Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

sənayesi məhsulları, ərzaq malları alırdı. Niderlanda isə yüngül sənaye 
məhsulları, ərzaq malları və xalq istehlakı şeyləri göndərilirdi. 
BELÇİKA dünya səyasətinin mərkəzlərindən biridir. 
Belçikada NATO, AİB və s. təşkilatların iqamətgahları yerləşir. 
Belçika 1991-ci il 31 dekabrda Azərbaycanın dövlət müstəqilliyini 
tanıdı, 1992-ci il 20 fevralda isə diplomatik münasibətlər qurdu. 
1992-ci ildə Azərbaycanın Belçika ilə ticarət-iqtisadi 
əlaqələrində idxalı 5756,5 dollar, ixracı 3715,5 dollar təşkil edirdi. 
Azərbaycan Belçikadan ərzaq malları, xalq istehlakı malları,  əlvan 
metallar alırdı. Öz növbəsində Belçikaya əlvan metallar və xalq 
istehlakı şeyləri göndərirdi. 
LÜKSEMBURQ  1992-ci il 1 iyunda Azərbaycanın dövlət 
müstəqilliyini tanıdı. Buna baxmayaraq iki ölkə arasında əlaqələr zəif 
idi. İki ölkə arasında ticarət-iqtiadi əlaqələrdə Azərbaycanın ixrac payı 
1992-ci ildə 71,4 min dollar idi. Azərbaycan bu ölkəyə  əsasən xalq 
istehlakı malları göndərirdi. 
İSVEÇRƏ 1991-ci il 23 dekabrda Azərbaycanın dövlət  
müstəqilliyini tanıdı  və 1992-ci il 21 yanvarda onunla diplomatik 
münasibətlər qurdu. 1993-cü ilin aprelində  İsveçrəyə respublika baş 
nazirinin birinci müavini başda olmaqla hökumət nümayəndə heyəti 
səfər etdi.  Siyasi əlaqələrin qurulması  tədricən ticarət-iqtisadi 
münasibətlərə də təsir göstərdi. 1992-ci ildə iki ölkə arasında ticarətdə 
Azərbaycanın idxal payı 727,4 min dollar idi. Ölkəmiz  İsveçrədən 
ərzaq malları, xalq istehlakı  şeyləri alırdı. Ona neft emalı  sənayesi, 
əlvan metal, kimya və neft kimyası  sənayesi məhsulları  və b. 
göndərirdi. 
DANİMARKA ilə  əlaqələrin qurulması  və 1992-ci il aprel 
ayının 28-30-da Azərbaycan nümayəndə heyətinin səfəri Avropanın 
şimalındakı ölkələrə respublikamızın diqqət verməsinin göstəricisi ola 
bilər. Lakin sonralar bu ölkə ilə  əlaqələrin inkişafı üçün əsaslı 
addımlar atılmadı. 
İSVEÇRƏ ilə Azərbaycan arasındakı  əlaqələr də diqqəti 
cəlb edir. 1992-ci il iyulun 17-də  İsveçrənin Azərbaycandakı 
fövqəladə və səlahiyyətli səfiri Jan Pyer Ritterin səfəri və Azərbaycan 
prezidenti ilə görüşü də ilkin addım idi. 
VATİKANLA münasibətlər  əhəmiyyətlidir. 1992-ci ilin 
aprelin  əvvəllərində Françesko Kolasuon başda olmaqla Vatikan 
nümayəndə heyəti Azərbaycanda olarkən diplomatik münasibətlər 
 
75


quruldu. Lakin sonralar Roma papası III İohan Pavelin beynəlxalq 
hüquq normalarını pozaraq üzdəniraq «DQR» nümayəndələrini qəbul 
etməsi Azərbaycan tərəfinin etiraz notası verməsinə səbəb oldu. Bu isə 
münasibətlərdə qısa müddət üçün soyuqluq əmələ gətirdi.  
Dövlətimizin Avropa ölkələri ilə  əməkdaşlığ  tərəflərin 
imkanlarından aşağıdır. Lakin onun geniş perspektivləri vardır. 
Əməkdaşlığı daha da inkişaf etdirməkdən ötrü bir sıra işlərin 
görülməsi vacibdir. 
İqtisadi  əlaqələr sahəsində: Avropa ölkələrinin maliyyə, 
iqtisadi və texniki təşkilatları, sərmayələr ölkəmizə daha çox cəlb 
edilməli, onların fəaliyyəti və qorunması üçün əlverişli  şərait 
yaradılmalıdır; ölkəmizə xammal bazası kimi baxılmamalıdır. Qərb 
texnologiyası Azərbaycana gətirilməli, müvafiq proqramlar işlənib 
hazırlanmalı  və  həyata keçirilməlidir; müştərək müəssisələrin 
yaradılmasına və inteqrasiya proseslərinin genişləndirilməsinə 
xüsusi diqqət verilməlidir: neft konsorsiumunda iştirak edən 
dövlətlərlə çoxsahəli əlaqələr qurulmalı və onlardan qarşılıqlı siyasi 
və iqtisadi mənafelər naminə istifadə edilməlidir, neft sənayesi 
bazasında Qərb texnologiyasına söykənən çoxsahəli iqtisadi struktur 
yaradılmalıdır. 
Siyasi  əlaqələr sahəsində: Qərb ölkələri - Azərbaycanda 
siyasətlərini birbaşa həyata keçirməlidirlər. Lakin bu, Azərbaycanın 
tapdağa çevrilməsi olmamalıdır. Onlar Azərbaycana yeni təfəkkürlə 
yaxınlaşmalı, siyasətlərini tam müəyyənləşdirməlidirlər, 
mənafelərinə zidd olan Ermənistanın Azərbaycana 
təcavüzkarlığından narahat olduğundan onun həllinə çalışmalıdırlar. 
Qərb keçmiş SSRİ  ərazisində mövcud olan münaqişələrə 
münasibətinin aydınlaşdırmalıdır. Bu siyasət ardıcıl olmalıdır. Qərb 
hökumətləri özlərinin Avropa təhlükəsizliyi sisteminin tərkib hissəsi 
kimi Qafqaza münasibətdə  dəqiq regional siyasət işləyib 
hazırlamalıdırlar. Onlar münaqişələrin nizama salınmasına sözdə 
deyil,işdə tam hazır olmalıdırlar. Qərb dövlətlərinin səylərinin 
zəifləməsi, bir qayda olaraq regionda Rusiyanın nüfuzunu 
gücləndirir. Rusiyanın nüfuzunun artması isə  nəinki Qərbi 
çıxışdırmaq, eyni zamanda keçmişə qayıdış niyyətlərini güdür. Qərb 
dövlətləri qeyd-şərtsiz  əməkdaşlıq etmək tarixən Rusiya xarici 
siyasəti üçün səciyyəvi deyildir. 
 
76


Azərbaycan tərəfi - Avropanın hakimiyyət mərkəzlərinə yol 
açmalı, böyük kapital və nüfuz sahibi olan şəxsləri ölkəmizə  cəlb 
etməlidirlər. Dünya və regional problemləri qiymətləndirməkdə
onların həlli yollarında Avropa ölkələri ilə fikir ümumiliyinə 
nailolmaqdan ötrü diplomatik siyasi fəaliyyətin müxtəlif 
formalarından səmərəli istifadə edilməli, müvafiq sənədlər 
imzalanmalı və həyata keçirilməlidir; qarşılıqlı səfərlər, epizodik hal 
daşımamalı, müntəzəm olmalıdır;  əlaqələrdə hakimiyyətin bütün 
qanadları  iştirak etməlidirlər; parlamentlərarası  əlaqələrə xüsusi 
önəm verilməlidir; diplomatik-siyasi fəaliyyətin səriştəsi 
artırılmalıdır; bu ölkələrlə daha da yaxınlaşmaqdan ötəri seçkilərdə 
kommunist metodlarından imtina olunmalı, tam demokratik 
seçkilərin keçirilməsinə nail olmaq lazımdır. Belə addım 
Azərbaycanın Avropada imicinin formalaşmasına, son nəticədə 
siyasi, o cümlədən bütün mövqelərimizin möhkəmlənməsinə kömək 
edərdi. Azərbaycanın Avropa siyasəti xeyli ehtiyatlı  və çevik 
olmalıdır. Ən azı ona görə ki, Avropa ölkələri arasında bir sıra gizli 
və aşkar ziddiyyətlər vardır.  
Avropa dövlətlərinin dostu və ya müttəfiqi olan ölkələrlə 
əlaqələri genişləndirmək və onların köməyindən istifadə etmək olar. 
Bizə  bədxah münasibət bəsləyən dairələr və ölkələr ya bizim 
tərəfimizə  çəkilməli, ya da heç olmazsa birtərəfləşdirilməlidir. 
Avropa ölkələrində yaşayan Azərbaycan diasporundan, türk 
xalqlarının köməyindən, lobbiçilik fəaliyyətindən istifadə olunmalı 
və bu  sahədə sistemli iş aparılmalıdır.  İctimaiyyətin  əlaqələri 
qurulmalı və xalq diplomatayası hərəkətə gətirilməlidir.  
Elmi-texniki əlaqələr sahəsində: Avropa ölkələrinin qabaqcıl, 
elmi-texniki nailiyyətlərinin ölkəmizdə tətbiqi və inteqrasiyası üçün 
addımlar atılmalıdır; Avropa təhsil sisteminin ölkəmizdə  tətbiqi, 
tələbə, aspirant, müəllim və elmi-texniki informasiya mübadiləsi 
üçün iş görülməlidir.  
Mədəni  əlaqələr sahəsində: ölkəmiz açıq, sərbəst, azad 
cəmiyyət olduğunu işdə təsdiq etməlidir; Avropa ölkələri ilə sərbəst 
mübadilə, kütləvi mədəniyyət sahəsində geniş  əməkdaşlıq 
saxlamalıdır; maliyyə  çətinliklərinə baxmayaraq yaradıcı və ictimai 
təşkilatlar Avropada Azərbaycan mədəniyyətinin təbliği üçün 
müxtəlif vasitələrlən istifadə edə bilərlər; idman və turizm 
əlaqələrini hərəkətə  gətirmək vacibdir. Mədəni  əlaqələrin 
 
77


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə