Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

dəyə bilər. Dördüncüsü, iki ölkə arasında səmərəli informasiya 
mübadiləsi təşkil edilə bilər. Belə mübadilə Azərbaycanı dünyaya 
daha geniş çıxara bilər. 
Digər Qərbi Avropa ölkələri ilə müqayisədə Böyük 
Britaniya və Azərbaycan arasındakı ticarət-iqtisadi əlaqələri daha çox 
uğurlu hesab etmək olar. 1992-ci ildə bü ölkə ilə ticarətdə 
Azərbaycanın idxal payı 41428,3 dollar, ixracı 144907,5 dollar təşkil 
etmişdisə, 1993-cü ildə idxalı 1812,8 min dollar, ixracı isə 814,1 min 
dollar təşkil etmişdi. Azərbaycana Böyük Britaniyadan neft emalı, 
kimya və neft kimya, yüngül, toxuculuq sənayesi məhsulları, ərzaq və 
xalq istehsalı  məhsulları  gətirilirdi, ora isə neft məhsulları,  əlvan 
metallar, maşınqayırma və toxuculuq sənayesi məhsulları, xalq 
istehlakı malları göndərilirdi. 
1994-cü ildə Azərbaycan prezidenti Böyük Britaniyanın Baş 
naziri Con Meycorla iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında 
müqaviləni, daha altı mühüm sənədi, iqtisadi əməkdaşlığa dair səkkiz 
sənəd imzaladı. Səfər iki ölkə arasındakı münasibətlərə yeni keyfiyyət 
halı verdi.  
Eyni zamanda Böyük Britaniya parlamentinin üzvü Harold 
Elletson və b. ölkəmizə  səfər etdilər. Görüşlərdə ikitərəfli siyasi, 
ticarət-iqtisadi əlaqələr müzakirə olundu. 
1995-ci ildə Böyük Britaniyadakı Adam Smit institutunun 
baş direktoru Maykl Bell, xarici işlər və millətlər  birliyi  işləri 
nazirinin MBD və  Şərqi Avropa ölkələri üzrə    baş müşaviri Frense 
Riçard və b. ölkəmizə səfərləri ilə münasibətlər inkişaf etdirildi. 
Həmin ildə Azərbaycan prezidenti faşizm üzərində  qələbə 
təntənələrində iştirak etmək üçün Böyük Britaniyaya səfər etdi. Səfər 
zamanı o, ölkə  rəhbərləri ilə, tədbirdə  iştirak edən bir sıra ölkələrin 
dövlət və hökumət başçıları ilə görüşdü. Londonda keçirilən 
«Azərbaycanın investisiya imkanları» mövzusundakı beynəlxalq 
konfransda  Azərbaycan prezidenti iştirak etdi. Səfər müddətində o, 
Böyük Britaniya Baş nazirinin birinci müavini, dövlət naziri Maykl 
Hezltaynla, xarici işlər və birlik ölkələri üzrə naziri M.Rifkindlə 
görüşdü, Azərbaycan səfirliyinin binası açıldı. Bütün bu əlaqələr 
Böyük Britaniyanın xarici siyasətində Azərbaycanın tutduğu yerin 
yüksəldiyini göstərirdi. 
 
72


İtaliya 1992-ci il 1 yanvar tarixdə Azərbaycan 
Respublikasının dövlət müstəqilliyini tanıdı, 1992-ci il 8 mayda 
onunla diplomatik münasibətlər qurdu. 
İtaliya Avropanın siyasi və iqtisadi həyatında aparıcı 
yerlərdən birini tutur, AİB-dəki ortaqları ilə  sıx  əlaqələr saxlayır. O, 
Avropa ilə yaxşı münasibətlərdədir. Roma katolikizmin mərkəzidir və 
50-dən çox beynəlxalq katolik təşkilatına rəhbərlik edir. Bu ölkə ilə 
siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin qurulması  hər iki 
ölkəyə xeyir verdi. Respublika Səhiyyə Nazirliyi İtaliyanın tibb 
müəssisələri ilə  mədəniyyət və incəsənt abidələrinin bərpası  və 
qorunması üzrə respublika təşkilatı isə  İtaliyanın müvafiq təşkilatları 
ilə əlaqələr yaratdılar. 
1992-ci ilin dekabrında Bakı  şəhəri başçısının rəhbərliyi 
altında hökumət nümayəndə heyəti  İtaliyaya səfər etdi. 1993-cü ilin 
iyun ayında Baş nazirin müavininin İtaliya səfəri zamanı iki ölkə 
arasındakı münasibətlərin geniş məsələləri müzakirə olundu. 
İtaliya ilə siyasi münasibətlərin inkişafı ilə yanaşı olaraq 
ticarət-iqtisadi münasibətlər də inkişaf edirdi. Azərbaycan  İtaliyadan 
toxuculuq sənayesi malları, ərzaq məhsulları və xalq istehlakı şeyləri 
alırdı.  İtaliyaya isə neftayırma sənayesi məhsuları,  əlvan metallar, 
kimya və neft kimyası, maşınqayırma, yüngül sənayesi məhsulları və 
xalq istehlakı malları göndərirdi. 
İtaliya ilə ticarət-iqtisadi  əlaqələrdə 1992-ci ildə 
Azərbaycanın idxalı 4838,4 dollar, ixracı 18988,1 dollar idisə, 1993-
cü il yanvar-iyun aylarında idxal 1233,9 dollar, ixrac isə 11500,9 
dollar idi. 
İSPANİYA  1991-ci il 31 dekabrda Azərbaycanın dövlət 
müstəqilliyini tanıdı  və 1992-ci il 11 fevralda onunla diplomatik 
münasibətlər qurdu. İspaniya BMT Təhlükəsizlik  Şurasında və digər 
beynəlxalq təşkilatlarda Azərbaycanın obyektiv mövqeyini müdafiə 
etdi. 1992-ci ilin iyulunda Respublika Dövlət  İdman Komitəsinin 
nümayəndə heyəti  İspaniyada oldu. İki ölkə arasında ticarət-iqtisadi 
əlaqələrdə 1992-ci ildə Azərbaycanın idxal payı 504,0 dollar, ixrac 
payı isə 152,7 dollar idi. İspaniyadan  ərzaq malları  və xalq istehlakı 
şeyləri alınırdı, oraya isə toxuculuq sənayesi mhsulları göndərilirdi. 
PORTUQALİYA 1992-ci il 7 yanvarda Azərbaycan 
Respublikasının dövlət müstəqilliyini tanıdı  və 1992-ci il 4 avqustda 
 
73


onunla diplomatik münasibətlər qurdu. Lakin çoxtərəfli əlaqələr üçün 
addımlar atılmadı.  
Regionumuzun bilavasitə yaxınlığında yerləşən 
YUNANISTANDA   erməni lobbisinin güclü olması bu ölkənin 
erməni-azərbaycanlı münaqişəsində tutduğu mövqeyə, Türkiyə  və 
Şimali Kipr Türk Respublikasına görə bütövlükdə Azərbaycanla 
münasibətlərə  təsir göstərirdi. Yunanıstan 31 dekabr 1991-ci ildə 
Azərbaycanın dövlət müstəqilliyini tanıdı  və 2 aprel 1992-ci ildə 
diplomatik münasibətlər qurdu. 1993-cü ilin yayında isə Bakıda da öz 
səfirliyini açdı. 
1992-ci ilin avqustunda Azərbaycan Respublikası Milli 
Bankının, 1993-cü ilin mayında isə hökumət nümayəndə heyətinin 
Yunanıstana səfəri oldu. 
1993-cü il 4-5 iyunda Yunanıstan xarici işlər nazirinin 
müavini xanım V.Sidoru ölkəmizə gəldi. 
İki ölkə arasında ticarət-iqtisadi  əlaqələr də quruldu və 
inkişaf etdirildi. 1992-ci ildə Azərbaycan Respublikasının 
Yunanıstanla ticarət  əlaqələrində idxal 53,9 min dollar, ixrac 3712,1 
dollar təşkil edirdisə, 1993-cü ilin yanvar-iyun aylarında idxal 21,9 
min dollar, ixrac 21301,2 dollar təşkil edirdi. Azərbaycan Yunanıstana 
neftayırma mənayesi məhsulları və xalq istehlakı malları ixrac edirdi. 
Avropanın siyasi həyatında BENİLÜKS ÖLKƏLƏRİ 
(Belçika, Niderland, Lüksemburq) təsirli rol oynayırlar. Bu ölkələrdə 
çoxlu beynəlxalq və məhəlli təşkilatların iqamətgahları yerləşir. 
NİDERLANDDA nüfuzlu azərbaycanlı diasporu vardır. 
Niderland yüksək inkişaf etmiş  sənaye-aqrar ölkəsidir. Bu ölkə ilə 
ticarət-iqtisadi  əlaqələrin inkişafı qarşılıqlı fayda verərdi. Niderland 
1991-ci il 31 dekabrda Azərbaycanın dövlət müstəqillyini tanıdı  və 
1992-ci il 1 apreldə onunla diplomatik münasibətlər qurdu. 
1992-ci il 24-25 apreldə Niderland Xarici İşlər Nazirliyinin 
nümayəndə heyəti Azərbaycana gəldi. 1993-cü ilin mayında 
respublika Dövlət İdman Komitəsinin nümayəndə heyəti  Niderlanda 
səfər etdi. 
Niderlandla ticarət-iqtiadi 
əlaqələrlə 1992-ci ildə 
Azərbaycanın idxalı 2950,8 dollar, ixracı 223,9 dollar təşkil edirdisə, 
1993-cü ilin yanvar-iyun aylarında idxal 897,6 dollar, ixracı isə 27,6 
min dollar idi. Azərbaycan Niderlanddan kimya və neft kimya 
 
74


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə