Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

24 

 

Mərzban  İbn Məhəmmədi (941-957) də qeyd edir (22). Onun verdiyi bu məlumat 344(955/56)-cü ilə, yəni 



Mərzban İbn Məhəmmədin hakimiyyətinin son dövrlərinə aid olsa da, digər tarixi mənbə (İbn əl-Əsir) bundan 

bir neçə il əvvəl, yəni 337(948/49)-ci ildə bu Salari hakiminin Rey hakimi ilə apardığı müharibədə əsir düşməsi, 

dörd il əsirlikdə qalması və həmin dövrdə Salarilərə tabe vilayətlərdə feodal hakimlərin müstəqillik əldə etmək 

cəhdləri haqqında məlumat verir(23). Bu feodal hakimlərdən Şəddadilər nəslinin başçısı Məhəmməd İbn Şəddad 

951-ci ildə Salarilər dövlətində yaranmış qarışıqlıqdan istifadə edərək, onların tabeliyində olan Dəbil (Dvin) 

şəhərini ələ keçirir (24). Bu zaman əsirlikdə olan Mərzbanın oğlu İbrahimin Salarilərin vassalı [

63 - 64] 

Vayzur 


hakiminin köməyi ilə Dəbilə qaytarılması cəhdlərı boşa çıxır. Baqratilərdən olan Ermənistan hökmdarı III Aşot 

ibn Abbas (953-977) da vəziyyətdən istifadə edərək, Dəbili Şəddadi əmirindən almaq istəsə də, buna nail ola 

bilmir. Yalnız əsirlikdən qayıtdıqdan sonra Mərzban 343(954/55)-cü ildə ağır döyüşlə Dəbili yenidən Salarilər 

dövləti tərkibinə qatır (25). Lakin, artıq Mərzbanın oğlu İbrahimin vaxtında (962-981), Salarilərin göstərdikləri 

bütün cəhdlərə baxmayaraq, bir çox vilayət və  şəhərlər yenidən onların tabeliyindən çıxır. 971-ci ildə, 

müstəqilliyə can atan feodallardan Məhəmməd ibn Şəddadın oğlu  Əbülhəsən  Əli I Ləşkəri Salarilərin 

Gəncədəki valisini öldürərək şəhəri tutur (26). Erməni tarixçisi Vardanın məlumatına görə, az sonra Şəddadilər 

sülaləsinin bu nümayəndəsi Salarilərə  məxsus Bərdə,  Şəmkür və başqa yerləri,  о cümlədən Ermənistanın bir 

hissəsini ələ keçirir (27). Salari İbrahimin Gəncəni qaytarmaq cəhdi baş tutmur (28). 

Əbülhəsən  Əli I Ləşkəridən sonra 978-ci ildən  Şəddadilər dövlətinə başçılıq edən qardaşı  Mərzbanın 

(978-985) dövründə (372/982-ci ildə) onunla kiçik qardaşı Fəzl arasında yaranmış hakimiyyət çəkişmələrindən 

istifadə edən bəzi yerli feodallar Şəddadilərin  ələ keçirdikləri  ərazilərin bir hissəsini qaytarmağa çalışırlar. 

Onlardan Şirvanşah Məhəmməd ibn Əhməd (981-991) yenidən Bərdəni ələ keçirir və V. Minorskinin fikrincə, 

bəlkə  də hakim sülaləyə  mənsub Musa ibn Əlini özünün buradakı naibi təyin edir (29). Münəccimbaşının 

məlumatına görə,  Şirvanşah Məhəmmədin 378/988-ci ildə  əl-Bab (Dərbənd) hadisələri ilə  əlaqədar (30) 

yaralanmasından istifadə edərək ona qarşı qiyam qaldıran və özünü müstəqil elan edən Musa, xütbəni 

Məhəmmədin deyil, öz adından oxutdurmağa başlayır (31). 

[64 - 65]

 

375(985/86)-ci ildə Şəddadilər dövlətində baş verən hakimiyyət dəyişikliyi nəticəsində taxta sahib olan 



və Əbülhəsən Əli I Ləşkərinin müstəqil siyasətini davam etdirən I Fəzl ilk növbədə Şəddadilərə məxsus işğal 

edilmiş torpaqları, о cümlədən, Bərdə və Beyləqanı geri qaytarır (32). Mənbədə bu şəhərlərin qaytarılma tarixi 

qeyd olunmasa da Şirvanşahlar və Şəddadilər dövlətlərində baş verən və yuxarıda xatırladığımız hadisələrdən 

görünür ki, bu -988-990-cı illər arasında olmuşdur. 

I Fəzlin hakimiyyətə gəlməsi və tabeliyində olan əraziləri genişləndirmə fəaliyyəti Salarilərin Arazdan 

cənuba torpaqlarını  ələ keçirmiş  Rəvvadi əmirlərinin eyni fəaliyyəti ilə bir dövrə düşür. Artıq qeyd etdiyimiz 

kimi, hələ 343(954/55)-cü ildə Salari İbrahimin oğlu Əbülheycə Dəbil və onun ətraf torpaqlarının hakimi təyin 

edilmişdi. Hadisələrin gedişindən görünür ki, 25 ildən artıq bir müddətdə Salari əmirlərinin əlində qalmış son 

iqamətgahlardan olan bu yerlər yalnız Arranda möhkəmlənməyə çalışan  Şəddadiləri deyil, ayrı-ayrı  şəhər və 

vilayətlərin sahiblərini də cəlb edirdi. Tarixçi Asogikin məlumatından görünür ki, 982-ci ildə, yəni Şəddadilərin 

mövqeyinin hələ möhkəmlənmədiyi, Salarilərin isə demək olar bütün mülklərinin əllərindən çıxdığı bir dövrdə, 

müəllifin Qoğtən  əmiri adlandırdığı  Əbu Duləf (erməni mətninin tərcüməsində  Əbu Taleb və  Əbu Təlub) 

axırıncı Salari hökmdarı  Əbülheycənin (rus dilinə  tərcümədə Abel Xadc) son iqamətgahı olan Dəbil  şəhərinə 

hücum edərək onu və,  о cümlədən, Naxçıvanı  ələ keçirə bilmiş,  Əbülheycənin ailəsi ilə ölkədən qaçmasına 

səbəb olmuşdu (33). 

Vətən tarixşünaslığında ilk dəfə bu məsələləri işıqlandıran Azərbaycan tarixçisi, tarix elmləri doktoru 

[65 - 66]

 M. X. Şərifli İran alimi Kəsrəvi Təbrizinin həmin mövzuda apardığı tədqiqatları (34) da təhlil edərək, 

əmir  Əbu Duləfı müstəqil feodal dövləti kimi təqdim etdiyi "Naxçıvanşahlıq"ın banisi adlandırmış, 

"Naxçıvanşahlıq Salarilər dövlətinin son vaxtlarında əmələ gəlmiş və Rəvvadilər dövləti ilə yanaşı yaşamışdır" 

(35) fıkrini irəli sürmüşdür. Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması, dövrün mövcud feodal dövlətlərinin 

qarşılıqlı münasibətlərinin müqayisəli tədqiqi (36) sonralar başqa tədqiqatlarda da (37) təkrar edilən 

"Naxçıvanşah" və "Naxçıvanşahlıq" məsələlərinə bir daha nəzər salmağı, "Naxçıvanşah" adlandırılan Naxçıvan 

hakiminin müstəqil dövlət başçısı yaxud Rəvvadi və ya Şəddadi dövlətləri tərkibində olan feodal mülk sahibi 

olduğunu aydınlaşdırmağı vacib edir. 

Beləliklə, gördüyümüz kimi, X əsrin son rübündən başlayaraq tarixi Azərbaycan  ərazisi,  əsasən üç 

sülalə-qədim  Şirvan torpağında  ərəblərdən  əvvəlki  şirvanşah  titulunu və dövlətini bərpa etmiş  Məzyədilər 

(Yəzidilər),  əvvəl Sacilərə, sonra isə Salarilərə  məxsus Azərbaycan  ərazisinin bir hissəsində - Arranda dövlət 

yaradaraq, qədim (antik Albaniyaya məxsus)  arranşah  titulunu daşıyan  Şəddadilər və Arazdan cənuba 

torpaqlarımızda azərbaycanşah titulunu bərpa edən və onu daşıyan Rəvvadilər tərəfindən idarə olunurdu (38). 

XII əsrin lap əvvəlində (500/1106-1107) Dərbənddə ərəb dilində tərtib edilmiş anonim əlyazmada Şəddadilərə 

(müəllif ilk Şəddadiləri 340/951-ci ilə aid edir) məxsus Arran ərazisi haqqında məlumat verən yerli müəllif 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə