Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   47

Nümayəndə heyəti Avropa Şurası Parlament Məclisinin bu 
təşkilatın üzvü olmayan Avropa юlkələri ilə əlaqələr komitəsinin sədri 
Deyvid Atkinsonla, Avropa Şurasının siyasi məsələlər üzrə 
departamentinin direktoru Q.P.Fürerlə, Avropa Şurası Baş Katibinin 
müavini X.Klebeslə  gюrüşdü. Gюrüşlərdə Azərbaycan parlament 
nümayəndə heyəti respublika parlamentinə Avropa Şurasında «xüsusi 
qonaq» statusu verilməsi məsələsini qaldırdı. Avropa Şurasında bu 
məsələ barəsində Azərbaycana kюmək gюstəriləcəyi bildirildi. 
D.Atkinson başda olmaqla Avropa  Şurası Parlament 
Məclisinin nümayəndə heyəti həmin ildə юlkəmizə səfərə gəldi. Səfər 
zamanı o, dюvlət, hюkumət və parlament başçıları ilə danışıqlar 
apardı, təşkilatla Azərbaycanın münasibətləri, Ermənistanın 
təcavüzkarlığına son qoyulması məsələləri müzakirə olundu. 
Azərbaycan Respublikasının NATO (North Atlantic Treatru 
Organisation) ilə  əlaqələri diqqəti cəlb edir. Şimali Atlantika Bloku 
1949-cü ildə ABŞ, Bюyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, 
Niderland, Lüksemburq, Portuqaliya, Norveç, Danimarka, İslandiya 
arasında bağlanmış müqaviləyə əsasən yaradılıb. 1952-ci ildə Türkiyə 
və Yunanıstan, 1955-ci ildə AFR, 1982-ci ildə isə  İspaniya bu 
təşkilata daxil olub. 1966-cı ildən Fransa NATO-nun hərbi 
təşkilatında iştirak etmir. 1974-cü ildə Yunanıstan ondan çıxdığını 
bildirdisə  də, 1980-ci ildə burada юz üzvlüyünü bərpa etdi. Bu 
təşkilatın ali orqanı NATO Şurasının sessiyasıdır. NATO-nun 
qərargahı Brüsseldə (Belçika) yerləşir. 
1992-ci il oktyabrın 1-dən 5-dək Antalya şəhərində 
(Türkiyə) NATO üzvü olan юlkələrin siyasi seminarında Azərbaycan 
Respublikası    nümayəndə heyətinin iştirakı  və  təşkilatın Baş katibi 
Manfred Vernerlə keçirilən gюrüşlər ilkin addımlar kimi müsbət hesab 
edilməlidir.  
1993-cü il fevralın 10-12-də Azərbaycan nümayəndə heyəti 
Avropada təhlükəsizlik məsələləri üzrə  Şimali Atlantika Məclisinin 
Brüsseldə keçirilmiş konfransında iştirak edərək Azərbaycandakı 
demokratik proseslər, Dağlıq Qarabağda vəziyyət Ermənistanın 
respublikamıza qarşı hərbi təcavüzü haqqında məlumat verdi. 
1994-cü ildə Azərbaycanın xarici işlər naziri H.Həsənov 
Şimali Atlantika Əməkdaşlığı  Şurasının işində  iştirak və  çıxış etdi. 
NATO ilə  əlaqələrin  ən yüksək nюqtəsi-Azərbaycan prezidentinin 
Brüsselə  səfəri oldu. Səfər zamanı o, NATO-nun «Sülh naminə 
 
132


tərəfdaşlıq» proqramını imzaladı, NATO rəhbərliyi ilə, Belçikanın baş 
naziri Cak Rük Deanla və b. İlə gюrüşlər keçirtdi.  
NATO-nun «Sülh naminə  tərəfdaşlıq» proqramı  sənədinin 
imzalanması Azərbaycanı  Qərb  юlkələri ilə yaxınlaşdırır, Çünki 
NATO qeyri-sabit, münaqişələrlə dolu dünyada sabitliyi qoruyan 
mюhtəşəm qüvvədir. NATO-nun proqramında iştirak etmək ola bilsin 
iştirakçı dюvlətlər, eyni zamanda onun bir çox tarixi rəqibləri arasında 
münaqişələri aradan qaldırardı. NATO-nun sayəsində məhz юyrənilən 
illərdə də dünyanın bюyük bir hissəsi həm юz xalqı, həm də başqaları 
üçün təhlükə yaratmırdı  və sabitlik zonasına çevrilirdi. Belə sabitlik 
zonası isə birdən-birə yaradılmamışdı. Onun üçün uzun illər lazım 
gəlmişdi. 
Əlbəttə, NATO üzv olmaq xeyli çətin bir proses olub, 
müəyyən юhdəliklərin yerinə yetirilməsini tələb edir. Təşkilatın üzvü 
olan юlkələr bundan юtrü dюrd prinsip müəyyən etmişlər.  
BİRİNCİSİ, KOLLEKTİV TƏHLÜKƏSİZLİK. 
Təşkilatın nizamnaməsinin 5-ci maddəsinə  gюrə hamı biri üçün, biri 
hamı üçün prinsipi əsas gюtürülür. Bununla belə, hər bir юlkənin юz 
hərbi strukturu, юz qüvvəsi və eyni zamanda hamını birlikdə 
qorumaqdan юtrü ümumi struktur vardır. 
İKİNCİ PRİNSİP DEMOKRATİYADIR.  NATO sadəcə 
olaraq 16 юlkə demək deyildir. NATO-dünyanın 16 güclü və 
demokratik cəhətdən müvəffəqiyyətlə inkişaf etmiş  юlkəsinin 
ittifaqıdır. Bu юlkələr sülhü və azadlığı, sərhədlər daxilində insan 
hüquqlarını qoruyurlar, xarici юlkələrin suverenliyinə, sərhədlərinin 
bütюvlüyünə  hюrmət edirlər. Onların silahlı qüvvələri mülki nəzarət 
altındadır. Təşkilata daxil olan юlkələr bu prinsipi də yerinə 
yetirməlidirlər. 
ÜÇÜNCÜ PRİNSİP KONSENSUSDUR. Bu prinsipə gюrə 
NATO  юzünün geniş  tərkibinə baxmayaraq konsensus əsasında 
fəaliyyət gюstərməlidir. Deməli, yeni üzvlər bütün məsələlərdə 
razılaşmalıdırlar. Lakin onlar ittifaqın bütün üzvlərinin tarixinə, 
mədəniyyətinə  və adət-ənənələrinə  hюrmət etməlidirlər, beynəlxalq 
təhlükəsizlik məsələlərində olan ixtilafları  əməkdaşlıq ruhunda həll 
etməlidirlər. İttifaqın daxilində qeyri-sabitlik yolverilməzdir. Məsələn, 
NATO-nun üzvü olan Yunanıstan və Türkiyə arasında sabitlik 
yaratmasına və  həm də onların arasındakı ixtilafların Egey dənizi 
rayonunda münaqişəyə çevrilməsinə yol verilmir. 
 
133


DЮRDÜNCÜ MÜHÜM PRİNSİP QIRŞILIQLI 
TƏHLÜKƏ-SİZLİKDİR .NATO-nun silahlı qüvvələri birgə 
əməliyyatlar keçirirlər və birgə planlaşdırma aparırlar. Onlar hərbi 
büdcələrini bir-birindən gizlətmirlər, bəzən eyni silahlardan istifadə 
edirlər. Onların silahlı qüvvələrini səmərəli birləşdirmək üçün çoxlu 
ehtiyat vardır. 
NATO ilə əməkdaşlıq, ona daxil olmaq bir sıra prosedur və 
prinsipial məsələlərin həllini tələb edir. Artıq 1995-ci ilin əvvəli üçün, 
ABŞ-ın müdafiə naziri Uilyam Perrinin bu təşkilatın Münhen 
konfrasındakı  məruzəsində  gюstərildiyi kimi, NATO-nun «Sülh 
naminə  əməkdaşlıq» proqramına 40 юlkə qoşulmuşdu. Bu prinsiplər 
NATO-ya daxil olmaqda əngəl deyil, təşkilatda və dünyada sülhə  və 
sabitliyə təminatdır. 
NATO  юlkələrinin həmin ildə keçirilən  İstanbul 
toplantısında Azərbaycan dюvlətinin başçısı iştirak etdi. Səfər zamanı 
ABŞ  Dюvlət katibi U.Kristofer və bir sıra  юlkələrin nümayəndə 
heyətlərinin başçıları ilə  gюrüşdü. Toplantının yekununda NATO 
юlkələri bəyannamə  qəbul etdilər. Bəyannamənin 15-ci maddəsində 
Ermənistan-Azərbaycan münaqişəsinə dinc siyasi vasitələrlə son 
qoyulması, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinin, 
regionda sülhün qorunmasıın zəruriliyi gюstərildi.  İstanbul 
bəyannaməsini Azərbaycan xarici siyasətinin uğuru hesab etmək olar. 
İlk dəfə olaraq NATO юlkələri BMT və ATƏT-in ardınca Azərbaycan 
torpaqlarının işğaldan azad edilməsinin vacibliyini gюstərdilər. 
1995-ci ildə NATO-nun Verifikasiya Komitəsinin sədri 
Necil Nədimoğlunun başçılıq etdiyi nümayəndə heyəti, NATO-nun 
müxtəlif rəhbər strukturlarının, Ancelo Arena (İtaliya) başda olmaqla 
nümayəndə heyəti юlkəmizdə səfərdə oldular. Səfər zamanı NATO ilə 
əməkdaşlıq məsələləri müzakirə edildi. NATO nümayəndə heyəti 
Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin və sülhün 
bərqərar edilməsinin vacibliyini bildirdilər. 
Xarici işlər naziri H.Həsənov Niderlandın Noordvik 
şəhərində NATO-nun toplantısında iştirak etdi. Onun çıxışında NATO 
ilə 
юlkəmizin 
əlaqələri, Azərbaycana qarşı Ermənistanın 
təcavüzkarlığının səbəbləri, vurduğu ziyanlar, problemin həllində 
Azərbaycanın tutduğu mюvqe açıqlanırdı. Keçirilən ikitərəfli gюrüşlər 
münasibətlərin qurulmasına, inkişafına və mюvqelərin aydınlaşmasına 
kюmək edirdi. 
 
134


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə