ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   11   12   13   14   15   16   17   18   19

 61 

məkrindən əmin idilərmi?”

1

 

Əgər xof rəca`dan üstün olsa məhvedici  bədbinliyə  və 



ümidsizliyə  səbəb olacaqdır: “Allahın mərhəmətindən 

yalnız kafirlər ümidini üzər!”

2

 

Beşinci fəsil 



Səbir 

Allah-taala səbir barəsində buyurur: “Səbir edin, çünki 

Allah səbir edənlərlədir!” 

Səbir lüğətdə, xoşagəlməz bir hadisə baş verdiyində 

insanların qərarsızlıqdan, səbirsizlikdən özünü saxlaya 

bilməsidir. Səbir edəndə insan qəlbini iztirabdan, dilini 

şikayətdən, bədən üzvlərini (artıq) hərəkətdən qorumuş 

olur. 


Səbirin növləri 

Səbir üç növdür: 

1. “Avam səbiri”. Bu, insanların özünü sün`i olaraq, 

yalandan səbirli göstərməsidir ki, zahirdə camaat, aqillər 

onu görüb bəyənsin: “Onlar dünya həyatının zahirini 

bilirlər, axirətdən isə xəbərsizdirlər.”

3

 

2 – “Zahidlərin, abidlərin, təqvalıların, helm sahiblərinin 



səbiri” ki, axirət savabına çatmaq xatirinə olar: “Yalnız 

(dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə 

(axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”

4

 



3 – “Ariflərin səbiri.” Ariflərdən bə`ziləri [onlara üz 

vermiş] acı müsibətlərdən ləzzət alarlar, çünki fikirləşərlər 

                                                 

1

 “Ə`raf”, 99. 



2

 “Yusif”, 87. 

3

 “Rum”, 8. 



4

 “Zumər”, 10. 

 62

ki, Allah-taala onları bu bəlalara mübtəla etməklə digər 



bəndələrdən üstün qılmışdır və onlara xüsusi diqqət 

yetirmişdir: “Səbir edən  şəxslərə müjdə ver? O kəslər ki, 

başlarına bir müsibət gəldiyi zaman: “Biz Allaha məxsusuq 

və (vaxtı gələndə) Onun yanına qayıdacağıq!” deyirlər.”

1

 

Səbir haqqında bir hekayə 



Əsərlərin birində deyilir ki, Peyğəmbərin (s) böyük 

səhabələrindən biri olan Cabir bin Abdullah Ənsari 

ömrünün axır çağlarında zəifləyib əldən düşmüş idi. Həzrət 

Baqir (ə) ona baş çəkməyə gedir və əhvalını soruşur, Cabir 

deyir: “Elə bir haldayam ki, qocalığı cavanlıqdan, xəstəliyi 

sağlamlıqdan, ölümü həyatdan daha çox sevirəm!”  İmam 

Baqir (ə) deyir: “Mən beləyəm ki, əgər Allah məni qoca 

görmək istəsə, qocalığı daha çox sevərəm,  əgər cavan 

görmək istəsə, cavanlığı daha çox sevərəm,  əgər xəstə 

görmək istəsə, xəstəliyi, sağlam görmək istəsə, sağlamlığı 

daha çox sevərəm, əgər ölüm versə, ölümü, həyat bağışlasa, 

həyatı daha çox istəyərəm”. Elə ki, Cabir bu sözləri eşitdi, 

qalxıb o Həzrətin (ə) alnından öpdü və dedi: “Allahın 

rəsulu (s) düz deyirmiş ki, [ölməyib] mənim adımı daşıyan 

övladlarımdan birini görəcəksən.  İnək yeri yardığı kimi, o 

da elmi yarar.”    امک ارـقب ملعلا رقبي وھ و ... 

Bu səbəbdən də onu “əvvəlinci və axırıncı elmləri yaran” 

adlandırmışlar. Dediyimiz dərəcələrə diqqət yetirməklə 

mə`lum olur ki, Cabir səbir  əhlinin dərəcəsində imiş  və 

Həzrət Baqir (ə) isə riza mərtəbəsində. Riza məqamının 

şərhi sonra veriləcəkdir, inşaallah. 

                                                 

1

 “Bəqərə”, 155-156. 




 63 

Altıncı fəsil 

Şükür 

Allah-taala  şükür barəsində buyurur: “Şükür edənləri, 

əlbəttə mükafatlandıracağıq!”

1

 



“Şükür” lüğətdə, ne`mət sahibinə, onun verdiyi ne`mətləri 

müqabilində  qədirdanlıq, təşəkkür mə`nasındadır.  Ən 

böyük ne`mətlər, bəlkə onların hamısı Allah tərəfindən 

olduğu üçün, ən yaxşı  iş  də Allaha şükürlə  məşğul olmaq 

olacaqdır. Şükür etmək üç surətdə olur: 

1. Ne`mətin dərki ki, afaq (dünya) və ənfusa (insan) şamil 

olur. 

2. O ne`mətlərin  əldə edilməsindən hasil olan şadlıq və 



sevinc. 

3. İmkan daxilində ne`mət sahibinin razılığını əldə etməyə 

səy etmək. Bu razılığın  əldə edilməsi, qəlbdə Ona olan 

məhəbbətlə, dildə  və  əməldə Allaha layiq şəkildə  şükür 

etməklə, istər ibadətlə, istər itaətlə  və istər də öz acizliyinə 

e`tiraf etməklə olsun, ne`mət sahibinin razılığını  cəlb 

etməyə çalışmaqla hasil olur. Allah-taala buyurur: “Əgər 

(Mənə)  şükür etsəniz, sizə (olan ne`mətimi) artıracağam.”

2

 

Rəvayətdə deyilir ki: “İmanın yarısı  səbir, o biri yarısı 



şükürdür.” Çünki salik həmişə iki haldan xaric deyil, ya 

xoşagəlməz bir işlə qarşı-qarşıyadır, ya da xoşagəlimli bir 

işlə üz-üzədir. Deməli xoşagəlimli işə görə  şükür etməli, 

xoşagəlməz işə görə isə  səbir etməlidir. Səbirin qarşısında 

səbirsizlik, qərarsızlıq durduğu kimi, şükürün də qarşısında 

küfr (nankorluq) dayanır. Küfr, küfranın bir növü sayılır: 

“Əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim  əzabım, 

                                                 

1

 “Ali-İmran”, 145. 



2

 “İbrahim”, 7. 

 64

həqiqətən şiddətlidir!”



1

 

Buradan mə`lum olur ki, şükürün dərəcəsi, səbirin 



dərəcəsindən üstündür; çünki, şükür həm ürəklə, həm dillə, 

həm də başqa bədən üzvləri ilə olur və bütün bunların özü 

də Allahın ne`mətləridir.  Şükür etmək üçün bu 

ne`mətlərdən istifadə edə bilmənin özü də başqa bir 

ne`mətdir. Beləliklə,  əgər, hər bir ne`mətə  şükür etmək 

istəsə, həmin ne`mətə  şükür edə bildiyi üçün də başqa bir 

şükür etməlidir ki, [bu minvalla] söz uzunluğa çəkər. Elə ən 

yaxşısı budur ki, şükürün  əvvəli və axırı acizliyə, zəifliyə 

e`tirafla yanaşı olsun. Şükürü yerinə yetirməkdə aciz 

olduğuna e`tiraf etməyin özü böyük bir şükürdür, necə ki, 

sitayiş etməkdə acizliyə e`tiraf etmək böyük sitayişdir. Buna 

görə  də demişlər: “Sənə sitayişi saymaq imkansızdır, Sən 

elə bilirsən ki, Özün-Özünü sitayiş etmişsən və  Sən, Sənin 

haqqında deyilənlərdən üstünsən.”

2

 

Təslim  əhli üçün şükür tamamlanmışdır, çünki şükür, 



ilahi ne`mətlərin  əvəzini ödəməyə  şamil olur. O kəs ki, 

bəndəlik məqamında özünü görmür, bəs, necə ola bilər ki

hər  şeyin Özü olan Allahın qarşısında zahir olsun?! Buna 

görə  də  şükürün  ən son nöqtəsi odur ki, şükür edən həm 

özünü, həm də ne`mət sahibini vücuda malik bilsin. 

                                                 

1

 “İbrahim”, 7. 



2

 “Bihar”, c. 97, səh. 87, rəvayət 13. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə