65
DÖRDÜNCÜ
BAB
Hərəkət əsnasında, məqsədə yetənə qədər salik üçün baş
verəcək halları zikr edər. Bu bab altı fəsildən ibarətdir:
Birinci fəsil – İradə.
İkinci fəsil – Şövq.
Üçüncü fəsil – Məhəbbət.
Dördüncü fəsil – Mə`rifət.
Beşinci fəsil – Yəqin.
Altıncı fəsil – Sükun.
66
Birinci fəsil
İradə
Allah-taala iradə barəsində buyurur: “Səhər-axşam Rəbbinin
rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli
apar.”
1
“İradə” fars dilində istəmək mə`nasındadır və o üç şeyə
əsaslanır:
1. Muradın dərki.
2. Muradda olan kamalın dərki.
3. Muradın yoxluğu.
Deməli, əgər, murad elə bir iş olsa ki, [hələlik mövcud deyil,
amma] onu əldə etmək mümkündür, bir halda ki, iradə qüdrətlə
yanaşı olsa, murad əldə ediləcək.
Və əgər, murad elə bir iş olsa ki, mövcud və hasil olub, amma
hazır olmasa, iradə və qüdrət murada qovuşmağa səbəb
olacaqlar, [bu fərqlə ki,] əgər onun qovuşmasında bir durğunluq
yaransa, iradə insanda bir hal yaradacaqdır ki, ona “şövq”
deyərlər. Şövq [həmişə] vüsaldan qabaq olur. Əgər vüsal tədrici
olsa, elə ki, (mətləbə) qovuşmağın bir nişanəsi göründü, o hala
“məhəbbət” deyərlər. Məhəbbətin dərəcələri vardır ki, onun ən
axırıncı dərəcəsi kamil vüsal və hərəkətin sonu olar.
Və amma iradə bir e`tibarla sülükla yanaşı, başqa bir e`tibarla
sülükun zəminəsidir. Çünki bir tərəfdən kamalın tələbində
olmaq bir növ iradədir, başqa bir tərəfdən əgər vüsala yetmək
səbəbilə və ya vüsaldan imtina edəcəyinə olan elmi ilə iradə
aradan getsə, [o zaman] hərəkət də dayanacaqdır. [Əlbəttə]
sülukla yanaşı olan iradə nöqsan əhlinə məxsusdur, amma
kamal əhlinin iradəsi [belə olmayıb] eyni kamal və məhz murad
1
“Kəhf”, 28.
67
olar.
Bu barədə bir rəvayət
Hədisdə deyilir ki, cənnətdə bir ağac vardır ki, onu “Tuba”
1
adlandırırlar. Hər kəsin nə muradı olsa həmin ağac həmin anda
onu öz muradına çatdırar. Həmçinin demişlər ki, insanların
bə`zisi bu dünyadakı itaətlərinin savabını axirətdə görəcəklər,
[halbuki] bə`zi adamların savabı onların əməllərinin eyni olar.
Bu söz ona dəlalət edir ki, bə`zi adamların iradəsi, eyni onların
muradıdır. Çünki, sülukda riza mərhələsinə çatan kəsin
özündən bir iradəsi olmaz. Bu mərhələnin tələbində olan böyük
şəxsiyyətlərdən biri belə deyir: “Əgər məndən soruşsalar ki, nə
istəyirsən? Deyərəm: “İstəyirəm ki, heç nə istəməyim.”
1
Tuba − Pakizə və ətirli deməkdir. Cənnətdə olan bir ağacın adıdır. Ariflərin
dilində Tuba müxtəlif sirli mə`nalar daşıyır. Böyük arif və alim Xacə Əbdullah Ənsari
özünün “Kəşfül-Əsrar” adlı əsərində bu barədə deyir: “Tuba Haqla ünsiyyət
məqamının daşıyıcısı olub Haqqın zatının cəbərutu kənarında aram və qayğısız ömür
sürər. Bu gün onların (saliklərin) qəlbində Tuba və
[yarın] zülfü var, sabah Tuba və
[yarın] hüsnü onların mənzili olar. Bu gün onların bəhrəsi mə`rifətin zövqü və
məhəbbətin ünsüdür, sabah səma və görüş şərabı onların qisməti olar. Onların Tubası
vaxtdır, cənnətləri nəqddir, rahatlıqları dərddir. Ey cavanmərd! Allahların çöhrəsi ilə
zinətləndirilmiş yeddi ölkə dərddir. Ağacın bir budağının səkkiz cənnətinin mülkü
dərddir. Əgər siddiqlərin və ariflərin qəlblərində olan o qəm və dərddən bir zərrəsi
bütün kainatda aşkar olsa, yaradılış əhli həmin o zərrənin ləzzətindən, şadlığından
eyni şadlığın özü olar və bütün tikanlıq gülüstana dönər”
Mövlana Tubanı mə`rifətin bir rəmzi sayır:
Tubanın sayəsini gör də rahat yat.
Baş qoyaraq o sərkeşin sayəsinə yat.
İşraq fəlsəfəsinin banisi Yəhya Şəhabəddin Söhrəvərdinin “Əqli sorx” (qırmızı
əql) əsərində kinayə olaraq “külli nəfs”in yerində gəlir. Deyir: “Qaf dağlarının üçüncü
[silsilə] dağında gecəni aydınladan işıq Tuba ağacının nurudur.” Başqa bir yerdə
deyir: “Pirdən soruşdum Tuba ağacı nə olan şeydir və haradadır? Dedi: “Tuba ağacı
böyük və əzəmətli bir ağacdır. Cənnətlik olan kəs cənnətə getdiyində həmin ağacı
cənnətdə görər və şərhini verdiyimiz on bir dağdan birində yerləşər.” Dedim: “Heç
onun meyvəsi varmı?” Dedi: “Dünyada gördüyün hər bir meyvədən o ağacda vardır,
sənin yanında olan bu meyvələr də − hamısı onun səməridir.” Həmçinin dedi:
“Simurğun yuvası Tuba ağacının başında olar.”
68
İkinci fəsil
Şövq
Allah-taala şövq barəsində buyurur: “Və elm verilən kəslər də
bilsinlər ki, haqq (Qur`an) sənin Rəbbindəndir. Artıq ona
inansınlar və ürəkləri ondan arxayın olsun.”
1
“Şövq” böyük iradə tələb edən və ayrılıq dərdi ilə yoğrulmuş
bir məhəbbətdən alınan ləzzətdir. Süluk halında şiddətli
iradədən sonra şövq zəruridir. Çox vaxt sülukdan qabaq
mətləbin kamalı haqqında bilik əldə ediləndə, şövq də hasil olur.
Salik sülukda nə qədər irəliləmiş olsa, onun şövqü də bir o qədər
artıb, səbiri isə azalacaqdır və nəhayət bu gedişlə mətləbə çatar
və bundan sonra artıq onun ləzzətində qəmdən və ayrılıq
dərdindən əsər qalmaz və [beləliklə də] şövq sona yetər. Çox
vaxt təriqət böyükləri məhbubun müşahidəsini
şövq
adlandırırlar. Ona görə ki, onların mətləbi ittihad olar ki, o
mərtəbəyə də hələlik çatmamışlar.
Üçüncü fəsil
Məhəbbət
Allah-taala məhəbbət barəsində buyurur: “İnsanların içərisində
Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən
kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha
məhəbbəti daha qüvvətlidir.”
2
“Məhəbbət”, bir kamalın əldə edilməsinə, ya xəyali bir kamalın
hasil olmasına və ya idrak oluna biləcək qəti bir işə nisbətdə
yaranan şadlıq, xoş əhval-ruhiyyə mə`nasındadır.
Başqa ibarətlə, məhəbbət insanın ləzzət, ya kamal güman etdiyi
1
“Həcc”, 54.
2
“Bəqərə”, 167.