Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

. Bəyanatda Ermənistan - Azərbaycan münasibətlərinin 
pislənməsindən, Füzuli rayonuna hücumların güclənməsindən 
narahatlıq geçirilirdi və hücum pislənilirdi, Azərbacan 
Respublikasının suverenliyi, ərazi bütюvlüyü, sərhədlərin 
toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycan  ərazisi olması  təsdiq 
olunurdu, tərəfləri məsələni  sülh yolu ilə  həllini poza biləcək hər 
hansı hərəkətdən çəkinməyə çağırırdı, regiona digər dюvlətlərin silah 
gюndərməkdən imtina etməsi tələb edilirdi. 
 BMT 
TŞ-nın əvvəlki qətnamələrindən olduğu kimi bu bəyanat 
da Ermənistanın münaqişədə  iştirakını inkar edərək ondan Dağlıq 
Qarabağ ermənilərinə təsir etmək istənilirdi. 
 Ermənistanın təcavüzünün genişləndiyi bir şəraitdə oktyabrın 
14-də BMT TŞ 3292-ci iclasında Ermənistan - Azərbaycan 
münaqişəsinə dair 874 saylı qətnamə qəbul etdi. Qətnamədə 1993-cü 
sentyabrın 28-də ATƏM-in Parisdə geçirilən gюrüşündə hazırlanan və 
Azərbaycan tərəfindən qəbul edilməyən «Təxirəsalınmaz tədbirlərin 
yeniləşdirilmiş cədvəli»bəyənilir və ona tərəfdar çıxılırdı.  
 
Qətnamənin bir sıra müsbət cəhətləri var idi: Dağlıq 
Qarabağın Azərbaycan  ərazisi olduğu təsdiq olunurdu; Ermənistan - 
Azərbaycan münasibətlərinin gərgin olmasının bildirilməsi ilə 
Ermənistanın münaqişə  iştirakçısı olması etiraf edilirdi; dюvlətlərin 
suverenliyi,  ərazi bütюvlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı 
və  ərazi  əldə etmək üçün güc tətbiq olunmasının yolverilməzliyi bir 
daha təsdiq edilirdi; qaçqınlara humanitar yardım gюstərilməsinə 
çağırılırdı; regiondakı bütün dюvlətləri düşmənçilik hərəkətlərindən 
və hərbi müdaxilədən çəkinməyə çağırırdı. 
 
Qətnamənin bir sıra mənfi cəhətləri də var idi: Ermənistanın 
Azərbaycana təcavüzü Dağlıq Qarabağ  bюlgəsidə  və onun ətrafında 
münaqişə» kimi qiymətlənilirdi; « bu yaxınlarda işğal edilmiş ərazilər 
«ifadəsinin işlədilməsi münaqişənin xronologiyasını  və coğrafiyasını 
çətinləşdirirdi; əvvəlki qətnamələrdə Gəlbəcər və Ağdam rayonlarının 
işğal olunması pislənirdisə, bu qətnamədə  işğal olunmuş Füzuli, 
Cəbrayıl və Qubadlı rayonlarının adları  çəkilmirdi; erməni 
qüvvələrinin işğal olunmuş  ərazilərdən çıxarılmasının vaxtı  sənəddə 
gюstərilmirdi; qətnamə tələblərini yerinə yetirməyən tərəfə qarşı hansı 
sanksiyalar tətbiq edilməsi gюstərilmirdi. 
 Lakin 
Ermənistan bu qətnamənin də  tələblərini yerinə 
yetirmədi. 
 
123


 Ermənistan - Azərbaycan münaqişəsinin genişlənməsi və 
Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayonunun işğalı ilə 
əlaqədar Azərbaycan dюvlətinin xahişini müzakirə edən BMT 
Təhlükəsizlik  Şurası 1993-cü il noyabrın 11-də 884 saylı  qətnamə 
qəbul etdi. Təhlükəsizlik Şurası bu qətnamə ilə Azərbaycanın Horadiz 
qəsəbəsinin və  Zəngilan rayonunun işğalı ilə  əlaqədar narahatlığını 
bildirərək həmin  ərazilərdən və Azərbaycanın zəbt edilmiş başqa 
ərazilərdən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmısını  tələb 
etdi.  
 
Qətnamənin bir sıra müsbət tərəfləri var idi: yenə  də 
Ermənistan - Azərbaycan münasibətlərinin gərgin olması bildirilir, 
bununla da Ermənistan münaqişə iştirakçısı kimi dolayısı yolla etiraf 
edilirdi; Zəngilan rayonunun və Hoardiz qəsəbəsinin işğalı  təşvişlə 
qeyd olunurdu; Azərbaycan Respublikasının suverenliyi, ərazi 
bütюvlüyü, beynəlxalq sərhədlərin pozulmazlığı,  ərazi  əldə etmək 
üçün zor tətbiq edilməsinin yolverilməzliyi təsdiq edilirdi; mülki 
əhaliyə humanitar yardım gюstərilməsi xahiş olunurdu. 
 
Qətnamənin bir sıra mənfi cəhətləri var idi: Ermənistanın 
Azərbaycana qarşı  təcavüzü yanlış olaraq «Dağlıq Qarabağ 
regionunda və onun ətrafında münaqişə» kimi qiymətlənilirdi; 
Azərbaycan - Ermənistan münasibətlərinin gərgin olmasının səbəbləri 
gюstərilmirdi; Ermənistana təklif edilirdi ki, əvvəlki qətnamələrə 
riayət etmək uçun Dağlıq Qarabağ ermənilərinə  təsir gюstərsin; 
ərazilərin nə vaxt azad ediləcəyi dəqiq gюstərilmirdi; qətnaməni 
yerinə yetirməyən tərəfə qarşı hansı sanksiyalar tətbiq edilməsi 
gюstərilmirdi və s.  
 Ermənistan BMT TŞ-nin heç bir qətnaməsini yerinə yetirmədi 
və  nəticədə Azərbacan torpağlarının 20-% işğal etdi. BMT isə 
işğalçıya qarşı heç bir tədbir gюrmədi.     
       
 1994-cü  ilin  sentyabrında Azərbaycan prezidenti H.Əliyev 
BMT-nin Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-
a səfər etdi. Səfər zamanı o, Baş Məclisdə çıxış etdi, ABŞ prezidenti 
Bill Klinton, digər dюvlətlərin başçıları  və BMT Baş Katibi Butros 
Qali ilə  gюrüşdü. Gюrüşlərdə Azərbaycanın daxili və xarici siyasəti 
barədə geniş  məlumat verildi. Ermənistanın təcavüzkarlığına son 
qoymaq məsələləri müzakirə edildi. Həmin ildə BMT Baş Katibi 
Butros Qali Azərbaycana səfər etdi. Səfər zamanı  юlkə  rəhbəri ilə 
aparılan danışıqlar BMT ilə ikitərəfli  əlaqələrin inkişafına, bu 
 
124


təşkilatın proqramlarında Azərbaycanın iştirakına kюmək etdi. BMT 
Baş Katibi Ermənistan-Azərbaycan münaqişəsinin dinc siyasi 
vasitələrlə BMT Təhlükəsizlik  Şurasının qətnamələrinə uyğun olaraq 
ATƏT çərçivəsində  həllinin və Azərbaycanın  ərazi bütюvlüyünün 
toxunulmazlığının qorunmasının zəruriliyini bildirdi. Azərbaycan 
dюvləti BMT-nin keçirdiyi tədbirlərin fəal iştirakçısına çevrildi. 
Qahirədə BMT-nin təşkil etdiyi «Dünya əhalisi və inkişaf» 
mюvzusundakı konfransda Azərbaycan prezidenti iştirak etdi. 
Konfransın gedişində o, BMT Baş Katibi, Misir prezidenti və bir sıra 
юlkələrin rəhbərləri ilə gюrüşlər keçirdi. 
1995-ci ildə BMT İnkişaf proqramının  Şərqi Avropa və 
MDB  юlkələri üzrə regional direktoru Entol Krundernik, BMT Baş 
Katibinin müavini Aldo Ayollo, BMT-nin insan hüquqları üzrə 
müstəqil eksperti Fyu Tempelton Azərbaycanda səfərdə oldular. 
Səfərlər zamanı aparılan müzakirələr Azərbaycanın BMT ilə 
əlaqələrinin mюhkəmlənməsinə kюmək etdi. 
Azərbaycan prezidenti BMT-nin 50 illik yubileyində iştirak 
etmək üçün ABŞ-da səfərdə oldu. Səfər zamanı o, Baş Katib Butros 
Qali ABŞ prezidenti Bill Klinton, Almaniyanın xarici işlər naziri 
Klaus Kinkel, Misir prezidenti Hüsnü Mübarək, Türkiyə prezidenti 
Süleyman Dəmirəl və b. ilə gюrüşdü. 
Həmin ildə Azərbaycan nümayəndə heyəti İsveçrənin Davos 
şəhərində Ümumdünya İqtisadi Məclisində  iştirak etdi. Məclisdə 
dünyanın çoxlu dюvlət və  hюkumət başçıları, iş adamları, dünya 
banklarının rəhbərləri iştirak edirlər. Keçirilən gюrüşlərdə 
Azərbaycanın indiki vəziyyəti, imkanları, investisiya qoyulması, bazar 
iqtisadiyyatı yolunda юlkəmizin başqa dюvlətlərlə əlaqələrinin inkişaf 
etdirilməsi əsas mюvzular oldu. 
Mart ayında Kopenhagendə BMT-nin keçirdiyi sosial inkişaf 
naminə yüksək səviyyədə ümumdünya gюrüşündə nümayəndə heyəti  
iştirak etdi. Gюrüşdə Ermənistan təcavüzünün Azərbaycanda yaratdığı 
sosial problemlər, onların həlli yolları üçün dünya birliyinin səyləri 
iştirakçı  юlkələrin diqqətinə çatdırıldı. Aparılan danışıqlar 
Azərbaycanın imicinin formalaşmasına, tanımasına, ona olan inamın 
artmasına kюmək etdi. 
 Azərbaycan dюvlətinin xarici siyasət fəaliyyətində Avropada 
Təhlükəsizlik və  Əməkdaşlıq Təşkilatı xüsusi yer tutur. 1992-ci il 
yanvarın 20-də Azərbaycan Respublikası ATƏT-in (1994-cü ilədək 
 
125


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə