ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   11   12   13   14   15   16   17   18   19

 69 

bir şeyə meyl etməsidir. Çünki, ləzzət insana xoş gələn bir idrak

yə`ni kamala qovuşmaq olduğu üçün, məhəbbətdə də ləzzət və 

ya ləzzətin təxəyyülü olmamış deyil. 

Məhəbbət [dərəcəsinə görə]  şiddətli və  zəif olur. Onun ilk 

dərəcəsi iradədir, çünki iradəsiz məhəbbət yoxdur. Ondan sonra 

[gələn dərəcə] şövqlə yanaşı gələn iradədir və sonrakı mərhələ o 

yerdədir ki, iradə və şövq murada qovuşmağa səbəb olsunlar ki, 

belə olan halda məhəbbət daha çox şiddətlənir. Nə  qədər ki, 

insan və onun mətləbi arasında fasilə var, məhəbbət də olacaqdır 

və eşq, ifrat məhəbbət mə`nasındadır. 

Ola bilsin insan və mətləbi [həqiqətdə] müttəhid olsun, amma 

bir e`tibarla aralarında fasilə olsun. Nə zaman bu e`tibar aradan 

qalxsa, [onda] məhəbbət də sona yetəcəkdir. Deməli məhəbbətin 

sonu ittihaddır. 

Məhəbbət haqqında filosofların nəzəri 

Filosoflar demişlər: Məhəbbət ya fitridir, ya da [sonradan] 

qazanılan (kəsb edilən). Fitri məhəbbət bütün kainatda 

mövcuddur. [Məsələn,] fələkdə (planetdə) onun hərəkətinə 

səbəb olan məhəbbət vardır. Məkana və çəkiyə, miqdar, tə`sir və 

əks tə`sir kimi digər təbii hallara meyl edən hər ünsürdə  və 

həmçinin, maqnitdə olan cəzbetmə qüvvəsi kimi – tərkibatda da 

məhəbbət vardır. Bitkilərdə  məhəbbət tərkibatda olduğundan 

daha çoxdur, çünki inkişaf etmək, qidalanmaq, toxum vermək və 

növünu qorumaq qabiliyyətinə malikdirlər. Heyvanlarda [olan 

məhəbbət hissi] bitkilərdən daha çoxdur, çünki onlarda öz 

həmnövünə qarşı olan üns, ülfət, cinsi meyillilik, balalarına olan 

əlaqə, məhəbbət bitkilərdə yoxdur. 

Və amma, insanlarda məhəbbət daha çox qeyri-fitri, kəsb 

edilmədir. Və onun insanda mövcud olmasının səbəbi üç şeydir: 

1. “Ləzzət” – istər cismani olsun, istər qeyri-cisman, istər 

təxəyyülü olsun, istər həqiqi. 

 70


2. “Mənfəət”  – bu da, ya məcazidir, məsələn dünyəvi 

məhəbbət kimi ki, onun mənfəəti bil-ərəz olar, ya da həqiqi ki

onun mənfəəti biz-zat

1

 olar. 



3. “Cövhəri oxşarlıq” ki, bunun özü iki növdür: 1. Ümumi 

cövhəri oxşarlıq, məsələn, bir-birinin əxlaqından, rəftarından 

razı və şad olan iki nəfərin xasiyyəti və əxlaqı arasındakı oxşarlıq 

kimi.  “2. Xüsusi cövhəri oxşarlıq, məsələn, haqq əhli arasında 

olan oxşarlıq kimi ki, hamısı Mütləq Kamaldan kamal kəsb 

etməkdədirlər. 

Ola bilsin məhəbbətin səbəbi yuxarıda dediyimiz səbəblərdən 

ikisinin və ya üçünün birləşməsindən (mürəkkəb şəkildə) olsun 

(yə`ni həm ləzzət, həm mənfəət, həm oxşarlıq – birlikdə 

məhəbbətin yaranmasına səbəb olsun) Əlbəttə, mə`rifətə, idraka 

əsaslanan məhəbbət də vardır. Necə ki, arifə  ləzzət, mənfəət və 

bütün xeyirlər Mütləq Kamil tərəfindən çatdığı üçün, Ona 

məhəbbət göstərir. Bu məhəbbət digər məhəbbətlərdən üstün 

olur. Bu ayənin mənası: “Halbuki iman gətirənlərin Allaha 

məhəbbəti daha qüvvətlidir.”

2

 – burada aydın olur. 



Məhəbbət haqqında zövq əhlinin nəzəri 

Zövq əhli

3

 demişdir: Ümid, qorxu, şövq, üns, şadlıq, təvəkkül, 



riza və  təslim – bunlar hamısı  məhəbbət üçün lazım bilinən 

şeylərdir, çünki məhəbbət, məhbubun rəhmətinin təsəvvürü ilə 

“ümidi” zəruri edir, Onun heybətinin təsəvvürü ilə “qorxunu” 

zəruri edir, Ona qovuşmazlığın  təsəvvürü ilə  “şövqü”, Ona 

qovuşmağın təsəvvürü ilə “ünsü”, ifrat ünsiyyətin təsəvvürü ilə 

                                                 

1

 Bil-ərəz, biz-zat − Bil-ərəz, yə`ni zatı olmayan, var olmasında, zahir 



olmasında başqa bir varlığa möhtac olan. Müstəqil varlığı olmayan. Biz-zat tam 

bunun əksidir. Özü-özünə, bir kəsə, bir şeyə söykənmədən var olan. 

2

 “Bəqərə”, 165. 



3

 Zövq əhli − Zövq əhli bəhs və cədəl əhlinin müqabilindədir. Məqsəd dünya 

həqiqətlərini bəhs və cidalla yox, zövqlə dərk etmək istəyənlərdir. Ürfan əhli, şühud 

əhli, söhbət  əhli də demişlər. Burada ariflər nəzərdə tutulur. Nəsirəddin Tusi 

filosofların nəzərini verdikdən sonra ona müqabil olaraq ariflərin də nəzərini gətirir. 



 71 

“şadlığı”, inayətə arxayınlığın təsəvvürü ilə “təvəkkülü”, 

məhbubdan gələn hər bir şeyin gözəl olduğunun təsəvvürü ilə 

“rizanı”, özünün aciz, qüsurlu olduğunun, Onun [məhbubun 

isə] kamalının,  əhatəsinin və qüdrətinin təsəvvürü ilə “təslimi” 

zəruri edir. 

Xülasə, həqiqi məhəbbətin bir həddi də təslimdir. Bu o zaman 

olur ki, insan öz məhbubunu Mütləq hakim, özünü isə mütləq 

məhkum bilsin. Həqiqi aşiqin bir həddi də fənadır. Bu o zaman 

olur ki, aşiq bütün şeyləri mə`şuqda görür və özünü görmür. 

Əgər bir kəs bu məqama çatsa, Allahdan qeyri bütün şeylər 

onun gözündə hicab [hesab] olunacaqdır. Beləliklə, onun seyri-

sülukunun nəhayəti bu olar ki, bütün şeylərdən üz çevirib 

[yalnız] diqqətini Ona yönəltsin. “Bütün işlər axırda Ona 

(Allaha) qayıdacaqdır.”

1

 



Dördüncü fəsil 

Mə`rifət 

 

Allah-taala mə`rifət haqqında buyurur: “Allah şahidlik etdi ki, 



Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-

ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət 

sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər.”

2

 



“Mə`rifət” fars dilində idrak mə`nasındadır. Burada mə`rifət 

dedikdə, Allahı  dərkin  ən yüksək mərtəbəsi nəzərdə tutulur. 

Çünki Allahıdərkin çoxlu mərtəbələri vardır. Mə`rifətin 

mərtəbələri atəşin  şö`ləsi kimidir ki, bə`ziləri ancaq onun adını 

eşitmişlər ki, yandırıb-yaxan bir mövcuddur; ona çatan hər bir 

şey yanır, onun nişanəsi düşdüyü hər bir şeydə zahir olur, 

                                                 

1

 “Hud”, 123. 



2

 “Ali-İmran”, 18. 

 72

ondan nə  qədər götürsən, azalmaz, ondan ayrılan hər bir şey, 



onun təbiətinin ziddinə olacaqdır. Bu mövcud atəş adlanır. 

Allahın dərkində  də  bə`ziləri bu həddədirlər ki, onlara 

“müqəllidlər” deyərlər, necə ki, bə`zi adamlar böyük adamların 

mə`rifət haqqında söylədikləri sözləri qəbul edərlər, amma qəbul 

etdiklərinə  dəlilləri olmaz. Mə`rifətin (bundan) bir pillə yuxarı 

mərtəbəsinə qalxmış  bə`ziləri o kəslərə  bənzəyərlər ki, atəşin 

tüstüsü onlara çatmışdır və bilirlər ki, bu tüstü [hökmən] bir 

yerdən qalxır. Buna görə  də nişanəsi tüstü olan mövcudun 

(atəşin) varlığına hökm edərlər. İlahi mə`rifətdə də bu mərtəbəyə 

yüksəlmiş  kəslərə “nəzər  əhli”

1

 deyərlər. Nəzər  əhli qəti 



dəlillərlə bilərlər ki, Yaradan, Qur`an vardır, çünki Onun qüdrət 

nişanələrini Onun varlığına dəlil bilərlər. 

Bu mərətbədən yüksəkdə o kəslər olarlar ki, atəşə yaxın 

oturmaqla onun hərarətini hiss edərlər və ondan bəhrələnərlər. 

İlihi mə`rifətdə  də  bə`ziləri bu mərtəbəyə çatarlar ki, “qeybə 

inananlar” adlandırılarlar. Bu dəstə Allahı  pərdə arxasından 

tanıyarlar. 

Bu mərtəbədən yuxarıda o kəslər durarlar ki, atəşdən çörək 

bişirmək, qazan asmaq və s. kimi çoxlu faydalar əldə edərlər. 

İlahi mə`rifətdə  də  bə`ziləri mə`rifətin ləzzətini dadarlar və 

bununla şad, xürrəm olarlar. 

Bura qədər elm əhlinin [ilahi mə`rifətdəki] mərtəbələrini 

söylədik, amma bunlardan da yüksəkdə elə  kəslər vardır ki, 

atəşin özünü müşahidə edərlər və  həmin atəşin nurunun 

vasitəsilə digər varlıqları da müşahidə edərlər.  İlahi mə`rifətdə 

də belələrinə “baxış  əhli”

2

  və  həmçinin “ariflər” deyərlər və 



həqiqi mə`rifət sahibləri də bunlar olar. Bu mərtəbədən də 

                                                 

1

 Nəzər əhli − Məntiq və dəlil əhli, əql əhli.  Filosoflar nəzərdə tutulur. 



2

 Baxış  əhli  − Bəsirət  əhli də demişlər. Batini gözləri açıq olanlardır. Ariflər 

nəzərdə tutulur. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə