Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   47
    Bu səhifədəki naviqasiya:
  • YUNESKO

kimi qiymətləndirməyə və Ermənistanı münaqişə iştirakçısı olmaqdan 
uzaqlaşdırmağa çalışırdı. Hətta BMT-nin Bakıdakı daimi 
nümayəndəsi Mahmud Əl Səidin Ermənistanın Azərbaycana qarşı 
törətdiyi təcavüzkarlıq faktları barədə  məruzəsi Təhlükəsizlik 
Şurasında müzakirə edilərkən Fransa səfiri bu bitərəf  şəxsin verdiyi 
faktlara belə inanmayaraq  etiraz etdi. 
Respublika xarici işlər naziri H.Həsənovun 1993-cü ilin 
dekabrın  əvvəllərində Parisdə Fransanın bir çox rəsmi adamları  və 
prezident Fransua Mitteranla görüşü Azərbaycan-Fransa 
münasibətlərində bir sıra məsələlərdə aydınlıq yaratmaqda kömək 
etdi. Prezidentlə görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə 
edildi. Azərbaycan prezidentinin məktubu ona təqdim olundu. Fransa 
tərəfi Ermənistanla dost olduğunu, Azərbaycanla isə düşmən 
olmadığını bildirdi. 
Dekabr ayında F.Mitteran Azərbaycana məktub göstərərək 
ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət 
verdiyini, Dağlıq Qarabağ  məsələsinin dinc siyasi vasitələrlə  həllinə 
tərəfdar olduğunu bildirdi. 
Fransa Respublikasının prezidenti Fransua Mitteranın dəvəti 
ilə Azərbaycan Respublikasının prezidenti H. Əliyev 1993-cü il 
dekabrın 19-dan 22-dək bu ölkədə səfərdə oldu. 
Səfər zamanı yüksək səviyyədə Fransa-Azərbaycan 
danışıqları keçirildi. Fransanın dövlət rəhbərləri, ziyalıları, iş adamları 
və ictimaiyyətin nümayəndələri ilə Azərbaycan rəhbərinin görüşləri 
oldu. 
İki ölkə prezidentlərinin danışıqlarında Fransa ilə 
Azərbaycan arasında iqtisadiyyat, mədəniyyət, elm, təhsil və digər 
sahələrdə uzunmüddətli  əməkdaşlığın perspektivləri barədə fikir 
mübadiləsi aparıldı. Danışıqlarda Azərbaycan torpağında gedən 
müharibə ilə  əlaqədar məsələlərə geniş yer verildi. Fransua Mitteran 
bildirdi ki, Fransa Azərbaycanın  ərazi bütövlüyünü tanıyır və onu 
dəstəkləyir. Bu tarixi görüş Azərbaycanla Fransa və digər Avropa 
ölkələri arasında sıx  əməkdaşlığın  əsasını qoydu. Səmimilik və 
mehribanlıq  şəraitində keçən yüksək səviyyəli danışıqlardan sonra 
prezidentlər Yelisey sarayında Azərbaycan ilə Fransa arasında 
dostluq, qarşılıqlı anlaşma və  əməkdaşlıq haqqında müqavilə 
imzaladılar. 
 
66


Respublika prezidenti ATƏT-in sənədlərindən  biri olan yeni 
Avropa üçün Paris xartiyasına Azərbaycanın qoşulması barədə sənədi 
də imzaladı. 
Sənədlərin imzalanması  mərasimindən sonra prezidentlər 
jurnalistlərin qarşısında bəyanat verərək bu hadisənin böyük 
əhəmiyyətindən danışdılar. 
Azərbaycan prezidenti Fransada yaşayan azərbaycanlı 
icmasının nümayəndələri ilə görüşərək onlara respublikada ictimai-
siyasi vəziyyət, Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını 
almaq üçün görülən tədbirlər haqqında məlumat verdi. 
Prezident Parisdəki Senklu qəbiristanında xalqımızın 
görkəmli oğulları  Əlimərdan bəy Topçubaşovun və onun ailə 
üzvlərinin, Ceyhun bəy və onun oğlu Timuçin Hacıbəylilərin  
məzarlarını ziyarət edərək əklil qoydu. 
Azərbaycan dövlətinin başçısı  və onun müşayiət edən 
şəxslər Luvr sarayına gedərək bu möhtəşəm muzeydə nümayiş 
etdirilən sənət əsərləri ilə tanış oldular. 
Respublika prezidenti Fransa Xarici İşlər Nazirliyi yanında 
diplomatik mətbuat assosiasiyasının üzvləri ilə görüşdü. 
Azərbaycanda müstəqil dövlət quruculuğu, demokratiyanın inkişafı, 
Ermənistanın ölkəmizə qarşı  təcavüzü, qaçqınların vəziyyəti, 
məharibəyə son qoymaq üçün respublikamızın sülh təşəbbüsləri 
barədə danışdı, jurnalistlərin suallarına cavab verdi. 
Azərbaycan rəhbəri ölkənin işgüzar nümayəndələrinin 
dəvətini qəbul edərək Fransa Sahibkarlarının Milli Mərkəzində  iş 
adamları ilə görüşdə  çıxış edərək müstəqil Azərbaycan dövlətinin 
qarşılaşdığı problemlər, ölkəmizin bazar iqtisadiyyatı yolunu seçməsi, 
beynəlxalq iqtisadi əməkdaşlığa böyük maraq göstərməsi barədə 
söhbət açdı. 
Azərbaycan dövləti başçısının Fransanın xarici işlər naziri 
Alen Jüppe ilə görüşündə yüksək səviyyədə Fransa-Azərbaycan 
danışıqlarının ölkəmiz arasında münasibətlərin 
möhkəmləndirilməsində mühüm rolu qeyd edildi və qarşılıqlı maraq 
doğuran məsələlər müzakirə olundu. 
Fransa Diplomatiya Akademiyasında Azərbaycan 
Respublikasının prezidenti ilə görüş keçirildi, onun şərəfinə ziyafət 
verildi. Azərbaycan dövlətinin başçısı akademiyanın üzvləri 
qarşısında geniş nitq söylədi. 
 
67


O, Parisdə YUNESKO-nun iqamətgahına gedərək təşkilatın 
baş direktoru Federiko Mayor ilə görüşdü. Görüşdə YUNESKO-nun 
respublikamızla  əlaqələrini genişləndirməyin perspektivləri, xüsusən 
onun Azərbaycan üzrə milli  komissiyasının yaradılması  məsələləri 
müzakirə olundu. Qeyd edildi ki, yaxın vaxtlarda YUNESKO erməni 
təcavüzü nəticəsində  zərər çəkmiş  təhsil və  mədəniyyət 
müəssisələrinin fəaliyyətinin bərpasında respublikamıza yardımın 
həcmini müəyyən etmək üçün Azərbaycana beynəlxalq missiya 
göndərmək niyyətindədir. 
Federiko Mayor ona YUNESKO-nun xatirə medalını təqdim 
etdi. 
Azərbaycan prezidentinin iqamətgahında Fransaya səfərinə 
həsr olunmuş  mətbuat konfrası keçirildi. Azərbaycan rəhbəri 
jurnalistlər qarşısında çıxış etdi və onların suallarına cavab verdi, 
Fransanın sənaye, rabitə, telekommunikasiya və xarici ticarət naziri 
Jerar Lonke ilə görüşdü. Söhbət zamanı iki ölkənin sənaye sahəsində 
əməkdaşlığı üçün yaranan imkanlar müzakirə edildi. 
Azərbaycan dövlətinin başçısı Fransa senatının yerləşdiyi 
Lüksemburq sarayına getdi, senatın sədri Rene Monori ilə görüşüb 
söhbət etdi. Rene Monori senatın fəxri medalını ona təqdim etdi. 
Respublika prezidenti senatın fəxri qonaqlar üçün qızıl kitabına 
avtoqraf yazdı. 
Prezident öz iqamətgahında Fransanın «Tomson» firmasının 
rəhbərlərindən biri olan Filipp Jiskar d’Esteni və ölkənin humanitar 
məsələlər üzrə naziri xanım Mişo Şevrini qəbul etdi və Fransanın TV-
5 televiziya kanalı ilə çıxış etdi. 
Azərbaycan Respublikası prezidentinin Fransa 
Respublikasına səfəri iki ölkənin dövlət başçıları arasında birbaşa 
ünsiyyət yaradılmasında, ölkələrimizin qarşılıqlı münasibətlərinin 
möhkəmləndirilməsind, siyasi, iqtisadi və  mədəni  əməkdaşlığın 
inkişafında mühüm rolu olan səfərdir. Görüşlər və danışıqlar zamanı 
Azərbaycan həqiqətləri yüksək səviyyətdə izah və  şərh edildi, 
müstəqil demokratik dövlət quruculuğunda, bazar iqtisadiyyatına 
keçid yolunda həyata keçirilən tədbirlər, respublikamızın  ərazi 
bütövlüyünü pozan Ermənistanın işğalılıq siyasəti barədə  təsəvvür 
yaradıldı, xalqımızın haqq işinin başa düşülməsi və müdafiə edilməsi 
üçün fəaliyyət göstərildi. Azərbaycan ilə Fransa arasında gələcək 
əlaqələrin istiqamətlərini müəyyənləşdirən dostluq, qarşılıqlı anlaşma 
 
68


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə