140 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
NİGAR AXUNDOVA
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun
aparıcı elmi işçisı, t.ü.f.d., dosent
E-mail: nigar-akhundova@yandex.ru
HEYDƏR ƏLIYEV AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİDİR
Açar sözlər: Heydər Əliyev, mədəniyyət
Ключевые слова: Гейдар Алиев, культура
Keywords: Heydar Aliyev, cultural
Ən qədim zamanlardan Аzərbaycan mədəniyyətin və incəsənətin ən müxtəlif sahələri
inkişaf etmiş, dünya şöhrətli memarlıq məktəbi inkişaf tapmışdır. Əvəzsiz milli-mənəvi irsdən
bəhrələnən Azərbaycan mədəniyyəti xüsusən XX əsrdə misilsiz inkişaf yolu keçmişdir.
Azərbaycan mədəniyyətinin ən yüksək nailiyyətləri xalqımızın ümummilli lideri Hey-
dər Əliyevin adı ilə bağlıdır.
1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilməsi ilə (1) xalqımızın və ölkəmizin tarixində böyük dönüş dövrünün, mütə-
rəqqi dəyişikliklər mərhələsinin əsası qoyuldu. Heydər Əliyevin bütün sahələrdə olduğu kimi
mənəvi-mədəni sahədə də ciddi uğurlara nail olmuş, Azərbaycan mədəni intibah və dirçəliş
yoluna çıxartmışdı.
Respublikada 1970-ci ildə 2146 klub müəssisəsi, 2004 kino qurğusu var idisə, 1975-ci
ildə onların sayı müvafiq olaraq 2806 və 2220 təşkil edirdi. Bütün ixtisaslardan olan həkimlə-
rin sayı 13.1 mindən 54.8 minə çatmışdı. 1975-ci ildə respublikada 103 sanatoriya və istirahət
mərkəzi var idi ki, orada 198,9 min insan dincəlmişdi (2). Respublika əhalisinin maddi rifah
halında və mədəni səviyyəsində müsbət dəyişikliklər 1970-ci illərin ikinci yarısı və 1980-ci
illərin əvvəllərində də davam etmişdir. 1970-ci illə müqayisədə istehsal olunmuş milli gəlir
1975-ci ildə 139%, 1980-ci ildə 204%, 1985-ci ildə 258 % artmış, adambaşına real gəlirlər də
müvafiq olaraq 117%, 142% və 164% artmışdır. 1980-ci ildə respublikada 3837, 1985-ci ildə
isə 4203 kütləvi kitabxana, müvafiq olaraq 2302 və 2342 kinoqurğusu, 111 və 130 sanatoriya
və istirahət müəssisəsi var idi (3). Heydər Əliyev yaxşı dərk edirdi ki, hər bir xalqı ucaldan, ta-
nıdan təkcə onun iqtisadi potensialı, hərbi gücü, təbii resursları deyil, birinci növbədə onun
mədəniyyəti, mənəvi dəyərlər sistemidir. Buna görə də siyasi hakimiyyətə başladığı ilk gün-
dən Azərbaycanda mədəniyyətin, maarifin, elmin inkişaf etdirilməsi, xalqın mədəni-mənəvi
potensialının araşdırılması özünün əsas fəaliyyət istiqaməti seçmişdi.
Azərbaycan KP XXVIII qurultayında yaradıcılıq ittifaqlarının, ziyalıların, ədəbiyyat və
incəsənət xadimlərinin cəmiyyətinin mənəvi inkişafında, estetik-bədii zövqünün formalaşma-
sında yüksək rolunu vurğulayan Heydər Əliyev Azərbaycan ədəbiyyat və incəsənət xadimləri-
nin qazandıqları uğurları, onların həyatla əlaqəsinin möhkəmləndiyini, bədii ustalıq səviyyəsi-
ni nəzərə çarpacaq dərəcədə yüksəldiyini, ədəbiyyata və incəsənətə gənc qüvvələrin gəldiyini,
onların bir çoxunun özlərini yaradıcılıq nöqteyi-nəzərdən kamil əsərlərlə tanıtdığını böyük fə-
xarət hissi ilə qeyd etmişdir (4).
Heydər Əliyev incəsənətin və incəsənət xadimlərinin milli-mənəvi dəyərlərin inkişafın-
da rolunu yüksək qiymətləndirirdi. Azərbaycan KP MK-nın plenumundakı (29 oktyabr 1971-
Ümummilli lider Heydər Əliyev – 90 141
Tarix və onun problemləri, №2 2013
ci il) çıxışında göstərirdi: incəsənət zəhmətkeşlərin tərbiyəsində, insanın mənəvi aləminin zən-
ginləşməsində, şəxsiyyətin ahəngdar inkişafında mühüm vasitədir. Azərbaycan incəsənətinin
ən yaxşı əsərləri respublikanın hüdudlarından uzaqlarda da şöhrət tapmışdır. Respublikanın
bəstəkarları bir sıra qiymətli əsərlər yaratmış, musiqi obrazlarında təcəssüm etdirmişlər (5).
Simfonik və kamera musiqisinin inkişafında müvəffəqiyyətlərin olduğunu, Azərbaycan baleti-
nin maraqlı əsərlərlə zənginləşdiyini qeyd edən Heydər Əliyev məruzəsində incəsənətimiz və
musiqimizlə bağlı xoş sözlərlə yanaşı bu sahədə mövcud olan problemlərdən də bəhs etmiş və
göstərmişdir ki, musiqi həyatımızda yaranmış vəziyyət ümumən narahatlıq doğurur. Hər şey-
dən əvvəl ona görə ki, çoxdan bəri yeni, yaxşı opera əsərləri yaradılmış, bəstəkarların son il-
lərdə yaratdıqları bir çox mahnılarda vətəndaşlıq motivləri, əsas coşqunluq yoxdur (6). Azər-
baycan ərazisində mövcud olan çoxsaylı tarixi, dini və mədəniyyət abidələrinin mühafizəsi və
bərpası istiqamətində təsirli tədbirlər həyata keçirilmişdi. 1973-cü ildə respublika ərazisində
2000 tarixi abidə dövlət mühafizəsinə götürülmüş, 11 abidə bərpa olunmuşdu (7).
Heydər Əliyev Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığının öyrənilməsi və təbli-
ğinə böyük diqqət verirdi. Bunu 1970-80-ci illər Azərbaycan KP MK qəbul etdiyi «Bədii ədə-
biyyat klassikləri əsərlərinin tədqiqini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında»
xüsusi qərarı, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, C.Cabbarlının, Vaqifin, S.Vurğunun
(8), Mirzə Şəfi Vazehin və başqa klassiklərin ədəbi yaradıcılıq irsinin öyrənilməsi, nəşrini və
təbliğini gücləndirmək tədbirləri haqqında xüsusi qərarlar da sübut edir (9). Azərbaycan yazıçı-
larının VII qurultayındakı nitqində Heydər Əliyev Azərbaycan klassik və müasir ədəbiyyatı
əsərlərinin rus dilinə tərcüməsi sahəsində ciddi problemlərin olduğunu, fəaliyyət planlarının
yoxluğunu, yüksək ixtisaslı tərcüməçi kadrların çatışmadığını, bədii tərcümənin keyfiyyətinin
problemlərinin özünün ciddi problem olduğunu açıb göstərmiş, Azərbaycan mədəniyyətinin
daha da yüksəlməsi üçün bütün tərcümə işinin kökündən yaxşılaşdırılmasını tələb etmişdi (10).
Müxtəlif şairlərin poeziya günlərinin (Şamaxıda M.Ə.Sabirin, Xızıda M.Müşfiqin, Qazaxda
S.Vurğunun, Şuşada M.P.Vaqifin, Naxçıvanda H.Cavidin) keçirilməsi mühüm mədəni və bədii
hadisəyə çevrilirdi. Heydər Əliyev 1982-ci ilin yanvarında M.P.Vaqifin Şuşa şəhərində abidəsi-
nin açılışında və həmin ilin avqustunda Vaqif poeziya günlərində şəxsən iştirakı həm onun Va-
qifin yaradıcılığa verdiyi böyük dəyərin, həm də Qarabığın Azərbaycan mədəniyyətində tutduğu
yerin təzahürü oldu.
Həmin illərdə Azərbaycan yazıçıları İ.Əfəndiyev, İ.Qasımov, Ə.Vəliyev, B.Bayramov,
Əbülhəsən «Azərbaycan xalq yazıçısı», O.Sarıvəlli, M.Dilbazi, B.Azəroğlu, N.Rəfibəyli isə
«Xalq şairi» adına layiq görülmüşdülər. Bir çox şair və yazıçılar-ədəbiyyatşünaslar - B.Vahab-
zadə, Qabil, M.İbrahimov, Ə.Cəmil, Anar, M.Dadaşzadə, H.Arif, S.Rüstəm Heydər Əliyevin
şəxsi imzası ilə «Azərbaycan SSR dövlət mükafat»ı ilə təltif olunmuş, R.Rza isə «Lenin» müka-
fatı almışdı. Yaşı 60-ı haqlamış mədəniyyət və ədəbiyyat xadimlərinin yubileylərinin keçirilmə-
si ənənəyə çevrilmişdi. Heydər Əliyevin Azərbaycan milli-mədəni, tarixi irsinin qorunub saxla-
nılmasında on cildlik Azərbaycan Sovet Ensiklopediyasının nəşrinə nail olması xüsusi qeyd
edilməlidir. Heydər Əliyevə qədər bir neçə dəfə bu mühüm işə başlamağa cəhd göstərilsə də,
yalnız böyük öndərin qətiyyəti və siyasi iradəsi nəticəsində bu iş baş tutmuşdur. Heydər Əliyev
bir neçə dəfə Azərbaycan KP MK bürosunda ensiklopediya ilə bağlı məsələləri müzakirəyə çı-
xarmış, onun rəhbərliyini möhkəmləndirmiş, maliyyə problemlərini həll etmiş, ensiklopediya
üçün İçərişəhərdə yeni inzibati bina tikdirmiş, maddi-texniki bazası ilə bağlı məsələləri həll et-
mişdi. Əvvəlcə 50 min tirajla nəşri nəzərdə tutulan ASE Heydər Əliyevin iradəsi sayəsində 80
min tirajla nəşr edilmişdi.
142 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
Azərbaycan xalqının zəngin musiqi irsinə malik olduğunu bildirən H.Əliyev bəstəkar-
lardan öz yaradıcılıq fəaliyyətində bu təmələ əsaslanmağı, bu zəngin materialdan geniş istifadə
etməyi tövsiyə edirdi.
1979-cu ildə Qara Qarayev sovet musiqisinin inkişafındakı xidmətlərinə görə Sosialist
Əməyi Qəhrəmanı, Fikrət Əmirov isə 1980-ci ildə "Min bir gecə" baletinə görə SSRİ Dövlət
Mükafatı aldı. Azərbaycan SSR-nin Dövlət Mükafatı alanlar üçün döş nişanı və diplomun es-
kizləri 1971-ci ildə (Azərbaycan KP MK-nın 16 noyabr 1971-ci il, protokol 24, §16) təsdiq
olunmuşdu (11).
Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi tez-tez xarici ölkələrdə səslə-
nirdi. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qaraye-
vin və Ü.Hacıbəyovun simfonik əsərləri bir çox ölkələrin tanınmış orkestrlərinin ifasında səs-
lənmiş və böyük şöhrət qazanmışdılar. 80-ci illərdə Arif Məlikovun, Xəyyam Mirzəzadənin,
Aqşin Əlizadənin, Firəngiz Əlizadənin, Fərəc Quliyevin və b. əsərləri Avropa, Amerika və
Asiyanın şəhərlərində uğurla ifa edilmişdi. Azərbaycan ifaçıları Rəşid Behbudov, Müslüm
Maqomayev, Zeynəb Xanlarova, Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli Azər-
baycan musiqisini dünyada layiqincə təbliğ edirlər, edirdilər. Azərbaycan xalq artisti Fidan
Qasımova 1977-ci ildə İtaliyada, onun bacısı Xuraman Qasımova isə Afinada musiqi mükafatı
almış, sonuncu 1982-ci ildə Çaykovski adına 8-ci Moskva beynəlxalq müsabiqəsində ikinci
yeri tutmuşdu.
Azərbaycan musiqisinin xarici ölkələrdə təbliğində dirijorlardan Niyazi, Rauf Abdulla-
yev, Kazım Əliverdibəyov, Yalçın Adıgözəlov, İsmayıl Hacıyev, Ramiz Məlikaslanov, Tey-
mur Göyçayev, Nəriman Əzimov, Ramiz Mustafayev və b. böyük xidmətlər göstərmişlər.
70-ci illərdə Azərbaycan teatrı özünün əsil dirçəliş dövrünü yaşayırdı. Heydər Əliyevin
himayəsi, incəsənət insanlarına dövlət qayğısı sayəsində teatr sənəti sürətli inkişaf yoluna da-
xil olmuşdu. 1974-cü ildə respublikada Azərbaycan teatrının 100 illik yubileyi geniş şəkildə
qeyd edildi.
Azərbaycan teatrının üç görkəmli ustası – Mehdi Məmmədov, İsmayıl Dağıstanlı və İs-
mayıl Osmanlı isə SSRİ Xalq Artisti adına layiq görülmüşdülər. Lenin ordeni ilə təltif olun-
muş Azərbaycan Dövlət Dram Teatrı elə həmin ilin yayında Moskvada qastrol səfərində ol-
muşdu. 1972-ci ildə isə Rus Dram Teatrının 50 illiyi qeyd edilmişdi (12). Bununla əlaqədar
Rus Dram Teatrının bir sıra xadiminə fəxri adlar verilmişdi. Onlardan «Azərbaycanın xalq artis-
ti» adına - Adamov K.Q. və Falkoviç A.S., «Azərbaycanın əməkdar artisti» – Ləzqişvili M.V.,
Potapov V.İ., Tumarkina D.İ., Filippa V.S., Çukmasov B.Q., «Azərbaycanın əməkdar rəssamı»
adına Toropov İ.A. və başqaları (13) layiq görülmüşdülər.
1972-ci ildə Azərbaycan KP MK-nın bürosunda (protokol 46,§16) Lənkəranda Dövlət
Dram teatrının yaradılması haqda qərar qəbul olunmuşdu (14).
Heydər Əliyev Azərbaycan kino sənətinin inkişafında da böyük xidmətlər göstərmişdir.
Heydər Əliyev xalqımızın mədəni səviyyəsinin inkişafında kinonun rolunu yüksək qiymətlən-
dirir, onu mühüm tərbiyə vasitəsi hesab edirdi. Əhalinin geniş kütlələrinin kino sənətinə daha
yaxından cəlb edilməsi, onların estetik dünyagörüşünün artırılması üçün kinoteatrların, kino-
qurğuları sisteminin genişləndirilməsinə çalışırdı (15). 1970-1980-ci illərdə Azərbaycanda
140, o cümlədən 1980-ci ildə 45 yeni kinoteatr və kino qurğusu istifadəyə verilmişdi (16). Bü-
tün bunlar kinofilmlərə gələnlərin sayının artmasına müsbət təsir göstərmişdi.
Azərbaycan rəssamları bu dövrdə rəsm, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət
sahələrində maraqlı əsərlər yaratmışdılar. Bütövlükdə 70-ci illər Azərbaycan rəssamlıq məktə-
Ümummilli lider Heydər Əliyev – 90 143
Tarix və onun problemləri, №2 2013
binin inkişaf dövrü kimi səciyyələndirilə bilər. Heydər Əliyev 1972-ci ildə Azərbaycan rəs-
samlarının VII qurultayında əsas uğurlardan və inkişafın əsas istiqamətlərindən danışdı, işi
faydalı təşkil etməyi tövsiyə etdi (17). Bu nəslin ən görkəmli nümayəndələri T.Salahov, M.Ab-
dullayev, H.Əliyev, T.Nərimanbəyov, N.Əbdürrəhmanov, A.Cəfərov, T.Cavadov, R.Babayev,
N.Rəhmanov, M.Abbasov, E.Rzaquliyev, A.Zeynalov, B.Mirzəzadə, S.Salamzadə, T.Tağıyev,
B.Əliyev, M.Rəhmanzadə, O.Sadıqzadə, Əşrəf Murad, Mir Cavad, Q.Əfəndiyev, F.Xəlilov və
b. öz əsərləri ilə Azərbaycan rəssamlıq sənətinin inkişafına böyük töhfə vermişdilər. Azərbay-
can rəssamları və heykəltəraşlarının əsərləri SSRİ-nin və dünyanın bir çox sərgi salonlarında
nümayiş etdirilmişdi. T.Salahov, M.Abdullayev SSRİ xalq rəssamı fəxri adına layiq görülmüş-
dülər. Heydər Əliyev orta əsr Azərbaycan memarlığının öyrənilməsinə və təbliğinə xüsusi diq-
qət göstərirdi. Onun imzaladığı qərarla Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıva-
ninin 850 illik yubileyi 1976-cı ildə böyük ildə böyük təntənə ilə qeyd olundu. Heydər Əliyev
Azərbaycan memarlığının görkəmli nümayəndəsi M.Ə.Useynova Sovet dövlətinin yüksək
adını «SSRİ-nin xalq memarı» adının verilməsinə nail olmuşdu (18). Sovet tarixində ilk dəfə
olaraq məhz Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan ziyalılarının böyük bir qru-
puna dövlətin yüksək mükafatı – Sosialist Əməyi Qəhrəmanı adına verilməsi Heydər Əliyevin
ziyalı əməyinə, ziyalı yaradıcılığına göstərdiyi qayğının ən mühüm sübutudur.
Müstəqil Azərbaycanın milli-mənəvi meyarları Heydər Əliyevin 70-80-cı illərdə for-
malaşdırdığı ədəbi-mədəni mühitin konteksti ilə sıx bağlıdır. Bu illərdə millilik dövlət siyasəti
səviyyəsində aparılırdı. Heydər Əliyev bunu böyük müdrikliklə həyata keçirirdi. Sovet siste-
minin sərt qaydalarına rəğmən respublikada böyük iqtisadi, elmi, mənəvi-intellektual poten-
sialın yaradılması uzaq gələcəyə hesablanmış siyasət idi. Xalqımızın azadlıq ideyaları, azər-
baycançılıq, dövlətçilik dəyərləri kütləvi şüurda özünə geniş yer tapmırdı. Milli-mənəvi şüu-
run inkişafı, milli varlığın təsdiqinə, tarixi-mənəvi prosesə çevrilmişdi. Azərbaycan millətinin
ideologiyası olan Azərbaycançılıq bu illərdə formalaşma prosesini keçirirdi. Sonralar müstəqil
dövlət quruluşu prosesində bu rəsmi ifadəsini tapmışdır.
ƏDƏBİYYAT
1.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARR
İİSSA), f.1, s.56, iş 4, v.7.
2.Материалы делегату XXXI съезда Коммунистической Партии Азербайджана. Баку,
Азернешр, 1986, с.56
3.Yenə orada.
4.Heydər Əliyev və mədəniyyət. Müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar. 3
cilddə, I cild. Bakı, Nurlan, NPM, 2008, s.13.
5.Yenə orada, s.15.
6.Yenə orada.
7.Qasımlı M. Heydər Əliyev - İstiqlala gedən yol (1969-1982-ci illər) Bakı, BDU, 2001,
s.160.
8.ARR İİSSA, f.1, s.70, iş 411, v.147.
9.Qasımlı M. Göstərilən əsər, s.186-228.
10. Əliyev H. Sovet ədəbiyyatının yüksək borcu və amalı. Respublika yazıçılarının VII
qurultayında nitq. 12 iyun 1981-ci il. Bakı, Azərnəşr, 1981, s.38-39.
11.ARR İİSSA, f.1, s.58, iş 140, v.304.
144 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
12. Yenə orada, f.1, s.58, iş 63, v.155.
13. Yenə orada, f.1, s.58, iş 149, v.145-146.
14. Yenə orada. f.1, s.59, iş 70, v.249.
15. Yenə orada, f.1, s.59, iş 82, v.17, 18.
16.Azərbaycan, 1981, 3 iyul.
17. ARR İİSSA, f.1, s.59, iş 114, v.2-3.
18. Yenə orada, f.1, s 9, iş 72, v.242.
НИГЯР АХУНДОВА
ведущий научный сотрудник Института Истории НАНА
д.ф.и.н., доцент
ГЕЙДАР АЛИЕВ ОСНОВАТЕЛЬ РАЗВИТИЯ КУЛЬТУРЫ
Статья "Гейдар Алиев основатель развития культуры". посвящена роли лидера
Азербайджанского государства в развитии искусства, театра, музыки, скульптуры и
других областей культуры, его вниманию и заботе к деятелям культуры, ко всей худо-
жественной интеллигенции, решению лидером еѐ социальных задач 1969-1982 гг. В
республике в 1970 году функционировала 2146 клубов, 2004 киноустановок. Их числен-
ность росла, соответственно в 1975 году 2806 и 2220. В статье затрагиваются вопросы
охраны памятников культуры. Автор показывает роль Гейдар Алиева в развитии куль-
туры в 1969-1982 годах.
NIGAR AKHUNDOVA
leading researcher of the Institute of History of ANAS,
PhD in historical sciences, associate professor
HEYDAR ALIYEV CHIEF THE CULTURAL DEVELOPMENT
The article “Heydar Aliyev chief the cultural development” deals with Heydar Aliyev’s
coming to the power and creating a suitable chance for the development of our culture. The
author emphasizes that the rich and ancient culture of Azeri people have branched roots. She
also stresses close connection between the highest achievements national leader. The article
says, since the early years of his authority Heydar Aliyev began to implement the strategy of
national-cultural revival which comprises the backbone of his leadership mission. Improve-
ment of the welfare and cultural level of population of our republic is emphasized in the
article. Heydar Aliyev highly appreciated artists and cultural figures and our cultural-moral
values. Heidar Aliyev’s each meeting with artists and literary figures became a cultural event
and each order signed by him laid the foundation of new development of culture.
Rəyçilər: t.e.d.Ə.Ə.Qasımov, t.e.d.R.C.Süleymanov
AMEA A.A.Bakıxanov adına Tarix Institutunun “Əliyevşünaslıq” şöbəsinin 20 fevral 2013-cü
il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№23).
Dostları ilə paylaş: |