27
Maraqlıdır ki, elə bu illərdə, gürcü-şəddadi münasibətlərinin gərginliyi də Fəzlin Rəvvadilərin əlində olan
Arazdan cənuba Azərbaycan torpaqlarına hücumunun qarşısını ala bilmədi. Anonim Dərbənd əlyazmasındakı
məlumata görə, Fəzl 418(1027/28)-ci ildə Araz çayı üzərində, mənbədə "əsəri azim" (yəni "əzəmətli abidə")
adlandırılan, sözsüz ki, əsasən hərbi məqsəd güdən bir кörpü tikdirmişdi (69). Bu məlumat, əlbəttə, arranşah
titullu Şəddadi əmirlərinə məxsus torpaqların Arazacan, yəni Arranın cənub hüdudlarınadək davam etdiyini, bir
çox feodal mülk sahiblərinin, о cümlədən, Duləfılərin də onların tabeliyində olduğunu təsdiq edir. Əsədi
Tusinin, yuxarıda qeyd etdiyimiz kimi, Əbu Duləfı həmçinin arranşah adlandırması da onun mülklərinin
Şəddadilərə tabe ərazidə yerləşməsinə dəlalət edir. Həmdullah Qəzviniyə istinad
[73 - 74]
edən M. Şərifli I
Fəzlin məhz bu dövrdə Arazdan cənubda, Qaracadağ nahiyəsində, təqribən, əlliyədək kəndi əhatə edən "Cilan-
Fəzlun" adlanan yerə sahib olduğunu göstərir (70).
İbn əl-Əsirin məlumatına görə, 1029-cu ildə Azərbaycana gələrək, Rəvvadi hökmdarı Vahsudanın
icazəsi ilə ölkədə məskən salan oğuzlar, çox çəkmədən, barışığı pozaraq Marağa, Urmiya və başqa şəhərlərə
hücum edib, qarət və talana başlayırlar (71).
Qətran Təbrizi yaradıcılığının ilk tədqiqatçılarından olan Y. E. Bertels Qətranın Gəncədə və Naxçıvanda
1029-1039-cu illər arasında yaşayıb -yaratdığını qeyd edir (72). Bu isə tarix etibarı ilə oğuzların haqqında
danışdığımız hücumları vaxtına düşür. Görünür, elə bu dövrdə Qətran Təbrizi "Naxçıvan qalasında düşmənə
qələbə çaldığı zaman" Əbu Duləfı (Əbu Dələfı) mədh edir (73). Eyni məzmunlu başqa bir qəsidədə də (74) nə
tarix, nə də ki, düşmənin kimliyi göstərilməsə də, Əbu Duləfın vuruşduğu adamların müsəlman-oğuz olduqları
və barışığı pozduqları bilinir ("Hamısı təslim olub, itaətinə baş əydilər. Yanına qaçıb torpağını öpdülər. Hamısı
torpağa sərilib tövbə etdilər. Əgər yolundan çıxıb boyun qaçırmışıqsa, layiqincə qılıncından cəzamızı çəkdik-
dedilər. Kafərlər müsəlmanın yolunu kəsərlər. Sən gəl burada kafərlər yolu ilə getmə-dedilər...") (75). Qətranın
qəsidələrində Əbu Duləfın "Şahi Naxçıvan" (76), "Şah Əbudələf (77), "ədalətli şahənşah", "bəndəpərvərpadşah
məlik Əbudələf" (78) titulları ilə mədh edilməsinə, eləcə də Naxçıvanda Əbu Duləfin sarayında olmuş şair
Əsədi Tusinin özünün "Gərşasb-namə əsərində onu "ölkələr hakimi" (79) və başqa yuxarıda sadaladığımız
titullarla adlandırmasına baxmayaraq Əbu
[74 - 75]
Duləf dövlət başçısı deyil, yalnız Naxçıvanın hakimi-əmiri
olmuşdur. Rəvvadilərlə Şəddadilər arasında baş verən ərazi çəkişmələrinin davam etdiyi bu dövrdə Fəzlin, artıq
qeyd etdiyimiz kimi, tabeliyində olan torpaqların Arranın cənub hüdudlarınadək davam etməsi, Dəbil-Dvin
şəhərinin bu sülalənin əmirliyi olması Naxçıvanın da Araz sahili başqa yerlər kimi Şəddadilər dövlətinə aidliyini
təsdiq edir.
İstər Qətranın, istərsə də Əsədi Tusinin mədhiyyələrində, ümumiyyətlə, bu janra xas olan şişirtmələr
olsa da "düşmənlərin bəlası şah Əbudələf" (80) adlandırılan bu şəxs IX yüzilin əvvəllərində yaşamış ulu babası
kimi mahir bir sərkərdə timsalında təsvir edilir: "Döyüş günü düşmənin dəbilqəsi qan ağlayar. О qədər düşmən
öldürdü ki, qılıncının bucaqları qırıldı. О qədər düşmən tutdu ki, kəməndinin halqası sürtüldü" (81) və ya: "Elə
ki, о pəhləvan bədəninə zireh geyindin, Elə ki, о sərkərdə başına dəbilqə qoydun, Sənin nərənin qorxusundan
düşmən qoşunları bərbər pələnginin səsindən qorxan qulanlara döndülər. Bircə hücumuna məruz qalmaqla
dərhal dəbilqələrini çarğatla dəyişməyə çalışdılar (82)".
Qətranın qəsidələrində Əbu Duləfin igidliyi ("dəmir divar qılıncı qarşısında dayanmaz"), ağlı ("tək bircə
sözündə iki yüz yunan elmi var"), səxavəti ("tək bircə bəxşişində iki yüz qeysər xəzinəsi var"), geniş qəlbi
("yeddi ölkə geniş ürəyi qarşısında darısqaldır"), elmi ("ey, hökmdar! Dünya qiyamət gününə qədər sənin elmin,
ədəbin və tədbirinlə fəxr edər"), alimə hörməti ("yanında dinar xar, elm isə əzizdir"), quruculuğu ("dünyanı abad
edib, xəzinəni xarab etmişdir") (83) və başqa müsbət xüsusiyyətləri mədh edilir (84); Qətran onu "şahların tacı"
(85), "ruzigarın tacı", eləcə də
[75 - 76]
"Cəstan sülaləsinin (yəni Rəvvadilərin, N. V. ) fəxri" (86), Əsədu Tusi
isə, artıq qeyd edildiyi kimi, "Şeybanilərin tacı", "Şahi Ərmən" və s. adlandırır. Əbu Duləfin Rəvvadi hökmdarı
Vahsudanla (qəsidədə Əmiri Əcəll adlandırılır) qohumluğunu təsdiq edən Qətran (87) onun həmin hökmdarın
"əzizi", "yanında qardaşından da irəli və yüksək" olduğunu, hətta düşmənlərə qarşı onunla birgə vuruşduğunu
bildirir (88).
Kəsrəvi Təbrizi öz araşdırmalarında Duləfilərin "əd-Deyrani" (Dirani) adı ilə tanınan Arsranilərlə
qohumluğunu təsdiq edən mülahizə irəli sürür (89). Duləfılərin istər Rəvvadilərlə, istərsə də, Kəsrəvi Təbrizinin
gümanına görə, Arsranilərlə məlum qohumluq əlaqələri о dövrün məşhur feodal nəsilləri arasında geniş
yayılmış siyasi izdivaclardan sayıla bilər. Məhz bu dövrdə Şəddadilərin Şirvanşahlarla, erməni Baqratilərlə,
Tiflis əmirləri Cəfərilərlə və b. ilə qohumluq əlaqələri mövcud olmuşdur.
1033/34-cü ildə Şəddadilər dövlətində hakimiyyəti ələ almış, dövrün mənbələrində ziddiyyətli
xarakterizə edilən Əbülhəsən II Ləşkəri qonşu feodal hakimləri, о cümlədən Rəvvadi hökmdarı əmir
Vahsudanla dostluq əlaqəsi yaratmışdı. Onun haqqında mənfi təəssürat yaradan Münəccimbaşıdan fərqli olaraq
(90), Gəncə sarayında bir müddət yaşamış Qətran Təbrizi II Ləşkəriyə 10-dan artıq qəsidə həsr etmiş (91), onu
"Şəddadilərin tərifli hökmdarı, dövlətin başını ucaldan" (92), "Şəddadilərin mövqeyini göylərə qaldırmış" (93)