Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

25 

 

ölkənin  əsas iqamətgah  şəhərlərindən ("min qəvaidihə") Nəşavə-Nakcuvanın (Naxçıvanın), Bab əl-Əbvabın 



(Dərbəndin) və Gəncənin adlarını çəkir (39). 

[66 - 67]

 

Xilafətin zəifləyərək parçalandığı, yaranmaqda olan feodal dövlətlərinin isə  ərazi üstə biri digəri ilə 



çəkişdiyi bu gərgin dövrdə regionda yerləşən onlarla feodal mülkün sahibi tabeliyində olan torpaqları demək 

olar müstəqil idarə edir və ya hər hansı bir münasibətdən asılı olaraq müstəqil olmağa cəhd göstərirdi. Belə 

mülk sahiblərindən biri də əmir Əbu Duləf olub. 

Mənbələrdə  Əbu Duləf və  Əbu Duləfılər (Duləfılər) adına ilk dəfə IX-X əsrlər  ərəb müəlliflərinin 

əsərlərində  (əl-Bəlazuri,  ət-Təbəri,  İbn  ən-Nədim və b.) rast gəlirik (40). Bu məlumatlara görə, Abbasi 

qoşunlarına başçılıq edən sərkərdələrdən birinin adı  əl-Qasim ibn İsa  əl-Kərəci  əl-İcli  Əbu Duləf olmuşdur. 

Həmçinin şair olan bu şəxs, görünür, Abbasilərin hakimiyyəti dövründə (IX əsrin I rübünədək) Xilafətin şimal 

vilayətlərinə köçən və bu yerlərdə  məskunlaşan  ərəb nəsillərindən idi (41). Mənbələr "Əbu Duləfin başçılığı 

altında olan könüllülər"in  ərəblərə qoşulub Babəkə qarşı  Bəzzin alınmasında iştirak etmələri haqqında da 

məlumat verir (42). Bu mənbələrin yazdığına görə, yalan şəhadətlərə əsasən ərəb sərkərdəsi əl-Afşinin ölümə 

məhkum etdiyi şiə təriqətinə mənsub Əbu Duləf xəlifə əl-Mütəsim tərəfindən əfv olunmuş, Bağdadda 840-41-ci 

ildə vəfat etmişdir (43). Əbul Fəzl Beyhəqi özünün "Məsudun tarixi" əsərində xəlifə əl-Mütəsimin tapşırığı ilə 

onun vəzirinin "Bu Duləf əl-Qasim bin İsa əl-Kərəci əl-İclini" Afşinin həbsindən xilas etməsinə xüsusi hekayət 

həsr etmişdir. Burada vəzirin dili ilə Əbu Duləf "ləyaqətli", "xəlifəyə sədaqətli", "həyatını dəfələrlə təhlükəyə 

atan... cəsur...  ərəb süvarisi" adlandırılır (44). Həmin dövrdə Duləfilər xanədanı  Həmədanla Isfahan arasında 

olan yerlərə sahib idi. Tədqiqatlara əsasən əl-Qasim 

[67 - 68]

  Əbu Duləfdən sonra 873-cü ilədək oğlu Əbdül 

Əziz, 879-cu ilədək nəvəsi Duləf, 893-cü ilədək nəticəsi Əbul Abbas Əhməd, daha sonra isə Duləfin oğlanları 

Ömərül Haris və  Bəkr Duləfilər sülaləsinə başçılıq etmişlər (45). Nizamulmülkün "Siyasətnamə"sində  Kərəci 

iqamətgah etmiş Duləfilərin hətta bu şəhərin əsasını qoymaları haqqında rəvayət də vardır (46). Beləliklə, bu 

yerlərdə 825-898-ci illərdə sahiblik edən Duləfilər Sacilərin hakimiyyətə  gəlmələri ilə onlara tabe olmuş  və 

sonrakı illərdə Sacilərlə olan (yuxarıda qeyd etdiyimiz) münaqişədən sonra о vaxtlar, hələ ki, siyasi qüdrətlərini 

saxlaya bilmiş, xəlifənin icazəsi ilə öz mülklərində yaşamaqda davam etmiş, bununla yanaşı Sacilərin 

süzerenliyini qəbul edib, onların xidmətində olmuşlar. 

Artıq məlumat verdiyimiz kimi, həmin sülalədən olan Əbu Duləf,  şəksiz ki, xüsusi xidmətlərinə görə 

Yusif ibn Əbu-s-Sacın  əli ilə Naxçıvan və Qoğtənə  də sahib olmuşdur. Təqribən 100 il sonra, X əsrin son 

rübündə, erməni mənbəyində Qoğtən  əmiri adlandırılan  Əbu Duləfin də  həmin məşhur  ərəb mənşəli nəsildən 

olması  şübhəsizdir. Lakin ədəbiyyatda  Əbu Duləfin mənşəcə  ərəb olan və  Cənubi Qafqazın  о dövr siyasi 

həyatında xüsusi mövqe tutan Şeybanilərlə bağlı əş-Şeybani və ərəb mənbələrində çox vaxt erməni Arsrunilərlə 

bağlı  əd-Dayrani (əd-Dirani) ləqəbləri ilə  təqdim edildiyini də görürük. İstər  V. F. Minorskinin  (eləcə  də 

İ. Markvartın) işlətdiyi  Əbu Duləf  əş-Şeybani (47), istərsə  də  Y. E. Bertelsin,  Əhməd Kəsrəvinin, 

M. X. Şəriflinin və başqalarının verdikləri Əbu Duləf əd-Dayrani (48) adları Əbu Nəsir Əli ibn Əhməd Əsədi 

Tusinin  Əbu Duləfə  həsr etdiyi poemasına  əsaslanmışdır.  Əbu Duləfin  Şeybanilərlə qohumluğunu 

[68 - 69]

 

İ. Markvarta  əsaslanaraq irəli sürən V. Minorski onların  Şirvan  Şeybaniləri ilə (Məzyədilərlə)  əlaqədar olub 



olmadıqlarını deyə bilmir (49). Maraqlıdır ki, öz poemasında  Əbu Duləfı dövrün məddahlarına xas olan 

şişirtmələrlə az qala bütün ətraf dövlətlərin və xalqların başçısı kimi təsvir edən  Əsədi Tusi Əbu Duləfi 

doğrudan da "Şeybanilərin tacı" ("taci Şeybaniyan") adlandırır. Lakin elə buradaca biz Naxçıvan əmirinin "Şahi 

Ərmən" ("Ermənistanın şahı"), "Mahi taziyan" ("Ərəblərin-taçiklərin ayı"), "Şəhriyari zəmin" ("Yerin, dünyanın 

hökmdarı"), "Toxmi İbrahim peyğəmbər" ("İbrahim peyğəmbərin nəsli, toxumu", yəni ərəb mənşəli) və başqa 

bu kimi epitetlərinin  şahidi oluruq(50). Sözsüz ki, belə qeyri-elmi məlumatlara  əsasən hər hansı bir fikir 

yürütmək düzgün olmaz, yalnız nöqsanlı mülahizələrə  gətirib çıxarardı.  Əbu Duləfin  ərəb mənbələrində 

Arsrunilər sülaləsinə aid edilən əd-Dirani ləqəbi haqqında da eyni sözləri demək olar. Onu da qeyd etməliyik ki, 

M. X. Şəriflinin "Əbu Duləfin həqiqətən Dirani ləqəbini daşıması" fıkrini təsdiq etmək üçün təqdim etdiyi 

yeganə  şer parçasını - "Əbu Duləf padşahın ölkələr hakimi, cahandar Diraninin рак din" olduğu (51) beytini 

Y. Bertels öz tədqiqatında "Cahandar Arrani" kimi oxumuşdur ("Cahandar Arrani рак din"; onun tərcüməsi 

belədir: Царь Абу Дулаф, государь земли, Чистый верой арранский повелитель мира...") (52). Əbu Duləfin 

"Arran  şahı" adlandırılmasina  Əsədinin poemasının girişində  də (IX fəsildə) rast gəlirik ["Sən bu xəzinəndə 

(yəni əsərində, N. V. ) Şəhriyar şahı-Arranidən başqa heç kəsi yad etmə, о vaxtdan ki, məskənin Naxıvan oldu, 

şaha görə sənin qoca bəxtin cavanlaşdı"; Y. Bertelsin tərcüməsində belədir: "В этом сокровище не упоминай 

ни о ком, Кроме государя, арранского шаха. 

[69 - 70]

 Ведь с тех пор, как ты обосновался в Нахчеване, 

благодаря  этому  шаху  твоя  старая  судьба  помолодела"] (53). Bizə elə  gəlir ki, Əbu Duləfin, irəlidə 

görəcəyimiz kimi, qonşu sülalələrlə (eləcə  də Arsrunilərlə) mümkün qohumluq əlaqələri onun mənşəcə  ərəb 

mənşəli Duləfilərdən olması fikrimizə heç bir xələl gətirmir. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə