On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə26/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   22   23   24   25   26   27   28   29   ...   81

 
51 
edilməsi  idi.  Çünki  təkcə  mühacir  və  ənsarın  rəylərinin  qüvvədə  olmasına 
bir əsas yox idi və əgər rəy sorğusu mümkün olsaydı, onların Peyğəmbər (s)-
i görüb ona iman gətirən, lakin hicrət etməyən səhabələrlə heç bir fərqi yox 
idi. 
Imam  (ə)-ın  nəzərində  isə  imamət,  əsas  etibarı  ilə  "nəss"  ilə  olan  bir 
məsələdir.  Yəni  Imam  da  elə  peyğəmbər  kimi  Allah  tərəfindən  təyin 
olunmalıdır.  Deməli,  Imam  Əli  (ə)  ənsarın,  mühacirin,  yaxud  da  "Bədr"də 
olanların rəyindən söz açmaqla qarşı tərəfi onların öz dəlilləri ilə qane etmək 
istəyir. Əgər məsələni seçki yolu ilə araşdırsaq, onda həmin əsrdə mühacirin
ənsarın,  yaxud da ümumiyyətlə səhabələr və  ya  müsəlmanların  rəylərindən 
heç vaxt söz açmaq olmaz. Çünki o dövrdə camaatın bir-biri ilə əlaqəsi çox 
zəif idi. Bir nəfər qasidin bir yerdən başqa məntəqəyə getməsi üçün aylarla 
vaxt lazım idi. Buna görə də çarə yalnız böyük islami şəxsiyyətlərin, yaxud 
Imam  (ə)-ın  öz  ifadəsi  ilə  desək  "Bədr"də  iştirak  edənlərin  əhd-peymanı, 
beyətinə kifayət olunmasında idi. 
ARA-SIRA HÜCUMLƏR 
Nümayəndələrin  göndərilməsi  və  məktublaşma  Cəmadiyul-əvvəl  ayının 
axırına qədər davam  etdi.  Bu müddət əzində ara-sıra hücumlar baş verirdi. 
Lakin  bu  hücumlar  müharibəyə  və  ya  qan  axıdılmasına  gətirib 
çıxarmamışdı, çünki, bu müddətdə şamlı və iraqlı qarilər vasitəçilik edərək, 
onları bir-birindən ayırırdılar.
1
 
ƏBU-IMAMƏ VƏ ƏBUD-DƏRDA 
Bu iki səhabə qan axıdılmasının qarşısını almaq üçün Müaviyənin yanına 
getdilər və ona dedilər: Nə üçün Əli ilə müharibə edirsən? 
Müaviyə cavabında dəfələrlə Imam (ə)-dan və onun dostlarından eşitdiyi 
elə həmin bəhanələri gətirdi. O iki səhabə Müaviyənin sözlərini Imam (ə)-a 
çatdırdılar.  Bu  dəfə  Imam  (ə)  Müaviyəyə  başqa  cür  cavab  verdi:  öz 
köməkçiləri  arasında  belə  bir  xəbər  yaydı  ki,  Müaviyə  xəlifənin  qatillərini 
istəyir.  Gözlənilmədən  hamısı  başdan-ayağa  zirehli  paltar  geymiş, 
gözlərindən başqa hər yeri bürünmüş iyirmi mindən artıq adam çölə axışdı, 
hamısı da xəlifənin qatili olmasını iddia etdi.
2
 
Vəziyyəti  belə  görən  o  iki  səhabə  hər  iki  ordunu  tərk  etdilər  ki, 
müharibənin  şahidi  olmasınlar.  Amma  onların  haqqı  aydınlaşdırmaq  üçün 
səy göstərmələri və haqqı müdafiə etmələri daha yaxşı olardı. 
36-cı ilin rəcəb ayı gəlib çatdı, pərakəndə həmlələr dayandı. Müaviyə iki 
qoşunun arasında məskən salmış Quran qarilərinin Əli (ə)-a qoşulacağından 
qorxurdu,  buna  görə  də  Imam  (ə)-ın  ordusunda  qarışıqlıq  yaratmaq 
məqsədilə islam müharibələri tarixində misli çox az görünən bir hiyləyə əl 
                                              
1
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.17; "Vəqətu-Siffeyn", 
səh.190 
2
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  4-cü  cild,  səh.17-18;  "Vəqətu-
Siffeyn", səh.190 


 
52 
atdı. 
FƏRATIN  ÜSTÜNDƏKI  SU  BƏNDININ  DAĞIDILMASI 
BARƏDƏ ŞAYIƏ 
Fərat  çayının  qoluna  tərəf  gedən  su  yolu  ələ  keçirildikdən  sonra  hərbi 
vəziyyət  Imam  (ə)-ın  qoşununun  xeyrinə  dəyişdi.  Iraq  və  Şam  qarilərinin 
Imam  (ə)-ın  hüzuruna  gəldikləri  vaxt  o  həzrətin  aşkar,  kəskin  və  məntiqi 
çıxışı nəticəsində şamlı qarilərin  çoxu o həzrətin tərəfdarı oldu,  bəziləri də 
bitərəf  mövqe  seçdilər.  Müaviyə  Imam  (ə)-ın  nüfuzunun  genişlənməsindən 
qorxaraq müharibənin şəraitini öz xeyrinə dəyişmək üçün bir hiylə hazırladı. 
Imam (ə)-ın düşərgəsi Siffeyn çölünün çökək yerində, Müaviyənin düşərgəsi 
isə uca bir yerdə idi. Çölün bir yerində Fərat çayının qabağını kəsən bir bənd 
var  idi.  Birdən  Imam  (ə)-ın  əsgərləri  arasında  belə  bir  şayiə  yayıldı  ki, 
Müaviyə  bəndi  dağıtmaq  və  suyun  istiqamətini  iraqlılara  tərəf  dövdərmək 
istəyir.  
Hadisə belə baş vermişdi: Müaviyə məxfi şəkildə göstəriş verdi ki, Imam 
(ə)-ın əsgərlərinə tərəf bir ox atsınlar. Oxun üstünə bir kağız bağlamışdılar. 
Kağızın içində də belə yazılmışdı: "Allahın xeyirxah bir bəndəsi tərəfindən! 
Sizə  xəbər  verirəm  ki,  Müaviyə  bəndi  dağıdıb  sizin  hamınızı  suda  qərq 
etmək istəyir. Tez olun, bir çarə fikirləşin və ehtiyatı əldən verməyin!" 
Bu kağız  Imam (ə)-ın  əsgərlərindən birinin əlinə keçdi,  sonra  əldən-ələ 
gəzdi. Beləliklə, bu şayiə bütün qoşun içərisində yayıldı. Çoxları bu xəbərin 
düzlüyünə  inandılar.  Bununla  eyni  zamanda  Müaviyə  iraqlıları  aldatmaq 
üçün  iki  yüz  nəfərin  əlinə  bel  və  külüng  verib  Fərata  doğru  göndərdi  ki, 
oranı  dağıtmaq  niyyətində  olduqlarını  göstərsinlər.  Imam  (ə)  Müaviyənin 
məkr  və  hiyləsindən  agah  idi,  buna  görə  də  qoşun  başçılarına  dedi:–
Müaviyədə bəndi dağıtmaq qüdrəti yoxdur. O bu yolla sizi qorxutmaq istəyir 
ki,  siz  öz  mövqeyinizi  tərk  edəsiniz,  Fəratın  qolunu  yenidən  öz  əlinə 
keçirsin. 
Sərkərdələr  dedilər:–Yox,  bu  ciddi  bir  işdir!  Onlar  bəndin  ətəyində  bir 
neçə quyu qazmağa başlayıblar ki, suyu bizə tərəf axıtsınlar. 
Imam (ə) buyurdu:–Ey Iraq camaatı, mənimlə müxalifət etməyin! 
Sərkədələr  dedilər:–Allaha  and  olsun,  biz  buranı  tərk  edirik!  Əgər  siz 
qalmaq istəyirsinizsə, qalın. 
Bunu deyib hamılıqla oranı tərk etdilər və uca bir yerdə özlərinə mövqe 
seçdilər. Imam (ə) çarəsizlikdən oranı tərk edən axırıncı nəfər oldu. Amma 
bir azdan Imam (ə)-ın sözünün doğru olduğu aşkar oldu və Müaviyə sürətlə 
Imam  (ə)-ın  düşərgəsini  işğal  etdi.  Iraqlı  əsgərlər  heyrət  içində  donub 
qaldılar.
1
 
MÜXALIFƏTIN ƏVƏZININ ÇIXILMASI 
Imam (ə) müxalifət başçılarını hüzuruna çağırıb onları danladı. Əşəs ibni 
Qeys özünün müxalifət etdiyinə görə üzr istədi və dedi ki, bu məğlubiyyətin 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.190-191 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə