ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   11   12   13   14   15   16   17   18   19

 73 

yüksəkdə duranlara “yəqin  əhli”

1

 deyərlər. Bunların məqamı 



ariflərdən yuxarı olar. Yəqin və  yəqin  əhli haqqında sonrakı 

fəsildə söhbət açacağıq, inşəallah. 

Yəqin əhli arasında bə`zilərinin mə`rifəti “müayinə” babından 

olar ki, onlara “hüzur əhli” deyərlər. Üns və  şadlıq bu dəstəyə 

xas olar, amma mə`rifətin son pilləsi orada qurtarar ki, artıq arif 

[özü də] aradan qalxar, eynən atəşdə yanıb heçə  çıxmış adam 

kimi. 

Beşinci fəsil 

Yəqin 

Allah-taala yəqin haqqında buyurur: “Onların axirətə yəqinləri 

olar.”

2

 Hədisdə deyilir ki: “Kimə yəqin və onun bəhrəsi verilsə, 



namazın və orucunun azlığı haqqında düşünməz.” 

Ürfdə “yəqin” zavalı mümkün olmayan, [həqiqətlə] uyğun və 

sabit olan qəti bir e`tiqad mənasındadır. Həqiqətdə, yəqin, 

mə`luma və onun xilafının imkansız olmasına olan elmdən 

ibarət bir tərkibdir. 

Yəqinin mərtəbələri 

Yəqinin mərtəbələri vardır ki, Qur`anda “elmül-yəqin”, 

“eynül-yəqin” və “həqqül-yəqin” tə`birilə göstərilmişdir. Necə 

ki, buyurur: “Xeyr, əgər (qiyamət günü sizə  nə ediləcəyini) 

elmül-yəqinlə bilsəydiniz (fani dünya malına uymazdınız)! (Ey 

müşriklər! Qiyamət günü) siz o cəhənnəmi mütləq görəcəksiniz! 

Bəli, siz (Cəhənnəmə vasil olandan sonra) onu mütləq eynül-

                                                 

1

  Yəqin  əhli  − Xacə  Nəsirəddin Tusi yəqin barədə  “Əxlaqi Nasiri” kitabında 



belə buyurur: “Yəqin seyrü-sülukda ən yüksək məqamlardan sayılır. Yəqin  əhlinə 

“müqinan” da demişlər. Bu məqam böyük filosofların, alimlərin məqamıdır.”  

2

 “Bəqərə”, 4. 



 74

yəqinlə görəcəksiniz!”

1

 

Başqa bir yerdə buyurur: “Və Özü də  cəhənnəmə atılacaqdır. 



Şübhəsiz ki, bu, həmin həqqül-yəqindir!”

2

 



Mə`rifət babında atəş misal olaraq göstərildiyi kimi, yəqin 

babında da həmin misalı göstərmək olar. Yə`ni atəşin nuru 

vasitəsilə müşahidə edilən hər  şey “elmül-yəqin” misalındadır. 

Görünə biləcək  əşyalara nur saçan atəşin  şö`ləsinin özünü 

görmək “eynül-yəqin” misalındadır. Atəşin düşdüyü hər bir 

şeydə, onun kimliyini məhv edəcək dərəcədə  təsir qoyub, sırf 

özünün qalması “həqqül-yəqin” misalındadır. 

Baxmayaraq ki, cəhənnəm  əzabdır, amma ora düşmək 

yanmağa və məhv olmağa səbəb olduğu üçün, onu yaxından və 

uzaqdan görmək və ora daxil olmaq yəqinin bu üç mərhələsi 

üçün misal çəkilmişdir.             روملاا قئاقحب ملعا ﷲو 

 

 



 

 

 



 

Altıncı fəsil 

Sükun

3

 

Allah-taala sükun haqqında buyurur: “O kəslər ki, Allaha iman 

gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, 

qəlblər (mö`minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram 

                                                 

1

 “Təkasur”, 5-6-7. 



2

 “Vaqiə”, 94-95. 

3

 Sükun − Ürfanda Allahın inayəti sayəsində salikin qəlbinin aram, sakit 



olmasına işarədir. 


 75 

tapar!”


1

 

“Sükun” iki növdür: 



1. Nöqsan əhlinə məxsus sükun. Bu sükun sülukdan qabaqdır, 

çünki onun sahibi mətləbdən və kamaldan xəbərsiz olar. Bu növ 

sükuna “qəflət” deyərlər. 

2. Kamal əhlinə məxsus olan sükun. Bu sükun sülukdan sonra, 

mətləbə çatan zaman hasil olur. Bu növ sükuna “itminan” 

deyərlər. Bu iki sükun arasında olan hala hərəkət və [ya] seyri-

süluk deyərlər. Hərəkət vüsaldan öncə 

məhəbbətin 

zərurətlərindən olar və sükun mə`rifətin zərurətlərindən olub 

vüsalla yanışı olar. Buna görə  də demişlər: “Əgər arif hərəkət 

etsə həlak olar və əgər mühibb

2

 aram dursa həlak olar. Bundan 



da mübaliğəlisini demişlər, o budur ki: “Əgər arif danışsa həlak 

olar, əgər mühibb sükut etsə həlak olar.” 

Vüsala çatana qədər salikin əhvalı belə olar. Doğrusunu Allah 

bilir. 


                                                 

1

 “Rə`d”, 28. 



2

 Mühibb − Aşiq, bir kəsə və ya bir şeyə məhəbbəti olan. 

 

76

BEŞİNCİ



 

BAB 

 

 



 

 

 



 

Vüsal əhlinin [sülukdan sonra] başına gələn halları zikr 

edər. Bu bab altı fəsildən ibarətdir:  

 –  Birinci fəsil  –  təvəkkül; 

 –  İkinci fəsil  –  riza; 

 – Üçüncü fəsil  –  təslim; 

 –  Dördüncü fəsil  –  tövhid; 

 –  Beşinci fəsil  –  ittihad; 

 –  Altıncı fəsil  –  vəhdət. 

 



 

77 


Birinci fəsil 

Təvəkkül 

Allah-taala təvəkkül haqqında buyurur: “Əgər 

mö`minsinizsə, Allaha təvəkkül edin!”

1

 



“Təvəkkül”, işi kiminsə öhdəsinə qoymaq 

mə`nasındadır. Burada bəndənin [Allaha] təvəkkülü 

nəzərdə tutulur. Bəndənin Allaha təvəkkül etməsi o 

deməkdir ki, bəndə gördüyü bir işi və ya qarşısına çıxan 

bir işi  –  Allahı özündən daha bilikli və bacarıqlı bildiyi 

üçün  –  Allaha tapşırır ki, əgər Allahın təqdiri olsa 

həmin işi düzəldəcək və bəndə Allahın təqdir etdiyi hər 

bir  şeyə qane və razı olsun: “Kim Allaha təvəkkül etsə

(Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə 

yetirəndir...”

2

 

Allahın təqdir etdiyi işə insanın qane və razı olması 



belə hasil olur ki, insan öz əvvəlki halı barəsində 

düşünsün ki, [Allah] onu əvvəl heçdən yaratdı  və onun 

yaradılışında neçə-neçə hikmət qərar verdi ki, insan 

bütün ömrü boyu onun mində birini dərk edə bilməz, 

[sonra] onu boya-başa,  ərsəyə çatdırdı, həyatını davam 

etdirə  və nöqsandan kamala çata bilməsi üçün onu 

daxildən və xaricdən təchiz etdi və bu işi təmənnasız 

gördü. 


Məsləhətə uyğun onu boya-başa çatdırdı ki, bilsin ki, 

gələcəkdə [onun üçün lazım olacaq] hər  şeyi hazır 

edəcəkdir və Onun təqdirindən və iradəsindən kənarda 

olmayacaqdır. Beləliklə Allaha e`timad edəcək və onda 

iztirab və nigarançılıqdan  əsər  –  əlamət qalmayacaq. 

                                                 

1

 “Maidə”, 23. 



2

 “Talaq”, 3. 

 

78

Onda yəqin hasil olacaq ki, istər iztirabı olsun, istərsə də 



olmasın, Allah-taala onun görməli olduğu işi Özü əncam 

verəcəkdir. Ona görə  də buyurur: “Əgər bir kəs hər 

şeydən üz döndərib Allaha üz tutsa, Allah-taala onun 

bütün həyat ehtiyaclarını  tə`min edər və ona, gümanı 

gəlmədiyi yerdən ruzi yetirər.”

1

 



Təvəkkül o demək deyil ki, insan bütün işlərdən  əl 

çəksin, desin ki, Allaha tapşırdım. Təvəkkül o deməkdir 

ki, [insan] Allahdan qeyri hər bir şeyin Allah tərəfindən 

olduğuna yəqin  əldə edəndən sonra [bilsin ki,] aləmdə 

baş verin əksər işlər  şərtlər və  səbəblər  əsasında hasil 

olur, çünki Allahın qüdrət və iradəsi bə`zi işlərə aid olur, 

bə`zi işlərə isə aid olmur. Qəti şəkildə [Allahın qüdrət və 

iradəsi] xüsusi şərtlər və amillər  əsasında bir şeyə 

aiddiyyət tapır, deməli insan özünü, öz elm və qüdrətini 

cümlə  səbəblər və  şərtlərdən bilməlidir ki, bə`zi işlərin 

məxsus icadı [üçün hazır] olsun, hansı ki, insan o işləri 

özünə nisbət verir. 

Buna görə  də bu cür işlərdə  –  hansı ki, insanın iradə 

və qüdrəti də onun vücuda gəlməsinin  şərtləri və 

səbəbləri sırasındadır –  çalışqan olmalıdır. Eynən o kəs 

kimi ki, həmin adamın vasitəsilə onun məhbubunun 

sevdiyi işlər hasil olur. Elə ki, vəziyyət belə oldu, cəbr və 

qədərin


2

  cəmi və ittihadı qarşıya çıxır, çünki, o işi  əgər 

                                                 

1

 “Nurus-səqəleyn”, c. 5, səh. 357. 



2

 Cəbr və qədər − Cəbr və ixtiyar, qəzavü-qədər, el dilində alın yazısı 

da deyilir. Əzəl gündən son günə qədər mövcudatın halına şamil olan ilahi 

hökm nəzərdə tutulur. Qədim fəlsəfədə  qəzanı yaradılış üçün Allahın ilk 

iradəsi, qədəri isə Allahın ilkin iradəsinə uyğun yaradılış bilirdilər. Qəzaya 

görə bütün baş verənlər Allahın iradəsilə olur və Allaha nisbət verilir; İnsan 

gördüyü işlərdə müstəqil iradə və ixtiyar sahibi deyil. Qədərə görə insanın 

bütün  əməlləri onun öz ixtiyarı  və qüdrəti ilə olur. Qədimdən bu məsələ 

filosoflar və kəlamçılar arasında uzun mübahisələrə səbəb olmuşdur. Bə`zi 

firqə və məzhəblər birinci nəzəriyyəni əsas götürmüş, bə`ziləri isə ikinciyə 

üstünlük vermişlər. 

X

acə  Nəsirəddin Tusi də bu məsələdə bir şiə alimi 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə