Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

məqsəd və  vəzifələri indiki əlaqələrin inkişafını  və perspektivlərini 
şərtləndirir. Azərbaycanın yerləşdiyi coğrafi-siyasi mövqe müxtəlif 
dövlətlərin maraqlarını tarixən olduğu kimi indi də ölkəmizdə 
toqquşdurur, yeni bazarlar əldə etmək uğrunda mübarizəni 
kəskinləşdirir. Müstəqillik qazanıldıqdan sonra Azərbaycanda qeyri-
sabitliyin mövcud olmasının səbəblərindən biri də bununla bağlıdır.  
Avropa ilə Asiya arasında körpü rolunu oynayan və “ipək 
yolu”nun üstündə yerləşən Azərbaycan özünün siyasi-iqtisadi və 
strateji  əhəmiyyətinə görə Avropa dövlətlərinin marağına səbəb 
olmuşdur. Qədim, orta əsrlər, yeni və  ən yeni dövrlərdə bu maraq 
həmişə üstünlük təşkil etmişdir. Orta əsr Avropa səyyahlarının 
məlum olan qiymətli əsərləri bu barədə çox şey deyir. 
XIX  əsrin sonu - XX əsrin  əvvəllərində  İngiltərə, Almaniya, 
İsveç və başqa Avropa dövlətlərinin  şirkətləri Azərbaycanda 
iqtisadiyyatın müxtəlif sahələrinə oturdular və onu inkişaf etdirdilər. 
Burada həmin dövlətlərin iqtisadi, siyasi və strateji mənafeləri 
çulğalaşırdı. Eyni zamanda Azərbaycanda Avropa dövlətlərinin 
mövqeləri toqquşurdu, gizli, bəzən də açıq ziddiyyətə çevrilirdi.  
Bu istiqamətin həyata keçirilməsində  məqsəd Azərbaycanın 
dövlət müstəqilliyini, suverenliyini möhkəmləndirmək, müstəqil 
dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratmaq, sabitlik 
əldə etmək, ölkənin azad bazar iqtisadiyyatı və demokratiya yolu ilə 
inkişafına kömək etmək  və onu sivil dövlətlər cərgəsinə 
çıxarmaqdır. 
Həmin məqsədləri həyata keçirməkdən ötrü Azərbaycan 
dövləti müxtəlif formalardan - ikitərəfli (yazışmalar, qarşılıqlı 
səfərlər, görüşlər, müzakirələr, protokol, saziş, müqavilə  və başqa 
sənədlərin imzalanması  və s.); çoxtərəfli (beynəlxalq və  məhəlli 
təşkilatlarda birgə çalışmaqdan, sənədlərə edilən  əlavə, düzəliş  və 
dəyişikliklərdən, mövqeləri uzlaşdırmaqdan,  əlaqələrdən, xalq 
diplomatiyasından) beynəlxalq  əlaqələrdə  iştirak edən müxtəlif 
yönümlü təşkilatların səylərindən və s. istifadə etmişdir. 
Azərbaycanın xarici siyasətində  Qərbi Avropa ölkələrinin 
tutduğu yer bir sıra amillərlə səciyyələnir: 
Əvvəla, Avropa dövlətlərinin  əksəriyyəti dünyanın iqtisadi 
cəhətdən inkişaf etmiş ölkələri sırasına daxildirlər.  İkinci dünya 
müharibəsindən sonra, 50-ci illərdə meydana gələn ikinci iqtisadi 
güc mərkəzi kimi Qərbi Avropa sürətlə inkişaf edir, dünya bazarında 
 
60


başqa güc mərkəzləri ilə  kəskin rəqabət aparır, qabaqcıl 
texnologiyasını  və mallarını başqa ölkələrdə yerləşdirə bilir və 
iqtisadi cəhətdən nümunə rolunu oynayan qitədir. Azad bazar 
iqtisadiyyatı ilə irəliləyən Qərbi Avropa ölkələrinin təcrübəsi, 
texnologiyası Azərbaycana gərəklidir. Azərbaycan Avropaya üçüncü 
ölkə vasitəsilə deyil, özü birbaşa çıxmalı, möhkəmlənməli və tərəqqi 
etməlidir. 
İkincisi, dünyanın siyasi və hərbi cəhətdən qüdrətli dövlətləri 
kimi Avropa ölkələri planetdəki ab-havaya, dövlətlərarası ikitərəfli 
və çoxtərəfli  əlaqələrə, dünya siyasətinə  təsir göstərirlər. Dünyanın 
bu və ya başqa regionunda baş verən hadisələrdə, münaqişələrin 
həllində Avropa dövlətlərinin sözü həlledici və ya təsirli olur. 
Avropa dövlətləri ilə yaxınlaşmaq və  əməkdaşlıq, onların 
mənfəətlərinin ödənilməsi ölkəmiz üçün təhlükəli olan Rusiya və 
İran tufanının qarşısını alır. Azərbaycanın dövlət müstəqilliyinin və 
suverenliyinin möhkəmləndirilməsinə, ölkəmizə qarşı xarici hərbi 
təcavüzün qarşısının alınmasına kömək edir. Deməli, belə 
əməkdaşlıq tərəflərə qarşılıqlı mənfəət verir. 
Üçüncüsü, bir çox beynəlxalq təşkilatlar Avropada yerləşirlər. 
Qitə dövlətlərinin bir qismi onların yaradıcıları kimi böyük nüfuza 
malikdirlər. Həmin təşkilatlarda qəbul edilən qərarlar daha çox bu 
dövlətlərin mövqelərindən asılı olur. Deməli, onlarla əməkdaşlığın 
bu baxımdan da böyük əhəmiyyəti vardır. 
Dördüncüsü, Avropa dövlətlərində qurulan və daim 
təkmilləşən demokratik cəmiyyət, qəbul edilən qanunlar başqa 
dövlətlər, o cümlədən Azərbaycan üçün örnək ola bilər. Ölkəmizin 
Avropa ölkələri ilə əməkdaşlığı demokratik cəmiyyət quruculuğuna, 
çoxpartiyalı sistemin möhkəmləndirilməsinə, dinc müxalifətin 
inkişafına, Azərbaycan cəmiyyətinin azad, açıq olmasına, kütləvi 
mədəniyyətin yayılmasına, mədəni sərvətlərin sərbəst mübadiləsinə 
kömək edərdi. 
Beşincisi, Avropa dövlətlərinin paytaxtlarında səslənən bu və 
ya digər fikir dünya ictimai rəinə müvafiq təsir göstərir. Bu ölkələrlə 
əlaqələr Azərbaycan xalqı  və dövlətinin müsbət imicinin 
formalaşmasına, dünyada qəbul olunmasına, ölkəmizin 
problemlərinin həllinə, başqa dövlətlərin iqtisadi, siyasi, mədəni, 
humanitar və mənəvi yardım göstərməsinə yardım edir. 
 
61


Təkcə Avropa bizə lazım deyildir. Eyni zamanda biz 
Avropaya lazımıq. Azərbaycanın Avropa üçün əhəmiyyəti bir neçə 
amillərlə şərtlənmişdir. Həmin amillər aşağıdakılardır: 
Əvvəla, Azərbaycan  əlverişli coğrafi-siyasi və strateji 
mövqedə yerləşmişdir.  Şərqə  çıxmaqda, Asiyaya və Hind okeanına 
sahib olmaqda tarixən olduğu kimi, indi də Azərbaycan  əlverişli 
tranzit rolunu oynayır. Avropa və Asiyanın qovuşacağında 
yerləşməsi, hər iki qitənin qabaqcıl dövlətləri ilə geniş  əlaqələr 
qurmaq istəyi, tutduğu mövqe Azərbaycanı Avropa siyasəti üçün 
önəmli yerə  çıxarır. Azərbaycanda möhkəmlənən hər hansı ölkənin 
regionda siyasi və strateji üstünlük qazanacağı şəksizdir. Buna görə 
də Avropanın böyük dövlətləri - Böyük Britaniya, Almaniya, Fransa 
və başqaları ölkəmizə xüsusi diqqət yetirirlər. 
Burada Avropa dövlətlərinin siyasi və iqtisadi maraqları 
çuğlaşır.  
İkincisi, ölkəmizin zəngin təbii sərvətləri onu Avropa üçün 
önəmli edir. Dünyada mövcud olan 11 iqlim növündən 9-nun 
Azərbaycanda olması, zəngin təbii sərvətləri və onlara bu və ya 
başqa yollarla sahib olmaq istəyi, ölkəmizin iqtisadiyyatının azad 
bazar iqtisadiyyatına uyğun qurulması üçün addımların atılması 
Azərbaycanı Avropa üçün gərəkli edir. Azərbaycanın Avropa 
dövlətləri üçün gərəkli olduğunu və onların maraqlarını  nəzərə 
alaraq təbii sərvətlərimizdən istifadəni siyasi, ümummilli və dövlət 
mənafelərimiz üçün strateji addımlara çevirmək üçün səylər göstərir.  
Üçüncüsü, Azərbaycan xalqının sülhsevər təbiəti və dövlətinin 
sülhsevər xarici siyasəti, beynəlxalq normalara ciddi surətdə  əməl 
etməsi və regionda sabitlik amili olması onu Avropa ölkələri üçün 
gərəkli edir. 
Dördüncüsü, ölkəmizin demokratiya və azad bazar 
iqtisadiyyatı yolunu tutması, bu sahədə çoxlu qanunların qəbul 
edilməsi, bir sıra beynəlxalq və  məhəlli təşkilatlara üzv olması 
Avropa ölkələri üçün Azərbaycanın əhəmiyyətini artırır. 
Beşincisi, xalqımızın intellektual səviyyəsi, dövlətçilik 
ənənələri, müstəqillik istəkləri Avropanın marağını artırır. 
Bu amillər Azərbaycanın Avropa üçün əhəmiyyətini artırır. 
Ondan ümumi, qarşılıqlı faydada və dövlət mənafelərinin 
qorunmasında istifadə etmək lazımdır. Bununla belə, Qərbi Avropa 
problemlərsiz də deyildir. İşsizlik kəskin problemdir. Bir sıra 
 
62


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə