Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   47

1946-1990-cı illərdə Sovet İttifaqını  təşkil edən müttəfiq 
respublikalardan biri kimi Azərbaycan Respublikasının beynəlxalq 
mədəni əlaqələrinin həyata keçirilməsinin hüquqi- siyasi əsasını SSRİ-
nin xarici ölkələrlə bu sahəyə aid bağladığı müqavilə, saziş  və 
protokollar təşkil etmişdir. SSRİ 40-50-ci illərdə Monqolustan, 
Rumıniya, Bolqarıstan, Finlandiya, Macarıstanla, 60-cı illərdə İtaliya, 
Mali, ADR, Türkiyə, Polşa,  İordaniya, Meksika, 70-80-ci illərdə 
Sudan, Lüksemburq, İtaliya, Çexoslovakiya, Norveç, İsveç, ABŞ, 
İran, Yaponiya, AFR, YXDR, İngiltərə,  İslandiya, Qvineya-Bisau, 
Liviya, Belçika, Fransa, Portuqaliya, Küveyt, Türkiyə, Venesuela, 
Mozambik, Anqola, Tanzaniya, Tunis, Efiopiya, Yunanıstan, 
Hindistan, Kampuçiya, Nikaraqua, Kipr, Argentina, Uruqvay və çoxlu 
başqa dövlətlərlə  mədəni  əlaqələrə dair çoxlu sənədlər bağlamışdır. 
Həmin sənədlərdə  mədəni  əlaqələrin formaları, həyata keçirilməsi 
prinsipləri müəyyən edilmiş və əhəmiyyəti qeyd olunmuşdur. 
Mədəni  əməkdaşlıq məsələləri 1946-1990-cı illərdə Sovet 
İttifaqının xarici ölkələrlə münasibətlərində  və  həmçinin beynəlxalq 
münasibətlərdə mühüm hadisələrdən biri olmuşdur. 
Beynəlxalq mədəni  əlaqələr problemi eyni zamanda çoxtərəfli 
əsasda, o cümlədən Avropada təhlükəsizlik və  əməkdaşlıq 
məsələlərinə dair Helsinki müşavirəsinin (1975-ci il), Madrid (1983-
cü il), Vyana (1989-cu il), Paris (1990-cı il) görüşlərinin yekun 
sənədlərində öz əksini tapmışdır. Bu sənədlərdə dövlətlərarası 
münasibətlərdə  mədəni  əlaqələrin yeri, formaları müəyyən edilir və 
əhəmiyyəti göstərilir. 
Bu dövrdə beynəlxalq qarşılıqlı mədəni əlaqələrdə Azərbaycan 
Respublikasının iştirakını aşağıdakı mərhələlərə ayırmaq olar: 1946-cı 
ildən 50-ci illərin ortalarınadək; 50-ci illərin ortalarından-70-ci 
illərədək; 70-ci illər-80-ci illərin ortalarınadək; 80-ci illərin 
ortalarından-1990-cı ilədək. İlkin mərhələdə mədəni əlaqələr xeyli zəif 
idi və  mərkəzin inzibati-amirlik metodu Azərbaycanan fəaliyyətini 
demək olar ki, tamamilə məhdudlaşdırırdı. Müharibənin sonuna yaxın, 
1944-cü ildə Azərbaycan SSRİ XXİK bərpa olundu və 1946-cı ildə 
Xarici  İşlər Nazirliyinə çevrildi. Bununla belə Nazirlik Mərkəzin 
təqsiri üzündən protokol idarəsi kimi qalırdı. Bu mərhələdə 
Azərbaycanın mədəni  əlaqələrini  əsasən  İranla mədəni  əlaqələr 
cəmiyyəti həyata keçirmişdir. Bu mərhələnin səciyyəvi cəhəti 
beynəlxalq aləmdə «soyuq müharibə»nin tüğyan etməsi, SSRİ 
 
12


daxilində isə  şəxsiyyətə  pərəstiş  və inzibati-amirlik metodlarının 
hökmranlığıdır. Dövrün siyasi ab-havası mədəni əlaqələrə ciddi mənfi 
təsir göstərmişdir.  
50-ci ilin ortalarından başlayaraq bu əlaqələrin coğrafiyası 
genişlənmişdi və Avropa, Asiya və Amerikanın bir sıra ölkələrini 
əhatə etmişdir. Bu mərhələdə dünyada və ölkədə möhtəşəm 
dəyişikliklər baş verdi. SSRİ-də inzibati-amirlik idarə üsulu nisbətən 
yumşaldıldı, şəxsiyyətə pərəstişdən qismən imtina edildi, islahatçılığa 
doğru meyl başlandı. Dünyada müstəmləkə sistemi dağıldı  və yeni 
müstəqil dövlətlər meydana gəldi. Bütün bu və digər amillər 
beynəlxalq mədəni  əlaqələrin genişlənməsi üçün əlverişli  şərait 
yaratdı. 
70-ci illər-80-ci illərin ortalarınadək olan mərhələ  həm də 
keyfiyyət baxımından özündən  əvvəlki mərhələlərdən köklü şəkildə 
fərqlənir. Bu mərhələdə beynəlxalq həyatda iki xətt arasında kəskin 
mübarizə gedir: bir tərəfdən gərginliyin zəiflədilməsinə, «soyuq 
müharibə»nin ləğvinə doğru meyl; digər tərəfdən isə  gərginliyin 
zəiflədilməsinin  əleyhdarlarının xətti. Beynəlxalq  əməkdaşlığın 
genişləndirilməsinə yönələn  xətt 70-ci illərin sonlarından bir sıra 
səbəblər üzündən ciddi müqavimətə rast gəldi. Bu mərhələdə 
mərkəzin bürokratik əngəllərinə baxmayaraq Azərbaycan mədəniyyəti 
beynəlxalq aləmdə özünə yol açdı, və hətta onun bədxahları tərəfindən 
də qəbul olundu. Azərbaycan dünyanın 120-dən çox ölkəsi ilə mədəni 
əlaqələr saxlamışdır. 1988-ci ildə xaricdə yaşayan həmvətənlərlə 
mədəni  əlaqələr cəmiyyəti-«Vətən» cəmiyyətinin yaradılması 
Azərbaycan mədəniyyətinin xarici ölkələrdə  təbliği və xalqımız 
haqqında düzgün təsəvvür yaratmaq daşıyırdı. 
80-ci illərin ortalarından başlayaraq Azərbaycan xarici ölkələrlə 
mədəni  əlaqələrə dair birbaşa sazişlər bağlamışdır. 1990-cı ilin 
yanvarında Azərbaycanla Türkiyə Respublikası arasında mədəni və 
elmi  əməkdaşlığa dair protokolun imzalanması diqqətəlayiqdir. 
Protokolda iki respublika arasında mədəni 
əməkdaşlığı 
genişləndirməyin yolları və formaları müəyyənləşdirilmişdir. 
Bu mərhələdə ölkədə başlanmış olan yenidənqurma adlandırılan 
siyasət respublikaların hüquqlarının genişləndirilməsinə, beynəlxalq 
həyatda isə «soyuq müharibə»nin başa çatmasının elan edilməsinə, 
Şərqi Avropada sosializmdən, marksizm-leninizmdən imtina 
edilməsinə  gətirib çıxardı. Digər tərəfdən, bu mərhələ ölkə daxilində 
 
13


kəskin sosial, siyasi, iqtisadi, mənəvi, milli ziddiyyətlərlə, 
Azərbaycanda Ermənistanın  əsassız  ərazi iddiaları  nəticəsində 
yaradılmış  təcavüzünün yekunu olan Dağlıq Qarabağ böhranı ilə 
səciyyələnir. Bütün bu hadisələr respublikanın beynəlxalq mədəni 
əlaqələrinə eyni cür təsir göstərməmişdir. 
Respublikanın beynəlxalq mədəni  əlaqələrini 30-a yaxın 
nazirlik, idarə, təşkilat, cəmiyyət və s. həyata keçirtmişdir. Bunların 
içərisində Respublika Xarici İşlər Nazirliyini, Mədəniyyət Nazirliyini, 
Xarici ölkələrlə Dostluq və  Mədəni  əlaqələr cəmiyyətini və 
başqalarını göstərmək olar. 
Azərbaycanın beynəlxalq mədəni  əlaqələrdə  iştirakı  əsasən 
aşağıdakı formalarda həyata keçirilmişdir:  ədəbi  əlaqələr, kitab çapı, 
kitab mübadiləsi, kitab sərgi və yarmarkaları, yazıçı,  şair və 
jurnalistlərin  əməkdaşlığı, musiqi, teatr, kino, televiziya, radio 
sahəsində  əməkdaşlıq, rəssamların sərgi və yarmarkalarda iştirakı, 
ictimaiyyətin  əlaqələri, mədəniyyət günləri, qardaşlaşmış  şəhərlər, 
idman, turizm Azərbaycan milli musiqisi, dramaturgiyası, opera və 
balet incəsənəti, kinosu, simfonik, vokal-instrumental ansamblları 
xaricdə məşhurdur. Əlbəttə, mədəni əlaqələrin bu formalarının hamısı 
eyni səviyyədə həyata keçirilməmişdir. 
Mədəni əlaqələrin qurulmasında və həyata keçirilməsində xeyli 
nöqsanlar mövcud olmuşdur. Bunların bir qismi respublikanın, bir 
qismi isə mərkəzin müvafiq təşkilatlarının üzərinə düşür. 1980-1990-
cı illərdə Azərbaycan dünyanın 120-i ölkəsində mövcud olan 860-dan 
çox təşkilatla mədəni əlaqə saxlamışdır. Azərbaycanın başqa sahələrdə 
olduğu kimi mədəniyyət sahəsində də sosialist, inkişaf etmiş kapitalist 
ölkələri və inkişaf etməkdə olan ölkələrlə beynəlxalq  əlaqələri geniş 
xarakter almışdır. Azərbaycanın xarici ölkələrlə  mədəni  əlaqələri 
mənəvi həyatın müxtəlif sahələrini, o cümlədən təhsil,  ədəbiyyat və 
incəsənət kimi sahələrini  əhatə etmişdir. Hər il Azərbaycan 
mədəniyyətinin yüzlərlə minlərlə nümayəndəsi, onlarla bədii 
kollektivi, aktyor qrupları xaricə getmiş, təxminən qeyd olunan qədər 
də xarici dövlətlərin mədəniyyət işçisi Azərbaycana gəlmişdir. 
Həmin illərdə xarici ölkələrə respublikanın yaxşı  bədii və 
yaradıcı kollektivləri, yaradıcı birliklərinin məşhur üzvləri, yazıçılar, 
bəstəkarlar, rəssamlarının və yaradıcı ziyalılarının nümayəndələri 
göndərilmişdir. 1980-1990-cı illərdə bu yolla 2000-dən yuxarı 
mədəniyyət xadimi, yaradıcı birliklərin nümayəndələri, 90-dan yuxarı 
 
14


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə