Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

 

24

II FƏSİL 



 

QARAQOYUNLU VƏ AĞQOYUNLU  DÖVLƏTLƏRİNİN 

İCTİMAİ-SİYASİ TARİXİ 

 

§1. Qaraqoyunlu dövlətinin siyasi tarixi. 

 

Türk tarixçilərindən  İ.H.Uzunçarşılı, M.X.Yınanç, Z.V.Toğan, F.Sümer, K.Gürün, İsmayıl Aka və 

başqaları Qaraqoyunlu dövlətinin ictimai-siyasi tarixi haqqında müəyyən fikirlər irəli sürmüşlər. Tarixən 

mə'lumdur ki, Əmir Teymurun daxilən möhkəm olmayan imperiyası onun ölümündən sonra parçalanmağa 

başlamış, atası  tərəfındən hakimiyyətdən məhrum edilmiş Miranşah oğlu  Əbubəkir və Mirzə Ömərlə birlikdə 

Azərbaycanda və  İranın qərb torpaqlarında səltənətə  çıxmaq uğrunda qanlı döyüşlərə başlamışdılar. 

Azərbaycanda Teymurun varisləri arasında hakimiyyət uğrunda davam edən mübarizə, yerli hökmdarların 

nüfuzunun möhkəmlənməsinə  və genişlənməsinə imkan yaratdı.  Şirvanşah I İbrahim yaranmış siyasi 

vəziyyətdən istifadə edərək Azərbaycan torpaqlarını  Şirvanşahlar dövləti  ətrafında birləşdirmək uğrunda 

mübarizəyə başladı. O, bu məqsədlə Gəncə hakimi Yar Əhməd Qaraman, Şəki hakimi Seydi Əhməd, Ərdəbil 

hakimi Bəstam Cakir və Gürcü çan Konstantin ilə əlaqə yaratdı. Şirvanşah I İbrahim 1406-cı il mayın sonunda 

Təbriz  şəhərini  ələ keçirdi. Lakin o, burada möhkəmlənə bilmədi.  Şirvanşah Sultan Əhməd Cəlayirin 

Bağdaddan Təbriz üzərinə yürüşə  çıxdığını  xəbər alaraq Cənubi Azərbaycanı  tərk etdi. Azərbaycanda siyasi 

hakimiyyət uğrunda gedən mübarizəyə 1406-cı ildə Qara Yusif Qaraqoyunlu da qoşuldu.   

XV əsrin əvvəllərində Azərbaycandakı siyasi vəziyyət, hakimiyyət uğrunda Teymurun varisləri, Sultan 

Əhməd Cəlayiri, Şirvanşah I İbrahim, Qara Yusif Qaraqoyunlu 

[55-56]

 və ayrı-ayn feodal hakimlərin apardığı 



mübarizə türk tarixçilərinin əsərlərində geniş şəkildə tədqiq olunmuşdur

1

. Qara Yusif 1406-cı ilin oktyabrında 



Naxçıvan yaxınlığında və 1408-ci ilin 21 aprelində Təbriz yaxınlığındakı  Sərdrud düzündə Teymuri Əbubəkr 

üzərində  qələbə çalmışdı. Qara Yusifin teymurilər üzərindəki qələbəsindən sonra Azərbaycanın cənub 

torpaqlarında teymurilərin hakimiyyətinə son qoyulmuş  və hakimiyyət qaraqoyunluların  əlinə keçmişdi. 

İ.H.Uzunçarşılı, Z.V.Toğan, F.Kırzıoğlu və İsmayıl Aka Qaraqoyunlu dövlətinin 1408-ci ildə yarandığını qeyd 

edirlər

2

. Qaynaqların verdiyi mə'lumata görə, Qara Yusif Əbubəkri ikinci dəfə (1408-ci ildə) məğlub etdikdən 



sonra oğlu Pir Budağı padşahlıq taxtına oturtmuş və elçi göndərərək Sultan Əhmədi xəbərdar etmişdir. O, bu 

xəbəri müsbət qarşılamış  və Pir Budaq üçün hakimiyyət simvolu olan taxt-rəvan göndərmişdi

3

. Faruq Sümer 



Mirxondun bu mə'lumatının doğru olmadığını qeyd edir. Onun fikrincə, Pir Budaq Sultan Əhmədin ölümündən 

sonra hakimiyyətə  gəlmişdir. O, öz fikrini Qara Yusifin Pir Budaqla müştərək olaraq zərb etdirdiyi mis və 

gümüş sikkələrin ən qədiminin (h.814) 1411-ci il tarixli olması ilə əlaqələndirir

4

. Azərbaycan tədqiqatçılarının 



əsərlərində  də Qaraqoyunlu dövlətinin 1410-cu ildə yarandığı qeyd olunur

5

. Lakin M.Seyfəddini həm 



qaynaqlara, həm də numizmatik materiallara istinad edərək Qaraqoyunlu dövlətinin təşəkkül tarixininin 1408-ci 

il olduğunu əsaslandırır. O, üzərində Qara Yusifin oğlu Pir Budağın adı həkk olunmuş sikkələrin 1408-ci ildən 

başlayaraq kəsildiyini göstərir

6

. Azərbaycanda siyasi hakimiyyətin 1408-ci ildən başlayaraq Qaraqoyunluların 



əlinə keçdiyini həmin dövrün qaynaqları da təsdiq edir

7



Qara Yusif Azərbaycanda teymurilərin hakimiyyətinə son qoyduqdan sonra öz hakimiyyətini 

möhkəmləndirmək üçün mühüm tədbirlər gördü. Qaynaqların verdiyi mə'lumata görə, Qara Yusif 1409-cu ilin 

noyabr ayında Pir Ömər və İlyas Döğərin başçılığı altında Şirvan üzərinə qoşun göndərmişdi. 

 [56-57]


 

Lakin  Şəki hakimi Seydi Əhmədin döyüşə ciddi hazırlaşdığını hiss etmiş Qaraqoyunlu sərkərdələri 

döyüşə girməmiş və Şirvanın bə'zi yerlərini talan edərək Təbrizə qayıtrmışdılar

8

. Şirvan və Şəki ərazilərini ələ 



keçirib mərkəzləşdirilmiş dövlət yaratmaq Qara Yusifin hərbi siyasətinin başlıca məzmununu təşkil edirdi. 

Faruq Sümerin fıkrincə, Qara Yusif 1409-cu il dekabrın sonunda Şirvana yeni bir ordu göndərmək istəmiş, lakin 

Van hakimi Məlik  İzzəddin  Şir siyasi vəziyyəti nəzərə alaraq ona mane olmuş, Qara Yusiflə  Şirvanşah  Şeyx 

İbrahimi barışdırmışdı

9



Teymurilərin üzərində  qələbədən sonra Qara Yusifın Azərbaycanın cənub torpaqlarında getdikcə 



möhkəmlənməsi Bağdad hökmdarı Sultan Əhməd Cəlayirini narahat edirdi. İ.H.Uzunçarşılı və F.Sümerin qeyd 

etdiklərinə görə, 1409-cu ilin 18 dekabrında Sultan Əhmədin elçisi Təbrizə gəlmiş və Həmədan yaylağının ona 

verilməsini Qara Yusifdən tələb etmişdi. Qara Yusif bu tələbi rədd etmiş və elçini geri qaytarmışdı

10

. Onların 



fikrincə Sultan Əhmədlə Qara Yusif arasında 1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığındakı  Əsəd kəndi 

yaxınlığında baş vermiş döyüşün mühüm səbəbi Qara Yusifın Həmədaq yaylağını Sultan Əhmədə verməməsi 

olmuşdu

11

. Qara Yusif bu döyüşdə qələbə çalmış və İraqı da Qaraqoyunlu dövlətinə birləşdirmişdi. 



Türk tarixçilərinin  əsərlərində Qaraqoyunlu dövlətinin  Şirvanşahlar dövləti ilə münasibətlərinə xüsusi 

diqqət yetirilmişdir.  Şirvanşah I İbrahim qaraqoyunluların getdikcə qüvvətlənməsinin  Şirvanı  təhlükə altına 

alacağını bilir və  Cəlayirilərin tərəfində dururdu

12

. Türk tarixçiləri  Şirvanşahın bu mövqeyini izah etmirlər. 



Lakin İ.P.Petraşevski, C.İbrahimov və S.Aşurbəyli Şirvanşahın cəlayirilərə tərəfdar olmasının səbəbini o zaman 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə