196
Sən də mi vurubsan arxamdan mənim,
Ey mənim bitməyən naləm hardasan?
Dərdimə ağlayır aləm hardasan?..
Gəzir gülüstanda qara qarğalar.
Susubdur bülbülün dili hardasan?
Sənsiz bir xəzandır hər yaz, hər bahar,
Solub bağçamızın gülü hardasan?
Qıyma eĢqimizi ellər qınasın.
BoĢ keçən bu aylar, illər qınasın.
Çiçəklər qınasın, güllər qınasın.
Ey mənim çiçəyim, gülüm hardasan?
Üzüldü həyatdan əlim hardasan?
BaĢımın üstündə ulduzum sönür,
Qəlbimdə həsrətin yanır hardasan?
GörüĢ yerlərimiz sənə səslənir,
Nakam eĢqimizi anır hardasan?
Bir zaman səninlə hey deyib güldük,
Həyatın mənasın sevgidə bildik.
Biz ki heç ayrılıb gedən deyildik,
Vurdu aramızı dövran hardasan?..
Qırdı qəlbimizi hicran hardasan?..
Dillən, ey vəfasız canan, hardasan?!.
ƏSMƏ, PAYIZ KÜLƏYĠ !
Dolub ayrılığın bulud gözləri.
Ağlayır ürəyin qırıq hissləri.
197
Silinir ömürdən yarın izləri--
Sən də ümidimi tale tək üzmə.
Əsmə, əsmə, payız küləyi, əsmə!..
Döyür qapımızı soyuq qıĢ nədən?
Tərk edib yuvanı qaranquĢ nədən?
Gözəllər vəfasız olurmuĢ nədən?--
Qəlbimə uzanan son yolu kəsmə,
Əsmə, əsmə, payız küləyi, əsmə!..
Unutdu əhdini niyə nazlı yar?
Gözəllərdə insaf, nə də rəhm var.
Öldürdü qəlbimi ağır intizar,
Dərdimin üstünə dərdini düzmə,
Əsmə, əsmə, payız küləyi, əsmə!..
Namiqəm, gəzirəm yar sorağında.
Solubdur güllərim eĢqin bağında.
Qəlbimin nigaran, qəmli çağında
Zamanə tək dəfnə məni tələsmə,
Əsmə, əsmə, payız küləyi, əsmə!..
NAKAM MƏHƏBBƏT
Bir bağlı kitabam bu Yer üzündə:
Açıb, vərəq-vərəq cırıb atırsan.
Heç nə saxlamırsan eĢqdən özündə,
Qəlbi ümid-ümid qırıb atırsan.
Bir axĢam ömründən çəkildim səssiz,
Dözüb fəryadlara səbrimi basdım.
Sən elə bilmə ki, mən sənsiz öldüm:
Qəlbimə sənin də qəbrini qazdım.
198
Baxma gözlərimdə quruyan çaya,
Bu köhnə dünyada eĢq təzə qalır...
Sənli-mənli günlər bütün dünyaya,
Ayrılıq əbədi tək bizə qalır...
Ölən eĢqimizin qara günündə
Əlinlə örtünüb niyə üzlərin?
Söylə, tək durubkən görüĢ yerində
Kimə göz yaĢları tökür gözlərin?..
Mənim məzarımdır bu ruhsuz bədən:
ÖlmüĢəm xəbərin heç yoxdur məndən.
Odla Pərvanədir sevilən-sevən:
Sənin öz qəlbin də soyuqdur Səndən!
Tənha dayanmazlar qəbir baĢında;
Sanma ki, bu ölüm sənin suçundur.
Boğulma tökdüyün öz göz yaĢında,
Ölüm bu dünyada hamı üçündür.
Hədəfsiz atəĢdir insan taleyi--
Atılıb həyatda məqsədə çatmaz.
Ġmdada çağırma, SƏN, qəlbsiz göyü--
Ölüm göy üzündə rəhm oyatmaz.
PS: müğənni Qədir Məmmədov üçün
GÜN KÖLGƏ SALIR
Ah, necə unudum gözəl günləri,
O keçməĢ günləri, əzəl günləri...
Tökmə ayaq alta xəzəl günləri,
Ey ömrüm, ey günüm, tərk etmə məni.
199
AxĢamdır: qüruba gün kölgə salıb.
Könlümdə yarımçıq arzular qalıb.
BaĢımın üstünü buludlar alıb,
Ey ömrüm, ey günüm, tərk etmə məni.
Bağçada güllərim açmadan soldu.
Dünyanın dərdləri qəlbimə doldu.
Yar da çıxıb getdi-- qayıtmaz oldu,
Ey ömrüm, ey günüm, tərk etmə məni.
Gəzirəm ürəyi yar sorağında.
Göz ağlar ömrümün hər varağında.
Könlümün eĢqimdən ayrılığında
Ey ömrüm, ey günüm, tərk etmə məni
UNUTDUM
(Unudulmaz bəstəkarlarımız ġahid Əbdülkərimov,
RəĢid Nəbioğlu və Qəmbər Hüseynliyə
ithaf edirəm.)
Sən mənim qəlbimi daĢlara vurdun,
EĢqini baĢımdan atdım, unutdum.
Sevgi hisslərimi yelə sovurdun,
Könül acıların daddım, unutdum.
Sevən bir ürəyin sarı simiydim,
Mən sənlə Fərhadla ġirin kimiydim.
EĢqin dəryasında üzən gəmiydim,
Dərdin dəryasında batdım, unutdum.
200
Ürəkdə bir eĢqim, min arzum vardı.
EĢqlə oynamağa nə lüzum vardı?
Sənə deyiləsi çox sözüm vardı--
Duyğumu ürəkdə yutdum, unutdum.
Səhvimi buraxdım bilmirəm nədə?
Günahı görmürəm özgə kimsədə.
Mən yolun sonuna yetmədimsə də,
Səbrimin sonuna çatdım, unutdum.
Namiqəm, yandırdı bağrımı hicran.
Axdı gözlərimdən yaĢ yerinə qan...
Deyirdin sən məni unudanmazsan,
Bax, qara torpaqda yatdım, unutdum.
Ax, qara torpaqda yatdım, unutdum.
ĠLK EġQĠN ROMANI
Bir soyuq ulduz tək məndən uzaqsan--
Sənə nə ümidim, nə əlim çatar.
Gecənin yarısı oxunun bansan--
Səsin nə yatırar, nə də oyadar.
Qəlbimdə bir yuva qurmuĢdun çoxdan.
Demə ki, bu eĢqdən xəbərim yoxdur:
Səninçin geriyə iĢləyir zaman,
Mənim də irəli səfərim yoxdur...
Min dərdi olurmuĢ bir qız sevənin,
Heç çıxmaz yadımdan bu ilk məhəbbət.
Hələlik gözlərin çox gülür sənin,
Haçansa qəlbin də ağlayar, əlbət...
201
Ey gözəl, boĢluğa atıb özünü
Mənsiz çox ünvana yol gedəcəksən.
Sən məndən çevirib bu gün üzünü,
Sabah özünü də məhv edəcəksən.
Gülüm, ilk eĢqindən yarıyan hanı?!
AĢiqin baĢını fəlakət sarar...
Bu qoca dünyada ilk eĢq romanı
Sevinclə baĢlayıb, qəmlə qurtarar.
HƏSRƏT NƏĞMƏSĠ
A bəxtəvər, qarĢımıza
Xonça tutan nar idi ya.
Sevda dolu baĢımıza
Bu gen dünya dar idi ya.
Bir can idik səninlə mən.
Gecən də mən, günün də mən.
Bütün aləm bizə düĢmən,
Tale bizə yar idi ya.
Yada salaq o zamanı,
O çəməni, o səmanı...
EĢqimizin tərcümanı
Kaman idi, tar idi ya.
Necə oldu xoĢ o günlər,
Gözümüzdə yaĢ o günlər?!
Yar, dönəydi kaĢ o günlər,
O günlər ki, var idi ya!.
Dostları ilə paylaş: |