Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

 

25

Cəlayirilər dövlətinin çox «zəif olmasında«» görmüşlər



13

. Ş.Fərzəliyevin fikrincə, I İbrahimin Sultan Əhmədə 

tərəfdar olmasının səbəbini heç də cəlayirilərin zəifləməsi və Şirvanşaha qarşı təhlükə təşkil etməməsi ilə deyil, 

Şirvanşahın müdrük uzaqgörənliyi ilə izah 

[57-58]

 etmək lazımdır. O, bilirdi ki, artıq bir dəfə Şirvanı tutmağa 



çalışan Qara Yusif qüvvətləndikdən sonra hökmən  əski niyyətini həyata keçirməyə çalışacaqdır.  Əgər o, 

qaraqoyunlulara tərəfdar olsaydı, Qara Yusifin şəxsində bir dost, cəlayirilərin və  həmçinin Qara Yusiflə 

düşmənçilik münasibətində olan teymurilərin  şəxsində iki düşmən qazanmışdı. Çünki Teymuri hökmdarı 

Şahruhla  Şirvanşahlar dövləti arasında hələlik yaxşı münasibət vardı

14

. Məhz bu uzaqgörənlik nəticəsində 



Şirvan döyüşçüləri Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdilər. 

Qaynaqların verdiyi mə'lumata görə, Sultan Əhməd Təbriz üzərinə yürüş etdiyi zaman Şirvanşah  Şeyx 

İbrahimdən yardım istəmiş  və o da oğlu Kəyumərsin başçılığı ilə bir ordu göndərmişdi

15

. Azərbaycan 



tədqiqatçıları belə hesab edirlər ki, Qara Yusif qaraqoyunlulara əsir düşmüş Kəyumərsə atası I İbrahimə məktub 

yazdıraraq Qaraqoyunlu dövlətinə tabe olmağı  təklif edir və onu azad edir

16

. Faruq Sümer Hafız  Əbrunun və 



Əbdürrəzzaq Səmərqəndinin verdiyi məlumatlara istinad edərək yazır ki, Qara Yusif Kəyumərsi Ərciş qalasında 

həbs etdirmişdi. Şeyx İbrahim oğlunu azad etmək üçün çox böyük məbləğdə pul təklif etmiş, lakin Qara Yusif 

bu təklifi rədd etmişdi

17

. Dövrün digər qaynaqları da Farüq Sümerin bu mövqeyini təsdiq edir



18

Qara Yusifın Sultan Əhmədi ağır məğlubiyyətə  uğradaraq öz mövqeyini daha da möhkəmləndirməsi 



Şirvanşah  Şeyx  İbrahimi xeyli narahat etmişdi. Buna görə  də, o, Şəki hakimi Seydi Əhməd və Gürcü çarı 

Konstantin ilə ittifaq yaradaraq Qara Yusifə qarşı döyüşə hazırlaşmışdı. Farüq Sümerin fıkrincə, Qara Yusif bu 

hadisədən xəbər tutmuş  və 1412-ci ilin 17 noyabrında Qarabağa gəlmişdi. O, buradan Şeyx  İbrahimə elçi 

gondərmiş, ona barışıq təklif etmişdi. Qara Yusifin bu təklifi  Şeyx  İbrahim və müttəfiqləri tərəfindən qəbul 

olunmamışdı. Qəzəblənmiş Qara Yusif 1412-ci ilin 19 dekabrında Kür çayını keçmiş  və  Şeyx  İbrahimi ağır 

məğlubiyyətə    uğratmışdı

19

.    Bu    döyüşdən    bəhs    etmiş  



[58-59]

 Azərbaycan tədqiqatçıları hadisənin 

1412-ci il noyabrın 6-dan dekabrın 4-dək davam etdiyini göstərirlər

20

. Lakin dövrün digər qaynaqlan da Faruq 



Sümerin fıkrini təsdiq edir

21



Beləliklə,  Şeyx  İbrahimin həmişə qorxduğu hadisə baş vermiş  və müstəqil  Şirvanşahlar dövləti 

Qaraqoyunlu hökmdarından asılı  vəziyyətə düşmüşdü. Lakin bu asılılıq nominal səciyyə daşıyırdı.  Şirvanşah 

Kür çayından cənubda olan torpaqlardan məhrum olsa da, Azərbaycanın  şimal torpaqları onun hakimiyyəti 

altında qalırdı

22



Türk tarixçilərinin  əsərlərində Qaraqoyunlu dövlətinin sərhədləri haqqında müəyyən qeydlərə rast 



gəlmək mükündür. Faruq Sümerin fikrincə, Qara Yusifın yaratdığı Qaraqoyunlu dövləti Qəzvindən Ərzincana, 

Bağdaddan Şirvana qədər uzanan torpaqları əhatə edirdi

23

. İ.P. Petruşevski də qeyd edir ki, 1413-cü il ərəfəsində 



Azərbaycanın Kür çayına qədər olan cənub hissəsi, Ermənistan, Gürcüstan və  Ərəb  İraqı Qaraqoyunlu 

dövdlətinin ərazisinə daxil olmuşdu

24

. Cahanşahın hakimiyyəti dövründə Azərbaycan, Arran, Ərəb İraqı, Əcəm 



İraqı, Fars və Kirman Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilmiş,  Şirvanşahlar, Ağqoyunlular, Gilan və 

Mazandaran hakimləri onun hakimiyyətini tanımalı olmuşdular

25



Qaraqoyunlu dövləti Azərbaycan zəminində yaranmışdı. Dövlətin təşəkkülündə  əsasən Azərbaycanda 



məskunlaşmış və Qaraqoyunlu tayfa birliyinə daxil olan tayfalar iştirak etmişdilər. Buna görə də Faruq Sümerin 

qaraqoyunluların vətəninin  Şərqi Anadolu olduğunu qeyd etməsindən heç də belə  nəticə  çıxarılmamalıdır ki, 

Azərbaycanda Qaraqoyunlu dövlətinin təşəkkül prosesində  əsas rolu kənardan gələn qüvvələr oynamışlar. 

Mə'lumdur ki, Qaraqoyunlu tayfa birliyinə  Şərqi Anadoluda məskunlaşmış tayfalar da daxil idi və dövlətin 

yaranması prosesində onlar da iştirak etmişdilər. Lakin onların tarixi rolunu mütləqləşdirməyə heç bir əsas 

yoxdur.


  [59-60]

  

Azərbaycan və Sovet tədqiqatçılarının elmi nəticələrinə görə XV əsrdə ardıcıl olaraq Azərbaycan və 



İranın böyük hissəsində Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaradanlar dil və mənşə e'tibarilə azərbaycanlı 

tayfalar olmuşlar

26

. İ.P. Petruşevski də Qaraqoyunlu dövlətinin məhz Azərbaycan zəminində yarandığını qeyd 



etmiş və qaraqoyunluların dilinin həqiqətən Azərbaycan (türk) dili olduğunu göstərmişdir

27

. Faruq Sümer yazır 



ki, Avropa alimlərinin Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin  İran tarixində bir keçid dövrü olduğunu 

göstərmək cəhdləri qətiyyən doğru deyildir

28

. Onun fıkrincə qaraqoyunluların danışıq dili Azəri türkcəsi 



olmuşdur

29



Türk tarixçilərinin araşdırmalarında Qaraqoyunlu dövlətinin xarakteri məsələsinə aid fikirlər öz əksini 

tapmamışdır. Bu məsələ ilə bağlı başlıca fikir ilk dəfə  İ.P.Petruşevski tərəfindən irəli sürülmüşdür. Onun 

fikrincə, Qaraqoyunlu dövləti öz xarakterinə görə müxtəlif tayfaların və xalqların məcmusundan ibarət 

olmuşdur


30

. Bu fikri C.İbrahimov da müdafiə etmişdir

31

. Qeyd olunan fikirlərdə böyük həqiqət vardır. 



Qaraqoyunlu dövləti müxtəlif xalqların yaşadığı geniş  əraziləri özündə birləşdirmişdi. Lakin dövlətin 

Azərbaycanda yaranması, Təbrizin paytaxt olması, dövlətin idarə olunmasında yerli əmirlərin əsas rol oynaması 

obyektiv gerçəklik idi. Qara Yusifin bütün cəhdlərinə baxmayaraq güclü, mərkəzləşdirilmiş dövlət aparatı 

yaratmaq mümkün olmamışdı. Bunun başlıca səbəbi Teymurun Azərbaycanı işğal etməsi dövründə dövlətçilik 

ən'ənələrinə güclü zərbə endirilməsi, onun varisləri dövründə Azərbaycanda ayrı-ayrı  şəhər və vilayətlərin 

hakimlərində müstəqillik meylinin güclü olması və teymurilərlə uzunmüddətli müharibələr olmuşdur. 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə