MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə17/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   13   14   15   16   17   18   19   20   ...   256

____________Milli Kitabxana____________

45

sitəçinin qanuni tələblərinin yerinə yetirilməsindən tamamilə imtina etməsi,



üstəlik, qeyri-məqbul şərtlər irəli sürməsi nəticəsində ATƏM-in həmin

qətnamənin həyata keçirilməsinə yönəldilmiş səylərinə əngəl törədilmişdir.

Ermənistan Respublikasının bu əməlləri nəticəsində Mario Raffaellinin

bölgəyə əvvəlki səfərləri kimi, axırıncı səfəri də BMT Təhlükəsizlik Şurası

qətnaməsinin tezliklə həyata keçiriləcəyinə və qan tökülməsinin çoxdan

gözlənilən dayandırılmasına bəslənilən ümidlər üçün heç bir əsas

verməmişdir.

Dağlıq Qarabağda fəaliyyət göstərən erməni silahlı birləşmələrinin

Ermənistan Respublikasına tabe olmadıqları barədə erməni tərəfinin dedikləri

tamamilə əsassızdır. Bütün ağır silahların, döyüş sursatının, canlı qüvvənin

göndərilməsini, habelə hərbi əməliyyatlara bilavasitə rəhbərlik edilməsini

Ermənistan Respublikası ilhaq olunmuş Laçın rayonu vasitəsi ilə həyata

keçirir.

Ermənistan yaranmış fasilədən istifadə edərək, Raffaellinin missiyası

getdikdən sonra yeni güclü hücuma başlamışdır. Həmin hücum zamanı

Ermənistanın silahlı qüvvələri Ağdam şəhərini işğal etmişlər. Bu xəyanətkar

hərəkət hələ heç başlanmamış olan sülh prosesinə sarsıdıcı zərbə endirmişdir.

Bundan əvvəl Azərbaycan hökuməti Təhlükəsizlik Şurasına xəbərdarlıq

etmişdi ki, prosesin uzadılması daha böyük fəlakətə gətirib çıxara biləcək

təhlükəli vəziyyət yaradır.

İndiki şərait BMT nizamnaməsinə uyğun olaraq Təhlükəsizlik Şurasına

verilmiş səlahiyyətlər əsasında onun işə qarışmasını təkidlə tələb edir.

Təcavüzkarın cilovlanmasına, qan tökülməsinin dayandırılmasına və işğal

olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə yönəldilmiş təxirəsalınmaz

tədbirlər gərəkdir.

Deyilənlərlə əlaqədar Təhlükəsizlik Şurasının dərhal çağırılmasını xahiş

edirəm.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

26 iyul 1993-cü il



____________Milli Kitabxana____________

46

"MƏN XALQA MİNNƏTDARAM"



"ROSSİYSKİ FERMER" QƏZETİNİN MÜXBİRİ

İLƏ SÖHBƏT

- Heydər Əliyeviç, güman ki, Siz hələ bizim qəzeti görməmisiniz?

- Xeyr, təəssüflər olsun, "Rossiyski fermer" qəzetini ilk dəfə görürəm.

Sağ olun, asudə vaxtımda oxuyaram.

- Görüşümüzün vaxt-vədəsindən belə başa düşürük ki, Sizin üçün

asudə vaxt olduqca şərti anlayışdır...

- Həqiqətən belədir. Gördüyünüz kimi, indi gecədən xeyli keçib, saat

ikinin yarısıdır. Biz isə işləyirik. Özü də təkcə bu gün yox, hər gün belədir,

gecəni gündüzə qatıb çalışırıq. İşə səhər tezdən başlayıram, onu, bir qayda

olaraq, gecə saat dörd radələrində qurtarıram. Əlbəttə, ölkədə vəziyyət elədir

ki, gərək istirahət barəsində düşünməyəsən. Bir də ki, mən həmişə bu qayda

ilə işləməyə öyrəşmişəm. Bu iş rejimi mənim üçün adi bir rejimdir.

- Sirr deyilsə, Siz bu qüvvəni haradan alırsınız, axı bu yaxınlarda

yetmiş yaşınız tamam oldu, yoxsa Sizə yoq kömək edir? Hər halda belə

şayiələr gəzir.

- Xeyr, mən yoqla məşğul olmamışam və məşğul olmuram. Görünür,

təbiətin özü mənə hansısa bir qüvvə verib. Xarakterim isə qüvvə və

bacarığımı səfərbərliyə almağa vadar edir. Daha nə deyim? Ömrümdə heç

vaxt siqaret çəkməmişəm. İçkini də rəmzi olaraq dilimə vurmuşam – sağlıq

deyiləndə badəni ancaq qaldırmaqla kifayətlənmişəm.



- Azərbaycanın axırıncı prezidenti by məsələdə, deyəsən, başqa yolla

gedir...

- Deyəsən, elə belədir. O, yəni Elçibəy iş-güclə məşğul olmaqdansa, indi

öz kəndində, deyilənlərə görə, oturub araq-çaxır içir. Nəticə etibarilə əsas

məsələ heç də bunda deyildir. Ölkə üçün, belə rəhbərliyin ucbatından zillət-

zülm çəkən xalq üçün, inanın, adamın ürəyi ağrıyır.

- Sizin gəlişinizdən sonra vəziyyət dəyişirmi?

- Bu qədər dağıntı, viranəlik olduğu bir şəraitlə işə başlamaq, iş görmək

çox çətindir.

- İşin öhdəsindən gələcəksinizmi?

- Əlimdən gələni edəcəyəm. Mən heç kəsə söz verməmişəm və vəd etmək

fikrində də deyiləm. Parlamentdə söhbət mənim seçilməyimdən gedərkən

mənə belə bir sual verdilər: mən nə vaxt və nə etmək niyyətindəyəm? Cavab

verib dedim: Heç nə vəd edən deyiləm. Bu hakimiyyət mənə gərək deyil,

mən ona can atmamışam, elə bu dəqiqəcə çıxıb gedə bilərəm. Getdim də.

Amma məni saxladılar və yekdilliklə seçdilər.



____________Milli Kitabxana____________

47

- Yəqin, hər halda ürəklərinə dammışdı ki, qələbə sizinlədir. Amma



aralarında elələri də vardı ki, Sizin gözdən salındığınız illərdə dalınızca

danışır, ayağınızın altına qazır, Sizi ləkələməyə çalışırdı.

- Əlbəttə, belələri az deyildir. Mən həyatda çox böyük sarsıntılar

keçirməli oldum. Onlara yalnız möhkəm əsəblər və güclü xarakter sayəsində

dözmək mümkün idi. Yüksək vəzifələrə irəli çəkdiyim, təyin etdiyim,

inandığım adamlar mən istefa verdikdən sonra birdən məndən üz döndərdilər,

mənə xəyanət etdilər.



- Belələri çoxmu idi?

- Əksəriyyəti belə idi. Onlar öz yerlərində qalmağa, vəzifələrindən bərk-

bərk yapışıb onu əldən verməməyə və öz ailələrinin yağ-bal içində üzməsini

təmin etməyə var qüvvələri ilə çalışırılar.



- Vəzifələrinin itirilməsi təqdirində ailələri, qohum-əqrəbaları üçün

narahat olmağa onların əsasları var idimi?

- Başıma gələnlərin, praktikamın göstərdiyi kimi, əfsuslar olsun var idi.

Əvvəlki sistem bu mənada yaman amansız və qəddar idi. Eybi yoxdur, mən

özüm çox təqiblərə, böhtanlara məruz qalmışam, mənə çox şər atıblar. Lakin

hər şeyə dözmüşəm. Bəs qohum-əqrəbamın nə günahı? Təəssüflər olsun ki,

onlar da az əziyyət çəkməmişlər. Oğlum İngiltərə üzrə mütəxəssisdir. Oraya

işləməyə getməli idi, özü də bütün rəylərə və obyektiv göstəricilərə görə buna

tamamilə layiq idi. Halbuki o, İngiltərəyə getsəydi, bunun işə xeyri olardı.

Amma mən istefaya çıxan kimi, onun karyerasının üstündən çalın-çarpaz xətt

çəkdilər. Gözəl bir mütəxəssis olan oğlum öz çörək pulunu kommersiya

strukturlarında qazanmaq məcburiyyətində qaldı. Kürəkənim əks-kəşfiyyatda

xidmət edirdi, o da əla perspektivli mütəxəssis idi. Amma mənim gözdən

salınıb qəzəbə düçar olmağım onun da  karyerasının üstündən xətt çəkdi.

Necə bilirsiniz, Sizə xain çıxan adamları başa düşmək olarmı?

- Bilirsinizmi, həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu,

tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. Mənim üçün burada suallar

yoxdur. O ki qaldı bu adamlara - Allah özü hər şeyi görür. Mən kinli adam

deyiləm, heç kəsi də gözümçıxdıya salmaq, təqib etmək fikrim yoxdur.



- Deyəsən, Siz artıq ateist deyilsiniz, dindarsınız?

- Bəli, mən Allaha inanmağa başlamışam. Məni bu inama həyatda

qarşılaşdığım sınaqlar, ictimai şüurla

baş vermiş köklü və böyük

dəyişikliklər, digər sırf şəxsi səbəblər gətirib çaxarmışdır.

- O cümlədən də inanıb etibar etdiyiniz adamlardan məyusluq,

insanların vəfasından, xeyirxahlığından məyusluq?

- Yox, nə deyirsiniz? Əksinə, bu illər ərzində neçə-neçə gözəl, cəsarətli,

prinsipial adamlar gördüm, onlarla tanış oldum. Başqa məsələdir ki, əvvəllər

onlar mənə tanış deyildilər. Bu adamlar məni axtarıb tapır, mənə ürək-dirək

verir, gözdən salınmış xadimlə ünsiyyət  üstündə özlərinin də rüsvay

ediləcəyindən qorx-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə