Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

Təhlükəsizlik  Şurasının mayın 12-də keçirilən 3072-ci iclasında 
Dağlıq Qarabağdakı vəziyyət müzakirə edildi. Şuranın sədri Avstriya 
nümayəndəsi Peter Xoenfeller bəyanat verdi. Bəyanatda iki məsələ юz 
əksini tapdı: münaqişə bюlgəsində baş verən son hadisələri юyrənmk 
üçün BMT-nin xüsusi nümayəndəliyinin təcili gюndərilməsi və 
beynəlxalq birliyin qaçqınlara humanitar yardım gюstərməsi. 
 
Təhlükəsizlik  Şurasının üzvləri münaqişə  iştrakçılarının 
zorakılığa son qoymaq üçün tədbirlər gюrməyə cağırdılar. Həmin 
tarixdə Azərbaycan dюvləti BMT Təhlükəsizlik  Şurasından 
Ermənistanın Azərbaycana qarşı  təcavüzü ilə  əlaqədar olaraq xüsusi 
iclas çağırmağı xahiş etdi. 
 Avqustun 
20-də Ermənistan da Təhlükəsizlik  Şurasının 
iclasının çağırılmasını xahiş etdi. Təhlükəsizlik  Şurasında keçirilən 
müzakirələrdən sonra Şuranın sədri avqustun 26-da bəyanat verdi. 
Bəyanatda atəşin dayandırılması, ATƏM çərçivəsində Dağlıq Qarabaq 
məsələsinə dair Minsk konfransının səylərinə yardım gюstərilməsi 
istənilirdi. 
 Oktyabrın 27-də  Təhlükəsizlik  Şurasının 3127-ci iclasında 
Dağlıq Qarabağdakı  vəziyyətlə bağlı müzakirələr nəticəsində  sədrin 
bəyanatı  qəbul edildi. Bəyanat  Şura sədrinin  əvvəlki bəyanatlarını 
təsdiq edərək, münaqişənin Minsk prosesi çərçivəsində  həllinə 
tərəfdar olduğunu bildirdi. 
 Lakin 
bu 
bəyanatlar Ermənistanın təcavüzünü dayandırmadı 
 Ermənistan təkcə yuxarı Qarabağ 
işqal etməklə 
kifayətlənməyərək təcavüzkarlığını daha da genişləndirdi. 1993-cü il 
martın 27-dən aprelin 3-dək Ermənistan silahlı qüvvələri tərəfindən 
Dağlıq Qarabağdan gənarda yerləşən Gəlbəcər rayonunu işqal etdi. 
 Erməni təcavüzü başlayandan dərhal sonra Azərbaycan 
dюvləti bюlgədə yaranmış  vəziyyət haqqında BMT Baş Katibinə  və 
Təhlükəsizlik  Şurasının sədrinə  məlumat verdi, təcili iclas çağırmağı 
tələb etdi. 
 
Aprelin 6-da keçirilən məsləhətləşmələrdən sonra 
Təhlükəsizlik  Şurasının 3194-cü iclasında sədrin bəyanatı  qəbul 
edildi. Bəyanatda Gəlbəcərə hücum faktı təsdiq olunur və qoşunların 
dərhal çıxardılması  tələb edilirdi, bюlgənin bütün dюvlətlərinin 
suverenliyi,  ərazi bütюvlüyü və  sərhədlərinin toxunulmazlığı 
təsdiqlənirdi. 
 
120


 Lakin 
bəyanatın bir sıra qüsurları da var idi. Bəyanatda səhv 
olaraq Ermənistan silahlı qüvvələrinin deyil, yerli erməni qüvvələrinin 
Gəlbəcər rayonuna müdaxilə etməsindən narazılıq bildirilirdi.Bununla 
da bəyanatda Ermənistan - Azərbaycan münaqişəsinin  əsl məğzi 
gənarda qalırdı, Ermənistan ordusunun təcavüzkar hərəkətləri « yerli 
erməni qüvvələrinin müdaxiləsi « kimi qiymətləndirilirdi. 
 
Təhlükəsizlik  Şurasının xahişi ilə Baş Katib BMT 
nümayəndələrini fakları müəyyənləşdirmək üçün regiona gюndərdi. 
 
Aprelin 30-da BMT TŞ-nın 3205-ci iclasında Ermənistan - 
Azərbaycan münaqişəsinə dair 822 saylı  qətnamə  qəbul edildi. 
Qətnamə Təhlükəsizlik Şurası sədrinin 1993-cü il 29 yanvar və 6 aprel 
tarixli məruzəsinə  əsaslanırdı. Qətnmədə Ermənistan - Azərbaycan 
münasibətlərinin pislənməsi ilə  əlaqədar olaraq TŞ-nın ciddi 
narahatlıq keçirdiyi bildirilirdi, bununla da Ermənistanın münaqişədə 
bu və ya başqa formada iştirakı etiraf olunurdu, bюlgədəki bütün 
dюvlətlərin suverenliyinə  və  ərazi bütюvlüyünə  hюrmət, sərhədlərin 
toxunulmazlığı  və  ərazi  əldə etmək üçün qüvvə  tətbiq etməyin 
yolverilməzliyi bir daha təsdiq olunurdu. Bunlar qətnamənin müsbət 
cəhətləri idi. 
 Lakin 
qətnamənin mənfi tərəfləri də var idi: Gəlbəcər 
rayonuna « yerli erməni qüvvələrinin « müdaxiləsi yazılırdı, bunula da 
münaqişədə Ermənistanın iştirakı  юrt-basdır edilirdi; qeyri-müəyyən 
şəkildə « bu yaxınlarda işğal  olunmuş başqa ərazilərdən bütün işqalçı 
qüvvələrin çıxarılması  tələb olunsa da, işğal edilmiş rayonların adı 
çəkilmirdi,  əraziləri kimin işğal etdiyi gюstərilmirdi; işğal olunmuş 
ərazilərdən qoşunların çıxarılmasının dəqiq vaxtı gюstərilmirdi və s. 
 
Təhlükəsizlik  Şurasının daimi üzvlərindən Rusiya və Fransa 
açıq  şəkildə Ermənistanı müdafiə etdilər. Qətnaməyə «yerli 
ermənilər» ifadəsi də Fransanın təklifi ilə salınmışdı.  
 
Qətnamənin qəbul edilməsindən sonra ABŞ, Rusiya və 
Türkiyənin işləyib hazırladıqları sülh təklifləri yerinə yetirəlmədi. 
Əksinə Ermənistan юz təcavüzkarlığını daha da genişləndirdi. 
 
İyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam 
rayonu işğal edildi. Azərbaycan BMT Baş Katibi və  Təhlükəsizlik 
Şurasının sədrinə yaranmış  vəziyyətlə  əlaqədar müraciət etdi. 
Müraciətdə Ermənistan Respublikasının hərbi  əməliyyatlara son 
qoyması, işğal edilmiş Azərbaycan  ərazilərinin dərhal azad ədilməsi 
tələb edilirdi. 
 
121


 BMT 
TŞ-nın iyulun 29-da keçirilən 3259-cu iclasında 
«Dağlıq Qarabağda vəziyyət» məsələsi müzakirə edildi. Şura Ağdam 
rayonunun işğal edilməsi ilə bağlı 853 saylı  qətnamə  qəbul etdi. 
Qətnamədə  təcili olaraq bütün hərbi  əməliyyatların dayandırılması, 
tezliklə,  şərtsiz və tamamilə  işğalçı qüvvələrin işğal olunmuş 
ərazilərdən çıxarılması tələb edilirdi. 
 
Qətnamənin bir sıra müsbət cəhətləri var idi: TŞ münaqişə 
bюlgəsində hərbi əməliyyatların daha da güclənməsinə və Gəlbəcərin 
işğalına nisbətən Ağdam rayonunun işğalına tez reaksiya verdi; 
Ermənistanla Azərbaycan arasında gərginliyin olduğu, dolayısı yolla 
Ermənistanın bu və ya başqa formada iştirakı etiraf edilirdi; 
beynəlxalq sərhədlərin pozulmazlığı  və  ərazilərin zor gücunə  ələ 
geçirilməsinin yolverilməzliyi bir daha təsdiq olunurdu; bюlgədəki 
bütün düşmənçilik hərəkətləri, o cümlədən mülki şəxslərə hücumlar 
və yaşayış rayonlarının bombardman edilməsi pislənilirdi; hərbi 
əməliyyatların təxirə salınmadandayandırılması və münaqişədə iştirak 
edən işğalçı qüvvələrin Azərbaycanın Ağdam rayonundan və bu 
yaxınlarda işğal olunmuş bütün digər rayonlarından dərhal, tamamilə 
və şərtsiz  çıxarılması tələb olunurdu; zərər çəkmiş mülki əhaliyə təcili 
yardım gюstərilməsi və didərgin düşmüş  şəxslərin evlərinə 
qayıtmalarına gюmək edilməsi beynəlxalq təşkilatlardan xahiş 
olunurdu. Qətnamənin bir sıra mənfi tərəfləri də var idi: Ermənista-
Azərbaycan münasibətlərinin pislənməsi bildirilməsi də onun səbəbi 
gюstərilmirdi; 822-ci qətnamənin həyata geçirilməsinin Ermənistan 
tərəfindən pozulduğu qeyd olunmurdu; Ağdamın və bu yaxınlarda 
zəbt olunmuş bütün digər rayonların işğalı pislənsə də, işğalçının kim 
olduğu bildirilmirdi; Ermənistanın Dağlıq Qarabağ ermənilərinə  təsir 
gюstərməsi arzu edilirdi ki, bu da Ermənistanı  işğalçı olmaqdan 
kənarda qoyurdu; bюlgəyə silahların kim tərəfindən gюndərildiyi 
gюstərilmirdi. 
 
Qətnamənin konkret və  gəsərli olmaması  nəticəsində 
Ermənistanın təcavüzkarlığı  nəinki dayandırılmadı,  əksinə o, 
Azərbaycanın yeni-yeni rayonlarını işğal etdi. 
 Avqust 
ayında Ermənistan silahlı qüvvələrin Füzuli rayonuna 
hücumları ilə bağlı olaraq Azərbaycan Respublikası BMT TŞ 
sədrindən təcili olaraq Şuranın iclasını çağırmağı  və Ermənistanın 
təcavüzünü dayandırmağı xahiş etdi. Avqustun 18-də  TŞ adından 
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Madlen Olbrayt bəyanat verdi 
 
122


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə