190
Oğrular qanundan qalalar qurur,
Cinayət cəzaya qandallar vurur,
Yalan həqiqətin taxtında durur,
Düzü görən yoxdur göz qarĢısında.
BaĢa da düĢülmür kim--kimdir, nədir??
Xalqa kim doğmadır, kim biganədir.
Qarğalar bülbülə nəğmə öyrədir,
Kül oddan danıĢır köz qarĢısında.
Ər baĢı namərdlər qoltuğundadır.
Ac ölkə vədlər bolluğundadır.
Koroğlu Həmzələr qulluğundadır,
YaxĢı boyun əyir pis qarĢısında.
Ariflər züllətdə, əskiklər taxtda.
Geriyə fırlanır tarix də, vaxt da.
Mizamlar pozuqdur, əyarlar saxta,
Qızıl qiymətsizdir mis qarĢısında.
Bütün diləyimiz qalır ürəkdə...
Yarı yuxudayıq, yarı gerçəkdə...
Həyatı məcburən əyri getsək də,
DurmuĢuq ölümün düz qarĢısında.
20.I.1990.Bakı.
DÜRDANƏ
Bir Tanrı sirridir bu yer, bu cahan.
Bəlkə də, hər Ģeydə dərin məna var.
Bəzən baĢa düĢmür, anlamır insan
Dünyaya gəlməkdə, getməkdə nə var...
Buludu içməzsə quruyar dəniz.
Xanım, xatınlıqdan uzaqdır kəniz.
191
Arifə, cahilə bölünmüĢük biz:
Bir dana baĢlı var, bir də danə var.
Oxuduq: çox sirdən olmadıq agah:
Bəndənin üzünə bağlıdır dərgah.
Gədədən bəy olmaz, nökərdən də Ģah--
―PeĢkan‖ı ―Ferz‖ edən neçə xanə var.
Həyatdan dərsini almaz hər insan.
Könlünü mehraba salmaz hər insan.
Yeyib içməyindən qalmaz hər insan--
Hər məscid yanında bir meyxanə var.
Oxuyun qəlbimi kamanda, tarda,
Bağlıdır taleyim bu ana yurda.
Namiqəm, ürəyim dəryadır orda
Əlli sədəf varsa, bir dürdanə var.
SƏN QAYITMADIN
Mən səni gözlədim sevdalı yazda,
Çiçəklər qayıtdı, sən qayıtmadın...
Mən səni gözlədim tənha payızda,
Küləklər qayıtdı, sən qayıtmadın...
Sən küsüb getmisən--GünəĢim batıb.
Həyatım zülmətdir, taleyim yatıb.
Könül harayıma cənnəti atıb,
Mələklər qayıtdı, sən qayıtmadın...
Bu tənha qəlbimdə sonsuz ümid var:
Gözlərəm yolunu hər qıĢ, hər bahar.
QoĢulub səninlə getmiĢ arzular,
Diləklər qayıtdı, sən qayıtmadın...
192
TanıĢ cığırlarda qərib tək azdım.
Könül bayrağını ruhuma asdım.
Daim ünvanına üzrümü yazdım,
Vərəqlər qayıtdı, sən qayıtmadın...
Yazan bəxtimizi yazdı əksinə,
Dağ çəkdi Namiqin məğrur köksünə.
Dönüb öz getdiyi yolu tərsinə
Fələklər qayıtdı, sən qayıtmadın...
EġQ HEKAYƏSĠ
Hər kəsin könlünün eĢq hekayəsi,
Hər kəsin baĢının macərası var.
Hər bağlı qapının açar-cəftəsi,
Hər dərdi-bəlanın bir çarəsi var.
Öz qıĢı, öz yazı vardır hər ilin.
Anası dağlardır ən coĢqun selin.
Hər tikanlı gülü sevən bülbülün
ƏrĢə bülənd olan öz naləsi var...
DəyiĢir durmadan qəlbin halları--
Əksilməz dövranın qeylü-qalları.
Hər açıq talanın öz maralları,
Hər yaĢıl çəmənin öz laləsi var.
Hər zilə çıxmanın bir enən tonu,
Hər coĢqun əzəlin bir sakit sonu,
Hər arif Leylanın dəli Məcnunu,
Hər Ģamın özünün pərvanəsi var.
193
Namiq, ömürdəndir bu gedən anlar...
(Torpağı doyurmur yediyi canlar)
Qırmızı mey içdi arif olanlar:
Hər dövrün CəmĢidi, piyaləsi var.
PS: müğənni Səkinə Ġsmayılova üçün
.
ĠNTĠHAR
Bəlkə, ünvanımız bir düĢəcəkdi,
Bizi bizə düĢmən qollar ayırdı.
Bəlkə, həyatımız birləĢəcəkdi,
Bizi taledəki yollar ayırdı.
Nifrətinə saxlamadın bir sınır.
Durur qəlbdə bıçaq kimi izlərin.
Dərdli könlün boĢ-boĢuna çırpınır,
Bəs, haraya tikilibdir gözlərin?!
Mən məhəbbətini itirmiĢ insan,
SoruĢma həyatda kimin var sənin.
Sən mənə baxanda xoĢbəxtsən inan,
Yerin yoxdusa da, göyün var sənin.
Nəyisə gözləyib hey darıxırsan,
Bəlkə də, səninçin var son mərhələ.
Uzaq üfüqlərə doğru baxırsan,
Nəyəsə ümidin qalıbdır hələ.
Sanma ki, son səngər səni bilmiĢəm,
Keç düĢmən tərəfə, məni dəf elə.
Həyatda hamıyçın çoxdan ölmüĢəm:
Öz soyuq qəlbində məni dəfn elə.
194
O GÜNLƏR...
Keçir xəyalımdan yenə o günlər--
Qəmli ürəyimə gülüĢün dolur.
Qoy bilsin təzəcə könül verənlər
Ayrılıq ömürdən çox uzun olur...
Ayrıldın özün də bilmədən niyə,
Ġlk eĢqin gözlərin ağladıb, ey yar?!
Könül ünvanına gəlmədin niyə,
Ümid yollarımı bağladıb, ey yar?!
Keçir gözlərimdən tənha surətin,
Ay kimi batırsan, çıxırsan yenə...
Uçurub divarın ilk məhəbbətin,
Könlümün evini yıxırsan yenə.
Dayan!!. Hər ömürün sonu var axı.
DüĢüb saçımıza budur dən bizim.
Çox da etibarlı bilmə torpağı,
Silinib ordan da səninlə izim.
Ġlk eĢq üzərində ailə olmur:
Ailə məhv olmuĢ eĢq deməkdir...
Məhəbbət öldüsə, bir də doğulmur--
EĢqdən sonrası əsən küləkdir.
Məhəbbət dəyiĢkən yaz fəsli deyil,
EĢq-- sevən ürəyə bir dəfə gəlir.
Məhəbbət əbədi təsəlli deyil:
Könül kimi sevib, onunla ölür...
195
EY SEVDALI YAR!
Ey yar! EĢqimizin evidir dünya,
Bu yer yerimizdir, göy göyümüzdür.
Sevgisiz ömürdə yoxdur bir məna--
Bu eĢq, bu məhəbbət hər Ģeyimizdir.
Sığmaz dünyalara könül duyğumuz.
Ġlk bahar gülləri--sevda ruzimiz.
Ay bizim hey batıb, doğan arzumuz,
Ulduzlar əbədi diləyimizdir.
Sevdamız günəĢtək hey nur yayacaq.
Dünya durduqca bu eĢq yaĢayacaq.
Sən mənə, mən sənə-- bağlıyıq ancaq:
Bu bizim ilahi taleyimizdir.
Namiqəm, qəlbimə min avaz gəlir.
100 illik bir ömür mənə az gəlir...
QıĢ gedir, dünyaya yenə yaz gəlir--
Bu bizim ayrılmaz ürəyimizdir.
MƏNĠM TƏNHA GÖZƏLĠM
(Məhəbbətin 80-ci illərinə ithaf edirəm)
Qırılan sazımsan, sınan neyimsən,
Ağlayır kamanım, tarım hardasan?
Sən mənim taleyim, öz ürəyimsən,
Ey mənim bütövüm, yarım hardasan?
Nəyimə gərəkdir sənsiz can mənim?
Ayrılıq bərk tutub yaxamdan mənim.
Dostları ilə paylaş: |