Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

Türkiyə - Azərbaycan  əlaqələrində bir sıra qüsurlara da yol 
verilmişdir.  Əvvəla, Azərbaycan - Türkiyə münasibətlərinin yaxşı 
olmasında istifadə edən bəzi qüvvələr hələ möhkəmlənməmiş 
Azərbaycan Respublikasını  cənub qonşumuz olan İran və  şimal 
qonşumuz olan Rusiyaya qarşı qoymağa çalışırdılar. Türkiyə ilə  İran 
arasında mövcud olan müəyyən ixtilaflardan istifadə edən bu qüvvələr 
Azərbaycan - İran münasibətlərini soyuqlaşdırmağa səy edirdilər. 
Bütün bu  cəhdlər baxmayaraq Türkiyə Rusiya ilə münasibətlərini 
kəskinləşdirmədi. O, ilk növbədə Rusiya ilə mehriban münasibətləri 
qaydaya salmağa çalışdı. 
 
İkincisi, “türkün türkdən başqa dostu yoxdur” kimi açıq-aşkar 
şüarlar söyləyənlər nəticə etibarilə Azərbaycan anlayışına, türkçülüyə 
Azərbaycançılığa və Azərbaycan dövlətçiliyinə  zərbə vururdular. 
Azərbaycan  ərazisində  əsrlər boyu bərabərhüquqlu yaşayan, özlərini 
azərbaycanlı hesab edən və Azərbaycandan başqa heç bir vətən barədə 
düşünməyən milli azlıqlar tədricən soyuqlaşmağa başladılar.  
      Ücüncüsü, 
müstəqillik illərində Türkiyə ilə qarşılıqlı 
münasibətlərdə diqqəti cəlb mənfi cəhətlərdən biri bəzi  şəxslərin 
əvvələr bir "böyük qardaş " olan Rusiyadan çılğınlıqla uzaqlaşıb, digər 
bir "böyük qardaş "a - Türkiyəyə meyl etmələri ilə bağlı idi. Lakin 
Türkiyə  qətiyyətlə bildirdi ki, o, böyük qardaş deyildir, bütün türk 
xalqları ilə ekiz və  bərabər qardaşdır. Belə mövqenin böyük 
əhəmiyyəti vardı. Əks təqdirdə süni surətdə “böyük qardaş” yaratmaq 
cəhdləri xalqda ələ baxımlıq, öz qüvvələrinə  və müstəqilliyə 
inamsızlıq, dövlət quruculuğunda fəal iştirak etməmək, qul 
psixologiyası yaradırdı.  
 
Dördüncüsü, tarix sübut edir ki, türklük yüz illərlə davam 
edən dəhşətli müstəmləkə zülmünə tab gətirdi, qədim dövlətçilik 
ənənəsini, mədəniyyətini və mənəvi dünyasını qoruyub saxlaya bildi. 
Türk xalqları arsında dirçəliş indi daha sürətlə gedir və onların 
arasında hərtərəfli qarşılıqlı  əlaqələrin genişləndirilməsi zəruridir. 
Ancaq Adriatik dənizi sahillərindən Sakit okeana qədər yaşayan bütün 
türkləri birləşməyə, özünə qayıtmağa dünyaya sahib olmağa, böyük 
türk dövləti yaratmağa səsləyən açıq-aşkar emosional çağırışlar həm 
türkçülüyə, həm də başqa ölkələrlə dövlətlərarası münasibətlərin 
inkşafına xələl gətirirdi. Türkçülüyə belə  bəsit və bayağı münasibət 
dünya sivilizasiyası tarixində özünəməxsus yer tutmuş digər xalqlarda 
türk xalqlarına qarşı xoş niyyət yaratmırdı  və  qısqanclığa artırırdı. 
 
93


Diplomatiya tarixinin təcrübəsi sübut edir ki, dövlətlər arası 
münasibətlərin etnik amillər üzərində qurulması  cəhdləri çox vaxt 
uzunmüddətli uğur qazandırmır və ona qarşı müxtəlif sərt bloklar 
yaradılır. Türk xalqları arasında hərtərəfli, xüsusən mədəni, humanitar 
əlaqələrin maneəsiz inkşafı vacibdir və təbii - tarixi prosesdir. 
 Beşincisi, Azərbaycanın bir qütbdən - Rusiyadan sürətlə 
ayrılıb digər qütbə - Türkiyəyə meyl etməsi onsuzda strateji müttəfiq 
olan Rusiya ilə Ermənistanı daha da yaxınlaşdırır. Rusiya Azərbaycanı 
Ermənistan qarşısında aciz və  zəif rəqib kimi qoymaqla ona dərs 
vermək istəyir. Belə  şəraitdə Ermənistanın təcavüzkarlığına qarşı 
Türkiyənin hətta hərbi əməliyyatlara başlamasını, silahla qüvvə tətbiq 
etməsini tələb edən bəzi dairələr də var idi. Ermənistan Qafqazda 
Rusiyanın işğalçılıq siyasətində, milli-azadlıq hərəkatlarının 
yaradılmasında, türk, müsəlman xalqlarının əsarət altında alınmasında 
bir alət olmuşdur. Və bunun müqabilində Ermənistan Rusiyadan 
istədiyini almağa, yəni  yeni torpaqlar ələ keçirib dənizdən-dənizə 
“Böyük Ermənistan” yaratmağa çalışır. Ermənistanla Rusiya arasında 
bağlanan siyasi, iqtisadi, texniki və  hərbi yardım haqqında 
müqavilələr də  məhz buna xidmət edir. Lakin ermənilərin  əli ilə 
azərbaycanlıları, gürcüləri və  Şərqin digər xalqlarını vurmaq əslində 
geniş mənada Rusiyanın mənafelərinə ziddir. Çünki Rusiyanın tarixən 
yeritdiyi və yenə  də  əl çəkə bilmədiyi imperiya təfəkkürlü siyasət 
Moskva ilə hətta keçmiş müttəfiqləri, indi isə yaxın qonşuları arasında 
qarşıdurma, açıq-aşkar düşmənçilik yaratmışdır. Rusiyanın keçmişdə 
eyni dövlətin daxilində olduğu Ukrayna, Latviya, Litva, Estoniya, 
Moldova, Orta Asiya dövlətləri, Azərbaycan, Gürcüstan və b. ilə 
münasibətləri rəvan deyildir. Rusiya yeritdiyi zorakı, iddialı  və 
təzyiqli xarici siyasəti sayəsində dost olmayan dövlətlər  əhatəsində 
qalmışdır. Digər tərəfdən, Rusiya Federasiyasının daxilindəki türk, 
müsəlman xalqları amilini də  nəzərdən qaçırmaq olmaz. Mövcud 
reallıq Moskvanın yaxın qonşuları, o cümlədən, türk, müsəlman 
xalqları ilə normal münasibətlərini tələb etsə  də, Kreml bundan hələ 
çox uzaqdır. Deməli , belə  şəraitdə Ermənistan Rusiya - Türkiyə 
qarşıdurmasını, hətta münaqişəsini törətmək, buna xristian - 
müsəlman xarakteri verməklə  Qərb dövlətlərini də  cəlb etməyə  səy 
göstərir. Ermənistanın Azərbaycana qarşı  təcavüzkarlıq siyasətində 
Türkiyənin tutduğu mövqe mövcud şəraitdə onun dövlət və milli 
mənafelərinə xidmət edir və  hərbi  əməliyyatlara qoşulmamaq 
 
94


düzgündür. Ankaraya Qərb ölkələrinin, xüsusən ABŞ-ın etdiyi 
müəyyən təsiri də unutmaq olmaz. Erməni diasporunun böyük olduğu 
ölkələr Türkiyəyə ciddi diplomatik təzyiqlər göstərirlər.  
 Azərbaycan - Türkiyə münasibətlərinin geniş prespektivləri 
vardır. Bu münasibətlərin deyişən dünya reallıqlarına uyğun olaraq iki 
tərəfli siyasi (məsləhətləşmələr, beynəlxalq və regional təşkilatlarda 
mövqelərin uyğunlaşdırılması, diplomatik-siyasi sənədlərin 
imzalanması  və s.), iqtisadi,hərbi, elmi-texniki, mədəni və humanitar 
sahələrdə böyük potensialı toplanmışdır. Onların hərəkətə gətirilməsi
münasibətlərin emosiyalardan uzaq, ciddi əsasda inkişaf etdirilməsi 
zəruridir. 
1991-ci il noyabrın 11-də Azərbaycanın dövlət 
müstəqilliyini tanıyan ilk dövlət kimi Türkiyə 1992-ci il yanvarın 14-
də diplomatik münasibətlər qurdu və 1992-ci ilin martında Türkiyə 
prezidenti Turqut Ozalın səfəri SSRİ  tərkibində münasibətlərin 
inkişafı üçün şərait yaratdısa da, bu münasibətlər xeyli məhdud idi. 
Müstəqillik e’lan edildikdən sonrakı ilk vaxtlarda iki ölkə arasındakı 
münasibətlər kifayət qədər səmərəli deyildi. Bu,əsasən SSRİ 
dağıdıldıqdan sonra Azərbaycanda mövcud olan rejimlə bağlı idi. 
Türkiyə ilə geniş  əlaqələr 1992-ci il 14 may hadisələrindən sonra 
qurulmağa başladı. 1992-ci ildə Türkiyənin baş naziri S.Dəmirəlin, 
xarici işlər naziri H.Çətinin, Türkiyə Böyük Millət Məclisin 
deputatlarına Azərbaycana səfərləri iki ölkə arasındakı çoxsahəli 
münasibətləri yeni əsasda inkişafı üçün zəmin hazırladı. 
Öz növbəsində 1992-ci ildə Azərbaycan Respublikası 
prezidenti  Ə.Elçibəyin və palamentin sədri  İ.Qəmbərin Türkiyə 
Respublikasına səfərləri bu dövr üçün qarşılıqlı siyasi münasibətlərin 
inkişaf dinamikasını səciyyələndirən əsas amillərdən hesablana bilər. 
1993-cü ilin dekabrında Respublika parlamentinin sədri 
R.Quliyev Türkiyə Böyük Millət Məclisinin sədri H.Cindorukun 
də’vəti ilə Türkiyəyə  qısa müddəti rəsmi səfər etdi. Səfər zamanı 
ikitərəfli münasibətlər, regionda sülh və  təhlükəsizliyin qorunması 
məsələləri müzakirə olundu. 
Həmin ilin dekabrında Azərbaycanın nümayəndə hey’əti 
Türkiyə Böyük Millət Məclisinin də’vəti ilə Türkiyəyə  səfər etdi. 
Səfər zamanı keçirilən çoxsaylı görüşlər ikitərəfli  əlaqələrin 
inkişafında müsbət rol  oynadı. Siyasi münasibətlərin vəziyyəti iki 
ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar 
 
95


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə