ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

 47 

yenə  də özünü müqəssir görəcəkdir. Buna görə  də 

Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Sizi mühasibəyə 

çəkməmişdən öncə özünüzü mühasibə edin.”

1

 

Əgər



 

bir


 

kəs


 

özünü mühasibə etməsə günah bataqlığına 

düçar olar, bu ayənin əsasında ki,

 

buyurur: “Heç kəsə əsla 



haqsızlıq edilməz. Bir xaldal dənəsi ağırlığında olsa belə, 

onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab 

çəkməyə Biz kifayətik!”

70F


2

    –    [onu  haqq-hesaba  çəksələr] 

mühasibə vaxtı şiddətli əzaba və böyük ziyana düşər. [Belə 

bir andadır ki]: “Heç kəs heç kəsin karına gələ bilməsin (heç 

kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç 

kəsdən  şəfaət (bu və ya digər  şəxsin günahlarının 

bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın...”

71F


3

 

Belə bir gündən Allaha pənah aparırıq! 



 

Və amma “müraqibə”, insanın yaxşı  əməllərini batil 

edəcək hərəkətlərin baş verməməsi üçün batinini və 

zahirini həmişə qoruyub saxlamasıdır, yə`ni həmişə öz 

əhvalına diqqət yetirməlidir ki, məbada gizlində və aşkarda 

günah iş görər, ya istər kiçik, istər böyük bir şey onu haqq 

yolun yolçuluğundan saxlayar. Bu ayəni həmişə xatirində 

saxlamalıdır ki, buyurur: “Bilin ki, Allah sizin qəlbinizdə 

olanı bilir. Ondan qorxun.”

72F


4

  

Beləliklə 



də [seyri-süluk yolunda insan] vüsal 

mərhələsinə, məqsədinə nail olar. 

ريبخلا فيطللا وھ هنا هدابع نم ءاشي نم قفوي ﷲو 

 

                                                 



1

 “Bihar”, c. 70, səh. 73, rəvayət 26. 

2

 “Ənbiya”, 47. 



3

 “Bəqərə”, 48. 

4

 “Bəqərə”, 235. 



 48

Altıncı fəsil 

Təqva 

Allah-taala təqva barəsində buyurur: “...Allah yanında ən 

hörmətli olanınınz Allahdan ən çox qorxanınızdır.”

73F


1

 

“Təqva” [insanın] Allahın qəzəbindən və  dərgahından 



uzaq düşmək qorxusu vasitəsilə günahlardan çəkinməsi 

mənasındadır. Necə ki, sağalmaq istəyən xəstə onun 

səhhətinə  zərərli və  xəstəliyini artıracaq  şeylərdən 

çəkinməlidir ki, müalicəsi baş tutsun və [müsbət] nəticə 

versin. Kamal tələbində olan insanlar da kamalla tərs gələn 

və ya kamalın  əldə edilməsinə  əngəl törədən və ya saliki 

kamal yolundan saxlayan şeylərdən çəkinməlidirlər ki, bu 

yolda müsbət nəticə  əldə edə bilsinlər.” Kim Allahdan 

qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və 

ona gözləmədiyi yerdən ruzi verər.”

74F

2

 



 

 

Təqvanı təşkil edən ünsürlər 

 

Həqiqətdə təqva üç şeydən təşkil olunmuşdur: 



1. Xof; 

2. Günahdan çəkinmək; 

3. Allaha yaxınlaşmaq tələbi; 

Bunların hər birinin şərhi bu risalədə yeri gəldikcə dolğun 

şərh ediləcəkdir. Qur`an və  hədislərdə  təqvaya geniş yer 

verilmişdir və müttəqilər haqqında çoxlu söz 

söylənilmişdir. Biz bu yığcam risalədə onların hamısını yad 

                                                 

1

 “Hucurat”, 13. 



2

 “Talaq”, 2, 3. 




 49 

etmək iqtidarında deyilik. Təqvanın son hədəfi Allah-

Taalaya məhəbbətdir. 

“Xeyr (elə deyildir.) hər kəs öz əhdinə  vəfa etsə  və pis 

əməllərdən çəkinsə,  şübhəsiz ki, Allah (belə) müttəqiləri 

sevər.”


1

 

                                                 



1

 “Ali-İmran”, 76. 

 50

ÜÇÜNCÜ

 

BAB 

 

 



 

 

 



 

Seyri-süluk, kamalın tələbi və salikin əhvalını bəyan edər 

və altı fəsildən ibarətdir: 

Birinci fəsil – Xəlvət. 

İkinci fəsil – Təfəkkür. 

Üçüncü fəsil – Xof. 

Dördüncü fəsil – Rəca. 

Beşinci fəsil – Səbir. 

Altıncı fəsil  – Şükür. 



 51 

Birinci fəsil 

Xəlvət 

Allah-taala xəlvət barəsində buyurur: “Dinlərini oyun və 

əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya 

aldatdığı) kəsləri boşla getsinlər.”

1

 

Həqiqi elmlərdə sübuta yetmişdir ki, ilahi feyzi qəbul 



etməyə iste`dadı olan hər bir zat, nə  qədər ki, bu iste`dad 

var və maneə yoxdur, həmin feyzdən məhrum 

olmayacaqdır.  İlahi feyzi o kəs tələb edə bilər ki, iki işdən 

agah olmuş olsun və bu agahlığı bütün hallarda həmin 

feyzin qəbulu iste`dadı ilə yanaşı saxlamış olsun. 

1. Bilməlidir ki, qəti və şəksiz ilahi feyz var. 

2. Bilməlidir ki, hər kəsdə o feyz olsa, [həmin feyz] o 

şəxsin kamalının zəminəsi olacaqdır. 



Seyri-sülukün mühüm maneələri 

Bu müqəddimə aydın olandan sonra xatırlatmalıyıq ki, 

kamal tələbində olan şəxs ilahi feyz iste`dadına 

yiyələndikdən sonra [seyri-süluk] yolunda maneələrin 

aradan qaldırılmasına başlamalıdır. Bu maneələrin  ən 

başlıcası  məcazi məşğələlərdir ki, insanı Allahdan qeyri 

şeylərlə  məşğul etməklə onu həqiqi məqsədə tam diqqət 

yetirməkdən saxlayır.  İnsanı  məşğul edən böyük maneələr 

ibarətdir: 

1. Zahiri hisslər; 

2. Batini hisslər; 

3. Heyvani qüvvələr; 

4. Məcazi fikirlər. 

                                                 

1

 “Ən`am”, 70. 



 52

“Zahiri hisslər” [məsələn,] gözün görməsiylə insanı özünə 

çəkən mənzərələr, qulağın eşitməsiylə insanı yerindən 

oynadan səslər və həmçinin [burunla duyulan] xoş qoxular, 

[dadbilmə hissi ilə duyulan ləziz] yeməklər və 

[toxunmaqla] ləms edilənlər – insanı  [əsas hədəfdən 

yayındırıb] özünə məşğul edən məşğuliyyətlərdir. 

“Batini hisslər” [məsələn,] məhəbbətə, nifrətə, [müxtəlif] 

surət və hallara və bu kimi şeylərə nisbətdə yaranan xəyal 

və vahimələr və ya keçmiş xatirələrin xəyalda canlanması 

və ya mal-dövlət, vəzifə kimi cazibəli görünəcək işlərdə 

fikrə dalmaq insanı özünə məşğul edən məşğuliyyətlərdir. 

“Heyvani qüvvələr” [məsələn,] qorxu, qəm, qəzəb, şəhvət, 

xəyanət, xəcalət, [yersiz] qeyrət, [düzgün olmayan] 

rəqabətlər, acı hadisələrdən pəhriz etmək insanın 

məşğuliyyətinə səbəb olur. 

“Məcazi fikirlər” [məsələn,] mühüm olmayan işlərdə  və 

faydasız elmlərdə təfəkkür insanın məşğələsinə çevrilir. 

Xülasə, insanın yersiz [məşğuliyyətinə,] kamalı yolunda 

hicaba səbəb olacaq bu kimi işlər maneə sayılır. “Xəlvət” bu 

cür maneələrin aradan qaldırılmasından ibarətdir. Beləliklə, 

xəlvət sahibi elə bir yer seçməlidir ki, zahiri və batini hisslər 

onu özünə  məşğul edə bilməsin və heyvani qüvvələri də 

tərbiyə etməlidir ki, onu həmin qüvvələrə xoş gələn şeylərin 

cəzbinə  və xoş  gəlməyən  şeylərin dəfinə  təhrik etməsin. 

Məcazi fikirlərdən də külli olaraq üz döndərməlidir, çünki 

bu cür fikirlərin hamısı sonra fani dünyanın məsləhətinə 

görə olur, amma axirət məsləhəti bilinən işlərin sonu, insan 

ruhunda  əbədi qalacaq ləzzətlərin  əldə edilməsidir. [Salik] 

zahiri və batini maneələri, insanı Allahdan qeyri işlərə 

məşğul edən amilləri aradan qaldırdıqdan sonra bütün 

bacarığını, iradəsini işə salıb qeybi töfhələri və  həqiqi 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə