Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

əhəmiyyət kəsb edirdi və onun xarici siyasətində mühüm yer tuturdu. 
Pakistan Asiya bюlgəsində xüsusi yeri olan aparıcı  dюvlətlərdən 
biridir və Azərbaycanın bu bюlgədə inteqrasiyasına güclü tə’sir 
gюstərə bilər. Azərbaycan-Pakistan münasibətləri tarixi, mədəni və 
dini birlik əsasında təbii surətdə inkişaf edirdi. 
Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini 1991-
ci il dekabrın 12-də tanıdı, 1992-ci il iyunun 8-də diplomatik 
münasibətlər qurdu. Asiyanın nüfuzlu dюvlətlərindən biri, İslam 
Konfransı  Təşkilatının aparıcı  dюvləti, xüsusən də, BMT 
Təhlükəsizlik 
Şurasının üzvü kimi (1993-1994) Pakistan 
Azərbaycanla münasibətdə  юz müsbət rolunu oynadı. Təhlükəsizlik 
Şurasında və İKT-də o, Azərbaycanla bağlı məsələlərin müzakirəsində 
fəal çıxışlar edir və onun mюvqeyini daim dəstəkləyirdi. 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən 
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 
ikitərəfli münasibətlərin istiqamətləri barədə bir sıra sənədlər işlənib 
hazırlandı. Eyni zamanda iki юlkə arasında bə’zi razılaşmalar da əldə 
edildi. Pakistan hюkuməti Azərbaycana diplomatiya, bank və sair 
sahələrdə mütəxəssislər hazırlamaq üçün vaztaşırı  qısamüddətli 
kurslar təşkil edirdi, Azərbaycanın müharibədən ziyan çəkmiş 
bюlgələrinə müntəzəm olaraq humanitar yardım gюndərirdi. Eyni 
zamanda, Pakistan vətəndaşları da Azərbaycanda təhsil alırdılar, 
Pakistanın iş adamlarına respublikamızda əlverişli şərait yaradıldı. 
Bakıda Pakistan səfirliyi fəaliyyətə başladı. Pakistan səfiri Səid 
İsmət Çaudri юz e’timadnaməsini 1993-cü ilin 28 aprelində 
Azərbaycan respublikası prezidentinə  təqdim etdi. 1995-ci ildə 
Pakistan  İslam Respublikasının prezidenti Fərrux  Əhməd xan Leqari 
Azərbaycanda üç günlük səfərdə oldu. Səfər zamanı o, юlkə rəhbərləri 
ilə danışıqlar apardı. Milli Məclisdə  çıxış etdi, qaçqınlarla gюrüşdü. 
Pakistan prezidentinin səfəri Azərbaycanın dюvlət başçısının xarici 
юlkələrdə bu юlkənin baş naziri Bənazir Bhutto ilə keçirdiyi 
gюrüşlərinin davamı oldu. İki  юlkə arasında  əməkdaşlığa dair 
imzalanan sənədlər münasibətlərə qarşılıqlı faydalı əsas verirdi. 
 
Çin 1991-ci il dekabrın 27-də Azərbaycanın dюvlət 
müstəqilliyini tanıdı, 1992-ci il martın 2-də onunla diplomatik 
münasibətlər qurdu. 
 Qitədə  və dünyada Çinin юzünəməxsus yeri vardır. O, nüvə 
dюvlətidir və BMT təhlükəsizlik  Şurasının daimi üzvüdür. Dünya 
 
111


siyasətində  юz dəst-xətti olan юlkədir. Avropa юlkələri, Rusiya və 
hətta ABŞ onunla ittifaq qurmağa çalışır. 
 Çində aparılan islahatların təcrübəsinin  юyrənilməsi və 
mümkün variantların tətbiq edilməsi əməkdaşlığa yeni keyfiyyət halı 
verə bilər. 
 Azərbaycanın problemlərinin hillində Çin müəyyən rol 
oynaya bilər. Ermənistanın Azərbaycana qarşı  təcavüzkarlığı 
nəticəsində yaradılmış Dağlıq Qarabağ  məsələsinin BMT 
Təhlükəsizlik  Şurasında müzakirəsi zamanı Çinin tutduğu obyektiv 
mюvqe və keçirilən bir sıra qarşılıqlı  səfərlər  əməkdaşlığın 
perspektivlərinin olduğunu gюstərir. 
 
ÇİN XALQ RESPUBLİKASI 1991-ci il dekabrın 27-
də Azərbaycan Respublikasının müstəqilliyini tanıdı  və 1992-ci il 
martın 2-də  юlkəmizlə diplomatik münasibətlər yaratdı. Bu addım 
BMT Təhlükəsizlik  Şurasının üzvü və nüvə  dюvləti olan Çinin 
xalqımızın iradəsinə hюrməti idiю 
Çinlə  əlaqələrin qurulmasında Pekinin Azərbaycanda  юz 
səfirliyinin açması əhəmiyyətli rol oynadı. 1992-ci il aprelin əvvəlində 
ÇXR nümayəndə hey’ətinin Azərbaycana səfəri  юzünəməxsus yer 
tutdu.  Юz nюvbəsində 1993-cü ildə Azərbaycan dюvləti Çində 
səfirliyini açdı. Çinlə Azərbaycan arasında normal münasibətlər hər 
iki tərəfə faydalı idi. Lakin müstəqilliyin ilk vaxtlarında milli 
azlıqların hüquqları ilə bağlə  məsələlərdə bir-birinin daxili işlərinə 
qarışmaq dюvlətlərarası münasibətlərə yalnız ziyan vururdu. 
Çinlə münasibətlərdə siyasi əlaqələrin yüksək zirvəsi dюvlət 
başçısının bu юlkə  rəhbərləri ilə danışıqları oldu. 1994-cü ildə 
Azərbaycan prezidenti Çinə səfər etdi. Səfər zamanı iki юlkə arasında 
hava yolunun açılması, mədəni, elmi-texniki əlaqələr, təbabət, 
investisiyaların həvəsləndirilməsi və qorunması barədə  və digər 
sahələrə aid yeddi sühüm sənəd imzalandı. Çin tərəfi Azərbaycanın 
ərazi bütюvlüyünə, sərhədlərinin toxunulmazlığına hюrmət etdiyini 
bildirdi. Qeyd etmək lazımdır ki, Çin BMT Təhlükəsizlik  Şurasında 
Ermənistan-Azərbaycan münaqişəsinin müzakirəsində  юlkəmizin 
mюvqeyini müdafiə etdi. 
 Azərbaycanın İsraillə münasibətləri beynəlxalq fəaliyyətin bu 
istiqamətində  юzünəməxsus yer tutur. İsrail dюvləti 1991-ci il 
dekabrın 25-də Azərbaycanın dюvlət müstəqilliyi tanıdı, 1992-ci il 
aprelin 7-də onunla diplomatik münasibətlər qurdu. 
 
112


Azərbaycan-İsrail münasibətlərinin qurulması  və inkişaf 
etdirilməsi dюvlətimizin xarici siyasətinin dini təsirlərdən azad 
olduğunu gюstərir. İki юlkə arasında münasibətlərin genişləndirilməsi 
ərəb-İsrail münaqişəsini nisbətən zəiflədə bilər. 
Yəhudi lobbisi ABŞ-da Azərbaycan lobbisinin 
yaradılmasındakı  mюvcud problemlərimizin həllində mühüm rol 
oynaya bilər. Sirr deyildir ki, keçmiş Sovet İttifaqı respublikaları 
içərisində, demək olar ki, yalnız Azərbaycanda yəhudilər üçün ən 
yaxşı şərait yaradılmışdır. 
İsrailə  kюçüb gedən yəhudilər  юzlərinin Azərbaycana olan 
xoş münasibətlərini gizlətmirlər. Qarışıq nigahlar çoxdur. Azərbaycan 
və yəhudi xalqları arasında həll olunmamış problemlər yoxdur. 
İSRAİL 1991-ci il dekabrın 25-də Azərbaycan müstəqilliyini 
tanıdı, 1992-ci il aprelin 7-də onunla diplomatik münasibətlər qurdu. 
Azərbaycan dюvləti bu юlkə ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu 
bildirdi. 
İsraillə münasibətlərin qurulması  və inkişaf etdirilməsi 
Azərbaycan dюvlətinin xarici siyasətinin və diplomatiyasının dini 
tə’sirlərindən asılı olmadığını bir daha gюstərdi. 1992-ci il aprelin 5-
7-də İsrail nümayəndə hey’ətinin Azərbaycana səfəri zamanı iki юlkə 
arasında diplomatik münasibətlərin qurulması  əlaqələrin inkişaında 
əsaslı rol oynadı.  İsrail-Azərbaycan  əlaqələrinin dinamizmi 
respublikamıza, eləcə də İsrailə dünya siyasətində kюmək edə bilərdi. 
1993-cü ilin payızında İsrail Bakıda юz səfirliyini açdı. Bundan sonra 
əlaqələrdə canlanma yarandı. Dekabrı ayında  İsrail knesetinin 
(parlamenti) üzvləri Bakıya səfər etdilər. Səfər zamanı iki юlkə 
arasında  əməkdaşlığın geniş sahələri müzakirə edildi. 1991-ci ildən 
Bakıda «Azərbaycan-İsrail» cəmiyyəti fəaliyyətə başladı. Cəmiyyətin 
юzəyini iki xalqın qabaqcıl ziyalıları  təşkil edirdilər. Cəmiyyətin 
məqsəd və  vəzifələri Azərbaycanı  və  İsraili elm, mədəniyyət, 
iqtisadiyyat və başqa sahələrdə yaxınlaşdırmaq idi. «Azərbaycan-
İsrail» cəmiyyəti dюvlət və  hюkumət səviyyəsində münasibətlərin 
inkişafına da kюmək edirdi. 
İki юlkə arasında münasibətlərin inkişafında Bakıdakı İsrail 
səfirliyi  юzünəməxsus rol oynayırdı. Səfirliyin  İsrail Xarici İşlər 
Nazirliyi ilə birlikdə təşkil etdiyi seminarda azərbaycanlı diplomatlar 
də’vət olundular. 
 
113


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə