Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

genişləndirilməsi mədəniyyətimizin milli köklərini sarsıtmamalı, 
əksinə möhkəmləndirməlidir. Mədəniyyətlər rəngarəng olduqları 
üçün maraqlıdırlar. Onların eyni olması  həyatı yeknəsək edərdi. 
Azərbaycan mədəniyyət müharibəsinə hazır olmalıdır.  
Kütləvi informasiya əlaqələri sahəsində: dövlətiimizin 
səmərəli informasiya siyasəti qurulmalıdır.  İnformasiya siyasətinin 
məqsədi Avropa ölkələrində xalqımızın və dövlətimizin müsbət 
imicini formalaşdırmaq, bizə dost müttəfiq qazandırmaq olmalıdır. 
Avropa dillərində verilişlər yayan redaksiyaların işinin keyfiyyəti və 
təchizatı yaxşılaşdırılmalıdır; səfirliklərimizin fəaliyyət göstərdikləri 
ölkələrdə Azərbaycan televiziyası  və radiosunun müxbir və 
məntəqələrinin açılması vacibdir.  
Avropa ölkələrində bir sıra qüsurlar və diqqətsizliklər də 
vardır. Hər  şeydən  əvvəl Azərbaycan tərəfi Avropa ölkələri ilə 
siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əlaqələri 
sürətlə və səmərəli qurmalıdır. Lənglik və qeyri-ardıcıllıq qətiyyətlə 
aradan qaldırılmalıdır. Avropa siyasətinin məqsəd və vəzifələri tam 
aydınlaşdırılmalıdır.  
İkincisi, Avropanın və dünyanın nüfuzlu dövlətləri və BMT 
Təhlükəsizlik  Şurasının daimi üzvləri kimi, Fransa və Böyük 
Britaniyaya, o cümlədən birləşdikdən sonra regional fövqəldövlətə 
və dünya siyasətində öz dəsti-xətti olan dövlətə çevrilmiş 
Almaniyaya xüsusi diqqət verilməlidir. Bu dövlətlərin paytaxtlarında 
səslənən - yalnız Avropa dövlətlərindən ibarət Avropa Təhlükəsizlik 
Şurası yaratmaq təklifləri ABŞ-ı narahat edir və ona Avropa 
işlərində Ağ evi uzaqlaşdırmaq kimi baxır. Yaxın illərdə Admaniya 
Avropada və dünyanın bir sıra problemlərində  həlledici rol 
oynamağa qadir olan dövlətə çevriləcəkdir. Bu ölkələrdəki 
səfirliklərimiz münasibətlərin inkişafı üçün ciddi çalışmalıdırlar. Bu 
dövlətlər arasındakı ziddiyyətlərdən istifadə olunmalıdır. 
Üçüncüsü, Avropa ölkələrinin dövlət və hökumət başçılarının 
xarici işlər nazirliklərinin ölkəmizə səfərlərini təşkil etmək, müvafiq 
sənədlərin imzalanmasına nail olmaq lazımdır. Azərbaycan öz 
mövqelərini fəallaşdırmalı və möhkəmləndirməlidir.  
Dördüncüsü, Avropa dövlətlərinin müxtəlif rəhbərləri 
keçirilən ikitərəfli və çoxtərəli görüşlərdə beynəlxalq hüquq 
normalarının, ATƏT prinsiplərinə  və BMT Nizamnaməsinə uyğun 
olaraq Azərbaycan sərhədlərinin toxunulmazlığını, 
ərazi 
 
78


bütövlüyünün pozulmazlğını bir daha təsdiq edirlər. Onların bir çoxu 
Ermənistan - Azərbaycan münaqişəsinin  əvvəlindən Dağlıq 
Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etmişlər.  Əlbəttə, 
dünya qaydasının indiki vəziyyətinə uyğun olan belə mövqe hər cür 
təqdirəlayiqdir. Lakin sadəcə quru bəyanatlarla iş bitməməlidir. Əgər 
Avropa dövlətləri müasir beynəlxalq münasibətlər üçün təhlükəli 
olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, onda qəti praktik 
addəmlar atmalı  və  təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe 
etməlidirlər.Onlar Ermənistanı Rusiyanın himayəsindən çıxarmağa 
çalışmalıdırlar. Başa düşməlidirlər ki, Ermənstanın hərəkətləri təkcə 
Rusiyanın Qafqazda mövqelərinin qorunub saxlanmasına deyil, eyni 
zamanda Avropa dövlətlərinin bu regiona daxil olmasına və 
möhkəmləndirilməsinə qarşı yönəldilmişdir. 
Beşincisi, biz Tanrının bəxş etdiyi təbii sərvətlərlə 
öyünməməliyik, eyni zamanda, ondan düzgün  istifadə etməliyik. 
Məhsuldar torpağı  və  təbii ehtiyatları olmayan, lakin geniş 
əməkdaşlıq edən, sabitliyi olan millət zəngin təbii sərvətləri olan, 
lakin sabitliyi olmayan qonşularına nisbətən daha yaxşı inkişaf edir. 
Əməkdaşlıq millətin çiçəklənməsinin mühüm şərtlərindən biridir. 
Ona görə  də  hər işin özü-özündən düzələcəyini oturub gözləmək 
düzgün olmazdı. Gələcəyin yaradılması indidən başlanır. 
Əməkdaşlıq yolu ilə biz bir sıra problemləri həll edə bilərik. Hər 
hansı ekspansiyadan (iqtisadi, siyasi, hərbi, mənəvi-psixoloji) 
qorunmağın strateji yolu - güclü iqtisadi qüdrətə malik olan və 
əməkdaşlıq edən Azərbaycan dövlətini yaratmaqdır. Biz nəinki 
xarici, həmçinin daxili bazarda məhsulların rəqabətə tab 
gətirməməsindən və ixrac potensialının aşağı düşməsindən yaxa 
qurtarmalıyıq. Yalnız xammal satmaqdan imtina etməliyik.  Ən azı 
ona görə ki, dünya bazarında qiymətlərin dəyişməsi dövlət büdcəsi 
üçün ciddi təhlükə törədir. Yuxarıda deyilənlərlə bağlı olaraq, çoxlu 
misallar göstərmək olar: nəhəng təbii ehtiyatları olan Nigeriya, 
Argentina, Meksika və  təbii ehtiyatlrı olmayan Yaponiya, Cənubi 
Koreya və Tayvanın inkişaf səviyyələrini müqayisə etmək 
kifayətdir. 
 
 
 
 Azərbaycan - ABŞ münasibətləri  
 
79


 
Azərbaycanın xarici siyasət fəaliyyətinin istiqamətləri 
içərisində ABŞ-la münasibətlər diqqəti cəlb edir. ABŞ 1991-ci il 
deabrın 25-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini 
tanıdı, 1992-ci il martın 18-də diplomatik münasibətlər qurdu. İki 
ölkə arasında münasibətlər bir sıra özünəməxsusluqla şərtlənmişdir. 
Həmin özünəməxsusluqlar ABŞ-ın xarici siyasətində Azərbaycanın, 
Azərbaycanın xarici siyasətində isə ABŞ-ın tutduğu yeri 
səciyyələndirir. 
Əvvəla, Birləşmiş  Ştatlar tarixən regionumuza maraq 
göstərmiş və ona strateji mənafeyi zonası kimi baxmışdır. Bu maraq 
hələ birinci dünya müharibəsindən sonra dumanlı da olsa, var idi. 
Müharibənin yekunlarına həsr edilmiş Paris sülh konfransında ABŞ 
Prezidenti Vudro Vilsonun müstəqil Azərbaycan dövləti 
nümayəndələrinin konfransa buraxılmasını  və  Ə.Topçubaşovun 
nümayəndə heyətinin başçısı kimi tanınmasını vacib sayması 
ölkəmizin mövqelərinə müsbət təsir göstərirdi. Çünki dünya 
müharibəsinin gedişində xeyli möhkəmlənmiş,  əvvəllər borc alan 
dövlətdən müharibənin sonunda borc verən dövlətə çevrilmiş, 
dünyaya mənəvi rəhbərlik etmək iddiasında olan Birləşmiş  Ştatlar 
sülh konfransında həlledici yerlərdən birini tuturdu. 1919-cu il 
mayın 28-də Azərbaycan nümayəndə heyəti prezident V.Vilsonla və 
ABŞ nümayəndə heyətinin üzvü, diplomat Q.Morqentau ilə görüşdü. 
Q.Morqentau Azərbaycanın zəngin təbii ehtiyatlarını  və  sənaye 
potensialını  nəzərə alaraq ABŞ kapitalının ölkəmizə yönəldilməsini 
və maliyyə yardımı göstərilməsini mümkün sayırdı. ABŞ prezidenti 
tərəfindən nümayəndə    heyətimizin qəbul edilməsi faktının özünün 
böyük  əhəmiyyəti var idi. Bu ölkəmizdə olan marağı  təcəssüm 
etdirirdi. Lakin birinci dünya müharibəsindən sonra zəifləmiş, öz 
aralarındakı ixtilaflara və müstəmləkələrin bölüşdürülməsinə başı 
qarışmış  Qərb ölkələri və möhkəmlənmiş ABŞ isə daxilindəki 
“təcridçilik” tərəfdarları  təzyiqi ilə  fəal beynəlxalq siyasəti, o 
cümlədən Azərbaycanın müstəqil olmasına kifayət qədər hazır 
deyildilər. Buna görə  də onlar “vahid, bölünməz Rusiya” əsasında 
müvafiq məsələlərin həllini vacib sayırdılar. Digər tərəfdən, birinci 
dünya müharibəsi illərində Türkiyədə  səfir işləmiş Q.Marqentau 
ermənipərəst idi, türkün mənfi imicinin ABŞ-da yayılmasında 
mühüm rol oynamışdı. 
 
80


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə