Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

 
59
9) Çox rəngli dağ laləsi (Tulipa)- Zanbaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Ləçəkləri 
ağ-narıncı  rəngdə olub otlaqlarda yayılmışdır. Muxtar Respublikanın bütün rayonlarında dağ və  təpəlik 
çəmənliklərində rast gəlinir. Heyvanlar tərəfindən yeyilmir, çiçəklərinə  həşəratlar qonaraq tozlandırır, 
iyun ayında (30 gün) vegetasiya müddəti başa çatır. Hündürlüyü 20-40 sm. olan bitkinin meyvəsi xaş-
xaşlıdır. 
 
10) Kirpiyə bənzər tıs-tıs (Echinopsilon E.)- Sıx xırda çiçəklərlə əhatə olunmuş bitki, sanki kirpiyə 
oxşayaraq tikanlıdır. Heyvanlar tərəfindən yeyilmir. Çiçəklərinə kiçik həşəratlar qonaraq, tozlandırır. 
Muxtar Respublikanın əksər rayonlarında dağ yamaclarında yayılmışdır. Çiçəklərindən dərman məlhəmi 
hazırlanılır, kolu acı tüstü verməklə bağ arasında zərərvericilərə qarşı yandırılır. 
 
11) Gəvən (Astagalaus)- Paxlalılar fəsiləsindən olan çoxillik tikanlı bitkidir. Gövdəsində südə oxşar 
maye vardır, bərkiyərək sarı-narıncı  rəngdə kilitkəsindən aşağı temperaturada işləyən maşın-
mexanizmilərin donmasına qarşı sürtkü yağı kimi istifadə olunur. Yetmiş-səksəninci illərdə  əhali 
tərəfindən kütləvi surətdə  yığıldığından nəsli kəsilmək təhlükəlidir. Muxtar Respublikanın Ordubad, 
Culfa, Şahbuz, rayonlarındakı yüksək dağ yamaclarında (quzeylərdə) yayılmışdır. Yerli əhali tərəfindən 
yanacaq kimi istifadə olunur, tikanlı yarpaqları iribuynuzlu heyvan və dəvələr üçün qidalı yemdir. Xalq 
təbabətində çiçək və yarpaqları ürək-damar xəstəliklərinə qarşı dəmlənib içilir. 
 
12) Gəngiz otu (Sambucus ebulus)- Qiymətli çiçəkli dərman bitkisidir. Muxtar Respublikanın dağ-
çəmən zonalarında bitir, yerli əhali tərəfindən dağ yamaclarında digər çəmən otları ilə  bərabər 
biçildiyindən, vegetasiya dövrünü başa çatdırıb toxumlaya bilmir. Heyvanlar tərəfindən yeyilir, 
çiçəklərinə  həşəratlar qonaraq (xüsusilə bal arıları) tozlandırır. Avqust ayında vegetasiya müddəti başa 
çatır. 
 
13)  Pişikquyruq otu (Phıleum pratense)- Taxılkimilər fəsiləsindən olan alaq otu, dağ  ətəyi otlaq 
sahələrdə, bulaq başı və həyətyanı təsərrüfat sahələrində yayılmışdır. Qiymətli yem bitkisidir, heyvanlar 
tərəfindən yeyilir, çoxalması sünbülcüyündəki çoxsaylı kiçik toxumları vasitəsilə külək və sel suları ilə 
yayılır. 
 
14)  Süddüyən otu (Euphorbia)- Südlübian çoxillik ot bitkisi Muxtar Respublikanın bütün 
rayonlarında xüsusilə düzənlik-çəmən sahələrdə yayılmışdır. Ot bitkisi torpaqda qalan kökləri ilə artıb 
çoxalır. Heyvanlar tərəfindən yeyilmir, kiçik çiçəkləri olur, çiçəklərinə yalnız qarışqalar gəlib xüsusi 
yapışqan mayesini sorub aparır. Bitkinin çiçəyi, yarpaqları və gövdəsində zəhərli maddə (yapışqanlı süd 
mayesi) vardır.Xalq təbabətində köklərindən istifadə edirlər. 
 
15)  Dağ zanbağı  (Liliaceae)- Zanbaqkimilər fəsiləsindəndir. Mürəkkəb rəngli (bəzən də narıncı) 
çiçəkləri olan zanbaq çiçəyi Muxtar Respublikanın  Şahbuz, Kəngərli, Sədərək,  Şərur rayonlarında dağ 
ətəklərində yayılmışdır. Çoxillik bitki kökümsov soğanları ilə çoxaldılır. Çiçəkləmə vaxtı may-iyun 
aylarında olur. Enli uzun yarpaqları heyvanlar tərəfindən yeyilmir. 
 
16)  Çaytikanı  (Hippophae rhamnoides L.)-  İydə  fəsiləsindən olan kol bitkisinin narıncı salxım 
meyvələri olur. Çaytikanı kol bitkisinə əsasən Muxtar Respublikasının Ordubad və Culfa rayonlarındakı 
çay kənarlarında rast gəlinir. Azərbaycan MEA-ın Naxçıvan  Şöbəsi Təbii Resurslar İnstitutunun 
Şıxmahmud kəndindəki “Nəbatət bağı”nda bir neçə növü əkilib becərilir. Bitkinin yarpaqları növbəli və 
sarı çiçəkləri vardır. Park və xiyabanlarda dekorativ bitki kimi əkilir. Meyvələri qışın sərt aylarında quşlar 
üçün yem mənbəyidir. Apteklərdə  sənaye üsulu ilə hazırlanmış  Çaytikanı  şirəsi daxili xəstəliklərin 
müalicəsində istifadə olunur. Meyvələrinin tərkibində karotinlə C, B
1
 və P vitminləri vardır. 
Xalq təbabətində bitkinin yağından dəri xəstəliklərinin müalicəsində  tətbiq edilir. Çoxaldılması 
toxum və qələm vasitəsilədir. 
 
17)  Boymadərən  (Achillea)- Mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Düz 
gövdəsi, yarpaqları iti, çiçəkləri ağ, sarı-çəhrayı rəngdə, səbəti qalxana oxşardır. Naxçıvan MR-da bütün 
rayonlarında çəmən və çay sahillərində yayılmışdır. Bitkinin tərkibində  aşılayıcı maddələr zəngindir. 
Çiçəklərində 0,46 % efir yağı olduğundan cövhərindən xalq təbabətində bir çox xəstəliklərin 


 
60
müalicəsində istifadə olunur. Heyvanlar tərəfindən yeyilmədiyindən, qar yerə düşüncə göyərdiyi 
sahələrdə qalır. 
 
18)  Gülxətmi  (Althae officinalis)- Muxtar Respublikanın bütün rayonlarında dağ-çəmən və 
düzənliklərdə xüsusən çay kənarı kolluqlarda yayılmışdır. Çoxillik gülxətminin hündürlüyü 2,5 metrə 
çatır. Çoxalması torpaqda qalmış kökü və toxumları ilə bitir. Çiçəkləri hər rəngdə olur, düz gövdəsi, iri 
dairəvi yarpaq ayaları olan bitkinin çiçəkləri yapışqanlı olduğundan heyvanlar tərəfindən yeyilmir. 
Çiçəkləri həşəratlar vasitəsi ilə tozlanır, toxumları səbətvari nazik dilimlərdən ibarətdir. 
Xalq təbabətində bitkinin qurudulmuş çiçəkləri dəmlənərək soyuqdəymə, sinəyumşaldıcı habelə 
sidik yollarının iltihabına qarşı istifadə olunur. 
 
19)  Kəklikotu (Thymus vulgaris)- Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisinin vətəni 
Qafqaz dağlarıdır. 
Kəklikotu bitkisi birillik olaraq toxumları ilə çoxalır,  əsasən dağ yamaclarındakı quzeylərdə 
yayılmışdır. Bitkinin boz-yaşıl kiçik yarpaqları  və çiçəkləri yığılaraq qurudulmuş  və  təzə halda 
dəmlənərək içilir. Xoş  ətirli bitki ürəyə  şadlıq gətirərək, insan orqanizmin möhkəmlənməsinə  təsir 
göstərir.  
Kəklikotunun yarpaqları yığılaraq ət-balıq və yumurta xörəklərində istifadə edirlər. 
Bitkinin hündürlüyü 15-20 sm-ə çataraq, kom gövdəli və möhkəm torpağa (qayalığa) bərkimiş 
saçaqlı kökləri vardır. Yarpaqlarının tərkibində 0,5-1 % efir yağı olduğundan xəstə dişlərin müalicəsində 
dezinfeksiya edici xüsusiyyətə malikdir. 
Xalq təbabətində  kəklikotundan daha çox həzm orqanlarının iltihabında, revmatik və  dəri 
xəstəliklərinin müalicəsində istifadə olunur. 
Naxçıvan MR-da kəklikotu bitkisi əsasən  Şahbuz rayonundakı Batabatla Salvartı yaylasında və 
Ordubad rayonundakı “Göygöl” ətrafındakı güneylərdə  ətirli növü yayılmışdır. Bitki iyun-avqust 
aylarında çiçəkləyərək bal arılarını özünə cəlb edir. 
 
20)  Dağ nanəsi  (Zizip hora)- Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisidir. Vətəni qədim 
Misir olaraq, sonradan Aralıq dənizi ətrafı ölkələrində də yayılmışdır. Azərbaycanda nanənin beş növü o 
cümlədən Naxçıvan MR-da dağ ətəyi çay sahilllərində iki növü yayılmışdır. Bitkinin hündürlüyü 50-100 
sm olaraq şaxəli və çox yarusludur. Çəhrayı bənövşəyi çiçəkləri topa salxımvaridir. Yarpağının dadı acı 
təhər olaraq sərinləşdiricidir. 
Nanə ən əhəmiyyətli efir yağlı bitkilərdən sayılaraq, çiçək və yarpaqlarının tərkibində mentol 40-65 
faiz və 75-90 % efir yağı vardır. Bitkinin gövdə  və yarpaqlarında nanə yağı olduğundan ondan cövhər 
(eleksir) hazırlanılır.  
Nanənin yarpaqlarından alınan cövhərdən xalq təbabətində öd qovucu dərman kimi istifadə olunur. 
Nanənin yağı ətriyyat-kosmetikada əvəzolunmaz aromatik maddə sayılır. Sənayedə ondan diş təmizləyici 
pastaların içərisinə qatılır. 
Nanə bitkisindən təzə və qurudulmuş halda şirniyyat və sərinləşdirici içkilərdə də istifadə edirlər. 
 
21)  Zirinc  (Berberis vulgaris)- Zirinckimilər fəsiləsindən olan kol bitkisinin vətəni qədim Misir 
olmuş, XIV əsrdən Aralıq dənizi sahili ölkələrində  də yayılmışdır. Yer üzündə 175 növü vardır ki, 
Azərbaycanda 6 növündən 4-ü Naxçıvanda yayılmışdır. Zirincin qırmızı salxım meyvələrindən mürəbbə, 
şirə, sirkə və marmelad hazırlanılır. Meyvələri təzə və qurudulmuş halda yeyilir. Zirincin meyvələrindən 
kök və oduncağından boyaqçılıqda istifadə edirlər. 
Bitkinin diş-diş tikanlı yarpaqlarında C və E vitamini vardır. 
Xalq təbabətində yarpağından hazırlanan cövhər böyrək, qaraciyar, sidik kisəsi xəstəliklərində  və 
qanaxmaya qarşı dəmləyib içirlər. Naxçıvan MR-da Ordubad, Şahbuz, Culfa və Kəngərli rayonlarındakı 
dağ  ətəyi kolluqlarda daha çox yayılmışdır. Dekorativ kol bitkisi kimi parklarda əkilərək budamaqla 
istənilən formanı almaq mümkündür. 
 
22) Dovşan alması (Cotoneaster Medic)- Hündürlüyü 2-3 metrədək olan kol bitkisidir, çiçəkləri ağ-
çəhrayı rəngdə, düz yarpaqlıdır. Meyvələri 10 mm ölçüsündə içərisində 2-3 toxumları olan qara-qırmızı 
“almaları” vardır. Muxtar Respublikanın Ordubad və Şahbuz rayonlarındakı kolluqlarda yayılmışdır. 
Yarpaqları heyvanlar tərəfindən acı olduğundan yeyilmir. Çoxaldılması cavan zoğları  və  qələm 
vasitəsilədir. Dekorativ bitki kimi parklarda əkilə bilər. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə