57
Böyürtkən meyvələrindən mürəbbə, şərbət və cemlər hazırlanılır. Dağ ərazilərindəki
kəndlərin
həyətyanı sahələrində tikanlı bitkidən təbii hasar kimi istifadə edirlər. Meyvələrini quşlar həvəslə yeyir.
Bitkinin əksər növləri zərərvericilərə qarşı dözümlüdür.
Xalq təbabətində böyürtkən yarpağını çeynəməklə ağızdakı pis qoxuların müalicəsində istifadə
edirlər. Dişlərin mina qatının möhkəmlənməsində də böyürtkən meyvələrinin xeyri çoxdur.
Yarpaq və meyvəsinin qaynadılmış suyu ilə saçları təbii surətdə boyamaqla tüklərin dibini bərkidir.
Çoxaldılması toxum və cavan pöhrələri ilə (qələmlə) aparılır.
37)
Çiyələk- (Fragaria elatier)- Gülçiçəklilər (Rosaceae) fəsiləsindən olan çoxillik giləmeyvə bitkisi
Avropa, Asiya və Amerikada mülayim və isti qurşaqlarda yayılıaraq yabanı və mədəni növləri vardır.
Çiyələyin 4 növü Azərbaycanda, 2 növü Naxçıvan Muxtar Respublikasındakı Şahbuz və Ordubad
rayonlarında becərilir.
Çiyələk bitkisinin gövdəsinin hündürlüyü 10 sm-dək olur. Yarpaqları ovalvari,
çiçəkləri
ikicinsiyyətli qalxancıqlıdır. Meyvələri sarı-qırmızı rəngdə olaraq, quşlar və məməli gəmirici heyvanlar
tərəfindən həvəslə yeyilir.
Çiyələk giləmeyvələri sübh tezdən yığılaraq, ondan mürəbbə, şirələr, cem və s. bişirilir.
Meyvələrinin tərkibində 6-8 % şəkər, 1-1,5 % üzvi turşu, mikroelementlərdən Fe,
P və C vitamini ilə
zəngindir.
Xalq təbabətində çiyələk meyvələrindən insandakı qanazlığı, sinqa xəstəliyi və böyrək daşının
müalicəsində istifadə edilir.
Çiyələk bitkisi əsas gövdənin yanlarından göyərmiş sarmaşıq şəkilli kök atmış lianalar vasitəsilə
çoxaldılır.
58
Adamları ağlına görə,torpağı xalqına görə tanıyarlar.
Akademik Həsən Əliyev.
Nadir bitkilər
Naxçıvan Muxtar Respublikası ərazisində nadir bitkilər vardır ki, onların əksəriyyətindən dərmanlar
hazırlanılır.
Naxçıvandakı xalq təbabəti min illərdir ki, ayrı-ayrı “türkə çarəçi”lər tərəfindən sınaqdan
çıxarılmışdır. Naxçıvan Elm Mərkəzinin Şıxmahmuddakı nəbatət bağında bir çox faydalı dərman
bitkiləri
ilə yanaşı bəzək bitkilərini də əkib becərirlər. Muxtar Respublika ərazilərindəki olan nadir bitkilərin
təsnifatı aşağıdakı kimidir;
1)
Qarabağ dağ laləsi (Tulipa karabachensis)
- Soğanağı yumurtavari, hündürlüyü 10-25 sm. sarı
rəngli çiçəkləri olur. Ordubad, Şahbuz və Culfa rayonlarındakı dağ ətəyi kolluqlarda bitir. Toxumları ilə
çoxalaraq çiçəkləyir. Çarpaz tozlanır, çiçəkyanlığı ağ rəngdə olub, meyvələri (qutucuq) xaş-xaşdır.
2)
Şrenk dağ laləsi (Tulipa şrenkhensis)
- Soğanaqlı bitkinin çöhrayı rəngli çiçəkləri olur. Şahbuz
rayonundakı Batabat çəmənliklərində bitir. Hər on-iyirmi ildən bir toxumları külək vasitəsilə gətirilərək
düzənlik sahələrdə də (may-iyun aylarında) bitir. Bitkinin hündürlüyü 25-35 sm. olaraq, çiçəkləri çarpaz
tozlanır.
3)
Yuliya dağ laləsi (Tulipa Julia)
- Tünd qırmızı enli ləçək çiçəkləri olur. Həşəratları özünə cəlb
edir. Əsasən Şahbuz rayonundakı Salvartı və Batabat yaylalarında daha çox yayılmışdır.Külək vasitəsilə
toxumları tökülərək Culfa rayonu Əlincə çayının sahillərində də bitmişdir. Soğanağı yumrudur, çiçəkləri
səhərlər açılır, axşamlar isə yumulur, çiçəkləmə müddəti 30 gündür.
4)
Felipeya dağ laləsi (Tulipa felipeis)
- Yumurtavari soğanaqlı bitkinin açıq qırmızı enli ləçək
çiçəkləri olur. Həşəratları özünə cəlb edir. Əsasən Şahbuz rayonundakı Biçənək və Kükü kəndi
ətrafındakı Keçəl dağda yayılmışdır. Lalənin arialı bəzən bir neçə il bitdiyi yerindən
ot biçənlər tərəfindən
ləğv olunur. Koldakı çiçəklərin sayı 2-3-ə çatır. Hündürlüyü 6-10 sm. olaraq may-iyun aylarında
çiçəkləyir.
5)
Qaraquş zəng çiçəyi (Campanulaceae)
- Zəngçiçəklilər fəsiləsindən olan mürəkkəb rəngli dağ
çiçəyidir. Əsasən dağ ətəyi çəmənliklərdə bitir. Ən çox bulaq başında daha çox yayılır. May-iyun
aylarında çiçəkləyir. Beşüzlü çiçəkləri iki cinsiyyətli olaraq həşəratları özünə cəlb edir. Heyvanlar
tərəfindən iştahla yeyilir. Bitkinin tərkibində C vitamini vardır.
Ordubad, Culfa, Şahbuz, Şərur rayonlarındakı çəmənliklərdə yayılmışdır.
6)
Güləbətin (Pulsatilla violacea)
- Qaymaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir.
Ləçəklərinin içərisi qırmızı, eşik tərəfdən isə mürəkkəb rəngində dağ çiçəyidir.
Xoş iylidir, heyvanlar
tərəfindən yeyilmir, həşəratları özünə cəlb edir. Tozlanması öz-özünə və həşəratlar ilə olub vegetasiya
müddəti 4-5 aydır. Şahbuz rayonundakı Salvartı yaylağında (gölün ətrafında) və Ordubadın “Göygöl”
ərazilərində yayılmışdır. Bitkinin yarpaqlarından xalq təbabətində bakteriosid xassəli cövhər çəkirlər.
7)
Tıs-tıs (Echinopsilon)
- Boz-sarı-yaşıl rəngli çiçəkləri olub, yumru formada sıx yarpaqlı uzaqdan
dağ daşlarına bənzər dağ çiçəyidir. Ən
çox Ordubad, Şahbuz, Kəngərli, Babək və
Sədərək rayonlarındakı uca dağlarda bitir. Çiçəkləmə müddəti iyun-avqust aylarında olub, həşəratları
özünə cəlb edir. Heyvanlar tərəfindən yeyilmir.
Xalq təbabətində yarpaq və çiçəklərindən xüsusi məlhəm (balzam) hazırlanılır.
8)
Komarov şaqqıldağı (Matthiola)
- Elmdə ilk dəfə rus botaniki Komarov tərəfindən öyrənilmiş kol
bitkisinin boz yaşıl çiçəkləri vardır. Ordubad, Culfa, Şahbuz rayonlarındakı dağ yamaclarında daha çox
yayılmışdır. Heyvanlar tərəfindən çiçək və yarpaqları yeyilir, çiçəklərinə həşəratlar yığışır. Oduncağından
yerli əhali tərəfindən yığılaraq yanacaq kimi istifadə olunur.