ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   11   12   13   14   15   16   17   18   19

 65 

DÖRDÜNCÜ

 

BAB 

 

 



 

 

 



 

Hərəkət  əsnasında, məqsədə yetənə  qədər salik üçün baş 

verəcək halları zikr edər. Bu bab altı fəsildən ibarətdir: 

Birinci fəsil  – İradə. 

İkinci fəsil – Şövq. 

Üçüncü fəsil – Məhəbbət. 

Dördüncü fəsil – Mə`rifət. 

Beşinci fəsil – Yəqin. 

Altıncı fəsil – Sükun. 

 66


Birinci fəsil 

İradə 

Allah-taala iradə barəsində buyurur: “Səhər-axşam Rəbbinin 

rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli 

apar.”


1

  

“İradə” fars dilində istəmək mə`nasındadır və o üç şeyə 



əsaslanır: 

1. Muradın dərki. 

2. Muradda olan kamalın dərki. 

3. Muradın yoxluğu. 

Deməli,  əgər, murad elə bir iş olsa ki, [hələlik mövcud deyil, 

amma] onu əldə etmək mümkündür, bir halda ki, iradə qüdrətlə 

yanaşı olsa, murad əldə ediləcək. 

Və əgər, murad elə bir iş olsa ki, mövcud və hasil olub, amma 

hazır olmasa, iradə  və qüdrət murada qovuşmağa səbəb 

olacaqlar, [bu fərqlə ki,] əgər onun qovuşmasında bir durğunluq 

yaransa, iradə insanda bir hal yaradacaqdır ki, ona “şövq” 

deyərlər. Şövq [həmişə] vüsaldan qabaq olur. Əgər vüsal tədrici 

olsa, elə ki, (mətləbə) qovuşmağın bir nişanəsi göründü, o hala 

“məhəbbət” deyərlər. Məhəbbətin dərəcələri vardır ki, onun ən 

axırıncı dərəcəsi kamil vüsal və hərəkətin sonu olar. 

Və amma iradə bir e`tibarla sülükla yanaşı, başqa bir e`tibarla 

sülükun zəminəsidir. Çünki bir tərəfdən kamalın tələbində 

olmaq bir növ iradədir, başqa bir tərəfdən  əgər vüsala yetmək 

səbəbilə  və  ya  vüsaldan  imtina  edəcəyinə  olan  elmi  ilə iradə 

aradan getsə, [o zaman] hərəkət də dayanacaqdır. [Əlbəttə] 

sülukla yanaşı olan iradə nöqsan əhlinə  məxsusdur, amma 

kamal əhlinin iradəsi [belə olmayıb] eyni kamal və məhz murad 

                                                 

1

 “Kəhf”, 28. 




 67 

olar. 


Bu barədə bir rəvayət 

Hədisdə deyilir ki, cənnətdə bir ağac vardır ki, onu “Tuba”

1

 

adlandırırlar. Hər kəsin nə muradı olsa həmin ağac həmin anda 



onu öz muradına çatdırar. Həmçinin demişlər ki, insanların 

bə`zisi bu dünyadakı itaətlərinin savabını axirətdə görəcəklər, 

[halbuki] bə`zi adamların savabı onların  əməllərinin eyni olar. 

Bu söz ona dəlalət edir ki, bə`zi adamların iradəsi, eyni onların 

muradıdır. Çünki, sülukda riza mərhələsinə çatan kəsin 

özündən bir iradəsi olmaz. Bu mərhələnin tələbində olan böyük 

şəxsiyyətlərdən biri belə deyir: “Əgər məndən soruşsalar ki, nə 

istəyirsən? Deyərəm: “İstəyirəm ki, heç nə istəməyim.” 

                                                 

1

 Tuba − Pakizə və ətirli deməkdir. Cənnətdə olan bir ağacın adıdır. Ariflərin 



dilində Tuba müxtəlif sirli mə`nalar daşıyır. Böyük arif və alim Xacə Əbdullah Ənsari 

özünün “Kəşfül-Əsrar” adlı  əsərində bu barədə deyir: “Tuba Haqla ünsiyyət 

məqamının daşıyıcısı olub Haqqın zatının cəbərutu kənarında aram və qayğısız ömür 

sürər. Bu gün onların (saliklərin) qəlbində Tuba  və 

[yarın] zülfü var, sabah Tuba və 

[yarın] hüsnü onların mənzili olar. Bu gün onların bəhrəsi mə`rifətin zövqü və 

məhəbbətin ünsüdür, sabah səma və görüş şərabı onların qisməti olar. Onların Tubası 

vaxtdır, cənnətləri nəqddir, rahatlıqları dərddir. Ey cavanmərd! Allahların çöhrəsi ilə 

zinətləndirilmiş yeddi ölkə  dərddir. Ağacın bir budağının səkkiz cənnətinin mülkü 

dərddir.  Əgər siddiqlərin və ariflərin qəlblərində olan o qəm və  dərddən bir zərrəsi 

bütün kainatda aşkar olsa, yaradılış  əhli həmin o zərrənin ləzzətindən,  şadlığından 

eyni şadlığın özü olar və bütün tikanlıq gülüstana dönər” 

Mövlana Tubanı mə`rifətin bir rəmzi sayır:  

Tubanın sayəsini gör də rahat yat. 

Baş qoyaraq o sərkeşin sayəsinə yat. 

İşraq fəlsəfəsinin banisi Yəhya Şəhabəddin Söhrəvərdinin “Əqli sorx” (qırmızı 

əql) əsərində kinayə olaraq “külli nəfs”in yerində gəlir. Deyir: “Qaf dağlarının üçüncü 

[silsilə] dağında gecəni aydınladan işıq Tuba ağacının nurudur.” Başqa bir yerdə 

deyir: “Pirdən soruşdum Tuba ağacı nə olan şeydir və haradadır? Dedi: “Tuba ağacı 

böyük və  əzəmətli bir ağacdır. Cənnətlik olan kəs cənnətə getdiyində  həmin ağacı 

cənnətdə görər və  şərhini verdiyimiz on bir dağdan birində yerləşər.” Dedim: “Heç 

onun meyvəsi varmı?” Dedi: “Dünyada gördüyün hər bir meyvədən o ağacda vardır, 

sənin yanında olan bu meyvələr də  − hamısı onun səməridir.” Həmçinin dedi: 

“Simurğun yuvası Tuba ağacının başında olar.” 

 68

İkinci fəsil 

Şövq 

Allah-taala şövq barəsində buyurur: “Və elm verilən kəslər də 

bilsinlər ki, haqq (Qur`an) sənin Rəbbindəndir. Artıq ona 

inansınlar və ürəkləri ondan arxayın olsun.”

1

 

“Şövq” böyük iradə  tələb edən və ayrılıq dərdi ilə yoğrulmuş 



bir məhəbbətdən alınan ləzzətdir. Süluk halında  şiddətli 

iradədən sonra şövq zəruridir. Çox vaxt sülukdan qabaq 

mətləbin kamalı haqqında bilik əldə ediləndə, şövq də hasil olur. 

Salik sülukda nə qədər irəliləmiş olsa, onun şövqü də bir o qədər 

artıb, səbiri isə azalacaqdır və  nəhayət bu gedişlə  mətləbə çatar 

və bundan sonra artıq onun ləzzətində  qəmdən və ayrılıq 

dərdindən  əsər qalmaz və [beləliklə  də]  şövq sona yetər. Çox 

vaxt təriqət böyükləri məhbubun müşahidəsini 

şövq 

adlandırırlar. Ona görə ki, onların mətləbi ittihad olar ki, o 



mərtəbəyə də hələlik çatmamışlar. 

Üçüncü fəsil 

Məhəbbət 

Allah-taala məhəbbət barəsində buyurur: “İnsanların içərisində 

Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən 

kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha 

məhəbbəti daha qüvvətlidir.”

2

 



“Məhəbbət”, bir kamalın əldə edilməsinə, ya xəyali bir kamalın 

hasil olmasına və ya idrak oluna biləcək qəti bir işə nisbətdə 

yaranan şadlıq, xoş əhval-ruhiyyə mə`nasındadır. 

Başqa ibarətlə, məhəbbət insanın ləzzət, ya kamal güman etdiyi 

                                                 

1

 “Həcc”, 54. 



2

 “Bəqərə”, 167. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə