53
Çətində, dar ayaqda imdad ilə haray salma,
Allah özü səbir etdin, nə qədər dözdün-- Dayıdır!!
Ey Ata, bu həyatda uman yerdən küsərlər çox,
Vallahi, harayacan dayıdan küsdün: dayıdır!
46
Gətiribdi necə bu dövrani-dun canə məni,
Çağırır dəhrdə hər kəs dəli-divanə məni.
Mənə çox dərdü-qəmin söyləmə, ey xanə-xərab,
Sənə bayquĢ deyiləm ki, çəkə viranə məni.
Sağəri-məhvəĢimi tez çağırın meykədəyə,
Eləyə məsti-xumar ol gözü məstanə məni.
Məni hicran oduna, ey bivəfa, çox yaxma,
Arayar atəĢi-nar içrə də pərvanə məni.
Demə, Məcnuni-məhəbbətdə gərək zəncir ola,
Zəmanə tək doğurub eĢqdə əhranə məni.
Dəni-əğyar ilə ta həĢrə kimi savaĢım var,
Olaram Ģəhidi-eĢq, sevməsə cananə məni.
Ey Ata, nə qorxusu var ki, ölümdür sonumuz:
YaĢadarsa bu könül, bir də bu peymanə məni.
47 (67)
Çox böyükdür ana haqqı, nadan onu qana bilməz.
Ana qəlbi yanan qədər kimsə cana yana bilməz.
Bu dünyada açılmayan xəzinədir ana könlü,
Qəlbin yoxdu elə sirri, onu duyub Ana bilməz.
54
Övladların taleyində əvəzsizdir Ana yeri,
Ana haqqın bu həyatda heç bir kimsə dana bilməz.
Yer üzündə ülviyyətin anasıdır halal qadın,
Dağlar belə analardan özün uca sana bilməz.
Hər ananın ürəyində oğul fəxri sal qayadır,
Onun qəddi-şuxluğunu tovuz bilməz, sona bilməz.
Ey Ata, bil, boynumuzda var ölüncən ana haqqı,
Əbədidir bu haqqı-say, ömür onsuz məna bilməz.
48
Zülmət nə qədər zill ola, bir Dan yeri vardır,
Zalım da dönüb daĢ ola, insan yeri vardır.
Axtarma səxavət, nə də mərdlik boĢ ağızda,
Mərdlik eləyən əllərə meydan yeri vardır.
Dövran yetirib bircə Züleyxa, demə, ey dil,
Say onları: bir gör neçə zindan yeri vardır?!
Çox insanı gördüm gülər üzlü bu həyatda,
Qəlbində, demə, Ġblisi-Ģeytan yeri vardır...
Bülbül kimi çox uyma yaza, qıĢ gəlir öndən,
Ver könlünü bir tər gülə: imkan yeri vardır.
Baxma buna, ey dost, nə qədər mən fəqir olsam,
Qəlbimdə əsil dostlara mehman yeri vardır.
Bir gün verəcək, ey Ata, ellər sənə qiymət:
Yoxdursa da, dünyada özü, ―Can!‖ yeri vardır.
49 (56)
Aləm yığıĢıb görməyə gül çöhrəni, nərgiz,
Min yaz ola, qəlbim sevər ancaq səni, nərgiz.
55
Yol vermə düĢə qoynuna bir bülbüli-bədxu,
Ötsün ürəyim hüsnünə min nəğməni, nərgiz.
Çox Məcnuni-bəxtin gözünü kor qoyub hicrin,
Gün zülmət olar, görməsə səndə təni, nərgiz.
Min sədd çəkə hicran mənə qarĢı ġirinimsən,
Fərhad kimi mən tək çəkirəm tiĢəni, nərgiz.
Bir gün gedəcəkdir bu cavan çağları ömrün,
Çatdır o bahar vəslinə gəl sən məni, nərgiz.
Yayma bu gözəl ətrini ətrafa, heyfsən,
Bir mən çəkim aləmdə sənin nəĢəni, nərgiz.
Gün də nə qədər nurlu doğa, son yeri zülmət,
Hər dağ baĢının var dumanı, min çəni, nərgiz.
Bir gün devirər təxti-yazı boranlı bir qıĢ,
Tulla ayağa baĢından əfsanəni, nərgiz.
Gənc ömrünü vermiĢ sənə Namiq Atabəyli,
Zill tellərinə sən düzəsən ağ dəni, nərgiz?!.
PS: Bu qəzəli müəllif XX əsrin 70-ci illərində BDU-da
tələbəlk çağları dərsdə yazmıĢ, müəllimi, məĢhur
əruzĢünas-alim, həmyerlisi (nənə sarıdan)
Əkrəm Cəfərin Ģəxsən özünə təqdim etmiĢdir.
50 (68)
Yadlardan çıxa bilməz şöhrətə şayan nənələr
Nağıllar aləmidir canımıza can nənələr.
Nənələr sevdiyi tək qeyrisi sevməz nəvəni,
Məhəbbət cövhəridir qəlbi mehriban nənələr.
56
Ən ağır gündə belə qəlbi bizim ilə vurar,
Ömrün şad günü də bizlədir hər an nənələr.
Babalar at belinə onların eşqilə çıxıb,
Keçmişi, gələcəyi dillərə dastan nənələr.
Övladı, nəvələri bir an itirməz gözdən,
Dolanar nəzərlərdən özləri pünhan nənələr?!
Həcəri-şücaətdir, şuxluğu şah Nigar xanım,
Qüvvədə doğulubdur bir şiri-aslan nənələr.
Ey Ata, Gülbikəni, Şahbikəni yad eləyək:
Yetirməz Sizi təkrar bir də bu cahan, nənələr!!
51 (69)
Nə qədər bu çərx dönə nəsildə şahdır babalar.
Eldəniz, Şah İsmayıl, Xəlilullahdır babalar.
Onların bəyaz başı dağlarımın zirvəsidir,
Könüllər mehman edən əziz ocaqdır babalar.
Tarixin yol nişanı, pak vicdanın heykəlidir,
Gündüzə nurlu Günəş, gecə çıraqdır babalar.
Gələnin, gedənlərin dərin ibrət dərsliyidir,
Gələcək günlərdən canlı soraqdır babalar.
Dostu da , düşməni də onlar seçər sərraf tək,
Mərdlərin arasında sıx ittifaqdır babalar.
Başı dağlar vüqarı, çox dərindir rişələri,
Taleyə qollar atan meynəli tağdır babalar.
Dostları ilə paylaş: |