ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

 57 

“Elə isə vay qəlbləri Allahın zikrinə (Qur`ana) qarşı  sərt 

olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar.”

1

 



Xofun aradan getməsilə seyri-süluk əsnasında hiss edilən 

hər cür əmin-amanlıq həlak olmağa səbəb olacaqdır. 

“Allahın məkrindən, (onları dolaşdırıb bəla toruna 

salmayacağına)  əmin idilərmi? Allahın məkrindən özlərinə 

zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!”

2

 



Amma kamal əhli artıq belə bir xof və hüznə möhtac 

olmazlar.  

“Bilin ki, Allah dostlarının heç bir qorxusu yoxdur və 

onlar qəm-qüssə görməzlər.”

3

 

Xof, xəşiyyət və  rəhbətin



4

  fərqi. Baxmayaraq ki, lüğət 

baxımından xof və  xəşiyyət bir mənadadır, amma seyri-

süluk  əhlinin istilahında onlar arasında fərq vardır. Çünki 

xəşiyyət alimlərə nisbət verilir, necə ki, Allah bu ayədə 

buyurur: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər 

qorxar...”

5

 



Cənnət də  xəşiyyət  əhlinə  məxsusdur: “Bu (cənnət) 

Rəbbindən qorxanlar üçündür”

6

  

Amma onların xofu olmaz: “Onlar qəm-qüssə görməzlər”



7

 

Deməli xəşiyyət o qorxudur ki, Haqq-taalanın  əzəmət və 



heybətini dərk etmək, öz nöqsanından xəbərdar olmaq

Haqqa bəndəlikdə qusurlu olmaq və ya übudiyyətdə ədəb-

                                                 

1

 “Zümər”, 22. 



2

 “Ə`raf”, 99. 

3

 “Yunus”, 62. 



4

 Xof, xəşiyyət, rəhbət − Hər üç kəlmə lüğət baxımından eyni mə`nada 

olub qorxu məfhumunu verir, amma seyri-süluk əhli bu üç qorxunu bir-

birindən fərqləndirib, ortaya çıxma amillərinə görə müxtəlif dərəcələrə 

ayırmışlar. 

5

 “Fatir”, 28 



6

 “Bəyyinə”, 8 

7

 “Yunus”, 62. 



 58

ərkanın tərk edilməsi ehtimalı, ya ibadətdə boşluğa yer 

vermək səbəbilə yaranır. Buna görə  də  xəşiyyət xofun 

xüsusi bir növüdür. Bu ayənin buyurduğu: “Rəbbindən və 

(qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxarlar.”

1

  – 



[məsəli də] dediklərimizə bir dəlildir. Və amma rəhbət 

məna baxımından xəşiyyətə yaxındır: Rəbbindən qorxanlar 

doğru yola və  mərhəmətə nail olacaqlar.”

2

 Salik riza 



dərəcəsinə çatdığında onun xofu əmin-amanlığa çevrilər. 

“İman gətirib imanlarını zülmə qarışdırmayanlar  əmin-

amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!”

3

 



Nə acı bir işdən nigaran olarlar, nə  də xoş bir işə  rəğbət 

göstərərlər. Bu əmin-amanlıq kamalın səbəbinə olur, [çünki] 

öncə söylədiyimiz əmin-amanlıq nöqsana görə idi. Bu əmin-

amanlığa sahib olanın xəşiyyəti də olur, o vaxta qədər ki, 

vəhdət nəzəri təcəlla tapır və belə olan halda xəşiyyətdən 

də bir əsər-əlamət qalmır, çünki xəşiyyət kəsrətin

4

 

tələblərindəndir. 



Dörcüncü fəsil 

Rəca` 

Allah-taala rəca` barəsində buyurur: “Həqiqətən, Allaha 

iman gətirənlər, (Məkkədən Mədinəyə)  köçüb gələn və 

Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə 

ümidvardırlar.”

5

 



Əgər bir şəxs gələcək zamanda baş verəcək yaxşı bir işin 

intizarında olub bu ümidlə  həmin yaxşı  işin müqəddiməsi 

                                                 

1

 “Rə`d”, 21. 



2

 “Ə`raf”, 154. 

3

 “Ən`am”, 82. 



4

 Kəsrət − çoxluq mə`nasında olub “vəhdətin” (yeganəlik, birlik, vahid) 

qarşısında dayanır. 

5

 “Bəqərə”, 218.  




 59 

üçün çalışsa, nəticədə əldə edəcəyi şeyin təsəvvüründən və 

intizarından qəlbində bir növ fərəh, sevinc hissi baş 

qaldıracaqdır ki, [bu batini fərəhə] rəca` deyirlər. Əgər qəti 

olaraq müqəddiməni əldə etmiş olsa və bilsə ki, onun istəyi 

gələcəkdə hasil olacaqdır, onu “mətlub intizar” 

adlandırırlar. Belə olan halda [bu halın] fərəhi və sevinci də 

çox olacaqdır.  Əgər müqəddimənin  əldə edilməsinə  yəqini 

və zənni olmasa, [amma istəyini əldə edəcəyinə ümidi olsa] 

bu intizarı “təmənna” adlandırırlar.  Əgər qəti olaraq bilsə 

ki, müqəddimənin  əldə edilməsi qeyri mümkündür və 

[bununla belə] istəyinin intizarında olsa, bu cür ümid qurur 

və axmaqlıq babından sayılar. 

Xof və rəca` 

Xof və  rəca` bir-birinin qarşılığıdır. (mütəqabil) Seyri-

süluk məqamında, xofda olduğu kimi rəcanın da çoxlu 

faydaları vardır. Çünki rəca kamal dərəcəsində  tərəqqiyə, 

mətləbə çatmaq yolunda sür`ətə bais olur. Necə ki, Allah-

taala buyurur: “ Kasad olmayacaq bir ticarət umarlar ki, 

(Allah) onlara (əməllərinin) mükafatını versin və Öz 

lütfündən onlara artırsın!”

1

  

Həmçinin rəca` [salikin] Allah-taalanın əfv və məğfirətinə 



xoşgüman olmasına və Onun rəhmətinə e`timad 

göstərməsinə  zəmin yaradır: “Onlar Allahın rəhmətinə 

ümidvardırlar.”

2

 



Və amma həmin ümidin əsasında mətləbə çatmaq barədə 

[Allah-taala Həzrət Musaya (ə) xitabən] buyurmuşdur:    انا

یب یدبع نظ دنع  

“Mən bəndəmin (Mənə etdiyi) gümanına uyğun hərəkət 

                                                 

1

 “Fatir”, 29-30.  



2

 “Bəqərə”, 218. 

 60

edirəm.”


1

  

Bu məqamda rəca`nın olmaması 



bədbinliyə 

və 


ümidsizliyə  səbəb olur, belə ki, Allah-taala buyurur: 

“Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”

2

 

İblis də  həmin ümidsizliyə görə  əbədi lə`nətə  gəlmişdir. 



[Ona görə də]: 

“Allahın rəhmətindən ümidsiz olmayın.”

3

 

Amma elə ki, salik mə`rifət dərəcəsinə çatdı onun rəc`sı 



sona yetər,çünki artıq bilir ki, görməli olacaq işi görmüşdür, 

görməli olmayacaq işi görməmişdir. Bu təsəvvürlə,  əgər 

onda rəca` yeri qalmış olsa, bu ya olmalılara və ya 

olmamalılara olan cəhalət üzündəndir, ya da bütün 

səbəblərin Səbəbkarına olan şikayətə görədir ki, niyə 

mətləbinə çatmayıbdır.  

Əvvəlki fəsildən və bu fəsildən məlum oldu ki, salik nə 

qədər ki, [məqsədə yetməyib,] yoldadır, xof və  rəca` halı 

ondan  əskik olmaz: “(Onlar...) qorxu və ümid içində 

Rəbbinə dua edərlər...”

4

 

Çünki rəhmət və  qəzəb ayələrini eşitmək, nöqsan və 



kamalın dəlillərindən agahlıq və  hər birinin digərinin 

yerinə zühur etməsi ehtimalı  və yolun sonunda məqsədə 

çatmaqdan məhrum olma və  məqsədə yetmə ehtimalı – 

bütün bunlar rəca` və xofa səbəb olurlar və bir tərəfin digər 

tərəfdən  əskik və ya üstün olması imkansızdır. Elə buna 

görə  də demişlər: “Əgər mö`minin xof və ümidini tərəziyə 

vursanız, bərabər gələcəkdir.” Çünki rəca` xofdan artıq 

gəlsə yersiz əmin-amanlığa səbəb olacaqdır: “Məgər Allahın 

                                                 

1

 “Bihar”, c. 70, səh. 389, bab 59, rəvayət 56. 



2

 “Yusif”, 87. 

3

 “Zümər”, 53. 



4

 “Səcdə”, 16. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə