Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

İstədiyini  əldə etmək mümkün olmadıqda, öz tərəfinə  çəkə 
bilmədikdə, heç olmasa, bitərəfləşdirmək sənətidir. Siyasətdə 
hissiyyat, kin və intiqam yoxdur, daimi mənafelər vardır. Siyasətdə 
romantizm həmişə qütblüdür. Romantizmdə isə mərkəzçilik yoxdur, o 
ya solu, ya da sağı tutur. 
 
Hər hansı dövlətin xarici siyasəti onun daxili siyasətinin 
davamıdır. Onun həyata keçirilməsi dövlətin imkanlarından asılıdır. 
Xarici siyasəti həyata keçirən diplomatiyanın gücü də bütövlükdə 
dövlətin qüdrətindən asılıdır. Dövlətin qüdrəti dedikdə, onun hərbi
siyasi, iqtisadi, xalqın mənəvi-psixoloji gücü başa düşülür. 
Diplomatiya tarixi sübut edir ki, iqtisadi qüdrət hərbi-siyasi gücə, 
mənəvi-psixoloji yüksəlişə  səbəb olur və bir sıra beynəlxalq 
problemlərin həllinə kömək edir. Bu amillərdən biri mövcud 
olmadıqda istər-istəməz dövlətin ümumi qüdrətinə  xələl gəlir. 
Dövlətin daxili vəziyyəti necədirsə, onun xarici siyasəti də elədir. 
Lakin xarici siyasətin müəyyən muxtarlığı da vardır. Onun uğurla 
həyata keçirilməsi bir sıra daxili problemləri həll edə bilər. Xüsusilə 
daxildə siyasi sabitliyin, iqtisadi yüksəlişin  əldə edilməsində  uğurlu 
xarici siyasətin müstəsna  əhəmiyyəti vardır. Deməli, dövlətin xarici 
siyasəti arzu və istəkləri deyil, mövcud şəraitdəki imkanlara və 
reallıqlara  əsaslanmalıdır. Hətta böyük potensiala malik olan dövlət 
onu imkana və istifadəyə çevirmədikdə istəklərinə çata və ya onlara 
reallaşdırmaq üçün kəskin rəqabətə tab gətirə bilməz. 
 Diplomatiyanın səmərəliliyi başqa dövlətlərin və ya dövlətlər 
qrupunun xoşuna gəlib-gəlməməsi ilə deyil, öz ölkəsinin və xalqının 
mənafeyinə necə xidmət etməsi ilə ölçülür. 
 ABŞ professoru, siyasi realizm məktəbinin banisi 
 
Q.Morqentau hələ 70-ci illərdə yazırdı ki, diplomatiya elm kimi dörd 
elementdən ibarətdir: 
1. 
Diplomatiya öz potensialında və ixtiyarında olan 
qüvvələri nəzərə almaqla məqsədlərini dəqiq 
müəyyənləşdirilməlidir;  
2. 
Diplomatiya başqa dövlətlərin əsas məqsədlərini, həmin 
dövlətlərin bu məqsədləri həyata keçirmək üçün 
ixtiyarında olan mövcud və potensial imkanlarını 
qiymətləndirməlidir; 
 
30


3. 
Diplomatiya  bu müxtəlif məqsədlərin hansı  dərəcədə 
biri-birinə uyğun gəlib-gəlməməsini 
müəyyənləşdirilməlidir; 
4. 
Diplomatiya bu məqsədləri həyata keçirməkdən ötrü 
müxtəlif vasitələrdən istifadə etməlidir.          
Diplomatiyanın sərəncamında üç əsas vasitə vardır: inandırma, 
kompromis və güc ilə qorxutmaq. Diplomatiya sənəti bu üç vasitədən 
irəli gələn kokret anların hər birinə düzgün diqqət verməlidir. 
İnandırma lazım gəldikdə güc ilə qorxutmaqdan, kompromis lazım 
gəldikdə gücdən istifadə edən, güc lazım gəldikdə kompromis axtaran 
və ya inandıran, mövcud şəraiti düzgün qiymətləndirməyən 
diplomatiya  məğlubiyyətə  məhkumdur. Həmçinin, heç bir 
diplomatiya eyni zamanda yalnız güc, inandırma və ya kompromis 
üzərində fəaliyyət göstərə bilməz. Bunlara əməl etməyən diplomatiya 
məğlubiyyətə məhkumdur. Dövlətimizin xarici siyasəti dini 
təəssübkeşlikdən və  təsirlərdən uzaqdır. Dövlətləri dini əlamətlərə 
görə qruplara bölmək və onlara yanaşmaq təhlükəlidir. 
 
«İslam fundamentalizmi» nin yaranması köklərini 
müsəlmanların mövcudluğu, onların sivil normalarının guya 
olmaması, istənilən prosesdə iqtisadi və siyasi maraqlarının olması ilə 
əlaqələndirməyin heç bir əsası yoxdur. Müsəlman olan yerdə «islam 
fundamentalizmi» axtarmaq, onu qloballaşdırmaq az qala Rusiyanın 
bəzi siyasətçiləri və siyasətşunasları üçün adətə, gündəlik həyat 
tərzinə çevrilmişdir. İslam təkcə Şərqin deyil, bütün dünyanın dinidir. 
İslamla islam fundamentalizmini qarışdırmaq olmaz. 
 
İslam sülh, dinclik və  əmin-amanlıq dinidir. İslama görə, 
cəmiyyət üçün sülhün heç bir əvəzi yoxdur. İslamın qayəsi hamı üçün 
sülh və dinclik təmin etməkdir. O, zorakılığı rədd edir. 
 Beynəlxalq münasibətlər sisteminin həyatiliyi onda bütün 
tərəflərin mənafelərini nəzərə alınması ilə ölçülür. Dövlətmizin həm 
ümumi, həm də xüsusi milli maraqlarını beynəlxalq birliyə qarşı 
çıxmaqla deyil, onun imkanlarından istifadə etməklə və əməkdaşlıqla 
qorumaq olar. Azərbaycanın spesifikliyinə,  əlverişli coğrafi-siyasi 
mövqedə yerləşməsinə, zəngin təbii sərvətlərinə  və intellektual 
potensialına və imkanlarına baxmayaraq, o, öz mənafelərini dini 
mənsubiyyətdən asılı olmayaraq, dünya birliyinin bütün digər üzvləri 
 
31


ilə  əməkdaşlıqda qoruya bilər. Xarici siyasətdə dini deyil, praqmatik 
siyasi təfəkkürün üstünlüyü heç kəsdə şübhə doğura bilməz. 
 Azərbaycan dövlətinin xarici siyasət fəaliyyət etnik 
təəssübkeşlikdən uzaqdır. Məlum olduğu kimi, beynəlxalq normalara 
görə, hər hansı dövlətin xarici siyasət fəaliyyəti etnik amillər üzərində 
deyil, tərəflərin mənafelərinin tarazlığı əsasında qurulmalıdır. 
 Münasibətlərin indisi və gələcəyi bərabərhüquqlu və qarşılıqlı 
faydalı əməkdaşlıqdadır. 
 
 
Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətləri 
 
MDB iştirakçısı olan dövlətlərlə münasibətlər 
 
Azərbaycan dövlətinin xarici siyasəti beynəlxalq hüquq 
normalarından irəli gələn prinsiplər  əsasında bir neçə istiqamətdə 
həyata keçirilir. Ölkəmizin xarici siyasətində MDB iştirakçısı olan 
dövlətlərlə münasibətlər, ABŞ, Avropa, Asiya və Afrika dövlətləri ilə 
əlaqələr, beynəlxalq və  məhəlli təşkilatlarla münasibətlər  əsas 
istiqamətlərdən hesab oluna bilər. 
Dövlətimizin sülhsevər xarici siyasət fəaliyyətinin 
istiqamətlərindən biri coğrafi planda başlıca prioritet təşkil edən MDB 
iştirakçısı olan dövlətlərlə münasibətləridir. Keçmiş sovet məkanında 
paralel gedən   milli dövlətçilik və inteqrasiya proseslərindən doğan 
bir sıra obyektiv və subyektiv amillər bu istiqamətin mahiyyətini, 
məqsəd və  vəzifələrini, perspektivlərini müəyyənlişdirməyə  və 
proqnozlaşdırmağa imkan verir. Ölkəmizin xarici siyasətində bu 
dövlətlərin tutduqları yeri və rolu şərtləndirən amillər  əsasən 
aşağıdakılardan ibarətdir. 
  Əvvəla, Azərbaycan və MDB-nin iştirakçısı olan bir sıra 
dövlətlər təxminən iki əsrə yaxın  əvvəlcə Rusiya imperiyasının, 
sonra isə SSRİ-nin tərkibində vahid siyasi-iqtisadi-ideoloji sistemdə 
olmuşlar. Bu dövlətlər arasındakı  əsl beynəlxalq münasibətlərin 
qurulması  əslində  sıfırdan deyil, mənfidən başlamışdır.Çünki, belə 
münasibətlər heç vaxt olmamışdır. 
 
32


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə