 Üçüncüsü, 
Asiyadakı 44, Afrikadakı 55 dövlət dünya 
siyasətində səciyyəvi yer tuturlar. Onların çoxu bloklara  qoşulmamaq 
hərəkatının üzvləridir. Bu hərəkat 1961-ci ildə Belqradda 
yaradılmışdır. Tərkibinə görə, rəngarəngdir. Onun iştirakçıları 
özlərinin sosial-iqtisadi və  mədəni inkşaf yolunu müəyyənləşdirmək, 
öz sərvətlərindən müstəqil istifadə etmək uğrunda mübarizə 
aparırırlar. Bu dövlətlər beynəlxalq iqtisadi münasibətlərin  ədalətli, 
bərabərhüquqlu və  hər hansı  məhdudiyyətlər olmadan həyata 
keçirilməsini irəli sürürlər. Azərbaycan dövlətinin xarici siyasət 
məqsədləri bu ölkələrlə səmərəli qarşılıqlı münasibətlərin  qurulmasını 
və inkşaf etdirilməsini zəruri edir. 
 
90


 Dördüncüsü, 
Asiya 
və Afrikanın qovuşağında yerləşən Yaxın 
və Orta Şərq strateji nəqliyyat, ticarət, enerji və xammal mənafeləri 
rayonudur. Bir sıra dövlətlərin maraqları bu regionda toqquşur. Bu 
region dünya neftinin 2/3 hissəsini verir və onda çoxlu təbii ehtiyatlar 
toplanmışdır. 
 Beşincisi, bu regionda üç səmavi din - islam, xristianlıq və 
iudizm yaranmışdır. Bu üç dinə etiqad edən xalqlar arasında 
tarazlaşdırılmış mövqe tutan bu regionda nüfuzu yüksəlir, 
münaqişələrin həllində və təhlükəsizlik məsələlərində rolu artır. 
 Azərbaycanın bu istiqamətdə münasibətlərində Türkiyə xüsusi 
yer tutur. Türkiyə 1918-ci ildə olduğu kimi, yenə  də birinci olaraq 
Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il noyabrın 9-da tanıdı,  
1992-ci il yanvarın 14-də diplomatik münasibətlər qurdu. 
 Dünya 
və region siyasətində Türkiyənin rolunu və istəklərini 
bir sıra amillər şərtləndirir: o, Asiya və Avropa dövləti kimi əlverişli 
strateji mövqedə yerləşmişdir; bir sıra dövlətlər Türkiyə ilə normal 
münasibətlər qurmaqla öz problemlərini həll etmək istəyir; o, 
dünyanın mərkəzi dəniz yollarına və boğazlarına nəzarət edir və 
bununla da bir sıra dövlətlərin iqtisadiyyatına təsir göstərə bilir; 
regionun iqtisadi cəhətdən inkişaf etmiş  və qüdrətli hərbi dövlətidir; 
güclü və demokratik inkişaf edən NATO ölkəsidir; Avropa və dünya 
təşkilatlarında iştirak edir, özünü Avropa siyasətində  dəst-xətti olan 
dövlət sayır, hesab edir ki, onun yeri təkcə Asiyada deyil, eyni 
zamanda Avropadadır; regionda sülhün və  təhlükəsizliyin taleyində 
özünü məsuliyyətli sayır; terorizmə qarşı mübarizə aparır.  
 Türkiyədən başqa beş müstəqil türk dövlətinin - Azərbaycan, 
Qazaxıstan, Qırğızıstan və Özbəkistanın bərabərhüquqluqu üzvü  
olması beynəlxalq aləmdə onun dayaqlarını gücləndirir. Bu türk 
dövlətləri təkcə beynəlxalq və  məhəlli təşkilatlarda deyil, eyni 
zamanda özlərinin yaratdıqları türk dövlət başçılarının zirvə 
toplantısında və Türksoyda əməkdaşlıq edirlər. Türk xalqlarının 
tarixən olmuş  zəngin dövlətçilik  ənənələri, bu xalqların tarixdə 
möhtəşəm 16 imperatorluq və 50-yə yaxın dövlət yaratmaları müasir 
şəraitdə dünya siyasətində onların roluna təsir edir. Rusiyada türk 
muxtar qurumlarının mövcudluğu və onların müstəqilliyə can atmaları 
Türkiyənin əhəmiyyətini artırır. Lakin soyuq müharibə başa çatdıqdan 
sonra region siyasətində Türkiyənin rolunda dəyişiklik  əmələ 
gəlmişdir.  Əgər soyuq  müharibə dövründə Türkiyənin SSRİ ilə 
 
91


ümumi sərhəddinin olması  Qərb ölkələrinə xeyir verirdisə  və 
Türkiyənin rolunu artırırdısa, SSRİ dağıldıqdan sonra bu, artıq öz 
əhəmiyyətini zəiflətmişdir. Qərb dövlətləri gənc dövlətlərlə özləri 
birbaşa  əlaqələr qururlar. Türkiyə öz nüfuz dairəsini türk dünyasına 
yaymaqda coğrafi yaxınlığını itirmişdir. Naxçıvanla olan kiçik 
sərhəddi nəzərə almasaq, Türkiyə yeni türk dünyasından coğrafi 
cəhətdən ayrı düşmüşdür.  
 Türkiyə problemlərsiz də deyildir. Daxildə - bir sıra qonşu 
dövlətlər tərəfindən dəstəklənən və bilavasitə yardım göstərilən 
terrorçuluq hərəkətləri ölkənin zəiflədilməsinə    və parçalanmasına 
yönədilmişdir. Dövlətin başı xeyli dərəcədə terorçuluğa qarşı 
mübarizəyə qarışmışdır; müxtəlif siyasi partiyalar arasında hakimiyyət 
uğrunda gedən mübarizə xalqın mənəvi-psixoloji ruh yüksəkliyinə 
mənfi təsir göstərir; infilyasiya sürətlə gedir. 
 Xaricdə - Türkiyə bir sıra düşmən və ya bədxah dövlətlərin 
əhatəsindədir. Rusiya, Yunanıstan, Bolqarıstan, Ermənistan,  İraq, 
Suriya və İran kimi qonşuları ilə Türkiyənin problemləri vardır. Bəzi 
dövlətlər təzyiq vasitəsi kimi guya Türkiyədə insan haqlarının 
pozulmasını müxtəlif səviyyəli beynəlxalq toplantılarda müzakirə 
obyektinə çevirməyə çalışırlar.  
 Rusiya 
təzyiq vasitəsi kimi boğazlar məsələsini demək olar ki, 
bütün beynəlxalq təşkilatlarda qaldırır. 1936-cı il 23 iyul tarixdə 
imzalanmış Möntre konvensiyasına uyğun gələn Türkiyənin 
hərəkətlərinə qarşı çıxır və hər dəfə də uğursuzluğa məhkum olur. Ona 
görə  də Türkiyə regionda aparıcı dövlət olmaq, Azərbaycan 
neftininAralıq dənizindəki Ceyhan limanı vasitəsi ilə nəql edilməsinə, 
nüfuz dairəsini yaymağa çalışır və s.  
 Azərbaycan - Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf 
maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və 
dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya 
siyasətində gücünün və rolunun artırması deməkdir. Ona görə  də bu 
iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli 
gələn prinsiplər  əsasında inkşafı  zəruridir. Diplomatiya tarixi sübut 
edir ki, Azərbaycan - Türkiyə dövlətlərarası münasibətləri heç vaxt 
dini və etnik amillər üzərində inkişaf etdirilə bilməz. Dünya siyasəti 
və dövlətlərarası  münasibətlər bir qayda olaraq tərəflərin 
mənafelərinin tarazlığı üzərində qurulur. 
 
92


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə