Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

 
63
30)  Ardıc  (Juniperus)- Sərvkimilər fəsiləsindən olan həmişəyaşıl ağac-koldur. Naxçıvan Muxtar 
Respublikası ərazilərində iki növü (düzduran və yerə yatan) yayılmışdır. Toxumlu ağacın “qozları” adətən 
yerə  əkiləndən iki il sonra yetişir. Azərbaycanda ardıcın 6 növü vardır ki, onlardan ikisi Muxtar 
Respublikanın Şahbuz, Ordubad, Sədərək və Şərur rayonlarındakı dağ ətəyi kolluqlarda bitmişdir. Şahbuz 
rayonundakı Biçənək qoruğunda ardıcın 3 növünə rast gəlinir. Onlar Adi ardıc (Juniperus communis), 
Mərkəzi Asiya ardıcı (Juniperus sabina) və Virginiya ardıcı (Juniperus virginiana)-dır. 
Ardıcın növündən asılı olaraq, hündürlüyü 1-15 m-dək olur. Qozalarının tərkibində 0,2-5 % efir yağı, 
yunon, yuniperin, flanon qlükozidləri, pektin maddəsi və.s vardır. 
Sənayedə ardıc ağacından qələm və musiqi alətləri hazırlanılır. Bitkinin kökləri yamacdakı torpaq 
erroziyasının qarşısını alır. Yayılması toxumları ilə quşlar vasitəsilə çoxalır. 
Şərab istehsalında ardıc yağından şərab məhsullarına qatılmaqla aromatlaşdırıcı vasitə kimi istifadə 
edilir. 
Xalq təbabətində ardıcın meyvələrindən məlhəm hazırlanmaqla, oynaq ağrılarına qarşı müalicə 
aparılır. Yetişmiş quru meyvələrindən hazırlanan cövhərlə daxili xəstəliklərin müalicəsində istifadə 
edirlər. 
Ardıc dekorativ bitki kimi parklarda əkilib-becərilir. 
 
31)  Bənövşə  (Violaceae)-  İkiləpəlilər sinfindən olan çoxillik ot bitkisi dünyanın isti və mülayim 
qurşaqlarındakı uca dağ ətəyi çəmənlik və kolluqlarda yayılmışdır. 
Bənövşə bitkisinin uzunsov şəkilli yarpaqları növbə ilə gövdə də düzülərək iki cinsiyyətli mürəkkəb 
rəngli  ətirli çiçəkləri vardır. Çiçəklərin kasa yarpağındakı  ləçəklərində beş sayda erkəkciyi olur. 
Meyvələri açılan qutucuq formasında, toxumları xırda, qara və sarımtıl-boz rənglidir. 
Qafqazda 32, Azərbaycanda 22, ocümlədən də Muxtar Respublika ərazilərindəki dağətəyi 
çəmənliklərdə  və çay kənarlarında bənövşə bitkisinin iki növü yayılmışdır. Çox təəssüf ki, dağətəyi 
çəmənliklərdə bitən bənövşə bitkisi vegetasiya müddəti başa çatmamış yerli əhali tərəfindən yem otları ilə 
birlikdə biçilərək arialı ilbəil azalır. 
Bitkinin tərkibində efirli maddələr olduğundan ətriyyat və əczaçılıqda sənaye üsulu ilə yağ və digər 
ekstraktlar hazırlanılır. 
Xalq təbabətində  bənövşə yağı ilə başdakı tüklərin tökülməsinə (dazlaşmaya) qarşı  ən yaxşı  təbii 
müalicə kimi istifadə edirlər. 
Bənövşə mürəbbəsi sinəni yumşaldır, öskürəyi kəsir. (Hazırlanması bitkinin çiçəklə  bərabər 
yarpaqları götürülərək həmin miqdarın iki misli qədər şəkər və ya bal ilə qarışıq həvəngdə döyülür və 40 
gün müddətində şüşə qabda gün altında saxlanılır). 
Bənövşə  şərbəti qızdırma, öskürək, qan təzyiqi xəstəliklərinə qarşı  əhəmiyyətlidir. (Hazırlanması 
bitkinin 1/3 miqdarında su ilə qatıb qaynadaraq 1/4 hissəsinə şəkər və ya bal qatılmalıdır). 
Çoxaldılması toxumları və çiçəkləməmişdən öncə torpaqla birlikdə kökləri zədələnmədən çıxarılaraq 
münbit torpaqda əkilir. 
 
32) Baldırğan- (Heracleum)- Çətirçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. 
Baldırğanın Azərbaycanda 8 növü, Naxçıvan MR-da isə 2 növü yayılmışdır. Muxtar Respublikanın 
Ordubad, Culfa, Şahbuz və Şərur rayonlarındakı dağçəmənliklərində bitir. 
Bitkinin uca gövdəsi qamışvari, içərisi boş boruyabənzər formalıdır. Yarpaqları boz-yaşılımtıl iri və 
sadə  lələkvaridir. Çiçəkləri ağ-sarımtıl-yaşılımtıl rəngdə olaraq külək və qanadlı  həşəratlar vasitəsilə 
tozlanır. 
Baldırğanın  əsas hissəsi cavan zoğlarıdır ki, tərkibində bir çox vitamin, şəkər və efir yağları 
olduğundan yarpaq və meyvələrinin də tərkibində efir yağları vardır. 
Baldırğan bitkisi elmi şəkildə tam öyrənilməsə  də bir çox növləri insan və onurğalı heyvanlar 
tərəfindən həvəslə yeyilir. 
Muxtar Respublikanın  Şahbuz rayonundakı Salvartı yaylasında bitən baldırğan növü bəzək bitkisi 
kimi, Kükü kəndi (Keçəldağ yamaclarında) ətrafındakı yayılmış növü isə sənaye əhəmiyyətlidir. 
Xalq təbabətində baldırğan suyundan daxili xəstəliklərin iltihabında istifadə edilir. Duza qoyulmuş 
bitki vitaminləri özündə kələm kimi saxlayaraq, milli yeməklərlə bərabər süfrəyə gətirilir. 
Yay aylarında yaylaqlarda ot biçini ilə  əlaqədar olaraq baldırğan bitkisi vegetasiya dövrünü başa 
çatdıra bilmədiyindən növ məhv olmaq üzrədir. 
Baldırğan da çoxillik Rəvənd  (Uşqun)  və  Dağ çaşırı kimi yaz aylarında yığılaraq sənaye 
müəssisələrində duza qoyularaq konservləşdirilir. 


 
64
Bitkinin çoxaldılması toxumları vasitəsilə əkildiyi mühitə uyğunlaşmalıdır. 
 
33) Şiyav (Ağot)- (Stipa)- Taxıllar fəsiləsindən olan çoxillik ot bitkisi cinsindəndir. 
Dünyada 300, Azərbaycanda 24 növü yayılmışdır.  Əsasən Alp çəmənlik qurşaqlarında bitkinin 
növləri inkişaf edərək arealını tapmışdır.  Şiyav bitkisinin bir növü Naxçıvan Muxtar Respublikası 
ərazilərində-Babək rayonundakı Payız kəndində (Lizbirt dərəsində) və  Şahbuz rayonundakı Batabat 
yaylasındakı otlaqlarda yayılmışdır. 
Şiyav bitkisinin çiçək qrupu parlaq və süpürgəvari formalıdır. Çiçəkləri sadə birtərəfli və nazik 
sünbülcüklərdən ibarətdir. Bitkinin kök sistemi saçaqlı olduğundan torpaq erroziyasına qarşı 
əhəmiyyətlidir. Bitkinin toxumlarını külək apararaq çəmənlikdə yayılır. Muxtar Respublikada olan nadir 
bitki növünü (Stipa nachiczevanica) endemik olaraq keçən əsrin axırlarında Akademik Y.Məmmədəliyev 
adına Naxçıvan Dövlət Universitetinin müəllimi dossent İ.Sadiqov tərəfindən elmi şəkildə öyrənilmişdir. 
 
34) Qafqaz xurması (xirnik)- (Diospyeros lotus)- Ebena fəsiləsindən olan subtropik çoxillik bitki 
növünün vətəni Hindistanla Çindir. 
Hündürlüyü 16 m-dək olan ağac-kol bitkisinin kənarı bütöv şəkilli tünd yaşıl-sarımtıl rəngli sadə və 
uzunsov yarpaqları vardır. Xurmanın çiçəkləri çox xırda olaraq külək və qanadlı  həşəratlar vasitəsilə 
tozlanaraq meyvələri əvvəl tünd yaşıl rəngdə, sonradan isə sarı-çəhrayı rəngdə olur. 
Bitki -25 Cº şaxtaya dözdüyündən Naxçıvan Muxtar Respublikasının iqliminə dözümlüdür. Son 
illərdə Astaradan gətirilmiş tinglərlə  həvəskar bağbanlar tərəfindən Ordubad, Şahbuz və Babək 
rayonlarındakı meyvə bağlarında əkib-becərilir. 
Xurma bitkisi su sevən olduğundan şoran torpaqlarda inkişafı ləngisə də, münbit torpaqlarda isə 200 
il yaşayır. Yazda (may ayında) çiçəkləyən xurmanın meyvələri payızda (noyabr ayında) qızarıb yetişir. 
Xurma ağacından 80 kq-dək məhsul yığmaq mümkündür. Qurudulmuş meyvəsinin tərkibində 40 % 
şəkər, 0,5 % üzvi turşular olur. Xurmanın yetkin meyvəsi vitaminlərlə  zəngindir. Meyvənin qabığı 
soyularaq yeyilir, lətli hissəsindən mürəbbə, cem və povidla bişirilir. 
Bitki adətən əkiləndən 6-7 il sonra çiçəkləyir. Toxumları ilə çoxaldılaraq qışı sərt keçən illərdə quru 
qamışla örtülərək gövdəsi bağlanılmalıdır. 
Xalq təbabətində insandakı  əhval-ruhiyyəni artırmaq üçün xirnik mürəbbəsi ilə çay içilməsi yaxşı 
nəticə verir. Dekorativ kol bitkisi kimi parklarda əkilməsi mümkündür. 
 
34) Çinar- (Platanus)- Çinar fəsiləsindən olan çoxillik ağac bitkisidir. 
Sıx çətirli ağacın vətəni Kanada olsa da Aralıq dənizi sahillərindən başlayaraq mülayim qurşaq 
enliklərində Hind-Çinə qədər 10 növü yayılmışdır. 
Çinar ağacının qalıqlarına Təbaşir dövrü süxurlarında tapıldığından qədim bitkilərdən biri sayılır. 
Çinarın hündürlüyü 50 m-dək, gövdəsinin diametri isə 18 m-ə çatır. Xırda çiçəkləri bircinsiyyətlidir. 
Yarpaqları növbəli düzülüşdə beşguşəli üzüm yarpaqlarına oxşayır. Meyvələri  şarvari-qotazlı olaraq 
meyvə qrupunda toplanır. 
Azərbaycanda çinar ağacları  əsasən Zəngilan rayonundakı  Bəsitçay vadisinin şərq hissəsində  təbii 
surətdə yayılmışdır. 
Azərbaycanda 1000-2500 yaşlı çinar ağacları vardır. Muxtar Respublikanın Ordubad rayonunda 
çoxillik yaşlı çinar ağacları, öz əzəməti və vüqarı ilə əsrlərdən xəbər verir. 
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin  əməkdaşlarının səyi ilə Naxçıvan 
şəhərindəki park və meydançalarda çinar ağacları əkilib-becərilir. Dekorativ bitki kimi becərilən ağacın 
yüngül oduncağından mebel sənayesində istifadə olunur. Çoxaldılması gövdənin yan pöhrələrindən 
kəsilmiş  qələm vasitəsilə (doğanaqla) mümkündür. Çinar ağacı uzunömürlülük rəmzidir. Naxçıvan 
Muxtar Respublikasında meşə sahəsi 0,01 % olaraq yalnız  Şahbuz rayonu ərazisindədir. Mərhum  şair, 
təbiət həvəskarı Hüseyin Arifin sözləri ilə Çinarı belə vəsf etmək olar
“Hər vaxt təbiəti gətirək yada, 
O bizi duyğusuz, ruhsuz sanmasın 
Binalar tikilib, yollar artsa da, 
Çinarlar qırılıb yaralanmasın...” 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə