Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   47

rəhbəri prezidentdir. Prezident rotasiya qaydası ilə 6 ay müddətinə 
seçilir. 1995-ci ilin noyabrından 1996-cı ilin iyununadək təşkilatın 
prezidenti Azərbaycan Milli Məclisinin sədri R.Quliyev oldu. 
Məclisin Bürosu-prezidentdən, 4 müavindən və  xəzinədardan 
ibarətdir. Müavinlər iki il müddətinə gizli səsvermə ilə seçilirlər. 
Onlar iki müddət dalbadal seçilə bilməzlər. 1994-cü ilin iyunundan 
1996-cı ilin dekabrınadək təşkilatın vitse-prezidentləri Azərbaycan 
parlamentinin sədr müavinləri A.Cəlilov və Y.Əliyev oldular. 
Parlament məclisinin Daimi Komitəsi-prezidentdən, dюrd müavindən, 
xəzinədardan, üç komitə  sədrindən və nümayəndə heyətlərinin 
başçılarından ibarətdir. Daimi Komitədə  qərarlar yekdilliklə  qəbul 
edilir. Daimi Komitə iclaslarını keçirmək üçün yetərsay üzvlərin 2/3-
sidir. Daimi Komitənin  əsas vəzifələri-qərarların icrasını izləmək, 
sessiyanın gündəliyini, müddətini, yerini müəyyənləşdirmək, yeni 
komitələr, işçi qruplar yaratmaq, komitələrin fəaliyyətini 
əlaqələndirmək. Xəzinədarın təqdim etdiyi Büdcə layihəsini qəbul 
edib Məclisin müzakirəsinə vermək, QİƏ  və  QİƏPM arasında 
əlaqələri təmin etmək, QİƏPM-in digər beynəlxalq təşkilatlarla 
əlaqələrini yaratmaq, Büronun təklifi ilə   Məclisin Baş katibini təyin 
etmək, nəzarət və azad etməkdir. Baş Məclisin sessiyası ildə iki dəfə-
baharda və payızda keçirilir. Məclisin keçirilməsi üçün yetərsay 
iştirakçı  dюvlətlərin sayının 2/3-sidir. Sessiyanın keçirildiyi yer 
prezidentin vətənidir. 
Baş  Məclis sənədlərini tюvsiyə, bəyannamə, fikir, qərar 
formalarında qəbul edir. Qəbul edilən sənədlər QİƏ-Xarici  İşlər 
Nazirliyinin gюrüşünə, milli parlamentlərə, hюkumətlərə  və 
beynəlxalq təşkilatlara gюndərilir. 
Məclisin üç komitəsi vardır: iqtisadiyyat, ticarət texnologiya 
və ekologiya məsələləri; hüquqi və siyasi məsələlər; mədəniyyət, 
təhsil və sosial məsələlər. Komitələrin sədri və iki müavini olur. 
Komitə hər bir mюvzuya dair məruzəçi təyin edir. Komitə rəhbərliyi 
iki il müddətinə gizli səsvermə ilə seçilirlər. Onlar ikinci müddətə 
seçilə bilərlər. Komitələr xüsusi məsələlər üzrə yarımkomitələr yarada 
bilərlər. Məclisin Katibliyi-Baş katibdən, iki müavindən (maliyyə  və 
idarəçilik işləri; təşkilat işləri), komitələrin katiblərindən ibarətdir. 
Məclisin rəsmi dilləri-ingilis, fransız rus və türk dilləridir. 
Yarandığı vaxtdan bəri QİƏPM Baş  Məclisinin aşağıdakı 
sessiyaları keçirilib və Azərbaycan tərəfi onlarda fəal iştirak edib: 
 
138


İstanbul-(16-18 iyun 1993-cü il); Kiyev-(29 noyabr-1 dekabr 1993-cü 
il); Buxarest-(20-22 iyun 1994-cü il); Tirana-(11-13 dekabr 1994-cü 
il); Moskva-(5-7 iyun 1995-ci il); Ankara-(26-29 noyabr 1995-ci il). 
QİƏPM-in Baş  Məclisi Azərbaycanın yaxından iştirakı ilə 
komitələrin təqdim etdiyi aşağıdakı  məsələləri müzakirə edərək 
müvafiq qərarlar qəbul edib. Siyasi və hüquqi sahədə QİƏ üzvü olan 
юlkələr arasında qanunvericiliyin uzlaşdırılması; QİƏPM üzvü olan 
юlkələr arasında viza rejiminin sadələşdirilməsi; təbii fəlakətlərin və 
texniki qəzaların nəticələrini aradan qaldırmaq sahəsində əməkdaşlığı 
və  s.  dair  tюvsiyələr qəbul olunub. Təşkilat siyasi məsələlərə aid 
aşağıdakı seminarlar keçirib; 1994-cü il 22-24 fevralda Ankarada 
QİƏPM üzvü olan юlkələr arasında qanunvericilik sistemlərinin 
yaxınlaşdırılması  və uzlaşdırılması-demokratik institutların inkişaf 
etdirilməsi; 1995-ci il 3-4 iyulda MBD Parlamentlərarası  Məclisi ilə 
birgə Batumi şəhərində Qara dəniz bюlgəsində sülh və sabitlik. 
Parlament Məclisi iqtisadiyyat, ticarət, texnologiya və  ətraf 
mühitin mühafizəsi sahəsində  QİƏPM üzvü olan юlkələr arasında 
kюmrük rejiminin sadələşdirilməsi; Qara dənizin ekoloji vəziyyəti; 
QİƏPM üzvü olan юlkələrdə bank fəaliyyəti və maliyyə sahəsində 
əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edərək 
müvafiq sənədlər qəbul edib. 
Məclis mədəniyyət, təhsil və sosial işlər sahəsində isə 
mədəniyyət, təhsil, elm və informasiya sahəsində Qara dəniz 
konvensiyasının təsdiq edilməsi və yerinə yetirilməsi haqqında; Qara 
dəniz hюvzəsi tarixinin birgə tədqiq edilməsi proqramı; QİƏPM üzvü 
olan  юlkələrdə  mədəni irsin qorunması; QİƏ  юlkələri paytaxtları 
arasında əməkdaşlığa dair; QİƏPM üzvü olan юlkələr arasında təhsil 
sahəsində əməkdaşlığa dair sənədləri qəbul edib. 
 Təşkilat eyni zamanda Azərbaycanın da fəal iştirak etdiyi 
üzv  юlkələrin paytaxt başçılarının 1994-cü il 6-8 sentyabrında 
İstanbulda birinci, 1995-ci il 13-14 sentyabrında Kiyevdə keçən ikinci 
gюrüşdə  aşağıdakı  məsələləri müzakirə etdi: paytaxlarda səhiyyə, 
mədəniyyət, təhsil, sosial sahə, qanunçuluğun qorunması, 
cinayətkarlığa qarşı mübarizə, ekoloji vəziyyətin yaxşılaşdırılması, 
mədəni irsin qorunması. 
1993-cü ildə Rumıniyada Qara dəniz Universiteti açıldı; 
1994-cü ildə Soçidə birinci Qara dəniz  İncəsənət festivalı, 
Gürcüstanda isə iki dəfə Qara dəniz kinofestivalı keçirildi. 
 
139


QİƏPM Azərbaycanın yaxından iştirak etdiyi təşkilatlardan 
biridir. Azərbaycan tərəfinin dəvəti ilə təşkilatın siyasi və hüquqi işlər 
komitəsinin iclası 1994-cü il aprelin 27-28-də Bakıda keçirildi. 
Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildi. 
İclasda təbii və texniki fəlakətlərin nəticələrinin aradan qaldırılması 
sahəsində  əməkdaşlıq məsələsinin müzakirəsi nəticəsində yekun 
sənədi qəbul edildi. 
Müstəqilliyin ilk illərindən Azərbaycan dюvlətinin üzv 
olduğu və  işində  iştirak etdiyi beynəlxalq təşkilatlardan biri 
PARLAMENTLƏRARASI  İTTİFAQDIR. 1993-cü il aprelin 8-dən-
12-dək Hindistanın Yeni Dehli şəhərində Parlamentlərarası  İttifaqın 
89-cu konfransı keçirildi. Əsası 1889-cu ildə qoyulan, 125-dən çox 
юlkənin parlamentinin üzv olduğu, işində çoxlu beynəlxalq və məhəlli 
təşkilatlaın müşahidəçi kimi iştirak etdiyi Parlamentlərarası  İttifaqın 
iclasında Azərbaycan bu təşkilata üzv qəbul edildi. 
Parlamentlərarası  İttifaq qeyri-hюkumət təşkilatı olub, 
юlkələrin parlamentlərinin milli qruplarından ibarətdir. Bu təşkilatın 
nizamnaməsi ona üzv olan parlamentlər arasında  əlaqələrin 
genişləndirilməsini, xalqlar arasında sülh və  əməkdaşlığın 
mюhkəmləndirilməsini nəzərə tutur. Parlamentlərarası  İttifaqın 
orqanları İcraiyyə Komitəsi, Parlamentlərarası Şura, Parlamentlərarası 
Konfrans və Katiblikdir. Ali orqan Parlamentlərarası konfransdır. 
Qərargahı Cenevrədə (İsveçrə) yerləşir. 
Parlamentlərarası  İttifaqın Baş Katibi Pyer Korniyonun 
tюvsiyəsi ilə  İcraiyyə Komitəsinin xüsusi iclasında qəbul məsələsinə 
baxıldı və nümayəndə heyətinə suallar verildi. 
İcraiyyə Komitəsi müsbət zəmanətlə Parlamentlərarası Şura 
qarşısında məsələ qaldırdı. Parlamentlərarası Şura yekdil səsvermə ilə 
məsələni müsbət həll etdi və bu barədə Parlamentlərarası Konfransa 
məlumat verdi. Parlamentlərarası  İttifaqın xüsusi nümayəndəsi 
Azərbaycan nümayəndə heyətini zalda ayrılmış yerə  qədər müşayiət 
edərək onları təqdim etdi. Bundan sonra Azərbaycan Respublikasının 
dюvlət bayrağı qaldırıldı. Parlamentlərarası  İttifaqın Baş Katibi Pyer 
Korniyon Azərbaycan nümayəndə heyətini qəbul etdi. 
Konfransın gedişində Azərbaycan nümayəndə heyəti digər 
юlkələrin parlament qrupları ilə əlaqə yaratdı. Azərbaycan nümayəndə 
heyəti ABŞ, Almaniya, Avstriya, Küveyt, Türkiyə, Rusiya, İran, 
Hindistan, Yaponiya parlamentlərinin milli qrupları ilə  gюrüşüb 
 
140


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə